Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
1   2   3   4   5   6   7   8   9   ...   35

13
redaktorluğunu  üstlənmiş  dostum  Əkbər  Qoşalıya 
təşəkkür etmək istərdim.
Özəl və əlavə bir təşəkkürü isə o günlərin canlı şa-
hidi, peşəkar və təcrübəli fotoqraf S.Rasimə ünvanla-
maq istərdim. O, heç bir təmənnasız həmin günlərə 
aid fotolarla bu kitabımızı zənginləşdirmiş oldu. Var 
olsun.
Sayğılarla, Azər HƏSRƏT
 
Facebook: Azer Hasret
 
Twitter: Azer Hasret
 
Youtube: Azer Hasret


14
Sözə başlarkən
Dədəli Azərbaycan Respublikasının lap quzeyində 
yerləşən, Rusiya Federasiyası ilə həmsərhəd sonun-
cu rayon olan Xaçmazın gözəl kəndlərindəndir. Xaç-
maz-Xudat  yolunun,  demək  olar,  orta  məsafəsində 
yerləşən  bu  kənd  həm  qədimliyi,  həm  də  uzun 
müddət o tərəflərin mərkəzi rolunu oynamasıyla se-
çilib.
Kənd hələ Sovet İttifaqı dağılandan sonra da bir 
müddət  mərkəz  rolunu  oynayacaqdı.  Çünki  çev-
rədəki  bütün  kəndlər  üçün  kənd  sovetliyi,  sov xoz 
idarələri,  fermalar  və  yeganə  10  illik  orta  məktəb 
bu kənddə idi. Ona görə də Nağıoba, Hacıabdurah-
manoba,  hətta  Sibiroba  kəndlərinin  uşaqları  öz 
kənd lərindəki  ibtidai  məktəbi  bitirən  kimi  4-cü 
sinfə  Dədəliyə  gəlirdi.  Bostançı  kəndinin  uşaqları 
isə 9-cu sinifdən buraya gəlməyə başlayırdı. Onların 
kəndindəki məktəb 8 illik idi.


15
Nağıoba  tərəfdə  bir  də  ləzgilərin  Xıraxoba  (Qı-
raqoba)  dediyi,  əhalisi  büsbütün  ləzgilərdən  ibarət 
olan kənd vardı. Balaca bir kənd idi. Amma oranın 
uşaqları  oxumaq  üçün  Dədəliyə  gəlmirdi.  Xıraxo-
balılar  heç  Azərbaycan  sakinləri  də  sayılmırdılar. 
Azərbaycan dilini bilənlərinə də çox nadir hallarda 
rast  gəlmək  olardı.  Kənd  Xaçmaz  rayonunda,  yəni 
Azərbaycanda yerləşsə də, Dağıstana aid idi. Onla-
rın pasportlarında Azərbaycanla bağlı heç bir qeyd 
yox idi. Bəs, bu necə olurdu?
Deyilənlərə  görə,  Xıraxobalılar  haradasa  1950-ci 
illərdən bu yerlərdə məskunlaşmağa başlayıblarmış. 
Dədəlinin yaşlı insanları danışırdı ki, onlar Qusarça-
yın sahilində, palıdların əhatəsində olan bu yerdən 
özləri  üçün  qışlaq  kimi  istifadə  edirlərmiş.  Burada 
evlər də yox imiş. Sadəcə ilk gəlişlərində xalq arasın-
da “qazma” deyilən yeraltı yaşayış komaları qurub-
larmış.  Torpağı  haradasa  2-3  metr  dərinliyə  qədər 
qazıb otaq düzəldirlərmiş. Üstünü də ağac budaqla-
rıyla bağlayıb torpaqla örtər, sonra da suvaqlarmış-
lar. Lap hərbi obyekt kimi.
O vaxt hələ adı da olmayan bu yurda ləzgilərin 
hər  qış  gəlib  yerləşməsini  görən  Rusiya  hökuməti 
Azərbaycanla razılıq əldə edərək Xıraxobanı həmin 


16
o  sakinlər  üçün  icarəyə  götürübmüş.  Bu  hadisə 
1954-cü ildə olub. Rusiyayla Azərbaycan arasında 30 
illik  icarə  müqaviləsi  bağlanıbmış.  Sonra  müqavilə 
müddəti 1984-cü ildə bitincə yenidən razılaşma olub 
və daha 20 il uzadılıb. Yəni 2004-cü ilə qədər. Kəndə 
Xıraxoba adı da ləzgilər orada oturuşduqdan sonra 
verilib.
Xıraxoba  indi  1954-cü  ilin  qazmalarından  ibarət 
deyildi.  Orada  ümumiyyətlə  qazma  adında  bir  şey 
qalmamışdı. Heç qışlaq da demək olmazdı ora. Çün-
ki  əhalinin  hamısı  oturaq  həyata  keçmiş,  özlərinə 
iki  mərtəbəli  evlər  tikib  yerləşmişdilər.  Kənddə 
poçt,  məktəb  və  digər  dövlət  idarələri  də  fəaliyyət 
göstərirdi. Camaatı da ətraf kəndlərin əhalisi ilə qay-
nayıb-qarışmışdı.  Xeyirdə-şərdə  iştirak  edir,  hətta 
qız alıb, qız da verirdilər Xıraxobalılar. Amma pas-
portlarında yenə də Azərbaycanla bağlı heç bir qeyd 
yox idi. Bu kənd Xaçmaz rayonunun tən ortasında 
yerləşsə  də  nə  rayona,  nə  də  Azərbaycana  bağla-
na  bilməmişdi.  Onlar  gəlmə  idilər,  qonaq  idilər  və 
yəqin  ki,  bir  gün  seçim  qarşısında  qalacaqdılar:  ya 
Azərbaycanlı  olmaq,  ya  da  bağlı  olduqları  diyara 
geri dönmək. Hər halda, üstündə yaşadıqları torpaq-


17
lar onların deyildi. Bu torpaqlar Dədəlinin gündoğa-
nında, Nağıobanın düz yanında yerləşirdi. 
Dədəli coğrafi olaraq da mərkəzdə yerləşirdi. Bu-
radan günbatana Qusarçay, gündoğana isə Uzuno-
ba yolu gedirdi. Quzeyə gedən yol Bostançı və ətraf 
kəndlərə aparıb çıxarırdı. Bir də güney tərəfə yol var-
dı. Amma burada yol elə kəndin içində bitir, dışarı 
çıxmırdı. Yol bitdikdən sonra tarlalar, onun ardınca 
da meşələr başlayırdı. Bu ərazinin sağ tərəfi Dərəbağ 
adlanırdı. Dərəbağ bitdikdən sonra Çəpərxır deyilən 
yer vardı. Lap sonadək getdikdə isə “İt meşəsi” baş-
layırdı.  Zəngin  bitki  örtüyü  olan  bu  meşə  həm  də 
çöl toyuğu, çaqqal, dovşan, canavar kimi canlıların 
məskəni idi.
Ümumiyyətlə  isə,  hər  tərəfi  meşəylə  əhatə  edil-
miş, ilin ən azı 8 ayı torpağından bar-bəhər toplanan 
bu  cənnət-məkan  kənd  Azərin  uşaqlıq  xatirələrilə 
doluydu. Kəndin elə bir meşəsi, bağı yox idi ki, onun 
ayağı  ora  dəyməmiş  olsun.  Bir  tərəfdə  “İt  meşəsi”, 
digər tərəfdə Alapalıdlıq, başqa bir tərəfdə “Molla-
nın meşəsi” uzanıb gedirdi.
Azər uşaqlığını bu meşələrdə keçirmişdi. Hələ o 
da yadındaydı ki, isti havalarda meşələrdə ayaqyalın 
gəzməyi xoşlardı. Evdən çıxanda ayağında ayaqqa-


18
bı olardı. Elə ki, bir az aralandı, ayaqqabılarını bir-
birinə bağlayıb atardı çiyninə. Çünki ayaqyalın olan-
da  sulu  yerlərdən  də  rahat  keçə  bilirdi.  Səhərdən 
axşama  meşədə,  çöldə-bayırda  gəzib-dolaşsa  da 
ayağına tikan batmazdı. Batsa da xəbəri olmazdı. O 
qədər  ayaqyalın  gəzməyə  öyrəşmişdi  ki,  artıq  daş-
kəsəkli  yollarda,  kələ-kötür  yerlərdə  yumşaq  xalça 
üzərində gəzirmiş kimi gəzərdi. Bir də yay ayların-
da yüksək qovaq, palıd ağaclarının başına çıxıb qora 
yeməsi vardı.
Bu kənd belə kənd idi. Azər də belə Azər idi.
Hələ xalq arasında adına Qobu deyilən Qusarça-
yın bəzən sakit, bəzən də dəli-dolu sular axan yata-
ğında da onun ayaq izləri vardı. Azər hər yay dostla-
rıyla bu çaya balıq tutmağa gedərdi. Fürsətkən çayda 
çimməyi də yaddan çıxarmazdı. Düzdür, çox zaman 
çayın suyu dayaz olurdu. Lakin balaca kənd uşaqla-
rının ºənlənməsi üçün bu da yetərli idi.
Dədəlinin  quzey-doğusunda,  Nağıoba  yolunun 
sol tərəfində bir də göl vardı. Əslində, göl deyildi o. 
Süni su anbarı idi. Amma yetərincə geniş və üzmək 
üçün  dərin  olduğuna  görə  göl  deyirdilər  el  arasın-
da.  Kənddə  elə  bir  uşaq  olmazdı  ki,  həmin  göldə 
çimməsin. Orada həm də yaxşı balıq olurdu. Ətrafı 


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə