1
ARDD, F.1061, siy.1, İş 95, v.5-8; Bax: История Азербайджана по документам и
публикациям, səh. 182-187.
düşmən qüvvələrinə qarşı mübarizə, Sovet hakimiyyətinin
möhkəmləndirilməsi yolunda
əksinqilab üzərində böyuk qələbə, vətəndaş müharibəsi hesab edirdilər.
Lakin bu gün bizim üçün hər şey aydındır Törədilən vəhşiliklərin, cinayətlərin başbilənlər
əlləri qana bulanmış düşmənlərimiz haqqında çox şey bəllidir.
* * *
Bakıda törədilən qırğınlar Erməni Milli Şurasının “qələbəsi” sayılsa da, Müsəlman Milli
Şurasının ağır məğlubiyyətə uğraması heç də daşnakların qələbəsi deyildi. Düzdür, Bakıda
axıdılan günahsız qanlar nə qədər faciəli olsa da, o dövrdəki
müvəqqəti məğlubiyyətlər
azərbaycanlıları heç də həvəsdən salmadı, mübarizlik ruhunu qıra bilmədi.
Əksinə, “mart günlərindən sonra, azərbaycanlılar artıq muxtariyyətdən deyil,
ayrılmaqdan danışır, və öz ümidlərini rus inqilabına yox, Türkiyənin köməyinə bağlayırdılar.”
1
Faciəli Mart qırğınından sonra Bakıda yerləşən Müsəlman Milli
Şurası
və
azərbaycanlıların digər siyasi təşkilatları müvəqqəti olaraq Gəncəyə və Tiflisə köçmək
məcburiyyətində qaldılar. Azərbaycanın müxtəlif ərazilərində daşnakların törətdikləri
vəhşiliklərin dalğaları tədricən Gəncə və onun ətraf yerlərində də hiss olunmağa başlayırdı.
Əslində Gəncə və onun ətraf ərazilərində azərbaycanlıların qırğınlarını həyata keçirmək üçün
Bakının “bolşevik” daşnakları ilə Qarabağ erməniləri əl-ələ verməli,
qüvvələrini vahid məqsədə
yönəltməli idilər. Daha doğrusu, daşnaklar Göyçayı, Yevlaxı, Goranboyu zəbt etdikləri vaxt
Qarabağ erməniləri də cənubdan Gəncə istiqamətində öz planlarını həyata keçirəcəkdilər. Hətta o
vaxtlar Azərbaycan demokratik qüvvələrinin məqsədinin lağa qoyan daşnak lideri S.Şaumyan və
digər erməni
1
Qafqaz Azərbaycanı Respublikası, Paris, 1919, səh. 21. 88
qədim şəhərdə ermənilərin daha geniş şəkildə əl-qol açmalarına imkan vermədi, onlrın
hazırladıqları bir çox azğın və murdar planları alt-üst etdi. Azərbaycana Türkiyədən silahlı qoşun
hissələrinin köməyə gəldiyini görən daşnaklar müttəfiqlər sorağında çox yollara əl atdılar. Lakin
S.Şaumyan və onun tərəfdarları iyul ayının sonunda istefa verməyə məcbur oldular. Bakıda
hakimiyyəti eser-menşevik və yeni daşnaklardan ibarət Sentrokaspi diktaturası aldı.
Az keçməmiş özünün çox gücsüz oldüğünu başa düşən Sentrokaspi
ingilisləri kömək
üçün Bakıya dəvət etdi. Lakin Odlar yurdunda ağalıq etmək arzusu ilə yaşayan yad və qondarma
hökuməti nə ingilislər qoruya bildi, nə də özünün 14-cü maddəsi ilə ADC-yə arxadan zərbə
vuran Mudros sazişi.
Avqust ayının iykinci yarısında Azərbaycan dövlətinin qoşunları, eləcə də Türkiyədən öz
qan qardaşlarını müdafiə etmək üçün gəlmiş türk hərbi dəstələri Bakı üzərinə qəti hücum planları
hazırladılar.
1918-ci il sentyabrın 15-də general-leytenant Əliağa Şıxlinskinin rəhbərliyi altında
Azərbaycan və üç gün sonra isə Nuru paşanın başçılığı ilə türk qoşun hissələri Azərbaycan
Demokratik Cümhuriyyəti paytaxtı Bakını menşevik, eser və daşnaklardan
ibarət oyuncaq
Sentrokaspi hökumətindən təmizlədi. İngilislər elə sentyabrın 15-də Bakını tərk etdilər. Öz
xalqına sadiq sərkərdələrin və kifayət qədər silahın olması bu ağır müharibədə igid Azərbaycan
əsgərlərinə qələbə qazandırdı. 15 min nəfərlik qoşunla düşmənin 50 minlik ordusu tamamilə
darmadağın olundu.
Azərbaycan hökuməti Bakıya köcdü.
5. AZƏRBAYCAN DEMOKRATİK CÜMHURİYYƏTİ DÖVRÜNDƏ MİLLİ
MÜNAQİŞƏLƏR VƏ QAÇQINLAR PROBLEMİ
1918-ilin mayında Zaqafqaziyada üç müstəqik Gürcüstan, Azərbaycan və Ermənistan
dövlətləri yaransa da onların arasında sərhədlər dəqiq müəyyəd edilməmişdi. Çar Rusiyası
dövründə Qafqaz canişinliyinə
tabe olan quberiniyalarda azərbaycanlıların,
gürcülərin və
ermənilərin qarışıq şəkildə məskunlaşması bu sərhədləri müəyyən etməkdə çətinlik yaradırdı.
Ümumiyyətlə, 1918-1920-ci illərdə Azərbaycanla Ermənistan və Azərbaycanla
Gürcüstan respublikaları arasında 11 zonada mübahisəli ərazilər problemi meydana çıxmışdı.
Həmin ərazilərin bəzilərində mübahisələr dinc yolla, yəni əhalinin öz müqəddaratını azad
təyinetmə prinsipi ilə həll edildiyindən silahlı müdaxiləyə ehtiyac qalmamışdı. Əksər hallarda isə
Ermənistan və Gürcüstan hökumətləri məsələni silah gücünə həll etməyə cəhd göstərdiklərindən,
problemin həlli daha da kəskinləşmişdi.
Azərbaycan Demokratik Cümhuriyyətinin mübahisəsiz ərazisi 97297,67 kv.km (Bakı
quberniyasında 39075,15 kv.km, Gəncə quberniyasında 44371,29 kv.km, Zaqatala
quberniyasında 3992,54 KB.KM, İrəvan quberniyasında 9858,69 kv.km) təşkil etmişdir.
Azərbaycanla Ermənistan və Gürcüstan arasında mübahisəli ərazisi 16598,30 kv.km (İrəvan
quberniyasında 7913,17 kv.km, Tiflis quberniyasında 8685,30 kv.km) olmuşdur.
ADC dövründə
mübahisəli ərazilərlə birlikdə ölkə ərazisi 113895,97 kv.km olmuşdur.
1
Zaqafqaziyada Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Respublikası öz
mübahisəsiz ərazilərindən Moskvanın təzyiqi ilə müxtəlif
1
Адрес-календаръ Азербайджанской Республики на1920 г., Bakı. 1920, 1-ci hissə, səh. 50.
dövrlərdə təqribən 10 min kv.km ərazisini Ermənistan və Gürcüstana verməyə məcbur olmuşdur.
1918-1920-ci illərdə Zaqafqaziya respublikaları arasında mövcud olmuş ərazi
mübahisələri olduqca mürəkkəb xarakter almışdı. Bu münaqişələrin səciyyəvi cəhəti ondan
ibarət olmuşdur ki, mübahisəli ərazilərin etnik müsəlman əhalisi bir qayda olaraq,
zərər çəkən
tərəf olmuş, qonşu respublikalar, xüsusən də Ermənistan silahlı qüvvələri tərəfindən təcavüzə
qalmışdır.
1918-ci ildə erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 229 yaşayış
məntəqəsi (o cümlədən Şamaxı qəzasında 58, Quba qəzasında 112), Gəncə quberniyasında 272
yaşayış məntəqəsi (Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 211 (İrəvan
qəzasında 32, Yeni-Bayaziddə 7, Sürməlidə 75, Eçmiədzində 84), Qars vilayətində 82 yaşayış
məntəqəsi yerlə yeksan edilmiş, yüz minlərlə əhali qırılmış və öz etnik ərazilərindən qaçqın
düşmüşdü.
1
Qaçqınlar problemi ilə məşqul olmaq üçün hələ 1918-ci ilin martında Zaqafqaziya Seymi
nəzdindəki Müsəlman fraksiyasının qaçqınlar şöbəsi yaradılmışdı. Müsəlman fraksiyası Seym
hökuməti qarşısında məsələ qaldırmış, İrəvan quberniyasında müsəlmanlara qarşı edilən
qırğınlara son qoyulması məqsədilə nümayəndə heyəti göndərilmiş, araşdırmaların
nəticələri
Seymin iclasında müzakirə edilmiş, qaçqınların vəziyyətinin müəyyən dərəcədə yüngülləşməsinə
nail olunmuşdusa da, qırğınları dayandırmaq mümkün olmamışdı.
2
1918-ci ilin mayında əzəli Azərbaycan torpaqları olan İrəvan quberniyası ərazisində
Ermənistan dövləti yaradılan zaman onun paytaxtının hansı şəhər olacağı müəyyən edilməmişdi.
Azərbaycan
1
ARDA, f.894, siy.10, İş 80, v. 49-56; ARDA, f.970, siy.10, iş 16, v. 1-9; ARDA, f.1061, siy.1,
iş 95, v.5-8; ARDA, f.970, siy.1, iş 1, v. 28-29; ARDA, f.970, siy.1, iş 166, v. 7.
2
Адрес-календаръ Азербайджанской Республики на1920 г., Bakı. 1920, 2-ci hissə,
səh. 10-11.