Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   29   30   31   32   33   34   35   36   ...   54

hadisələr nəticəsində  həlak olmuşlar (Əlavəyə bax). Həmin siyahıya  əsasən 52 nəfər aldığı 
xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 
15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər 
həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər 
intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması  nəticəsində, bir nəfəri elektrik 
cərəyanı ilə, bir nəfəri suda boğüb vldürmüşdülər, 6 nəfər itgin düşmüş, 20 nəfər xəstəxanadan 
yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak olmuşlar. 
1990-cı ilin avqustun 9-da Azərbaycan Respublikası Ali Soveti SSRİ Prokurorluğuna 05-
1-208 nömrəli məktubla müraciət edərək Ermənistanda milli münaqişələr zəminində həlak olmuş 
azərbaycanlılar haqqında məlumat verməyi xahiş etmişdi. SSRİ Baş Prokurorunun müavini 
V.İ.Kvartsovun 4 oktyabr 1990-cı il 15-1502-90 nömrəli cavab məktubunda deyilir: “Sizin 
məktubunuzla  əlaqədar olaraq bildirirəm ki, 1988-1989-cu illərdə Ermənistan SSR-də milli 
zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi qaldırılmışdır, onlardan 283-ü istintaq 
aidiyyati üzrə Azərbaycana göndərilmişdir. Eyni zamanda Azərbaycan SSR-dən Ermənistana 
təhqiqat üçün 138 cinayət işi daxil olmuşdur, 1989-cu il dekabrın 31-nə olan məlumata görə 
Ermənistanın hüqut-mühafizə orqanlarının icraatında olan bu qəbildən 530 cinayət işindən 200 iş 
üzrə cinayət açılmamış və istintaq dayandırılmışdır. 
1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan  ərazisində milli münasibətlərin 
kəskinləşməsi üzündən bir sıra rayonlarda qarət, yanğın və ictimai qayda-qanununa zidd olan 
digər hallarla müşaiyət olunan kütləvi iğtişaşlar baş vermişdir... Bu hərəkətlər nəticəsində 21 
nəfər öldürülmüş (20 azərbaycanlı  və bir erməni), 4 nəfər sonradan ölümlə  nəticələnmiş  ağır 
bədən xəsarəti almışdır. Qətl hadissəsi üzrə 8 cinayət işi və  zərərçəkənlərin ölümü ilə 
nəticələnmiş ağır bədən xəsarəti üzrə dörd işin istintaqı başa çatdırılaraq  məhkəməyə 
göndərilmişdir.  Əliyevlər barəsindəki cinayət işinə  bəraət qazandırıcı  əsaslar üzrə xitam 
verilmişdir, belə ki, istintaq bu qənaətə  gəlmişdir ki, onun Mirzoyanı öldurməsi son zəruri 
müdafiə həddindən baş vermişdir. 
Bu qəbildən məhkəməyə göndərilən üç qətl və  ağır bədən xəsarəti yetirilməsi uzrə iki 
cinayət işi üzrə günahkarlar müxtəlif müddətlərdə azadlıqdan məhrum edilmişlər. Bir neçə 
cinayət işi əlavə istintaqa qaytarılmışdır. 
Ermənistan Prokuroruna tapşırılmışdır ki, bu işlər üzrə aparılan istintaqın tamlığını  və 
obyektivliyini yoxlasın, onun başa çatdırılması üçün tədbirlər görsün. Günahkarların 
müəyyənləşdirilməsi üzündən istintaqın xitam verilmiş  işləri araşdırmaq və istintaqı  təzələmək 
məsələsinin mümkünlüyünü öyrənmək tapşırığı da verilmişdir. Ermənistan məhkəmələrinə milli 
nifaq zəminində baş vermiş 91 müttəhim barəsində  cəmisi 53 cinayət işi göndərilmişdir. 48 iş 
üzrə 82 nəfər mühakimə olunmuş, onlardan 30 nəfər müxtəlif müddətdə azadlıqdan məhrum 
edilmişdir. 
SSRİ Prokurorluqu cinayətlərin açılmasına nəzarət edir və zəruri kömək göstərir.”
1
 
V.İ.Kvartsovun bu cavabı ilə  əlaqədar təkcə onu qeyd edirik ki, əgər Ermənistanın hüquq-
mühafizə orqanlarının icraatında olan 530 cinayət işindən 200 iş üzrə cinayət açılmamış  və 
istintaq dayandırılmışdırsa, keçmiş SSRİ Prokurorluğunun bu işə necə kömək etdiyini və hansı 
nəzarəti qoyduğunu izah etməyə ehtiyac qalmır. 
Məhz hüquq-mühafizə orqanlarının nəzarətsizliyi, onların erməni millətçilərinin 
separatçı hərəkətlərinə vaxtında və qanuni qiymət vermədiklərinin nəticəsində 200 mindən artıq 
azərbaycanlılar əsrlər boyu yaşadıqları əzəli torpaqlarından iki həftə ərzində vəhşicəsinə 
qovuldular. Keçmiş  İttifaq orqanları azərbaycanlıların Ermənistandan deportasiyasına seyirci 
münasibət göstərdi. Demək olar ki, bütün 
 
1
 Həsənli H., “Faciələrin xronikası yaradılmalıdır”məqaləsi, “Vətən səsi” qəzeti,  
1 avqust 1991-ci il. 
 
azərbaycanlılar Ermənistandan qovulduqdan sonra, yəni 1988-ci il dekabrın 6-da Sov. İKP MK 
və SSRİ Nazirlər Soveti “Vətəndaşların daimi yaşayış yerləri məcburi tərk etməsində 


Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı  vəzifəli  şəxslərinin 
yolverilməz hərəkətləri haqqında” qərar qəbul etmişdi. 
SSRİ Nazirlər Soveti sədrinin o zamankı müavini B.Şerbinanın rəhbərliyi ilə  hər üç 
Zaqafqaziya respublikalarının nazirlər sovetlərinin sədrləri və  İttifaqın müvafiq nazirliklərinin 
rəhbər işçiləri da daxil olmaqla xüsusi komissiya yaradılmışdı. Bu komissiya qaçqınların 
təhlükəsiz köçürülməsi və yerləşdirilməsi məsələləri ilə  məşqul olmalı idi. Əslində isə 
Ermənistandan azərbaycanlılar faktiki olaraq təmizləndikdən və dekabrın 7-də orada baş verən 
zəlzələdən sonra bu komissiya da heç bir iş görmədən öz işini başa vurmuşdu. 
Zəlzələnin vurduqu ziyanları aradan qaldırmaq, iqtisadiyyatı  bərpa etmək üçün 
Ermənistana xeyli miqdarda işçi qüvvəsi lazım idi. Məhz bu məqsədlə də 1989-cu il yanvarın 4-
də Ermənistan rəhbərliyinin “xahişi” ilə Azərbaycan rəhbərliyi hər iki respublikanın KP MK-
larının, Ali Soveti Rəyasət heyətlərinin və Nazirlər Sovetlərinin adından daimi yaşayış yerlərinə 
qayıtmaları üçün qaçqınlara müraciət etmişdi. 
Azərbaycandan Ermənistana köçən ermənilər isə dünyanın hər tərəfindən Ermənistana 
köməyə  gəldikləri vaxtda kütləvi surətdə Azərbaycana geri qayıtmaqa baişamışdılar. Dekabrın 
16-da SİTA məlumat verirdi: “Azərbaycan SSRİ-in partiya, sovet və digər orqanlarının səyi ilə 
əvvəllər Azərbaycanı tərk etmiş erməni millətindən olan şəxslər geri qayıtmağa başlamışlar. 
Dekabrın 2-dən 15-dək Ermənistandan daimi yaşayış yerlərinə (yəni Azərbaycana) 2300 
nəfərdən artıq erməni qayıtmışdır, o cümlədən Bakıya 1100 nəfər,  Şamaxıya 315 nəfər, 
Zaqatalaya 110, Şamxora 54 nəfər. Qayıdan kimi onlar öz əmək kollektivlərində işə başlayırlar.” 
Ermənistan rəhbərliyi özünü “sığorta” edərək azərbaycanlıların Ermənistana qayıtmasına 
təminat verilməsi illüziyası yaratmaq məqsədilə 15 dekabr 1988-ci ildə Sov. İKP MK və SSRİ 
Nazirlər Sovetinin 6 dekabr tarixli yuxarıda adı çəkilən qərarının yerinə yetirilməsinin gedişini 
müzakirə edərək 13 rəhbər işçini partiya sıralarından kənar etmiş (daha dəqiq desək, bir 
vəzifədən başqa vəzifəyə  dəyişdirmişdi), 68 nəfərə partiya tənbehi vermişdi. Büro həmçinin 
Quqark rayon partiya komitəsinin birinci katibi L.Bağdasaryanı  və icraiyyə komitəsinin sədri 
S.Kazaryanı  işdən azad etməklə kifayətlənmiş, Stepanavan və  İcevan rayonlarının birinci 
katibləri Y.Cşmartyan və C.Ananyana isə ciddi töhmət vermiş, adları çəkilən rayonlardan əlavə 
Yeğeqnadzor, Krasnoselo, Ararat, Masis, Amasiya, Noyemberyan rayonlarında vətəndaşların 
hüquqlarının pozulması,  şantaj və kütləvi iqtişaşlara yol verildiyini qeyd etmişdi. Ermənistan 
Prokurorluğu isə Sevan, Kalinino və Abovyan rayon prokurorlarını işdən azad etmişdi. 
Ermənistanda zəlzələ baş verməsəydi  şübhəsiz ki, heç bu cür başdansovdu cəza 
tədbirlərinə  də  əl atılmayacaqdı. Çünki Ermənistanda heyvandarlıq və  tərəvəz məhsullarının 
əksər hissəsini azərbaycanlılar istehsal edirdilər. Mənzillərini dəyişdirmək yolu ilə 
Azərbaycandan gələn ermənilər isə  əsasən  şəhər mühitində yaşadıqlarından, qaçqın kimi 
Ermənistanda qeydə alınır, humanitar yardım alaraq dərhal Rusiyanın şəhərlərinə üz tutur, orada 
da qaçqın kimi yenidən qeydə alınaraq bir daha yardım alır və digər güzəştlərdən istifadə 
edirdilər. 
Ermənistanda baş verən dəhşətli zəlzələdən sonra bütün inciklikləri, Azərbaycan xalqına 
edilən zülm və haqsızlıqları bir kənara qoyaraq zəlzələ zonasına istər maddi-texniki, istərsə də 
işçi qüvvəsi ilə kömək göstərib uçqunlar altında inildəyən ermənilərin xilasına birinci yetişən 
Azərbaycan rəhbərliyi oldu. Daha fikirləşmədilər ki, xilas etdikləri erməni özünə  gələn kimi, 
əlinə silah göturüb, yenə  də Azərbaycan xalqının qəsdinə duracaq, Azərbaycanla sərhəd 
rayonların  ərazisindən, yaxud DQMV-in erməni kəndlərindən dinc azərbaycanlılara atəş 
açacaqdır. 
Mayasına, iliyinədək millətçilik azarına tutulan ermənilər isə “Qarabağ” komitəsi başda 
olmaqla Leninakan (Gümrü) və Spitakda minlərlə erməninin uçqunlar altında qalıb inləməsini, 
kömək ummasını veclərinə almayıb zəlzələ zonasına gəlmiş M.Qorbaçovdan Qarabağ 
probleminin onların xeyirinə həll etməsini tələb etmişdilər. 
Azərbaycan hökumətinin ona pənah gətirmiş 200 minə yaxın qaçqının dərd sərini bir 
kənara qoyub karvan-karvan Ermənistana göndərdiyi hər cür ləvazimat, pal-paltar, dava-dərman 
dolu yük maşınları İcevandan geri qaytarıldı. Noyabrın 11-də Respublika hərbi Komissarlığının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə