Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə15/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

75
hərəkət etməsinə maneçilik törədirdi. İçilməyə hazır 
olub da içilməyən çaylarını masanın üzərində qoyub 
hər ikisi otağın qapısından bayıra atıldı. Azər açarla 
qapını  bağlayıb,  “haydı,  qaçdıq!  Tez  özümüzü  ora 
yetirək!”, - deyib irəli cumdu.
...Hələ  əsgərlikdə  olanda  Azər  yaxşı  qaçmaq 
vərdişlərini  qorumuşdu.  Orta  məktəbdə  oxuyanda 
da yaxşı qaçardı. Kənd uşağı idi. Sağlam bədəni, iti 
ayaqları vardı. Üstəlik, əsgərlikdə batalyonun idman 
təşkilatçısı olduğu üçün idmanla başqa əsgərlərdən 
daha çox məşğul ola bilirdi. Qaçmağa gəlincə isə, hər 
səhər üç kilometr norma idi. Amma Azər düz altı ki-
lometr qaçırdı. Özü də digər əsgərlərdən on dəqiqə 
tez yuxudan qalxar, dərhal da qaçışa başlardı. Səhər 
idmanını  da  idman  zalında,  ayrıca  edərdi.  Bu  isə 
onun daim formada qalmasına, öz fiziki imkanlarını 
qorumasına yardımçı olmuşdu. Ona görə də indi qa-
pıdan çıxmaqla güllə kimi küçəyə açılmağı bir oldu.
Bir  neçə  saniyədən  sonra  artıq  onların  hər  ikisi 
Haqverdiyev küçəsilə üzü aşağı qaçırdı. Azər öndə, 
Nazim də bir qədər arxada var qüvvələrilə “Salyan 
kazarmaları”na doğru sanki uçurdular. Elə bil ayaq-
ları  da  yerə  dəymirdi.  Azər  Nərimanov  küçəsinin 
kəsişməsinə nə vaxt gəlib çatdığını özü də bilmədi. 


76
Özünü  belə  unutmuşdu  o  anda.  Ona  etibar  edilən 
məkana doğru qaçırdı. Var qüvvəsilə qaçırdı. Sanır-
dı  ki,  tək  bir  onun  olmaması  üzündən  baş  verirdi 
hər şey. İndi artıq güllələr də tək-tək açılmırdı. Av-
tomatlar sağda-solda şaqqıldayır, atəş səsləri şəhəri 
başına  götürürdü.  Gecənin  zülmətində  insanların 
bağırtıları  da  bu  atəş  səslərinə  qarışaraq  vahiməyə 
səbəb olurdu. Bütün bu günlər ərzində şəhərdə baş 
verənlərə  biganə  qalan  sakinlər  də  pəncərələrdən, 
balkonlardan  dışarı  boylanaraq  nə  baş  verdiyini 
kəsdirməyə çalışırdı. Heç kim heç nəyi tam idrak edə 
bilmirdi.  Heç  kim  inanmırdı  və  inanmaq  istəmirdi 
ki, vətəndaşı olduğu dövlətin - böyük Sovet Sosialist 
Respublikaları  İttifaqının  “sülhsevər  ordusu”  Bakı-
ya hücum edir. Amma bu, baş verirdi. Özü də tam 
gücüylə.
Nərimanov  küçəsinin  kəsişməsinə  çatan  Azər 
dəlicəsinə özünə sarı qaçan kütləylə üzləşdi. Anidən 
oldu bu. Bir anda qarşısında yüzlərlə adamı gördü. 
Amma dayanmadı. Heç yavaşımadı da o. Özündən 
asılı olmadan qanı qaynadı, coşdu və bağırdı:
- Hara qaçırsınız?! Geriyə!!!
Bu, Azərin səsi idi. 22 yaşlı bir Azərbaycan gəncinin 
səsi. O gecənin qaranlığında heç kimin tanımadığı, 


77
bilmədiyi bir gəncin. Bu gənc heç özü də bilmədən 
qorxu içində rus silahlarının və ağır texnikasının qar-
şısından canını alıb qaçan əliyalın həmvətənlərinə öz 
səsilə hakim kəsilmişdi. Bəli, məhz hakim kəsilmişdi. 
Çünki  onun  bağırtısını  eşitdikdə,  qaçan  insanla-
rın hamısı bir nəfər kimi yerində dondu. Bir saniyə 
içində hamı geri çevrildi və onların arasından sürətlə 
qaçaraq keçən tanımadıqları gəncin arxasınca öncəki 
mövqelərə  doğru  qaçmağa  başladı.  Azər  isə  eyni 
sürətlə hərəkət etdiyindən bir neçə saniyə sonra özü-
nü  “Salyan  kazarmaları”yla  “Xəzər”  kinoteatrının 
arasında gördü.
Sol tərəfdən, Ələkbərov küçəsindən ağır texnika 
onlara doğru hərəkət edirdi. Hələ bir qədər aralıda 
olsalar da Azər hiss etdi ki, bunlar zirehli transport-
yorlardır.  Özü  də  sağa-sola  avtomatlardan  atəş  aç-
dıqları da açıq-aşkar görünür və eşidilirdi.
Kazarmaların Haqverdiyev küçəsinə baxan bina-
sından isə asfalt atəşə tutulurdu. Bir anlıq nəyin olub-
bitdiyinin  fərqinə  varan  Azər  ayaq  saxladı,  geriyə 
baxdı. Onun dayandığını görən insanlar da dayandı. 
Azər təkrar irəli baxdı. Avtomat atəşləri ara vermirdi; 
öncə elə düşündü ki, bunlar boş güllələrdir. Amma 
asfalta  dəyən  güllələrin  qaldırdığı  qığılcımlardan 


78
kəsdirdi ki, elə deyil, rus əsgərləri doğruçu güllələrlə 
atəş açır. Anladı ki, onun yolunu kəsirlər. Demək ki, 
qarşıda nəsə daha dəhşətli fəlakət yaşanır. Yaxud da 
bu fəlakət üçün hazırlıq görülür.
Yolun  tən  ortasında,  tək  başına  ayaqlarını  asfal-
ta pərçimləyib durmaqdaykən nələr düşünmədi o? 
Geri  getmək?  Olmaz!  Millət  var  arxamda.  İrəlimi 
getsəm? Bu da olmaz. İnsanlar arxamca gəlsə məni 
də, onları da vuracaqlar. Bəs nə etməli? Bu sualın ca-
vabı bir neçə saniyə sonra özü-özünə ortaya çıxdı.
Bir  anın  içərisində  ağ  rəngli  bir  “Jiquli”  maşını 
arxadakı  insanların  arasından  irəli  şığıdı.  Küçəylə 
üzüaşağı  getməyə  qərarlıydı  maşın.  Amma  gedə 
bilmədi. Azərdən bir neçə metr irəli getmişdi ki, ka-
zarmadan açılan avtomat atəşləri maşını dayandırdı. 
Əsgərlər  ağına-bozuna  baxmadan  “Jiquli”ni  avto-
mat  atəşinə  tutdu.  Maşın  dərhal  dayandı.  Bir  neçə 
saniyəlik  sükut...  Ardından  da  qapıları  açıldı.  Hər 
qapıdan bir nəfər olmaqla dörd qapıdan dörd nəfər 
özünü çölə atdı. Sürücü və onun arxasındakı sərnişin 
Azərin  yanından  sürətlə  qaçaraq  özlərini  arxadakı 
insanların arasına sala bildi. Sağ ön qapıdan düşən 
sərnişin də onların arxasınca cumdu. Lakin arxa qa-
pıdan düşən gənc oğlan qaça bilmədi. Özünü təkərin 


79
arxasına  yaslayıb  bir  müddət  orada  gizləndi.  Son-
ra  gücünü  toplayaraq  ayağa  qalxdı,  digərləri  kimi 
sürətlə  olmasa  da,  sonunda  o  da  özünü  adamların 
arasına sala bildi.
“Jiquli”dəki dörd nəfərdən biri qadın idi. Qaran-
lıqda yaxşı seçilməsə də geyimindən hiss olundu ki, 
qadındır.
Bütün  bunlar  Azərin  bir  neçə  addımlığında  baş 
verdi. Özü də o qədər sürətlə baş verdi ki, o, hələ də 
nə olduğunu tam anlaya bilmirdi. Ələkbərov küçəsi 
tərəfdən  gələn  ağır  texnika  isə  artıq  yaxınlaşmaq 
üzrəydi. Yavaş hərəkət edirdilər, ona görə də bir az 
zaman vardı ki, qaçıb qurtulasan.
Bu anda Azər dərk etdi ki, əliyalın insanlar ola-
raq onlar tam bir cəbbəxanaya sahib gerçək ordunun 
qarşısındadırlar.  Artıq  o,  anladı  ki,  indiki  şəraitdə 
ən doğru hərəkət insanların canını xilas etmək olar. 
Ona görə də geri döndü, xeyli aralıda dayanıb hələ 
də onun - tanımadıqları bir gəncin əmrini gözləyən 
insanlara səsləndi:
- Qaçın,  qurtulun!  Bunlar  bizi  qıracaqlar!  Müm-
kün qədər küçədən çəkilin! Həyətlərə dağılışın! Qo-
ruyun özünüzü!


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə