tarixi cinayətə hüquqi-siyasi
qiymət verilməsi, onun beynalxalq ictimaiyyətin nəzərinə
çatdırılması üçün zəmin yaratmışdır.
1948-1953-cü illərdə indiki Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlı
yaşayış məntəqələrinin siyahısı kitabın əlavə sənədlər hissəsində verilir.
3. ERMƏNİ ŞOVİNİZMİNİN DİRÇƏLİŞİ (1960-1987-ci İLLƏR)
Ermənistanda antitürk, antimüsəlman təbliğatı 60-cı illərin ortalarında yenidən var gücü
ilə işə salınmışdı. 1964-cü ildə Ermənistanın rəsmi dairələri Moskvanın razılığı ilə uydurma
“Erməni genosidi”nin 50 illiyinin qeyd edilməsi haqqında qərar qəbul etmişdilər. Bir il ərzində
Ermənistanın bütün kütləvi informasiya vasitələri, nəşriyyatları, redaksiyaları 1915-ci il
“genosidi”nin təbliği ilə məşğul olmuşdular. həmin vaxtadək gizli fəaliyyət göstərən
“Daşnaksutyun” partiyası fürsətdən
istifadə edərək, bir növ açıq fəaliyyətə keçmişdi. Erməni
millətçiləri 1965-ci ilin fevralında cəllad Andranik Ozanyanın anadan olmasının 100 illiyini
təntənəli surətdə qeyd etdilər. Həmin dövrdə Ermənistanı Yenidən Birləşdirmə Komitəsi
aradılmışdı.
Bu hərəkata gizli surətdə Ermənistanın KP MK-nın o zamankı birinci katibi Y.Zarobyan,
ikinci katibi H.Bağdasaryan, Elmlər Akademiyasının prezidenti V.Hambarsumyan, şairlərdən
Hovanes Şiraz, Silva Kaputikyan, akademik B.Ulubabyan, C.Kirakosyan və s. rəhbərlik
edirdilər. Nümayiş və mitinqlərdə isə tələbələri və xaricdən gələn erməniləri qabağa verirdilər.
Komitə öz qarşısına “Türkiyə Ermənistanı”nı, Naxçıvan və Qarabağı indiki Ermənistana
birləşdirməyi məqsəd qoymuşdu.
1965-ci aprelin 24-də İrəvanda “qırğınların” 50 illiyinə həsr edilmiş yığıncaq
keçirilmiş,
Ermənistan EA-nın prezidenti Viktor Hambarsumyan məruzə etmişdi.
Tədbirin keçirilməsi zamanı Ermənistanı Yenidən Birləşdirmə Komitəsinin üzvləri
onların nümayəndəsinə məruzə üçün söz verilməməsinə etiraz əlaməti olaraq Opera Teatrı
binasının şüşələrini sındırmış, şəhərdə çaxnaşma salmış, orada yaşayan azəri türklərini
“genosid”lə hədələmişdilər.
1
60-cı illərin ortalarında Ermənistanda aparılan milli ayrıseçkilik siyasəti və
diskriminasiya aksiyası nəticəsində İrəvan və onun ətraf rayonlarından minlərlə ailə
Azərbaycana köçməyə məcbur olmuşdu.
1961-ci ildə SSRİ hökuməti xaricdə yaşayan ermənilərin yeni dəstəsinin qəbul edilməsi
haqqında qərar qəbul etmişdi. Ermənistan KP MK-nın 1961-ci il oktyabr plenumunda qərara
alınmışdı ki, ermənilərin Ermənistana 1946-48-ci illər köçürülməsi zamanı əldə edilən
təcrübəyə
əsaslanaraq, onlara mənzil fondu ayırmaqla, məktəblər və s. sosial obyektlər təşkil etməklə
onların yerləşdirilməsinə başlansın. 1962-ci ilin əvəlində başlayaraq Kiprdən, Misirdən, İrandan,
ABŞ-dan, Türkiyədən, Uruqvaydan, Argentinadan ermənilər Ermənistana axışdılar. 1962-1965-
illərdə Ermənistana 7 min erməni gəlmişdi. Onlar əsasən sənaye şəhərlərində və Hoktemberyan ,
Eçmiədzin, Artaşat və Vedi rayonlarında yerləşdirilmişdilər.
Ümumiyyətlə, 1962-1973-cü illərdə xaricdən Ermənistana 26 min erməni gəlmişdi.
2
1946-1948-ci illərdə olduğu kimi, 60-cı illərdə də xaricdən ermənilərin Ermənistana
gətirilməsi oradan azərbaycanlıların kütləvi surətdə deportasiya
edilməsi ilə nəticələnmiş, on
minlərlə azərbaycanlı əhalinin Azərbaycana və başqa yerlərə köçməsinə səbəb olmuşdu. 1968-ci
ildə erməni tarixçiləri saxtakarlıqla Erebuni (guya qədim İrəvan) şəhərinin guya 2750 il öncə
salındığını sübuta yetirməyə cəhd göstərdilər, təntənəli yubileylər keçirdilər. Ermənilər əski
erməni əlifbası ilə şəhərin salınma tarixini yazmış və onu şüşə qabın içərisində torpağa
basdırmışdılar. Lakin həmin şüşə qabın II Yekaterina zamanında Rusiyada istehsal olunduğu
sübut edildikdən sonra ifşa olundular. Erməni tarixçilərinin İrəvan şəhərinin əski türk şəhəri
1
Didərginlər, Bakı, 1990, səh. 92-97.
2
История армянского народа, İrəvan, 1980, səh.417-418
olması faktını danmaq cəhdləri bir daha puça çıxdı.
Təəssüf ki, həmin vaxt Azərbaycan alimləri
susmaqı ustün tutdular.
1979-cu ildə keçirilən Ümumittifaq siyahıyaalınmasının nəticələrinə görə Ermənistanda
azərbaycanlılar 160841 nəfər, yaxud Ermənistan əhalisinin (3037259 nəfər) 5,3 faizini təşkil
edirdilər. 1926-cı ildə Ermənistanda türklər 84,6 min nəfər olmuşdular. Həmin dövrlə
müqayisədə azərbaycanlılar cəmisi 89 faiz, yaxud 1,9 dəfə artmışdı. Müqaisə olunan müddətdə
ermənilər 743,6 min nəfərdən 2725000 nəfərə çatmışdı. Onların artımı 280 faiz, yaxud 3,7 dəfə
olmuşdur. Eyni müddət ərzində kürdlər 15,3 min nəfərdən 50822 nəfərə çatmış, 301 faiz, yaxud
3,3 dəfə artmışdı. Bu rəqəmlər azərbaycanlıların Ermənistanda nə dərəcədə diskriminasiya və
repressiyaya məruz qaldıqlarına əyani nümunədir.
Təəccüblü orasıdır ki, 1972-ci ildə Ermənistan respublikası “Xalqlar dostluğu” ordeni ilə
təltif edilmişdi.
1965-ci ildə Ermənistan rəhbərləri Göycə (Sevan) gölünün suyunun azalmasını bəhanə
edərək Arpa çayının kanal vasitəsi ilə Göycə gölünə axıdılması üçün SSRİ hökumətinin
qərarını ala bildilər. Uzunluğu 48,5 km olan bu tunel-kanalın çəkilməsi ilə Arpa çayından
suvarılan Naxçıvan MSSR-in torpaqları suya həsrət qaldı. Təəssüf ki, Azərbaycanın o
zamankı rəhbərləri ermənilərin bu hərəkətinə qarşı çıxmağa özlərində cəsarət tapmadılar.
1960-1970-ci illərdə Ağstafa - İcevan, İcevan -Razdan,
Sevan - Şorca, Şorca - Zod (qızıl
mədəninə) çəkilən elektrikləşdirilimiş dəmiryol xətləri Ermənistanın iqtisadiyyatının
dirçəlməsinə xeyli təkan verdi. Çünki Ermənistanın nəhəng kimya sənayesi müəssisələri və
toxuculuq kombinatları bütövlükdə Azərbaycandan gətirilən xammal əsasında işləyirdi.
Zod qızıl mədənindən çıxarılan qızılın yuyulması zamanı əmələ gələn zəhərli maddələr
Araz çayına axıdılır. Gorus və Sisyanın sənaye müəssisələrinin tullantıları Həkəri çayı vasitəsilə,
Qacaran və Qafanın mis-molibden emalı kombinatlarının zəhərli tullantıları Oxçu çayı
vasitəsilə Araz çayına, Allahverdi - Şamlıq mədənlərinin tullantıları isə Debet çayı vasitəsilə Kur
çayına axıdılır, Azərbaycan təbiətinə, canlı aləminə, ekologiyasına öldürücü zərbələr vurur.
Ermənistanın iqtisadiyyatı bütölükdə Azərbaycandan qidalanmasına baxmayaraq, erməni
ziyalıları, mədəniyyət və incəsənət xadimləri mütəmadi olaraq antitürk, antiazərbaycan
təbliğatını gücləndirir, erməni və Azərbaycan xalqları arasında ədavət toxumu cücərdirdilər.
İrəvanda 1915-ci il “soyqırımı”na məruz qalanların xatirəsinə abidənin qoyulması,
Hoktemberyan rayonunda Sərdarabad döyüşçülərinin xatirəsinə memorial
kompleksinin
açılması, uşaqdan böyüyə kimi hamının bu abidələri ziyarət etməsi, “erməni qırğınları”na həsr
edilmiş kinofilmlərin nümayiş etdirilməsi erməni xalqında Azərbaycan xalqına qarşı düşmənçilik
hisslərinin alovlanmasına səbəb olurdu. Xüsusən, erməni yazıçılarından S.Zoryanın, K.Eminin,
S.Xanzadyanın, S.Ayvazyanın tarixi səpgidə yazılan roman və povestləri, publisistik əsərləri
erməni xalqında türk dünyasına, müsəlman dünyasına qarşı düşmənçilik hissləri təlqin edirdi.
İrəvan televiziyası və radiosu Qarabağın və Naxçıvanın erməni torpaqları olması
haqqında günaşırı verilişlər təşkil edir, bir növ erməni gənclərini Azərbaycana qarşı hücuma
hazırlayırdı.
1965-ci ildən etibarən hər il aprelin 24-ü rəsmi olaraq “genosid” günü kimi qeyd edilir.
Həmin günlər Ermənistanda yaşayan azərbaycanlılar üçün qorxulu gün hesab edilirdi. Şəhərin
küçə bazarlarında ələ keçən azərbaycanlıları döyür, təhqir edirdilər.
1983-cü il aprelin 24-də ermənilər “genosid” gününü bəhanə edərək Masis (Zəngibasar)
rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki
qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə sərhəddinə
sığınmağa məcbur olmuşdu. Yalnız hərbiçilər işə qarışdıqdan sonra azqınlıqlara son
qoyulmuşdu.
1
Bu cür hadisələr Ermənistanda türklərin yaşadıqları 22
rayonda müxtəlif
vaxtlarda, müxtəlif cür baş verirdi.
Son yetmiş ildə Ermənistanda yaşayan Azərbaycanlılara qarşı açıq elan edilməmiş “səlib
yürüşü”nün proqramı respublikanın ən yüksək dairələrində hazırlanır, gizli qərarlar və xüsusi
göstərişlər vasitəsilə həyata keçirilirdi. 80 -ci illərin ortalarında Ermənistanda yaşayan
azərbaycanlıların problemlərini həll etmək üçün məsələnin kəskin şəkildə Ermənistan rəhbərləri