1
Адрес-календаръ Азербайджанской Республики на 1920 г., B.1920,
III hissə, səh. 87.
2
Korkodyan Z., Sovet Ermənistanını əhalisi, 1831-1931, (ermənicə). İrəvan, 1932, səh.185;
Bax: İ.Məmmədov, S.Əsədov, Ermənistan azərbaycanlıları və onların acı taleyi,
Bakı.1992, səh. 33.
III FƏSİL:
ERMƏNİSTANDA AZƏRBAYCANLILARA QARŞI REPRESSİYA
VƏ DEPORTASİYA SİYASƏTİ
1. OTUZUNCU İLLƏR REPRESSİYASI
1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra daşnak hakimiyyəti
dövründə qədim ata-baba yurdlarından didərgin salınaraq Azərbaycana, İrana, Türkiyəyə və
Gürcüstana sığınmış müsəlman qaçqınlarının bir qismi qayıtmağa müvəffəq olmuşdular.
Ermənistan rəhbərləri qaçqınların geri qayıtmasının qarşısını almaq məqsədilə müxtəlif
bəhanələr gətirir, onları Ermənistan ərazisinə buraxmaq istəmirdi. 1922-ci ilin yayında
Ermənistan hökuməti yolxucu xəstəliklərin yayılmasını bəhanə edərək, İran ərazisində sığınacaq
tapmış qaçqınların Culfa və Şahtaxtı keçid məntəqəsindən keçərək Ermənistana qayıtmalarının
qarşısını almaq üçün dəfələrlə Azərbaycan hökumətinə müraciət etmişdi.
Vedibasar və
Zəngibasar qaçqınlarına o şərtlə qayıtmaqa icazə vermişdilər ki, onların 1918-1920-ci illərdə
ermənilərə qarşı vuruşmalarda iştirak etməmələri sübuta yetirilmiş olsun.
1
Lakin Ermənistan hökumətinin müqavimətinə və orada hökm sürən aclıq və səfalətə
baxmayaraq, artıq 1922-ci ildə 100 min qaçqın doğma yurdlarına qayıtmışdı. Müsəlmanların
yaşamış olduqları kəndlərin çoxunda Türkiyədən gəlmiş erməni ailələri yerləşdiklərindən,
qayıdan qaçqınlar ya öz yurdlarını yenidən
tərk etməyə məcbur olmuş, ya da ermənilərlə birgə
yaşamağa məhkum olmuşdular. Sonralar 80-dən artıq ermənilərlə qarışıq yaşayış məskənləri
beləcə yaranmışdı.
1926-cı ildə Ermənistanda 743573 erməni, 84717 türk siyahıya alınmışdı. 1939-cu ildə
isə 1062000 erməni, 130800 türk qeydə alınmışdı. Müqayisədə
1
Azərbaycan Respublikası DA, F.28., siy.1, iş 210, vərəq 125.
ermənilər 42,7%, türklər isə 56,8% artmışdı, Türklərin yüksək artımı erməniləri narahat edirdi.
Bəs Ermənistanda azərbaycanlılara qarşı repressiyalar necə həyata keçirilirdi? Təbii ki,
həmin dövr Ermənistan mətbuatında bu məsələ ilə əlaqədar heç bir iz buraxılmamışdır. Lakin
həmin dövrdə repressiyadan canını qurtarıb İran və Türkiyəyə qaçan mühacirlərin verdikləri
məlumatlar Türkiyədə və Almaniyada çıxan bir sıra məcmuələrdə öz əksini tapmışdır. 20-ci
illərin sonu və 30-cu illərin əvvəllərində bütün Sovet İttifaqında həyata keçirilən
kollektivləşmənin ən sərt tədbirləri Ermənistanda yaşayan azərbaycanlılara qarşı tətbiq edilirdi.
İlk növbədə ata-babadan varlı olanların mal-qarasını əllərindən alıb kolxoz təsərrüfatına qatır,
özlərini isə “qolçomaq” damğası ilə Qazaxıstana və Sibirə sürgün edirdilər.
Bir azdan bu cür
tədbirlərin ortabab kəndlilərə də şamil edilməsi, mal-qaradan əlavə əkin sahələrin də onların
əllərindən alınması Vedibasarda, Zəngibasarda və Qəmərlidə kəndli üsyanlarının baş verməsinə
səbəb olmuşdu.
1930-cu ildə Türkiyədə çıxan “Odlu yurd” məcmuəsi (baş redaktoru M.Ə-Rəsulzadə)
“Vedibasar və Naxçıvan üsyanları davam edir” başlıqlı məqaləsində yazırdı: “Üsyan bir tərəfdən
İrəvana və Göycə gölünə, digər tərəfdən Ordubad və Zəngəzura sirayət eyləmişdir.
Böyük Vedibasar partizanlarının miqdarı 600 nəfərdir... Partizanlara heç bir tərəfdən yardım
edilmir və Qızıl ordudan saldırdıqları silah və köylülərin verdikləri ərzaqla keçinirlər.
Zəngəzur, Ordubad, Naxçıvan, Vedibasar və Göycə partizanları arasında
rabitə mövcud
olub, Qarabağ, Gəncə və Muğan partizanları ilə əlaqəyə girməyə səy edirlər.
Sovet Ermənistanın Kommunistlər Şurasının rəisi Sedrak Sarkisyan partizanların
hücumuna məruz qalaraq öldürülmüşdür. Şofer və arkadaşı ağır y aral anmışdır.”
1
Getdikcə güclənən Vedibasar üsyanı haqqında həmin məcmuənin başqa bir sayında
yazılır: “Minlərlə kəndlinin iştirak etdiyi partizan hərəkatı qüvvətli bir şəkil almışdır. Üsyançılar
kollektivləşmə siyasətindən vaz keçilməsini, ərzağın hökumətin qoyduğu qiymətlərlə deyil,
sərbəst surətdə satılmasını və terrora son verilməsini tələb şüarı altında hərəkət etmədədirlər...
Ən aktiv rolu orta hallı köylülər və əksəriyyətlə şəhər ünsürləri oynamaqdadır.”
2
“Odlu yurd” məcmuəsi Vedibasar üsyanının yatırılması zamanı qətlə yetirilən
Abbasqulu
bəy Şadlinskinin ölümü ilə bağlı başqa bir məlumat-onun daşnaklar tərəfindən qətlə yetirilməsi
haqqında məlumat vermişdi. Məcmuənin “Vedibasarda qara bayraq” adlı məqaləsində yazılır:
“Zəngibasar,
Vedibasar, Gərnibasar və Naxçıvan tərəflərdə üsyan məntəqələrində olan köylərdə
qara bayraq çəkilmiş olduğu hüdud boyunda olan müxbirlərimiz tərəfindən xəbər verilməkdədir.
Matəmdə erməni köylüləri də iştirak etməkdədirlər. Abbasqulu ağanın qrupundan olan
köylülərdən 80 nəfəri 17 tələfat vermək müqabilində Türkiyəyə keçməyə müvəffəq olmuşlar.
Ruslar Araz boyunda hüdudu keçərkən öldürdükləri 17 köylünün meyitlərini günlərcə səhrada
buraxmışdılar. Türkiyəyə keçməyə müvəffəq olan 63 köylünün söylədiklərinə görə, Abbasqulu
ağa daşnaklar tərəfindən qətl edilmişdir. Və bu hadisə daşnak olmayan erməni köylülərinin də
nifrətinə səbəb olmuşdur.”
3
“Abbasqulu ağa neçin öldürüldü” sualına məcmuədə belə cavab verilir: “Hər kəsdən
ziyadə bolşevikləri sevindirəcək olan bu qətl hadisəsinə Daşnaklar nədən müraciət etmişlər?
1
“Odlu yurd” (“Odlu Yurt”) məcmuəsi, 1930-cu il, sayı 17(5), səh.193.
2
Həmin məcmuə, 1930-cu il, sayı 18(6), səh. 244.
3
Yerə orada, səh. 229.
Abbasqulu ağa rus inqilabından sonra əksəriyyəti türk olan İrəvan vilayətində “süni bir erməni
əksəriyyəti” yaratmaq üçün türk köylərini yerlə yeksan
etməyə başlayan daşnaklara, onların
qəhrəmanı andraniklərə iki il müqavimət göstərmiş, bu yerlərdə türkün mövcudiyyətini mühafizə
etməyə müvəffəq olmuşdu.
O zaman İrəvan vilayətində Zaqafqaziya Seyminin xüsusi komissiyası 200-dən artıq türk
köylərinin məhv edilmiş olduğunu təsbit eyləmişdi. Abbasqulu aqa daşnakların şeytani
tədbirlərinə qarşı çıxmış, bu sayədə Vedi və Naxçıvan tərəfləri bu soyqırımdan qurtara bilmişdi.
Daşnaklar indi Abbasqulu aqanın ruslara qarşı mübarizə etməsindən istifadə edərək «intiqam»
almışlar. Abbasqulu ağanın öldürülməsindən daşnak olmayan erməni köylüləri daha çox
mütəəssir olmuşdular.”
1
Ermənistanda azərbaycanlılar yaşayan kəndlərin üsyanı yatırıldıqdan sonra, üsyançıların
xeyli hissəsi İran və Türkiyəyə qaçmaqa məcbur olmuşdularsa da, bu üsyanı bəhanə edərək
azərbaycanlı kəndlərində kütləvi surətdə həbs prosesi başlanmışdı. həbslərin başlanmasına
ikinci
bəhanə isə Ermənistanda yaşayan türklərin - azərbaycanlıların İran və Türkiyə ilə qohumluq
əlaqələrinin olması və onların guya həmin ölkələrə mühacirət etmiş əksinqilabçı qüvvələrlə əlaqə
saxlamaları olmuşdu.
“Odlu yurd” məcmuəsi “İrəvanda həbslər” adlı məqaləsində yazırdı: “İrəvan vilayətində
130 türk millətsevərlər həbsə alınmışlar. Bunlar Rusiyaya sürüləcəklər. Məhbusların arasında
Türkiyəyə keçməyə təşəbbüs etməkdə ittiham edilənlərdən Abbas və Məhəmməd Tağı bəylər də
vardır. Martın 17-də sürüləcəklərdi. Fəqət Borçalıda və Qazax tərəflərində dəmiryol xəttinin türk
köylərinin əlində olması nəzərə alınaraq hələlik təxirə salınmışdır.”
1
Yenə orada, səh.230.