Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə12/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

60
Bir  qədər  irəlidə,  kazarmanın  ehtiyat  çıxışının 
qarşısında isə qələbəlik vardı. Burada daha çox insan 
toplaşmışdı. Bir tonqal yandırıb ətrafında isinirdilər. 
Bu da təbii idi. Çünki söz gəzirdi ki, rus tankları arxa 
qapıdan çıxıb şəhərə hücum edəcək.
Azərgil  də oraya  gəlib  adamlara qoşuldular.  Bir 
müddət ətrafı seyr etdilər. Kazarmaların həyətinə də 
gözaltı nəzər yetirdilər. İçəridə silahlı əsgərlər vardı. 
Bəziləri isə əsgərdən çox quldura bənzəyirdi. Çiyni 
avtomatlı gəzən bu əsgər geyimli adamların bəziləri 
saqqallı  idi.  Sovet  Ordusunda  nəinki  əsgərin,  zabi-
tin  belə  saqqallı  olması  yol  verilən  deyildi.  Amma 
bunlar saqqallı idi. Qaranlıqda, həm də yaxın təmas 
olmadan  yaxşı  sezmək  mümkün  deyildisə  də,  nar-
koman olduqları deyilirdi. Növbə çəkənlər arasında 
söz  gəzirdi  ki,  onlar  ermənilərdir.  Əsasən  Rostov, 
Stavropol, Krasnodar tərəfdən səfərbər ediliblər ki, 
Bakıya  hücum  zamanı  xalqın  gözünü  qorxutmaq 
üçün  qəddarlıq  etsinlər.  Hər  halda,  bunu  indidən 
qətiləşdirmək mümkün deyildi. Lakin şayiə şəklində 
də olsa belə söhbətlər gəzirdi.
...Onlar gecə səhərə qədər ətrafı dolaşdılar. Bəzən 
tonqal  ətrafında  oturub  dincəlir,  bəzən  gəzişir, 


61
bəzən  bir  qırağa  çəkilib  müşahidə  aparırdılar.  Hər 
şey  yolunda  idi.  Sakitlikdi.  Heç  bir  qeyri-adi  olay 
baş  vermədi  o  gecə.  Səhərə  yaxın  növbəni  bitirib 
dincəlməyə yollandılar.
...Dincəlməzdən öncə dərsə də getmək lazım idi. 
Birinci növbədə oxuyurdular. Təbii ki, ilk imkanda 
yenə  də  dərsdən  qaçacaqdılar.  Onsuz  müəllimlər 
də  buna  göz  yumurdu.  Yalnız  şöbə  müdiri  Əvəz 
müəllim nəsə başqa cür davranırdı. O, əlindən gələni 
edirdi ki, tələbələr hərəkata qoşulmasın. Gah dilə tu-
turdu, gah hədələyirdi, gah da bütün baş verənlərin 
gərəksiz olduğunu iddia edirdi. Amma kim idi onu 
dinləyən?  Buradan  ona  “baş  üstə”  deyib,  gözünü 
yana çevirən kimi dərsdən qaçır, xalqın arasına da-
lırdılar.
Yanvarın 18-də də elə oldu. Dərsə gəldilər, görün-
dülər, bir az sonra qaçıb aradan çıxdılar. Gecəni yat-
madıqları üçün yorğun idilər. İstəsələr belə, dərsdə 
oturmaq çətin olacaqdı. Ən yaxşısı aradan çıxıb ya-
taqxanaya getmək, mümkün qədər dincəlib axşama 
enerji toplamaq idi. Çünki daha bir gecəni “Salyan 
kazarmaları”nın ətrafında keçirməli idilər.
...Yorğunluq,  yuxusuzluq,  ətrafda  cərəyan  edən 
olayların  həyəcanı  günün  necə  keçdiyini  bu  dəfə 


62
də  sezdirmədi.  Yatdılar,  dincəldilər.  Bir  az  musiqi 
dinləyib  çay  içdilər,  gün  keçdi.  Qış  günü  olduğu 
üçün havanın qaralması da uzun çəkmədi. Elə yatıb-
qalxınca artıq günün sonunun gəldiyini gördülər və 
axşam növbəsinə hazırlaşdılar.
***
Xudatda  olayların  gərginliyi  azalmamışdı.  Yan-
varın 18-i də rus qatarının mühasirəsi, etirazçıların 
çoxalması, atılacaq növbəti addımların planlaşdırıl-
masıyla davam edəcəkdi. İndi isə səhər yenicə açıl-
mışdı. Xalq Cəbhəsinin bütün fəalları hadisə yerində 
idi.  Xaçmaz  təşkilatının  başçıları  da  gecəni  onlarla 
keçirmişdi.  Ruslarla  danışıqlar  isə  hələ  də  davam 
edirdi.
Bəzi fəallar Xalq Cəbhəsinin yerli təşkilatının qu-
rulması zərurətindən də danışırdı. Bu təklif qələbə-
liyi daha da coşdurmaqda idi. Ona görə də az sonra 
qərar veriləcəkdi. Amma hələlik rusları inandırmağa 
çalışırdılar ki, qatar geri qayıtmalıdır.
Yerli fəallardan olan İzzət Biyabani və onun başçı-
lıq etdiyi qrup təxribatların qarşısını almağa, dövlət 
qurumlarının mühafizəsini təşkil etməyə məsul edil-
mişdi.


63
İzzət  bəy  üzərinə  düşən  vəzifənin  öhdəsindən 
layiqincə  gəlir,  ortalığı  qarışdıracaq  təxribata  bən-
zər  durumları  vaxtında  qiymətləndirə  bilirdi.  Bu 
isə  onun  hazırkı  durumda  önə  çıxması  üçün  əsas 
şərtlərdən biri idi.
Dünəndən  başlayıb  bu  gün  ərzində  də  davam 
etdirilən danışıqlar, deyəsən, öz bəhrəsini verməyə 
başlamışdı.  Artıq  ruslar  razılığa  gəlmiş  kimi  görü-
nürdü.  Onların  komandiri  ara-sıra  vaqona  qayıdıb 
haraylasa  əlaqə  saxlayır,  sonra  dışarı  çıxıb  etirazçı 
heyətlə müzakirələri davam etdirirdi.
Gün  günortanı  arxada  qoymuşdu.  Hər  kəs  gər-
ginlik  içində  idi.  Bu  zaman  rus  zabiti  danışıqları 
aparan heyətə yaxınlaşaraq geri qayıda biləcəklərini 
dedi. Bir anda hər kəs rahat nəfəs aldı. Üzə vurmasa-
lar da içdən sevindilər. Ancaq danışıq heyətinin heç 
bir üzvü bunu bəlli etmədi. Əksinə, özlərinə daha da 
qətiyyətli  görkəm  verərək  bu  dönüşün  bir  an  öncə 
olmasının vacibliyini dilə gətirdilər.
Budur, ilk qələbə qazanılmışdı! İndi o qorxunc qa-
tar işğalçı əsgərləri və ağır texnikanı gətirdiyi kimi 
geri aparacaqdı. Xudatdakı bu uğurdan sonra Bakı 
bir az rahat nəfəs ala bilərdi.


64
...Rus əsgərləri bir əmrlə vaqonlara mindilər. La-
kin sevinmək hələ tez idi. Birdən onlar söz verdikləri 
kimi geri deyil, irəli getmək istədilər? Tarixdə bunla-
rın belə yalanlarını çox görmüşdü Azərbaycan xalqı. 
Ona görə də diqqətli olmaq lazım idi.
...Saat  16-nı  keçmişdi.  Əsgərlər  vaqonlara  min-
dikdən sonra qatar fit verərək hərəkətə başladı. Al-
datmamışdılar. Bakını işğal üçün rus əsgər və silah-
larını  gətirən  qatar  Xudat  stansiyasından  üzüsulu 
geri dönürdü.
Ağır-ağır,  sürünə-sürünə  hərəkətə  başlayan  qa-
tar bir az sonra yavaş-yavaş sürətini artırdı. Bir neçə 
dəqiqə sonra isə üzü quzeyə irəliləyərək gözdən itdi. 
Sanki heç burada belə bir qatar olmamışdı. İndi az 
öncə onun üzərində dayandığı relslər yalın qalmışdı. 
Elə bil üzərlərindən ağır bir yük götürülmüş kimi ra-
hat nəfəs alırdı polad relslər...
Elə insanlar da üzərlərindən çox ağır bir yükü at-
mağı bacarmışdı. Qatarın geri dönüb gözdən itməsi 
onları daha da coşdurmuşdu. 
Stansiyaya  toplaşan  etirazçılar  rus  əsgərlərini 
aparıb mənzil başına çatdıra bilməyən qatarı fit səs-
lərilə  yola  saldı.  Rus  qatarı  geri  döndü  Xudatdan. 
Sovetlərin  qarşısında  duruş  gətirib  bunu  bacarmaq 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə