Азәрбајчан елмләр академијасы милли мүнасибәТЛӘр институту



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/54
tarix08.03.2018
ölçüsü5,01 Kb.
#30950
1   ...   33   34   35   36   37   38   39   40   ...   54

Dağlıq Qarabağın - keçmiş Albaniyanın qədim Azərbaycan torpaqları olması barədə 
akademik Ziya Bünyadovun, müxbir üzvü İqrar  Əliyevin, tanınmış  tədqiqatçılarımız Fəridə 
Məmmədovanın, Qiyasəddin Qeybullayevin, Mirəli Seyidovun və başqalarının qiymətli 
tədqiqatları vardır. 
Ermənilər tarixi Azərbaycan torpaqlarında istədikləri kimi məskunlaşdıqca bu torpaqlar 
üzərində  nəinki öz milli dövlətlərini yaratdılar, həm də zaman-zaman digər Azərbaycan 
torpaqlarını qarış-qarış zəbt etmək üçün hər cür hiyləylə, hər cür üsula əl atmağa başladılar. Bü 
mənada ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparıb sözün bugünkü mənasında 
Ermənistan deyilən əraziyə birləşdirmək üçün dəridən-boqazdan çıxırlar. 
Ümumiyyətlə, ermənilərin Azərbaycan torpaqlarına qarşı  ərazi iddiaları bütün devrlərdə 
olmasına baxmayaraq, həmin prosesi əsasən beş mərhələyə bölmək olar. 
 
1.1918-1920-ci illər 
2.1921-1929-cu illər 
3.1945-1969-cu illər 
4. 1983-1987-ci illər 
5. 1988-ci ildən bu günə qədər 
 
ADC-nin  ərazisi 114 min kv.km. olmuşdur. 1920-ci ildə  Zəngəzur qəzası, Göycə  və Dilican 
nahiyələri bütünlükdə Azərbaycan Demokratik Cümhuriyyətinin  ərazisi idi. Həmin ilin 
dekabrında Zəngəzur Ermənistan SSR-ə verildi. 
Həmin dövrdə  hər tərəfdən güclü sıxıntılara məruz qalmış  və çox vədlərdə aldadılmış 
görkəmli ictimai xadim Nəriman Nərimanov çox inandığı V.İ.Leninə (təssüf ki, ermənilərin. 
onların  ən tanınmış liderlərinin eləcə  də ermənipərəst mərkəzçilərin V.İ.Lenin tərəfindən 
hərtərəfli şəkildə himayə edildiyindən N.Nərimanov xəbərsiz idi) 
ürək ağrısı ilə yazırdı 
"Центр  признал
 
самостоятельность  Грузии  и  Армении,  признал 
независимость  Азербайджана,  но  в  то  же  время  он,  центр  отдает  совершенно  бесспорные 
территории  Азербайджана  Армении...  Азербайджан...  теряет  и  территорию  и 
самостоятельность...
 
Владимир  Ильич!  Нельзя  так  шутить  с  правом  и  чувством  многонационального 
населения.
 
...  Ежедневно  из  Центра  являются  представители  с  мандатами,  предписывающими 
нам в том или другом отношении подчиняться известному наркому.
 
Дорогой  Владимир  Ильич,  неужели  слова  “Независимый  Азербайджан”  не  из  ваших 
уст?..."
 
 
N.Nərimanov sonradan RK (b) P MK-ya ünvanladığı məktubunda bildirirdi:  
“В  Азербайджане  дашнакская  политика  идет  вовсю.  Для  меня  нет  ни  малейшего 
сомнения,  что  ЦК  АКП  (б)  в  лице  Серго  и  Сталина  не  доверяет  нам - тюркам,  и  судьбу 
Азербайджана поручает армянам -дашнакам.” N.Nərimanov bu sahədə tamamilə gücsüz idi və 
təklənmişdi. 1922-ci ildə SSRİ yaradılarkən Göycə və Dilican ərazisi də Ermənistana bağışlandı. 
İki il ərzində Azərbaycan 17 min kv.km. ərazisini itirdi. Azərbaycan SSRİ-nin tərkibinə daxil 
olarkən onun ərazisi 97 min kv.km. göstərildi. 
1923-cü ildə Zaqafqaziya MİK-nin 18 fevral tarixli 3 saylı protokolu əsasında Naxçıvanın 
doqquz kəndinin Erəmnistana verilməsi qərara alındı. 
1929-cu ildə yenə də ZSFSR-nin qərarı ilə Qazax ərazisinin 5 min hektara yaxın torpağı 
və  Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri 1946-cı ildə isə 4 min hektar meşə 
sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı. 1969-cu ilin 
əvvələrində Tovuz rayonundan 760 hektar Ermənistana verildi. 
1969-cu ildə SSRİ Nazirlər Sovetinin 7 may tarixli qərarı ilə Qazax rayonunun 
ərazisindən müəyyən torpaqları Ermənistana verilməsi nəzərdə tutuldu. 
Lakin ermənilərin bu niyyəti yalnız 1984-cü ildə baş tutdu. Ermənistan tərəfi 1988-ci 
ildən bəri öz təcavüzkar və  qəsbkar hərəkətlərinə başladıqları vaxta qədər Azərbaycan 


Respublikasının  ərazisi 86, 6 min kv.km. idi. Əgər 1918-ci ildə Ermənistan Respublikasının 
ərazisi təqribən 9 min kv.km. idisə, hazırda onun ərazisi 30 min kv.km.-ə yaxındır. 
20 min kv.km. ərazini ermənilər Azərbaycan Respublikasından qamarlayıb qoparıblar. 
Hazırkı dövrdə isə ermənilər qondarma Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən 
hadisələrdən çox məharətlə istifadə edib, həm keçmiş DQMV-ni həm də Azərbaycanın 7 
rayonunun torpaqlarını işğal edərək, həyasızcasına, vəhşicəsinə Azərbaycan Respublikasının 20 
faizə yaxın ərazisini talan edir, şəhər, rayon və kəndləri dağıdırlar. 
“Böyük Ermənistan” yaratmaq xülyasında olan erməni millətçiləri  əsrimizin iyirminci 
illərindən başlayaraq öz fəaliyyətlərini əsasən Azərbaycanın Dağlıq və Aran Qarabağ ərazilərinin 
Ermənistan deyilən qondarma dövlətə birləşdirilməsi işinə həsr etmişlər. Bir növ Qarabağla bağlı 
bütün hadisələr ermənilərin Azərbaycana qarşı ərazi iddialarının əsasını, bünövrəsini təşkil edir. 
1923-cü ildə başda V.İ.Lenin və  İ.Stalin olmaqla erməni kommunistləri və SSRİ-nin 
ermənipərəst dövlət xadimləri Qarabağ torpağının dağlıq hissəsindən 4.400 kv.km. ərazidə 
DQMV yaratdılar. 
Əslində son illərdə baş verən Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycan ərazisinin 
beşdə birinin işğalı, ermənilərin Qarabaqa ərazi iddiaları, Ermənistan hökumətinin Dağlıq 
Qarabağı öz ərazisi elan etməsi (1 dekabr 1989-cu il) və  nəhayət qanuni əsası olmayan, 
qondarma DQ Respublikası elan edilib, orada prezident seçkisinin keçirilməsi (1994,1997) tarixi 
kökləri qondarmalar və uydurmalar üzərində qurulsa da, bu günə  qədər baş verən hadisələr 
keçmiş SSRİ  və Sov.İKP rəhbərliyinin müdafiə etdiyi geosiyasi məqsədlərinin acı  nəticələri, 
Rusiya Federasiyasının ikili siyasəti, xarici ölkələrdə çox geniş  təşəkkül tapmış, formalaşmış 
nüfuzlu və varlı erməni lobbisinin, diasporunun fəaliyyətləri ilə bağlıdır. 
Erəmənilərin Qarabağa ərazi iddiaları isə 1918-ci ildə Ermmənistan daşnak respublikası 
yarandığı ilk gündən başlamışdır. 
1920-ci ildə Tiflisdə çapdan çıxan 
“Краснаjа  книга” 
toplusunda   oxuyuruq:”  
До 
появления 
армянских 
революционнных 
деятелей, 
главным 
образом, 
партии 
“Дашнакпутюн”, Закавказье жило в мире и спокойствии... Армяне,  татары,  грузины  жили 
вместе  веками.  Мирное  население  никогда  не  знала  здесь  ни  какого  кровопролитного 
столкновения  на  национальной  почве...  Пришли  дашнаки  со  своей  проповедью  о  создании 
сплошной армянской территории для будущей автономной Армении и в дотоль патриархальную 
жизнь Закавказской деревни ворвались чувства национальной вражды и ненависти”. Bu sitatı 
araşdırmasından misal çəkdiyimiz akademik T.Köçərli çox doğru olaraq yazır ki,  “До 
образования  Азербайджанской  и  Армянской  республик  армяне  в  Нагорном  Карабахе  не 
ставили  вопрос  о  выходе  из  состава  Елизаветпольской  губернии,  о  передаче  нагорного 
Карабаха, скажем, в состав Эриванской губернии или же о своей самостоятельности. Насколько 
мне известно, об этом открыто не говорили и армянские партии, и политические деятели в Баку, 
Тифлисе и Эриване".
 
Yeri gəlmişkən qeyd edək ki, istər Dağlıq Qarabağ, istərsə  də Azərbaycanın digər 
torpaqlarına ermənilərin ərazi iddialarının baş tutması bir tərəfdən Mərkəzin (yəni Moskvanın) 
ermənipərəst mövqeyi ilə bağlı idisə, digər tərəfdən, həmin  ərazi iddiaları irəli sürülərkən 
Azərbaycan Respublikasının partiya və dövlət orqanlarına rəhbərlik edən birinci şəxslərin 
acizliyi, zəifliyi və  qətiyyətsizliyi, milli təəssübkeşlik hisslərindən məhrum olmaları ilə bağlı 
olub. 
Bu iyirminci-otuzuncu  illərdə Azərbaycana rəhbərlik edən ermənipərəst dövlət və 
hökumət başçıları zamanı da belə idi, Kamran Bağırovun və  Əbdürrəhman  Vəzirovun  
Azərbaycan  KP  MK-nın 1-ci katibi olduqları vaxtlarda da. 
Lakin 1945-1949-cu illərdə, 1969-cu ildən 1982-ci ilədək olan dövrdə ermənilərin 
Azərbaycan torpaqlarına qarşı  ərazi iddiaları  məhz o vaxtı Azərbaycan rəhbərliyinin - ilk 
növbədə respublikanın birinci şəxslərinin qətiyyəti, tutarlı  əməlləri, cəsarətli addımları 
nəticəsində dəf olunmuşdur. 
Məsələn, 1945-ci ilin payızında Ermənistan KP MK-nın   katibi   A.Harutyunov ÜİK (b) 
P MK-nın müzakirəsinə Dağlıq Qarabağ Vilayətinin Ermənistana verilməsi barədə təklif- layihə 
təqdim edir. Təklifdə xüsusi  vurğu   ilə bildirir ki, Dağlıq Qarabağın  əhalisinin   əksəriyyəti   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə