Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə18/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

90
çəkiləcəkdi? Belə anlaşılırdı ki, Bakıda qırğın törədib 
ondan  7  saat  sonra  fövqəladə  vəziyyət  elan  edən 
Moskvanın əsl marağı məhz birincidə olub.
Bəli, məhz qırğın törətmək, millətin gözünü qor-
xut maq  idi  Moskvanın  məqsədi.  Elə  ona  görə  də 
dövlət televiziyası sıradan çıxarılmışdı. Elə ona görə 
də  ağır  tanklar,  silahlı  əsgərlər  heç  bir  xəbərdarlıq 
etmədən dinc insanların üzərinə hücuma keçmişdi. 
Bu hərəkət heç savaş qanunlarına da uyğun deyildi. 
Lakin imperiya başkəndi Moskvadakı başbilənlər 20-
ci yüzilin sonunda min il öncənin insanlarının belə 
etməyəcəyi namərdliyi etmişdi o gecə...
...Olmurdu, alınmırdı. Onlar rahat ola bilmirdilər. 
Yorğunluq, yuxusuzluq öz sözünü desə də yata bil-
mirdilər. Gözləri qapanırdı, amma düşüncələri, be-
yinləri oyaqdı.
Niyə  belə  oldu?  Olmaya  bilərdimi?  İndi  kimlər 
öldü,  kimlər  sağdır  görəsən?  Doğmalarımız,  dost-
larımız  sağdırmı  heç  olmasa?  Şəhərdə  dağıntılar 
çoxdurmu?
Bu suallar onlara dinclik vermirdi. Heç şübhəsiz, 
onları rahatsız edən suallar ölkənin hər tərəfində ağlı 
kəsən hər kəsi rahatsız etməkdəydi o anlarda.


91
Beləcə yarıaçıq, yarıqapalı gözlə saat 9-dək bir tə-
hər  “dincəldilər”.  Sonra  ayağa  qalxıb  özlərini  səli-
qəyə saldılar. Boğazlarından çörək keçməsə də yün-
gülvari qəlyanaltı edib yola düzəldilər.
- Biz gərək Kamillə Mehdini tapaq. Onlar da ka-
zar maların ətrafında olmalıydı bu gecə. - Azər Na-
zimə üzünü tutdu.
- Gedək də. Nə gözləyirik? Mən hazıram. Görək, 
haradan tapırıq onları. - Nazim cavab verdi.
...Kamilgil  haradasa  Cəfər  Cabbarlı  kinoteatrı 
tərəfdə bir evdə kirayədə qalırdı. Azər onların qal-
dığı yeri təxmini bilirdi. Ona görə də ora yollandılar.
Yol  boyu  gördükləri  onları  axşam  olduğundan 
da  artıq  dəhşətə  gətirirdi.  Dünənə  kimi  səliqəli, 
təmiz  olan  şəhərin  küçələri  bir  savaş  meydanına 
bənzəyirdi.  Hər  tində  bir  zirehli  maşın,  üzərində 
də  əli  avtomatlı  əsgərlər  dayanmışdı.  Sifətlərindən 
zəhrimar yağırdı. Hər kəsə qəzəblə baxırdılar. Sanki 
qarşılarından  keçənlər  eyni  dövlətin  deyil,  hansısa 
düşmən ölkənin vətəndaşları idi.
Şəhər  nəqliyyatı  da  işləmirdi.  Yollarda  demək 
olar  ki,  maşınlar  da  gözə  dəymirdi.  Küçələrdə  heç 
adamlar  da  çox  deyildi.  Seyrəklik  idi  əməlli-başlı. 


92
Görünür,  insanlar  baş  verənlərin  ciddiyyətini  anla-
dığından, artıq ehtiyac olmadan küçəyə çıxmaqdan 
çəkinirdi. Düz də edirdilər. Çünki əsgərlər ən kiçik 
bir bəhanəylə əliyalın, dinc insanlara atəş aça bilərdi.
Bir neçə dəqiqədən sonra onlar Kamilgilin qaldığı 
evə çatdılar. Amma boşuna. Qapı bağlı idi. Dostlar 
bir qədər narahat olsalar da, “Tanrı yar olsun!” - de-
yib geri qayıtdılar.
Nəsə  etmək  lazım  idi:  öncə  durumu  öyrənmək, 
digər dostları axtarıb tapmaq, lazım olacağı təqdirdə 
səfərbərliyə  hazır  halda  gözləmək.  Azərin  ağlına 
gələn bunlar oldu yalnız.
Bir qədər də gəzib dolaşdılar. Gecə baş verənlərin 
dəhşətini bu dəfə daha bariz şəkildə gördülər. Doğ-
rudan da böyük faciə yaşanmışdı o gecə.
Haqverdiyev  küçəsinə  qayıtdılar.  Ehtiyatla  “Sal-
yan kazarmaları”na doğru hərəkət etdilər. Əli silahlı 
əsgərlər  hər  tərəfi  nəzarətdə  saxlayırdı. Ağır  texni-
ka da öz yerində. “Xəzər” kinoteatrı tərəfə hərəkət 
edib oranı görmək üçün üzü aşağı yollandılar. Gecə 
Azərin qarşısında vurulmuş maşın hələ də yolun or-
tasında idi. Qapıları da taybatay açıq qalmışdı. Heç 
kim cürət edib maşına yaxınlaşmırdı.


93
  
Transportyorun əzdiyi maşınlar. Foto: S.Rasim


94
Bir  qədər  də  aşağı  gedəndən  sonra  çox  dəhşətli 
mənzərəyə  rast  gəldilər.  Sol  tərəfdə,  ara  məhəlləyə 
ayrılan yolda iki minik avtomobili yerə yapışmışdı. 
Maşınlar yan-yana, köndələn şəkildə yolun ağzında 
saxlanılmışdı.  Kazarmaların  arxa  qapısından  çıxan 
zirehli transportyor heç nəyə məhəl qoymadan on-
ların  üzərindən  keçmişdi.  Görünür,  maşın  yiyələri 
sadəlövhcəsinə  düşünürmüş  ki,  bu  yolla  ağır  tex-
nikanın qarşını ala bilərlər. Amma nəticə göstərirdi 
ki, işğalçı əsgərlər heç nəyə məhəl qoymadan Bakını 
bir anın içində tam nəzarətə götürmək üçün hər cür 
hərəkətə hazır imiş.
Azərlə Nazim həmin küçəyə girib növbə çəkdikləri 
yerə baxmaq istəsələr də rus əsgərləri onların qarşı-
sını kəsdi. Sərt baxış, kobud ifadə və soyuq üzlə, av-
tomatın lüləsilə onlara yolu göstərən əsgərləri başa 
düşmək  çətin  deyildi.  Yəni,  “ya  itilib  gedin,  ya  da 
indi biz sizi cəhənnəmə vasil edərik” demək idi bu. 
Burada artıq hərəkətə yol vermək olmazdı. Ona görə 
də dostlar üzü aşağı, Energetika Texnikumuna doğ-
ru getməyə məcbur oldular.
Bir qədər aşağıda bir ZİL maşını vurulmuşdu. Sü-
rücü tərəfdən qapısı açıq qalmışdı. Adamlar yaxınla-
şıb maşının içinə baxır, çox kədərli və qəzəbli baxış-


95
larla oradan ayrılırdılar. Deməli, nəsə bir səbəb vardı 
bunun üçün.
Azərgil  də  maşına  yaxınlaşdılar.  İçinə  baxdılar. 
Doğrudan da dəhşətli mənzərə idi. Maşında heç kim 
yox idi. Amma bir tay çəkmə vardı. Kişi çəkməsi. İçi 
də qanla dolu. Anlaşılan bu idi ki, maşının bu qədər 
qanı axmış sürücüsü artıq həyatda qala bilməzdi...
Texnikuma gəldilər. Burada tələbələr, müəllimlər 
bir  yerə  yığışıb  olanlardan  danışırdı.  Hər  kəsin 
üzündən kədər yağırdı. Elə bil bir gecənin içində in-
sanların üzərinə qara çökmüşdü.
Öyrəndilər  ki,  gecə  səhərə  qədər  şəhərin  başqa 
səmtlərində də rus əsgərləri qanlı qırğın törədiblər. 
Rəqəmlər  dəqiq  deyildi,  amma  söz  gəzirdi  ki, 
yüzlərlə insan öldürülüb. Minlərlə də yaralı var. İn-
sanlar  öz  yaxınlarından,  qohum-qardaş,  dost-tanış-
dan  xəbər  tuta  bilmirlər.  Xeyli  sayda  insanın  itkin 
düşdüyü  deyilirdi.  O  da  deyilirdi  ki,  xəstəxanalar 
yaralılarla  doludur.  İmkanı  olanların  xəstəxanalara 
gedib qan verməsi lazım idi.
Belə  şəraitdə  hər  kəsin  sorumluluq  hiss  etməsi, 
çiynini  yükün  altına  verməsi  lazım  idi.  Azərgil  də 
boş dayana bilməzdilər. Ona görə, Nazimlə birlikdə 
metroya yollandılar.


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə