10 min nəfərə endirsin. 1949-cu ilin oktyabr ayına olan məlumata görə 983 təsərrüfat ( 4000 min
nəfər) keçürülmüş, 1500 təsərrüfatı birləşdirən 6000 min nəfərə isə köçürülmə biletləri
verilmişdi. Hətta Ermənistanda benzin çatışmadığından köçürmə planını yerinə yetirmək
məqsədilə Azərbaycan öz yanacaq fondundan əhalini dəmiryol stansiyalarına gətirmək üçün 60
min ton benzin ayırır.
Ümumiyyətlə, 1949-cu ildə Ermənistandan 12306 ailə (54373 nəfər)
köçürülür. Köçürülənlər əsasən Zərdab, Əli-Bayramlı, Kürdəmir, Göyçay, Mirbəşir, Salyan,
İmişli, Sabirabad və Yevlax rayonlarında yerləşdirilir.
Azərbaycan SSR Nazirlər Soveti 1950-ci ildə 2419 ailənin (14361 nəfər) köçürülməsi
üçün qərar qəbul etsə də, həmin il 65 min nəfər köçürülür. 1948-1950-ci illərdə Ermənistan SSR-
dən köçürülmüş ailələrdən yalnız 4878-ni yaşayış evləri ilə təmin etmək mümkün olur.
1951-ci ilin əvvəlindən köçürülən əhalinin bir hisəsi məcbur olub Ermənistana -
boşaldılmış kəndlərə qayıdırlar. Geri qayıtmanın kütləvi şəkil
1
Paşayev. A, “Köçürülmə”, səh.16-17
alacağından ehtiyat edən Ermənistan rəhbərliyi böyük hay-küy qaldırır, onları qəbul
etməkdən
imtina edir. Əslində isə xaricdən gələn erməniləri yerləşdirmək adı altında köçürülən kəndlər
əsasən boş qalırdı. Xaricdən gələnlərin cüzi hissəsi kənd rayonlarına gedirdilər. Hər cür yağlı
vədlərlə gətirilən ermənilərin əksəriyyəti özlərini aldadılmış hesab edir, sosial inkişaf
baxımından bərbad vəziyyətdə olan azərbaycanlı kəndlərinə ayaq qoymaq istəmirdilər.
Ermənilər kütləvi surətdə gəldikləri ölkələrə qayıtmağa can atırdılar.
1951-ci ildə Ermənistandan 1500 ailənin Kür-Araz ovalığına köcürülməsi planlaşdırılır.
Onlardan 400 ailə İrəvan şəhərinin sakinləri nəzərdə tutulurdu. 1952-ci ildə Azərbaycan SSR
Nazirlər Sovetinin köçürmə planı haqqında qəbul etdiyi qərarda 1200 təsərrüfatın köçürülməsi
nəzərdə tutulur və ilin axırında bu plan 124,6 faiz yerinə yetirilir. Nəmin illərdə eyni zamanda
qeyri-rəsmi surətdə Ermənistandan Azərbaycana mindən çox ailə köçüb gəlmişdi.
1948-1953-cü illərdə Ermənistandan 144 654 nəfər doğma ev-eşiyindən zorla köçürülür
1
.
1953-cü ildə İ.Stalinin elümündən sonra köçürmə dayandırılır və əhalinin geriyə qayıtma
prossesi surətlənir. Ermənistandan azərbaycanlıların deportasiyası ilə yanaşı, yaşayış
məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların
birləşdirilməsi əməliyyatı aparılırdı. Təkcə 1947-1953-cü illərdə 60-dan artıq yaşayış
məntəqələrinin adları dəyişdirilmişdir. Ermənistan SSR Ali Sovetinin 19 sentyabr 1950-ci il
fərmanı ilə aşağıdakı dəmiryol stansiyalarının adları dəyişdirilmişdir: Kolagirən - Tumanyan,
Hamamlı - Spitak, Ortakilsə - Maisyan, Tomardaş -Vardakar,
Arpaçay - Axuryan, Buğdaşen -
Baqravan, Qaraqula - Gedap, Ələyəz - Araqats, Boğudlu - Arteni,
1
Sərdarov Z., “Ən böyük tarixi ədalətsizlik” məqaləsi, ”Xalq qəzeti”, 26 dekabr 1997-ci il.
Qaraburun - Qarmraşen, Qamışlı - Sovetaşen, Uluxanlı - Masis, İmanşahlı - Mxçyan, Qəmərli -
Artaşat, Şirazlı - Ayqavan.
1951-ci il martın 19-da verilən fərmanla Dilican rayonu İcevanla, Əzizbəyov rayonu
Mikoyan rayonu ilə, Ələyəz
rayonu Abaranla, Qarabaqlar rayonu Vedi ilə, Qukasyan rayonu
Amasiya ilə birləşdirilmişdi. Kadr məsələləri həll edildikdən, yəni azərbaycanlı kadrlar çıxdaş
edildikdən sonra bəzi rayonları sonralar yenidən ayırmışdılar.
Ermənistandan zorakı keçürülmə aksiyasını həyata keçirdikdən sonra türkdilli əhalinin
azalmasını əsas götürərək rayon və respublika səviyyəli türkdilli kadrları ermənilərlə əvəz
edilməyə başlamışdılar. Qarabağlar, Vedi, Zəngibasar, Krasnoselo rayonlarının partiya
komitələrinin birinci katibləri, digər 10 rayonda isə ikinci və üçüncü katiblər dəyişdirilərək
yerinə ermənilər təyin edildilər.
Sonralar isə Ermənistan KP MK-nın təşkilat məsələləri
üzrə katibi Məmməd
İsgəndərov, kənd təsərrüfatı şöbəsinin müdir müavini Rəhim Allahverdiyev, MK-nın məsul
təşkilatçısı Cümşüd Sultanov, kənd təsərrüfatı nazirini müavini Hüseyn Məmmədov, Ermənistan
SSR Ali Sovetinin sədr müavini Mirzə Bəşirov tutduqları vəzifələrdən azad edildilər. Məsul
vəzifələrdə işləmiş azərbaycanlıların Azərbaycana axını sürətləndi.
Bütün bunlarla yanaşı 13 rayonda Azərbaycan dilində çıxan qəzetlərdən 9-nun nəşri
dayandırılır. Azərbaycan teatr sənətinə görkəmli sənətkarlar bəxş edən İrəvan teatrı köçürmə
illərinin hər cür təzyiq və sıxıntılarına baxmayaraq, 1948-1949-cu illərdə “Məşədi İbad”, “Leyli
və Məcnun”, “Eşq və intiqam”, “Şah İsmayıl” kimi əsərləri tamaşaya qoymuşdu. Bütün bunlara
baxmayaraq, teatr Basarkeçər rayonunun tamamilə ermənilər yaşayan mərkəzinə köçürüldü.
Ermənistanda ali təhsilli azərbaycanlı kadrların çoxalmasına imkan verməmək məqsədilə
ilk növbədə X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunun Azərbaycan dilində olan fakültələri -
dil-ədəbiyyat, tarix,
coğrafiya, fizika-riyaziyyat fakültələri, Ermənistan Dövlət Qiyabi Pedaqoji
İnstitutunun eyniadlı fakültələri bağlanaraq Bakıdakı müvafiq institutlara köçürüldü. Azərbaycan
elminə görkəmli xadimlər bəxş etmiş İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu bağlanaraq
Xanlar rayonuna köçürlüdü. Bir qədər əvvəl, yəni müharibə illərində Leninakanda (Gümrüdə)
fəaliyyət göstərən və Zaqafqaziyada yeganə olan Süd Sənaye Texnikumunun azərbaycanlı şöbəsi
də bağlanmışdı.
Ermənistan rəhbərləri xaricdən gələn erməniləri yerləşdirmək bəhanəsi adı altında
Naxçıvanla Ermənistan arasındakı ərazilərdə xeyli miqdarda erməni əhalisinin yerləşdirilməsinə
nail oldular. İrəvan şəhərinin əhatəsindən köçürülən azərbaycanlıların əvəzinə erməniləri
məskunlaşdırdılar. Köçürülmə nəticəsində İrəvan ətrafındakı Əştərək, Qarabağlar, Qəmərli,
Vedi, Zəngibasar, Hoktemberyan, Eçmiədzin rayonlarının və Arpa-Sevan (Göycə)
xətti
ətrafında yerləşən rayonların müsəlmanlar yaşayan münbit torpaqları ermənilərin əlinə keçdi.
Türkiyə ilə sərhəd boyunda yerləşən Vedi, Zəngibasar, Noktemberyan rayonlarının azərbaycanlı
əhalisini köçürməklə ermənilər özləri üçün “etibarlı sərhəd zolağını” təmin etdilər. Amasiya
rayonu bir tərəfdən Türkiyə, digər tərəfdən Gürcüstanın ermənilər yaşayan Boqdanovka və
Axılkələk rayonları arasında yerləşdiyindən, Ermənistan rəhbərliyi həmin rayonu da
köçürmək qərarına gəlmişdi. “Ermənistanın Sibiri” adlandırılan Amasiya rayonunun Qarabulaq,
Qızılkənd, Şurabad və Daşkörpü kəndləri Azərbaycanın aran rayonlarına köçürülmüşdü. Lakin
sonralar Amasiyadan köçürülmə prossesi dayandırılmışdı. Çünki köçürülən
kəndlərdə kənardan
heç bir erməni gəlib məskunlaşmaq istəmədiyindən, kəndlər boş qalırdı. Bu isə iqtisadi
cəhətdən Ermənistan hökumətinə əl vermirdi. Çünki Ermənistanın heyvandarlıq məhsulları ilə
təmin edilməsində Amasiya rayonunun xüsusi yeri var idi.
Əgər 1948-1953-cü illərdə Ermənistandan 150 minə yaxın əhali deportasiya edilərək
Azərbaycana köçürülməsəydi və bu köçürülmə ilə yanaşı mədəni-maarif ocaqları
bağlanmasaydı, rəhbər kadrlar sıxışdırılıb çıxarılmasaydı, azərbaycanlı əhalinin təbii artımı
nəticəsində 80-cı illərin sonunda Ermənistanda azərbaycanlıların sayı ermənilərin sayına
yaxınlaşacaqdı. Bu təhlükəni Ermənistan rəhbərləri əvvəlcədən hiss edir və vaxtında tədbir
görürdülər.
Ermənistandan azərbaycanlı əhalinin köçürülməsi ilə əlaqədar o dövr Ermənistan
mətbuatı, o cümlədən “Sovet Ermənistanı” qəzeti heç bir iz buraxmamışdır. 1948-1953-cü illərdə
“Sovet Ermənistanı” qəzetinin səhifələrində yalnız onu müşahidə etmək olur ki, kəndlərdə
əhalinin
milli tərkibi tədricən dəyişir, müsəlman kəndləri erməni kəndlərinə çevrilir.
Araşdırmalar göstərir ki, 1948-1953-cü illərdə azərbaycanlıların indiki Ermənistan
ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası haqqında SSRİ hökumətinin qərarı
artıqlaması ilə yerinə yetirilmişdir. həmin qərarla Ermənistanın 23 rayonundan 100 min
azərbaycanlı əhalinin könüllü köçürülməsi nəzərdə tutulmuşdusa da, əslində qərarın icrası zorakı
təzyiqlər vasitəsi ilə həyata keçirilmiş, 24 rayondan və İrəvan şəhərindən (200 yaşayış
məntəqəsindən) 150 minə yaxın azərbaycanlı deportasiya edilmişdi.
1989-cu ildə SSRİ hökuməti 40-cı illərdə deportasiyaya məruz qalmış xalqların
hüquqlarının bərpası haqqında qərar qəbul etsə də 1948-1953-cü illərdə Ermənistandan
deportasiya edilmiş azərbaycanlılar həmin xalqların siyahısına daxil edilmədi. Prezident
H.Əliyevin 18 dekabr 1997-ci il tarixli fərmanı həmin illərdə xalqımıza qarşı həyata keçirilmiş