Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   24   25   26   27   28   29   30   31   ...   54

tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi, onun beynalxalq ictimaiyyətin nəzərinə 
çatdırılması üçün zəmin yaratmışdır. 
1948-1953-cü illərdə indiki Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlı 
yaşayış məntəqələrinin siyahısı kitabın əlavə sənədlər hissəsində verilir. 
  
3. ERMƏNİ ŞOVİNİZMİNİN DİRÇƏLİŞİ (1960-1987-ci İLLƏR) 
 
Ermənistanda antitürk, antimüsəlman təbliğatı 60-cı illərin ortalarında yenidən var gücü 
ilə  işə salınmışdı. 1964-cü ildə Ermənistanın rəsmi dairələri Moskvanın razılığı ilə uydurma 
“Erməni genosidi”nin 50 illiyinin qeyd edilməsi haqqında qərar qəbul etmişdilər. Bir il ərzində 
Ermənistanın bütün kütləvi informasiya vasitələri, nəşriyyatları, redaksiyaları 1915-ci il 
“genosidi”nin təbliği ilə  məşğul olmuşdular. həmin vaxtadək gizli fəaliyyət göstərən 
“Daşnaksutyun” partiyası fürsətdən istifadə edərək, bir növ açıq fəaliyyətə keçmişdi. Erməni 
millətçiləri 1965-ci ilin fevralında cəllad Andranik Ozanyanın anadan olmasının 100 illiyini 
təntənəli surətdə qeyd etdilər. Həmin dövrdə Ermənistanı Yenidən Birləşdirmə Komitəsi 
aradılmışdı. 
Bu hərəkata gizli surətdə Ermənistanın KP MK-nın o zamankı birinci katibi Y.Zarobyan, 
ikinci katibi H.Bağdasaryan, Elmlər Akademiyasının prezidenti V.Hambarsumyan, şairlərdən 
Hovanes  Şiraz, Silva Kaputikyan, akademik B.Ulubabyan, C.Kirakosyan və s. rəhbərlik 
edirdilər. Nümayiş və mitinqlərdə isə tələbələri və xaricdən gələn erməniləri qabağa verirdilər. 
Komitə öz qarşısına “Türkiyə Ermənistanı”nı, Naxçıvan və Qarabağı indiki Ermənistana 
birləşdirməyi məqsəd qoymuşdu. 
1965-ci aprelin 24-də İrəvanda “qırğınların” 50 illiyinə həsr edilmiş yığıncaq keçirilmiş
Ermənistan EA-nın prezidenti Viktor Hambarsumyan məruzə etmişdi. 
Tədbirin keçirilməsi zamanı Ermənistanı Yenidən Birləşdirmə Komitəsinin üzvləri 
onların nümayəndəsinə  məruzə üçün söz verilməməsinə etiraz əlaməti olaraq Opera Teatrı 
binasının  şüşələrini sındırmış,  şəhərdə çaxnaşma salmış, orada yaşayan azəri türklərini 
“genosid”lə hədələmişdilər.

60-cı illərin ortalarında Ermənistanda aparılan milli ayrıseçkilik siyasəti və 
diskriminasiya aksiyası  nəticəsində  İrəvan və onun ətraf rayonlarından minlərlə ailə 
Azərbaycana köçməyə məcbur olmuşdu. 
1961-ci ildə SSRİ hökuməti xaricdə yaşayan ermənilərin yeni dəstəsinin qəbul edilməsi 
haqqında qərar qəbul etmişdi. Ermənistan KP MK-nın 1961-ci il oktyabr plenumunda qərara 
alınmışdı ki, ermənilərin Ermənistana 1946-48-ci illər köçürülməsi zamanı əldə edilən təcrübəyə 
əsaslanaraq, onlara mənzil fondu ayırmaqla, məktəblər və s. sosial obyektlər təşkil etməklə 
onların yerləşdirilməsinə başlansın. 1962-ci ilin əvəlində başlayaraq Kiprdən, Misirdən, İrandan, 
ABŞ-dan, Türkiyədən, Uruqvaydan, Argentinadan ermənilər Ermənistana axışdılar. 1962-1965-
illərdə Ermənistana 7 min erməni gəlmişdi. Onlar əsasən sənaye şəhərlərində və Hoktemberyan , 
Eçmiədzin, Artaşat və Vedi rayonlarında yerləşdirilmişdilər. 
Ümumiyyətlə, 1962-1973-cü illərdə xaricdən Ermənistana 26 min erməni gəlmişdi.
2
 
1946-1948-ci illərdə olduğu kimi, 60-cı illərdə  də xaricdən ermənilərin Ermənistana 
gətirilməsi oradan azərbaycanlıların kütləvi surətdə deportasiya edilməsi ilə  nəticələnmiş, on 
minlərlə azərbaycanlı əhalinin Azərbaycana və başqa yerlərə köçməsinə səbəb olmuşdu. 1968-ci 
ildə erməni tarixçiləri saxtakarlıqla Erebuni (guya qədim  İrəvan)  şəhərinin guya 2750 il öncə 
salındığını sübuta yetirməyə  cəhd göstərdilər, təntənəli yubileylər keçirdilər. Ermənilər  əski 
erməni  əlifbası ilə  şəhərin salınma tarixini yazmış  və onu şüşə qabın içərisində torpağa 
basdırmışdılar. Lakin həmin  şüşə qabın II Yekaterina zamanında Rusiyada istehsal olunduğu 
sübut edildikdən sonra ifşa olundular. Erməni tarixçilərinin İrəvan şəhərinin əski türk şəhəri 
 
1
 Didərginlər, Bakı, 1990, səh. 92-97. 
2
 История армянского народа, İrəvan, 1980, səh.417-418 
 


olması faktını danmaq cəhdləri bir daha puça çıxdı. Təəssüf ki, həmin vaxt Azərbaycan alimləri 
susmaqı ustün tutdular. 
1979-cu ildə keçirilən Ümumittifaq siyahıyaalınmasının nəticələrinə görə Ermənistanda 
azərbaycanlılar 160841 nəfər, yaxud Ermənistan  əhalisinin (3037259 nəfər) 5,3 faizini təşkil 
edirdilər. 1926-cı ildə Ermənistanda türklər 84,6 min nəfər olmuşdular. Həmin dövrlə 
müqayisədə azərbaycanlılar cəmisi 89 faiz, yaxud 1,9 dəfə artmışdı. Müqaisə olunan müddətdə 
ermənilər 743,6 min nəfərdən 2725000 nəfərə çatmışdı. Onların artımı 280 faiz, yaxud 3,7 dəfə 
olmuşdur. Eyni müddət ərzində kürdlər 15,3 min nəfərdən 50822 nəfərə çatmış, 301 faiz, yaxud 
3,3 dəfə artmışdı. Bu rəqəmlər azərbaycanlıların Ermənistanda nə  dərəcədə diskriminasiya və 
repressiyaya məruz qaldıqlarına əyani nümunədir. 
Təəccüblü orasıdır ki, 1972-ci ildə Ermənistan respublikası “Xalqlar dostluğu” ordeni ilə 
təltif edilmişdi. 
1965-ci ildə Ermənistan rəhbərləri Göycə (Sevan) gölünün suyunun azalmasını  bəhanə    
edərək    Arpa çayının kanal vasitəsi ilə Göycə gölünə axıdılması üçün SSRİ  hökumətinin 
qərarını ala    bildilər. Uzunluğu 48,5 km olan bu tunel-kanalın çəkilməsi ilə Arpa çayından 
suvarılan            Naxçıvan  MSSR-in torpaqları suya həsrət qaldı. Təəssüf ki, Azərbaycanın o 
zamankı rəhbərləri ermənilərin bu hərəkətinə qarşı çıxmağa özlərində cəsarət tapmadılar. 
1960-1970-ci illərdə Ağstafa - İcevan, İcevan -Razdan, Sevan - Şorca, Şorca - Zod (qızıl 
mədəninə) çəkilən elektrikləşdirilimiş  dəmiryol xətləri Ermənistanın iqtisadiyyatının 
dirçəlməsinə xeyli təkan verdi. Çünki Ermənistanın nəhəng kimya sənayesi müəssisələri və 
toxuculuq kombinatları bütövlükdə Azərbaycandan gətirilən xammal əsasında işləyirdi. 
Zod qızıl mədənindən çıxarılan qızılın yuyulması zamanı  əmələ  gələn zəhərli maddələr 
Araz çayına axıdılır. Gorus və Sisyanın sənaye müəssisələrinin tullantıları Həkəri çayı vasitəsilə, 
Qacaran və Qafanın mis-molibden emalı kombinatlarının zəhərli tullantıları Oxçu çayı 
vasitəsilə Araz çayına, Allahverdi - Şamlıq mədənlərinin tullantıları isə Debet çayı vasitəsilə Kur 
çayına axıdılır, Azərbaycan təbiətinə, canlı aləminə, ekologiyasına öldürücü zərbələr vurur. 
Ermənistanın iqtisadiyyatı bütölükdə Azərbaycandan qidalanmasına baxmayaraq, erməni 
ziyalıları, mədəniyyət və incəsənət xadimləri mütəmadi olaraq antitürk, antiazərbaycan 
təbliğatını gücləndirir, erməni və Azərbaycan xalqları arasında  ədavət toxumu cücərdirdilər. 
İrəvanda 1915-ci il “soyqırımı”na məruz qalanların xatirəsinə abidənin qoyulması, 
Hoktemberyan rayonunda Sərdarabad döyüşçülərinin xatirəsinə memorial kompleksinin 
açılması, uşaqdan böyüyə kimi hamının bu abidələri ziyarət etməsi, “erməni qırğınları”na həsr 
edilmiş kinofilmlərin nümayiş etdirilməsi erməni xalqında Azərbaycan xalqına qarşı düşmənçilik 
hisslərinin alovlanmasına səbəb olurdu. Xüsusən, erməni yazıçılarından S.Zoryanın, K.Eminin, 
S.Xanzadyanın, S.Ayvazyanın tarixi səpgidə yazılan roman və povestləri, publisistik əsərləri 
erməni xalqında türk dünyasına, müsəlman dünyasına qarşı düşmənçilik hissləri təlqin edirdi. 
İrəvan televiziyası  və radiosu Qarabağın və Naxçıvanın erməni torpaqları olması 
haqqında günaşırı verilişlər təşkil edir, bir növ erməni gənclərini Azərbaycana qarşı hücuma 
hazırlayırdı. 
1965-ci ildən etibarən hər il aprelin 24-ü rəsmi olaraq “genosid” günü kimi qeyd edilir. 
Həmin günlər Ermənistanda yaşayan azərbaycanlılar üçün qorxulu gün hesab edilirdi. Şəhərin 
küçə bazarlarında ələ keçən azərbaycanlıları döyür, təhqir edirdilər. 
1983-cü il aprelin 24-də ermənilər “genosid” gününü bəhanə edərək Masis (Zəngibasar) 
rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki 
qəbiristanlıqda qəbir daşlarını  qırıb dağıtmışdılar. Müdafiəsiz  əhali Türkiyə  sərhəddinə 
sığınmağa məcbur olmuşdu. Yalnız hərbiçilər işə qarışdıqdan sonra azqınlıqlara son 
qoyulmuşdu.
1
 Bu cür hadisələr Ermənistanda türklərin yaşadıqları 22 rayonda müxtəlif 
vaxtlarda, müxtəlif cür baş verirdi. 
Son yetmiş ildə Ermənistanda yaşayan Azərbaycanlılara qarşı açıq elan edilməmiş “səlib 
yürüşü”nün proqramı respublikanın  ən yüksək dairələrində hazırlanır, gizli qərarlar və xüsusi 
göstərişlər vasitəsilə  həyata keçirilirdi. 80 -ci illərin ortalarında Ermənistanda yaşayan 
azərbaycanlıların problemlərini həll etmək üçün məsələnin kəskin şəkildə Ermənistan rəhbərləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə