rəhbərləri öz taktikasını dəyişir. Xaricdən gətiriləcək erməniləri yerləşdirmək
bəhanəsi ilə oradan
azərbaycanlıların deportasiya edilməsinə nail olmağa çalışır.
1945-ci ilin noyabrında Ermənistan hökumətinin vəsatətini əsas götürərək SSRİ hökuməti
xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçurülməsi işinin təşkili haqqında qərar verir.
Ermənistan hökuməti yanında repatriantların qəbulu və yerləşdirilməsi üzrə xüsusi komitə
yaradılır və ermənilərin köçürülməsi nəzərdə tutulan ölkələrə respublika hökuməti öz
nümayəndələrini göndərir. Artıq 1946-cı ilin əvvəlində 130 min erməni Ermənistana köçmək
arzusunda olduğunu bildirir. “hncak” və “Ramkavar” partiyaları Ümumerməni Xeyriyyə İttifaqı
köçürülmənin təşkili üçün 1 milyon dollar xərcləyir.
Təkcə 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan və Rumıniyadan 50,9
min nəfər, 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İran və Livandan 35,4
min nəfər erməni qəbul edilib Ermənistanda yerləşdirilmişdi.
1948-ci il yanvarın 9-da “Sovet Ermənistanı” qəzeti baş məqaləsində yazırdı:
“Bolşeviklər Partiyası, Sovet hökuməti və şəxsən Stalin yoldaşın qayğısı sayəsində öz doğma
yurdundan uzun illər boyu didərgin düşərək yad ellərdə səfilliklə həyat keçirən 90 minə qədər
erməni öz doğma vətəninə - Sovet Ermənistanına qayıtmaq imkanı tapmışdır... Vətənə
1
Paşayev A.,
Köçurülmə, B.1995, səh. 7-8.
2
История армянского народа, İrəvan, 1980, səh.365.
qayıdan ermənilər böyük şadlıq və misli görünməmiş ruh yüksəkliyi ilə onlar üçün yeni olan
həyata qoşulurlar.
Sovet hökuməti vətənə qayıdan erməniləri aclıq və dilənçiliyinin girdabından xilas etmiş,
onlara yeni həyat şəraiti yaratmışdır.”
Göründüyü kimi, “millətlər atası” Stalinin sayəsində ermənilərə “yeni həyat”,
azərbaycanlılara isl sürgünlər, didərginlik və deportasiya qismət olurdu.
Ermənistan rəhbərləri köçürülmələrin 1946-cı ilə nisbətən 1947-ci ildə azalmasının
səbəbini onunla izah edirdilər ki, xaricdən gələn ermənilər əsasən şəhər sakinləridir, onları dağlıq
rayonlarda yerləşdirmək mümkün deyil, köçürülənlər isə yalnız İrəvan
və onun ətraf
rayonlarında məskunlaşmaq istəyirlər. Ermənistan rəhbərliyi xaricdən gələn erməniləri qəsdən
günlərlə dəmiryol stansiyalarında saxlatdırır, onlar arasında təbliğat aparırdılar ki, əgər İrəvanda
və onun ətraf rayonlarında yerləşdirilməsələr, geriyə - xaricə qayıtmaq haqqında Moskvaya
teleqramlar vursunlar. Onlar bütün bunların Sovet hökumətinin xarici ölkələrdə nüfuzuna təsir
edəcəyini İ.Stalinin nəzərinə xüsusilz çatdırırdılar. Digər tərəfdən, xaricdən Ermənistana köçmək
arzusunda olan minlərlə ermənilərin siyahısı hər gün Moskvaya təqdim edilirdi.
Ermənistan KP MK-nın birinci katibi Q.Harutyunov “vəziyyətdən yekanə çıxış yolunu”
Ermənistandan yüz min əhalinin Azərbaycanay
keçürülməsində görür, İ.Stalindən buna razılıq
verməsini xahiş edir. Ermənistan hökumətm köçürüləcək yaşayış məntəqələrinin siyahısını
əvvəlcədən hazırlamışdı. Bu siyahıya ilk növbədə İrəvan şəhəri və ona yaxın Əştərək,
Zəngibasar, Eçmiədzin, Noktemberyan, Artaşat (Qəmərli) Qarabağlar, Vedi, Yeğeqnadzor,
Hrazdan (Axta), Əzizbəyov və s. rayonlar daxil edilmişdi.
Ermənistan rəhbərləri Stalini başa salmışdılar ki, göçürülən azərbaycanlıları
Azərbaycanın pambıq yetişdirilən rayonlarında, Muğan-Mil düzənliyində yerləşdirmək iqtisadi
cəhətdən sərfəlidir. Çünki 1945-ci ildə SSRİ Nazirlər Soveti Kür-Araz ovalığının yenidən
qurulması haqda qərar qəbul etmişdi.
Ermənistandan azərbaycanlıların zorla Azərbaycana köçürülməsinə razılıq verən, isti
iqlim şəraiti və baxımsızlıq nəticəsində on minlərlə adamın tələf olmasında
müqəssir hesab
edilən Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırovun məhkəməsi zamanı o, həmin
prossesi belə şərh etmişdi ki, 1947-ci ilin sonunda İ.Stalinin köməkçisi Poskrebışev ona zəng
edib Stalinin onu çağırdıqını söyləyir. O, Moskvaya gedir və Stalinin qəbul otağında
Q.Harutyunovla rastlaşır. Birlikdə Stalinin kabinetinə daxil olurlar. Stalin müqəddiməsiz filansız
deyir:
-Bağırov, bilirsən də ermənilər xaricdən Ermənistana gəlirlər. Harutyunovun da torpaı
yoxdur. Sən öz azərbaycanlılarını oradan götür, onları Muğanda, Mildə yerləşdirərsən.
M.C.Bağırov deyir ki, yoldaş Stalin, bu asan məsələ deyil. İcazə verin qayıdım, Bakıda
yoldaşlarla da məsləhətləşim. Məsələni yoluna qoymaqı götür-qoy edək. Stalin onun bu
cavabından əsəbləşir və deyir:
-Deyildi, əməl et! Qurtardı!
M.C.Bağırovun Bakıya qayıtmasından bir qədər sonra yəni dekabrın 27-də SSRİ Nazirlər
Soveti “Ermənistan SSR-dən kolxozcuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz
ovalığına köçürülməsi haqqında” 4083 №-li qərar qəbul edir.
Bu qərar Ermənistanda yaşayan Azərbaycan türkləri üçün qəfil və gözlənilməz olur.
Dekabrın 23-də qəbul edilən qərarın özü də tələsik hazırlandıqından giriş və izahat verilməmişdi.
Azərbaycan SSR Nazirlər Soveti 1948-ci il fevralın 2-də müvafiq qərar qəbul edir.
SSRİ Nazirlər Soveti 10 mart 1948-ci ildə 4083 №-li qərara əlavə olaraq “Ermənistan
SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi ilə əlaqədar tədbirlər haqqında 754 №-li qərar qəbul edir.
Bundan sonra
Azərbaycanda Köçürmə İdarəsi, Ermənistranda isə köçürmə komissiyası təşkil edilir.
Ermənistan rəhbərliyinə də elə bu lazım idi. 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ,
Misir, Bolqarıstan və Rumıniyadan cəmisi 10 minə yaxın erməni köçürülür. Beləliklə, xaricdən
ermənilərin Ermənistana köçürülməsi dayandırılır.
Ümumiyyətlə, 1946-1948-ci illərdə xaricdən Ermənistana təqribən 100 min erməni
köçürülür.
1
1947-ci il 23 dekabr tarixi qərarında göstərilirdi ki, 1948-1950-ci illərdə “könüllülük
prinsipi əsasında” Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali
Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. 1948-ci ildə 10 min 1949-cu ildə 40 min və
1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci
bəndində
göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalini
Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri
öz yaşayış evlərini xaricdən Ermənistana gələn erməniləri yerləşdirmək üçün istifadə etsinlər.
Azərbaycan SSR Nazirlər Sovetinin 1948-ci il 2 fevral tarixli qərarına əsasən 1948-ci ildə
Ermənistandan köçürüləcək 10 min nəfər əhalini qəbul etmək və yerləşdirmək planlaşdırılmışdı.
Qərarda Salyan, Saatlı, Sabirabad, Əli-Bayramlı, Puşkin Ağcabədi və Xıllı rayon icraiyyə
komitələrinə tapşırılmışdı ki, 1948-ci il fevralın 15-də köçürülənlərin yerləşdiriləcəyi
kolxozlarda olan boş yaşayış evlərinin təmiri və bərpası üçün tikinti briqadaları yaratmaq, onları
lazımi nəqliyyat vasitəsilə təmin etmək, yaşayış evlərinin bir hissəsini köçürülənlərə vermək
istəyən kolxozçuları aşkar etmək
və uçota götürmək, kolxozlarda köçürülmə ilə əlaqədar geniş
izahat işləri aparmaq lazımdır.
Qərarın icra edilməsinin məcburiliyi ona gətirib çıxarmışdı ki, mülayim iqlim şəraitinə,
bulaq suyuna adət etmiş əhalinin xeyli hissəsi
1
История армянского народа, səh. 365.
Kür-Araz ovalığında ictimai binalarda yatalaqdan, qızdırmadan, malyariyadan və digər yolxucu
xəstəliklərdən məhv oldular.
Ümumiyyətlə, 1948-ci il noyabrın 1-nə qədər 1799 təsərrüfat, (7747)
nəfər köçürülmüş,
üstəlik, 429 ailə (2834 nəfər) köçürülməsi nəzərdə tutulan və tutulmayan rayonlardan müxtəlif
təzyiqlərə məruz qaldıqları üçün pərakəndə halda Azərbaycana köçmüşdülər.
Həmin ilin dekabrında 129 təsərrüfatda birləşən 462 nəfər də köçür. Onlardan 65 ailə
Noyemberyan rayonunun Körpülü kəndinin, 64 ailə isə İrəvan şəhərinin sakinləri olmuşlar1.
Ümumiyyətlə, rəsmi məlumatla 1948-ci ildə Ermənistandan Azərbaycana 6298 ailə (24631
nəfər) köçürülmüşdür.
1949-cu ilin sentyabrın 21-də vəziyyətin dözülməz olduğunu nəzərə alaraq Azərbaycan
SSR Nazirlər Soveti SSRİ Nazirlər Sovetinə müraciət edir ki, həmin il üçün köçürülmə planını