Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   27   28   29   30   31   32   33   34   ...   54

bölgələrindəki silahsız azərbaycanlılar yaşayan kəndlərə erməni quldurlarının hücumları zamanı 
törədilən vəhşiliklərin təkrarı idi. 
Təəssüf ki, dünya ictimaiyyəti Ermənistandakı nə 1918-1920-ci illər, nə də 1988-1989-cu 
illər qırğınları haqqında xəbər tutmamışdır. Ermənilər bir əsrdə Vartanlı  kəndində iki dəfə 
azərbaycanlılara qarşı soyqırım törətmişlər. Onlar “adımı  sənə qoyaram, səni də yana-yana” 
prinsipi ilə Azərbaycan xalqını vəhşi kimi qələmə verməklə, ictimai rəy yaratmağa çalışmışlar. 
Vartanlı  qırğınlarının üstündən sükutla keçib, onu ört-basdır etməklə yanaşı, özlərinin 
törətdikləri Sumqayıt qırğınlarına siyasi qiymət verilməsini tələb etmək məhz ermənilərə məxsus 
həyasızlıq idi. 
İndi isə  şahidlərin verdiyi ifadələr və Ermənistan Prokurorluğunun göndərdiyi cavablar 
arasında Vartanlı  qırğınlarının bəzi səhnələri ilə tanış olaq. Əsrin  əvvələrində tamamilə 
azərbaycanlılar yaşayan Vartanlı kəndində 1988-ci ilin sonunda ermənilər çoxluq təşkil edirdilər, 
Ermənilər noyabrın 25-dən 26-na keçən geçə kəndə silahlı hücum edirdilər. Həmin gün güclü qar 
yağır, boran imiş. Azərbaycanlılar əsasən kəndi tərk edib meşəyə çəkilməyə məcbur olmuşdular. 
Qatillər kənddə rastlarına çıxan Mehralı  İsgəndərovu ağaca bağlayır, gözləri qarşısında arvadı 
Xanım İsgəndərovanın boynuna kəndir keçirib hər cür təhqir edərək, kəndin içində gəzdirirlər. 
Onların 14 yaşlı  oğlu Alim hadisədən xəbər tutaraq ov tüfəngini götürüb kəndə enir və ata-
anasını xilas etmək üçün atəş açmağa məcbur olur. Güllələr dolu kimi Alimin üzərinə yağdırılır. 
Yaralı Alimi ata-anasının gözləri qarşısında yanan tonqalın içinə atırlar. Bu dəhşəti görməmək 
üçün anası Xanım özünü çaya atır ki, boğulsun. Onu çaydan çıxarıb işgəncə ilə öldürürlər. 
Vəhşicəsinə döyülüb hər cür təhqirlərə məruz qalan Mehralı İsgəndərov gözlərini əbədi yumur. 
Ermənistan Respublikası Prokurorluğunun bu cinayət işi ilə bağlı SSRİ Prokurorluğuna 
göndərdiyi cavabında deyilir: “İsgəndərov Mehralı  Həsən oğlu, 1938-ci ildə anadan olmuş, 
Vartanlı  kənd sakinidir. 1988-ci ildə millətlərarası toqquşma nəticəsində öldürülmüş, Vartanlı 
kənd qəbiristanlığında basdırılmışdır. Onun meyiti 1989-cu ilin sonunda qohumları  tərəfindən 
çıxarılaraq Azərbaycanda yenidən dəfn edilmişdir. SSRİ Prokurorluğu cinayət işi qaldırmışdır. 
Cinayətkarlar tapılmamışdır.” 
İsgəndərovların üçünün də haqqında verilən cavabın sonunda deyilir: “Cinayətkarlar 
tapılmamışdır.” Görəsən, bütöv kənd camaatının gözü qarşısında baş verən qırğınların 
icraçılarını doğurdanmı SSRİ Prokurorluğunun işçiləri əlləşib aşkara çıxara bilməmişdilər? 
1941-1945-ci illər müharibəsində bir qolunu itirmiş 69 yaşlı  Qərib Bayramovun evi 
kəndin yuxarı hissəsində olduğundan,  İsgəndərovların faciəsindən geç xəbər tutur. Çayın 
kənarına enib meyitləri gördükdən sonra evə qayıdıb üstlərini örtmək üçün bir şey gətirmək 
istəyir. Bu dəm arxadan onu balta ilə vurub yanan tonqalın içinə atırlar. Ermənistan 
Prokurorluğunun cavabında isə deyilir: ”Bayramov Qərib  İsmayıl oğlu, 1919-cu ildə anadan 
olmuş,  Şaumyan kəndinin keçmiş sakini, 1988-ci ildə  Şaumyan kəndinin erməni  əhalisi 
tərəfindən öldürülmüş, meyit yarı yandırılmışdır.” 
 
Öz qonşusunun başına arxadan endirdiyi zərbədən qanına qəltan edilən, kəndin ağbirçəyi 
Hüseynova Leyli haqqında göndərilən cavabda deyilir: Hüseynova Leyli Həsən qızı, 1925-ci ildə 
anadan olmuş, Vartanlı  kəndinin sakini, 1988-ci ilin noyabrında millətlərarası toqquşma 
nəticəsində öldürülmüş və Vartanlı kənd qəbiristanlığında basdırılmışdır. 1989-cu ilin axırlarında 
onun meyiti qohumları  tərəfindən Azərbaycana aparılıb yenidən dəfn edilmişdir. SSRİ 
Prokurorluğu cinayət işi qaldırmış, cinayətkarlar tapılmamışdır.” 
Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında 
qoyaraq, erməni qonşularını  qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında 
mətbuatda çox yazılıb. Lakin Vartanlı erməniləri bu çür insani hisslərdən uzaq idilər. Onlar 
azğınlaşmış  dəstənin önündə gedir, azərbaycanlıların sığındığı evləri nişan verirmişlər. 
Azğınlaşmış dəstəyə isə Şaumyan kənd sovetinin sədri C.Arakelyan bələdçilik etmişdi. 
Süleyman Məmmədov qonşusu Mexaqın evində gizlənibmiş. Mexaq isə onu quldurlara 
təhvil vermiş, onlar isə maşın təkərlərini yandırıb S.Məmmədovu diri-diri odun içinə atmışdılar. 


Namərd qonşu isə tutduğu işdən həzz ala-ala, tükürpədici səhnəyə tamaşa etmişdi. Cinayətkarlar 
yenə də “tapılmamışdı”. 
Ermənistan Prokurorluğunun cavabı: “Məmmədov Süleyman Qənbər oğlu, 1938-ci ildə 
anadan olmuş, Vartanlı kəndi sakini, 1988-ci ilin noyabrında millətlərarası toqquşma nəticəsində 
öldürülmüşdür və Vartanlı kənd qəbiristanlığında basdırılmışdır. 1989-cu ilin axırında qohumları 
tərəfindər Azərbaycanda yenidən dəfn edilmişdir. SSRM Prokurorluğu cinayət işi qaldırmış, 
cinayətkar tapılmamışdır.” 
Ümumiyyətlə, təkcə noyabrın 26-27-də Vartanlı  kəndində 14 nəfər azərbaycanlı 
vəhşicəsinə öldürülmüş  və yandırılmışdır. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə 
dağlarla, meşələrlə gündüzlər gizlənib yalnız gecələr yol gedərək 13-14 gün ərzində 
Azərbaycana çatmışdılar.
1
 Onlarca vartanlılar dağlarda itgin düşmüşlər. Toqquşma zamanı 
aldıqları bədən xəsarətindən, yollarda tutulduqları xəstəlikdən sonra Azərbaycana gələn onlarca 
vartanlılı  vəfat etmiş, çoxları  şikəst olmuşdular. Ümumiyyətlə, Quqark rayonunla ermənilərin 
törətdiyi qırğınlar nəticəsində 30-dan artıq azərbaycanlı  qətlə yetirilmişdir. Quqark faciəsi 
Ermənistan rəhbərliyi tərəfindən ört-basdır edildi. Sonralar, yəni 1989-cu ildə Ermənistan KP 
MK bürosu Quqark rayon partiya komitəsinin birinci katibi LBağdasaryanı  və  RİK-nin sədri 
S.Kazaryanı işdən azad etməklə kifayətləndi. Lakin Vartanlı (Şaumyan) 
 
1
 Çaxmaqlı Q., “Erməni xəyanətinin qurbanları” məqaləsi, “Vətən səsi” qəzeti,  
28 noyabr 1990-cı il. 
 
qırğınlarının  əsas  təşkilatçıları  və   icraçıları cinayət məsuliyyətindən kənarda qaldılar. 
Qonşu Spitak (keçmiş Namamlı) rayonunun rəhbərliyi azərbaycanlılara qarşı törədikləri 
cinayətlərə görə Quqark rayonunun rəhbərlərindən heç də geri qalmamışdı. Noyabrın 28-də 
Spitak rayon İK-nin sədri V.Nayçyan, DİŞ-in rəisi Sarkisyan, DTK rayon şöbəsinin sədr müavini 
Mehrabyan rayonun azərbaycanlılar yaşayan Saral və Qusarlı kəndlərinə gəlib bildirmişdilər ki, 
onların təhlükəsizliyinə  təminat vermirlər.  Əgər iki saat ərzində  kəndi tərk etməsələr, silahlı 
dəstələr kəndə hücum edəcəklər. Camaat onların təklifini rədd edir. Lakin Spitak və Quqark 
rayon rəhbərləri yenə  gəlib təkidlə  tələb edirlər ki, kənd camaatı tezliklə  çıxmalıdırlar. Onlar 
özləri ilə 34 avtobus və 40 yükünüözüboşaldan maşın gətirmişdilər. Onların göstərişi ilə bir dəstə 
erməni sahiblərinin gözü qarşısında ev əşyalarını həyətə çıxarıb, od vururlar. 
 
Avtobuslarla dolu camaatı rayon ərazisindən kənarda - Quqark rayonunun Mrqahovit 
(Həmzəçimən) kəndi yaxınlığında axşamdan xeyli keçmiş silahlı  dəstələr gözləyirdilər. Spitak 
rayonunun rəhbərləri işi elə hazırladılar ki, qan qonşu rayonun ərazisində tökülməli idi, bununla 
da onlar məsuliyyətdən kənarda qalacaqdılar. Gecənin qaranlığında yolun kənarında pusquda 
durmuş quldurlar avtobusları atəşə tuqur, 3 nəfər həlak olur, 7 nəfər ağır yaralanır. Bu cinayətlə 
bağlı Ermənistan Prokurorluğunun verdiyi cavabdan:  
“1. Balacayev Şahin Səyyad oğlu, 1977-ci ildə anadan olmuş, Saral məktəbinin 4-cü sinif 
şagirdi. Mrqahovit kəndinin yaxınlığında Spitakdan gələn ; PAZ-672 markalı 39-52 ADN 
nömrəli avtobus naməlum şəxslər tərəfindən atəşə tutulmuşdur, güllə başından dəymiş, yerindəcə 
keçinmişdir. 01.12.1988  
2. Balacayev Teymur Məsim oğlu, 1959-cu ildə anadan olmuş, Kirovakan dəzgahqayırma 
zavodunun fəhləsi, PAZ-696 markalı, 57-94 ADN nömrəli avtobusla (Spitakdan gələn kolonna) 
Mrqahovit kəndi yaxınlığında meşədə naməlum  şəxslər tərəfindən daşa basılmış, başından   
zərbə alaraq yerindəcə keçinmişdir. 
3. Balacayeva Sürəyya Nüseyn qızı, 1954-cü ildə anadan olmuş,  yuxarıda qeyd edilmiş 
hadisə   zamanı bədən xəsarəti almış və 02.12.1988-ci ildə xəstəxanada keçinmişdir.” 
 
Ermənistan Prokurorluqunun verdiyi həmin məlumatın əlavəsində isə Balacayevlərin hər üçünün 
güllə yarasından öldürüldüyü qeyd edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə