hökuməti milli münaqişələrə son qoyulması məqsədilə mayın 29-da İrəvan şəhərinin
paytaxt elan
edilməsi üçün ermənilərə güzəştə getdiyini bəyan etmişdir. İrəvan Müsəlman Milli Şurası bu
güzəştə dərhal öz etirazını bildirmişdi.
1
1918-ci il iyunun 4-də imzalanan Batum müqaviləsinə əsasən Ermənistan
Respublikasının ərazisi təqribən 9 min KB.KM-Ə çatırdı və Ermənistan hökuməti Azərbaycana
qarşı ərazi iddiası olmadıqını bildirmişdi. Lakin Şərqi Anadoluda qırqınlar törətdikdən sonra türk
qoşunlarının önündən qaçan erməni silahlı qüvvələri general Andranikin komandanlığı altında
Gümrüdən Qarakilsəyə, oradan Dilican dərəsinə və Göycəyə, sonra Naxçıvana,
oradan da
Zəngəzura adlayaraq, həmin ərazilərdəki müsəlman kəndlərini viran qoymuşdu. Erməni silahlı
qüvvələrinin Zəngəzurdan Qarabağı təhdid etməsi Azərbaycan hökumətini ciddi narahat edirdi.
Qarabağın dağlıq hissəsində yaşayan ermənilər silahlanaraq Andranikin qüvvələri ilə
qovuşmaq, Qarabaqla Ermənistan arasındakı müsəlman kəndlərinin əhalisinin silah gücünə
qovaraq Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyirdilər.
Andranikin quldur dəstələri Yeni-Bayazid qəzasının Göycə nahiyəsinin Çamırlı, Şorca,
Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzəqoşabulaq, Qızılbulaq, Yuxarı Alçalı və Kərkibaş kəndlərini
viran qoymuş, əhalinin əmlakını əlindən almış, qırğınlardan sağ qalan əhali dağlara çəkilməyə
məcbur olmuşdu. Bu kəndlərin nümayəndələri Gəncəyə gəlib hökumətin başçısı Fətəli xan
Xoyskiyə müraciət etmiş, Yeni-Bayazid qəzasında müsəlmanlara qarşı qırğınlara son
qoyulmasında köməklik göstərilməsini tələb etmişdilər. Bu səbəbdən
də Azərbyacan hökuməti
Ermənistan hökumətinə etirazını bildirmiş, əhalinin maneəsiz olaraq öz yerlərinə qayıtmaları
1
ARDA, f.970, siy.1, iş 5, v. 14; Həsənov Ç., göstərilən əsəri, səh. 89.
uçün gördüyü tədbirlər haqqında ondan cavab istəmişdi.
1
Erməni silahlı qüvvələri Göycəni darmadağın etdikdən sonra Naxçıvanı işğal etmiş
oradan da Zəngəzur qəzasına daxil olmuş, Gorus nahiyəsini və Şuşa yolunu ələ keçirmişdilər.
Bununla əlaqədar Azərbaycan hökuməti avqustun 15-də Ermənistan hökumətinə etiraz notası
göndərmiş, erməni silahlı qüvvələrinin bu addımını təcavüz kimi qiymətləndirərək, əgər erməni
qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına qarşı tədbir görülməzsə, hadisələrin sonrakı
inkişafı üçün məsuliyyətin Ermənistan hökumətinin üzərinə düşəçəyini kəskinliklə bildirmişdi.
2
Lakin Ermənistan hökuməti hiylə işlədib Andranikin silahlı qüvvələrinin Ermənistan hökumətinə
tabe olmadığını bəhanə edərək, avqustun 1-də bildirmişdi ki, general
Andranik və onun dəstəsi
bütünlüklə Ermənistan ordusunun tərkibindən silinmişdir. Buna səbəb isə Andranik və onun
dəstəsinin Ermənistan daşnak hökumətini tanımadıqlarını bəyan etmələri olmuşudu. Elə buna
gerə də Ermənistan hökuməti Andranikin və onun dəstəsinin əməllərinə cavabdeh olmadığını
bildirmişdi.
3
Ermənistan hökumətinin 1918-ci ilin oktyabrında Qazax qəzasının Karvansara nahiyəsinə
(indiki İçevan) öz nümayəndəsini təyin etməsi və silah gücünə həmin ərazinin idarə etməyə
başlaması da Azərbaycan hökumətinin narazılığına səbəb olmuş, buna qarşı etirazını
bildirmişdi.
4
Azərbaycan hökuməti Ermənistanla münasibətləri sivilizasiyalı yollarla nizama salmaq,
milli münaqişələrə və silahlı toqquşmalara
son qoymaq, ərazi iddialarını ədalətlə həll etmək,
qaçqınların vəziyyətini yüngülləşdirmək məqsədilə 1918-ci il
1
ARDA, f.970, siy. 1, iş 11, v. 149
2
Yenə orada, v. 180.
3
Yenə orada, v. 193.
4
ARDA, f. 887, siy. 1, iş 6, v. 370.
noyabrın əvvəllərində Məmməd Xan Təkinskini Ermənistana daimi nümayəndə təyin etmişdi.
1918-ci ilin payızında Azərbaycan tərəfi sülh konfransı keçirmək üçün Ermənistan hökumətinə
dəfələrlə müraciət etsə də, əks tərəf bu təklifə etinasız yanaşmışdı. Oktyabrın 30-da imzalanan
Mudros sazişinə əsasən türk və alman qoşunlarının Zaqafqaziyadan geri çəkilməsindən və özünə
müttəfiq saydığı Antanta ölkələrinin simasında ingilis qoşunlarının Zaqafqaziyaya mandat
almasından sonra yaranmış fürsətdən istifadə edən Ermənistan tərəfi silah gucünə Azərbaycan və
Gürcüstan əraziləri hesabına öz ərazisini genişləndirmək yolunu tutmuşudu. Lakin İrəvan
quberniyasının Vedibasar
və Zəngibasar nahiyələrində, Şərur-Dərələyəz qəzasında yerli
müsəlman özünümüdafiə dəstələrinin erməni silahlı qüvvələrinə vurduğu sarsıdıcı zərbələr,
gürcü qüvvələrinin Borçalı və Loruda əks hücumları Ermənistanı sülh danışıqlarına getməyə
məcbur etmişdi.
Azərbyacanla Ermənistan arasında ərazi mübahisələrinin Ermənistanın xeyrinə həll
etmək üçün Birləşmiş dövlətlərin Ali komissarlığı Naxçıvan və Şərur-Dərələyəz qəzalarında
neytral zona yaratmaq, bunula da həmin əraziləri Azərbaycanın nəzarətindən çıxarmaq istəyirdi.
Lakin Azərbaycan hökuməti bu məsələdə ona edilən təzyiqləri dəf edərək, o şərtlə neytral zona
yaradılmasına razılıq
vermişdi ki, həmin ərazidə Azərbaycanın suveren hüquqları saxlanmış
olsun.
1919-cu il noyabrın 23-də ərazi mübahisələrini həll etmək üçün Azərbaycan və
Ermənistan respublikalarının Baş nazirləri Tiflisdə görüşmüşdülər. Həmin görüşdə Ermənistan
hökuməti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün öz qoşunlarını zəbt etdiyi
Zəngəzurdan çıxarmağı öhdəsinə götürmüşdü.
1
Lakin Ermənistan hökuməti Zəngəzurda işğal edilmiş yaşayış məntəqələrindən erməni
silahlı qüvvələrinin çıxarılması haqqında verdiyi vədin aksinə olaraq,
1
ARDA, f. 897, siy. 1, iş 31, v. 44.
1920-ci il yanvarın 19-25-də Zəngəzur qəzasının 3-cü sahəsində 48 kəndi, 4-cü sahəsində isə 3
kəndi darmadağın etmiş, yerli müsəlman əhalisini soyqırımına məruz qoymuşdu.
2
1920-ci ilin mart ayında bolşevik qoşunlarının şimaldan
Azərbaycan sərhədinə
yaxınlaşdığı zaman Erməni Milli Şurasının üzvlərinin gizlincə Ermənistandan Qarabağa
gəlmələri, orada təxribatlar və milli qırğınlar törətmələri vəziyyəti daha da kəskinləşdirmişdi.
Azərbaycan hökuməti Ermənistan emissarlarının Qarabağdan uzaqlaşdırılması, separatçı
ermənilərin susdurulması üçün ciddi tədbirlər görmüş, Qarabağda öz suveren hüquqlarının
qorunmasını təmin etmişdi.
1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan Demokratik
Cümhuriyyətinin müstəqilliyinin rəsmən tanınmasından sonra belə, ərazi mübahisələrinə, milli
münaqişələrə son qoyulmamışdı.
Qaçqınlar problemi isə Azərbaycan Demokratik
Cümhuriyyətinə Birinci Dünya
müharibəsindən və 1918-ci il mart-aprel aylarında Bakı və İrəvan quberniyalarında baş verən
milli münaqişələrdən miras kimi qalmışdı.
Birinci Dünya müharibəsində Şərqi Anadoludan, Balkanlardan və s. münaqişə
ocaqlarından Bakı quberniyasına, xüsusən də Bakı şəhərinə minlərlə qaçqın pənah gətirmişdi.
Bakıya gələn qaçqınların əksəriyyətini qeyri-müsəlmanlar təşkil edirdilər. Həmin dövrdə Bakıda
Müsəlman Xeyriyyə Cəmiyyəti ilə yanaşı erməni qaçqınlarına Yardım komitəsi, Latış
Qaçqınlarına Yardım Komitəsi, Müharibə nəticəsində Daşlmış Polyak Əhalisinə Kömək
Komitəsi, knyakinya Tatyana Nikolayevanın təsis etdiyi komitənin Qaçqınların qeydə alınması
üzrə Bakı Komitəsi, Qafqaz Cəbhəsində Qaçqınların yerləşdirilməsi üzrə Baş müvəkkilliyinin
Bakı şöbəsi və s. cəmiyyətlər və komitələr fəaliyyət göstərirdi. Bakı
2
ARDA, f. 2898, siy. 1, iş 6, v. 34.
Qradonaçalnikinin 1917-ci il dekabrın 31-də Petroqrada göndərdiyi məlumatında göstərilirdi ki,
Bakıda 2568 qaçqın - o, cümlədən 1763 erməni, 276 latış, 169 rus, 157 yəhudi, 95 yunan, 84
polyak, 13 aysor, 7 macar, 3 çex, 1 bolqar qeydə alınmışdır.1
Göründüyü kimi, Bakı
Qradonaçalniki müsəlman qaçqınlarını yardımdan məhrum etmək məqsədilə müsəlman