Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   25   26   27   28   29   30   31   32   ...   54

qarşısında qoyulması vaxtı çatmışdı. Bu məsələni Azərbaycan rəhbərləri qaldırmalı idilər. Haqq, 
ədalət də bunu tələb edirdi. Lakin Azərbaycan rəhbərləri hər gün Ermənistandan onların 
ünvanına göndərilən imdad dolu şikayət məktublarına etinasız yanaşır, Ermənistanın “daxili 
işlərinə qarışmamağını” üstün tuturdular. 
Həmin dövrdə Ermənistanda iki yüz mindən artıq azərbaycanlı yaşadığı halda, 
Ermənistan KP MK aparatında onları bir nəfər inspektor təmsil edirdi. Ermənistan SSR Nazirlər 
Sovetinin və Ali Sovetinin aparatlarında bir nəfər də olsun məsul  şəxs işləmirdi. Ali Sovet 
sədrinin ictimai əsaslarla müavinindən başqa (“Sovet Ermənistanı” qəzetinin redaktoru ənənəvi 
olaraq ictimai əsaslarla müavin seçilirdi). Komsomolun Mərkəzi Komitəsində isə 1981-ci ildən  
etibarən  bir  nəfər  təlimatçı    işləyirdi.  Əhalinin  əksəriyyətini türklər təşkil edən rayonlarda 
(Krasnoselo, Vardenis (Basarkeçər), Masis (Zəngibasar), Amasiya (Ağbaba))  əsas nomenklatur 
vəzifələrdə ermənilər işləyirdilər. Amasiya rayonu əhalisinin 86 faizini  azərbaycanlılar təşkil 
etdiyi halda, nomenklatur vəzifələrinin 90  faizini ermənilər tutmuşdular. Əvvəllər  Ermənistanın    
rayonlarında rayon partiya komitəsinin birinci katibi vəzifəsində  işləmiş azərbaycanlıların heç 
birinə Ermənistanda 
 
1
 Xəlilov İ., “Zəngibasar necə dağıldı” məqaləsi, “Vətən I səsi” qəzeti, № 39,  
10 oktyabr 1991-ci il. 
 
təqaüdə  çıxmaq müyəssər olmamışdı. Onlar təqiblərə  və terrora məruz qaldıqlarından ya 
respublikanı tərk edərək Azərbaycana köçməyə məcbur olmuş, ya da müəmmalı şəkildə həyatla 
vidalaşmışdılar. Əvvəllər Amasiya rayon partiya komitəsinin birinci katibi, sonralar isə “Sovet 
Ermənistanı” qəzetinin redaktoru və Ali Sovetin ictimai əsaslarla müavini Məhərrəm 
Bayramovun taleyi 1981-ci ildə  məhz belə olmuş, sui-qəsd nəticəsində  həyatdan vaxtsız 
getmişdi. 
Ermənistanda azəri türklərinə qarşı aparılan milli ayrıseçkilik siyasətinə, onların müxtəlif 
bəhanələrlə sıxışdırılmasına nəhayət ki, Sov.İKP MK reaksiya verməyə məcbur olmuşdu. 
“Ermənistan partiya təşkilatında Sov.İKP MK-nın 1983-cü il iyun plenumunun qərarının yerinə 
yetirilməsi haqqında” Sov.İKP MK-nın 17 oktyabr 1984-cü il tarixli qərarında deyilirdi ki, son 
vaxtlarda Ermənistanda millətçilik  əhval-ruhiyyəsini qızışdıran  əsərlər yazılır, tarixi həqiqətlər 
təhrif edilir, azlıqda qalan millətlərin dilinin və  mədəniyyətinin inkişafına imkan yaradılmır, 
partiya, sovet və təsərrüfat strukturlarında onların nümayəndələri təmsil olunmurlar və s. 
Bütün bunlarla müqayisədə, həmin dövrdə Azərbaycanda yaşayan ermənilər istənilən 
səviyyədə məsul vəzifələrdə irəli çəkilirdilər. Erməni millətindən olan nazir və neçə-neçə nazir 
müavinləri, rayon partiya komitələrinin katibləri, icraiyyə komitələrinin sədrləri, respublika 
miqyaslı idarə  rəisləri Azərbaycanda vəzifə tuturdular. Hüquq və mühafizə orqanlarında, 
xüsusən də Respublika Prokurorluğunda və Daxili İşlər Nazirliyində bir çox məsul vəzifələrdə 
ermənilər işləyirdilər. Ümumiyyətlə, Azərbaycanda erməni millətindən olan respublika səviyyəli 
nomenklatur kadrlarının ümumi sayı onların respublika əhalisinə olan nisbətindən dəfələrlə çox 
idi. DQMV-də  əhalinin 30 faizini azərbaycanlılar təşkil etdiyi halda, vilayətin idarəetmə 
strukturlarında onlar həmin nisbətdə təmsil olunmamışdılar. Ermənistanda olduğu kimi, 
DQMV ərazisində  də bütün  səviyyələrdə  azərbaycanlı zhalinin hüquqları tapdanırdı. 
1984-cü ildə Azərbaycan xalqının qəddar düşməni Z.Balayanın “Ocaq” kitabının dərc 
edilməsi; Ermənistanda azərbaycanlılara qarşı düşmənçilik hisslərinin açıq-aşkar qızışmasına 
səbəb oldu.  Həmin vaxt Ermənistanda 170 təmiz və 94 qarışıq azərbaycanlı yaşayış məskənləri 
var idi. Z.Balayan kitabının əvvəlində yazır ki, Ermənistanda olan bütün kəndləri - 1063 kəndi 
gəzib dolaşmış, nəticədə həmin kitabı yazmışdır. O, həmin əsərdə heç olmazsa yolüstü də olsa 
azərbaycanlı  kəndlərindən keçdiyini qəsdən qeyd etmir. Lakin Amasiya rayonunun İlli erməni 
kəndində öyrənir ki, rayonda yaşayan ermənilərin sayı azalır (təbii ki, türklərin sayı artırdı). 
Onda Z.Balayan  tədbir görməyin vaxtı çatdığını bildirir. Balayanlara belə bir fürsəti 
M.Qorbaçovun elan etdiyi “demokratiya və aşkarlıq” prinsipləri verdi. 


Dağlıq Qarabaq ermənilərinin öz müqəddaratını  təyinetmə  pərdəsi altında Azərbaycana 
qarşı anneksiya planının həyata keçirilməsinə maneçilik törədə biləcək   şəxs      -      N.Əliyev   
1987-ci   ilin   oktyabrında erməni lobbisinin təzyiqi ilə keçmiş Sov.İKP MK-nın Siyasi 
Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən 
uzaqlaşdırıldı. 
Elə həmin il oktyabrın axırından İrəvanda DQMV-ni Ermənistana birləşdirmək tələbi ilə    
mitinqlər keçirildi. Noyabrın 18-də Qorbaçovun sağ  əli sayılan  A.Aqanbekyan    Parisdə    
“Humanite”  qəzetinə verdiyi müsahibəsində DQMV-nin  Ermənistana birləşdirilməsinin 
iqtisadi  cəhətdən  daha  sərfəli olmasını   və   bu   məsələ   üzərində   xüsusi   komissiya 
işlədiyini bəyan etmişdi. 
 
 
4. İNDİKİ ERMƏNİSTANDA AZƏRBAYCANLILARA QARŞI SONUNCU 
SOYQIRIM. 
 
Mixail Qorbaçovun 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Baş katibi 
seçilməsindən sonra Dağlıq Qarabağ ermənilərinin öz müqəddaratını təyin etməsi pərdəsi altında 
Azərbaycana qarşı anneksiya planı işlənib hazırlanmışdı. 
1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin yalnız erməni deputatların 
iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb 
Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul etdi. Azərbaycan SSR 
Ali Soveti DQMV XDS-nin konstitusiyaya zidd qərarını  rədd etdikdən sonra, Ermənistanın 
millətçi rəhbərləri “Daşnaksutyun” partiyasının “Türksüz Ermənistan” proqramını  həyata 
keçirməyə başladılar. 
1988-ci il feralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları 
“Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilər üçündür!” kimi şüarlar irəli 
sürürdülər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yekanə  məscid binası (XX əsrin 
əvvələrində şəhərdə 8 məscid olmuşdur) və azərbaycanlı orta məktəbi, C.Cabbarlı adına İrəvan 
Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən 
azərbaycanlıların evlərinə od vurdular. İrəvanda bütün bunlar törədilən zaman Sumqayıt faciəsi 
hələ hazırlanırdı. “Sumqayıt qırqınları” proqramının icracılarından  ən fəalının 1959-cu ildə 
anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması (öldürülən 26 ermənidən 6 
nəfəri onun payına düşür), hadisədən on gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından 
ermənilərin öz əmanətlərini kütləvi  şəkildə götürmələri, qırğınların videolentə alınması üçün 
erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti 
çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montac edilib bütün dünyanı 
dolaşdırılması, “Sumqayıt qurbanları”nın xatirəsini “əbədiləşdirmək” üçün əvvəlcədən 
hazırlanmış abidənin dərhal Xankəndində (Stepanakertdə) qoyulması və bu kimi faktlar sübut 
edir ki, bütün bunlar erməniləri, eləcə də dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı ayağa 
qaldırmaq, onun “vəhşi” obrazını yaratmaq məqsədini güdmüşdür. Sumqayıt qırğınlarının fəal 
təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskknin adları isə uzun müddət 
mətbuatdan gizli saxlanmışdı. 
Sonralar L.Ter-Petrosyan öz müsahiblərinin birində demişdi ki, Sumqayıt hadisələrindən 
sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə 
edib DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı Azərbaycan xalqı buna 
etiraz edə bilməyəcəkdi. Bu sözlər aydın sübut edir ki, Sumqayıt faciəsi ermənilərə öz 
separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım olmuşdur. 
Lakin Moskvanın, onun Azərbaycana və Ermənistana göndərilmiş emissarların ikiüzlü 
mövqeləri (Y.Liqaçov Azərbaycanda, A.Yakovlev Ermənistanda) erməni millətçilərinin öz 
bədnam niyyətlərini həyata keçirmək ümidlərini artırırdı. 
Erməni millətçiləri üçün Ermənistanda  ən münbit rayonlarda yaşayan 200 mindən artıq 
azərbaycanlıları oradan çıxarmaq Qarabağ məsələsini həll etmək qədər vacib idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə