Azerbaijan-ngps


Partiyası) ekolojinin əhəmiyyətli dəyərləri sırasında təsdiq edilir. Mənəvi



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə17/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   13   14   15   16   17   18   19   20   ...   62

61
Partiyası) ekolojinin əhəmiyyətli dəyərləri sırasında təsdiq edilir. Mənəvi 
mənbələr sırasında qeyri-zorakı hərəkatlar Qandi və Martin Lüter Kinq 
Jr. -ın adı ilə əlaqələndirilirdi (Kelli 1989). Qeyri-müəyyən siyasətdə 
Yaşıllar Partiyaları mükəməllik nümunəsi kimi təcrübədən keçirilib 
bütün dünyaya yayılmasına baxmayaraq , innovasiyalı sosial hərəkat - 
seçkili partiyası tərəfindən qoyulmuş zor işlətməkdən imtinanın əsasları 
əhəmiyyətli siyasi şəraiti təmin edir. Birləşmiş Ştatların Pasifisti 
Partiyası 1983-cü ildə, 1996 və 2000 ci illərdə prezident seçkilərində 
namizəd olmuş Litl Bredford tərəfindən, mənəvi, elmi, humanist 
prinsipləri əsasında yaradılmış, Amerika cəmiyyətini qeyri-zorakılığa 
doğru dəyişməsində və onun dünyada tutduğu mövqedə maraqlı idi. 
Hindistanda, Sarvodaya Partiyasının əsası T.K.N  
Unnithan ilə başqaları tərəfindən qoyularaq hamının rifahı naminə 
sosial inkişaf üçün Qandian modelini irəli sürüb seçkili arenaya daxil 
olur. Qandiyə məxsus siyasətdən kənarda qalmaq ənənəsini pozmağına 
aydınlıq gətirərək Sarvodaya Partiyası bunu belə izah edir: "Hakimiyyət 
xarakterinə görə neytraldır, o yalnız korlanmış adamların əllərində 
olanda korlanır". Qandinin zor işlətməkdən imtinası ilə ruhlandırılan 
unikal Millətlərarası Radikal Partiyası 1988-ci ildə İtaliyanın Partito 
Radikalından qlobal səviyyədə meydana çıxmışdır. Onun məqsədi 
Birləşmiş Millətlər Təşkilatına qeyri-zorakı təsiri göstərmək üçün 
beynəlxalq səviyyədə istisna olmaqla işləməkdir; məsələn, hərbi 
cinayətkarların edamının ümumdünya olaraq aradan qaldırılması, hərbi 
cinayətkarlıqdan vicdanla etirazın tanınması və məhkəmə təqibi. Partiya 
milli seçkilərə narazılıq bildirmir; üzvlər istənilən partiyada ikili üzvlük 
tuta bilər; və ikili üzv dövlətlərdə adambaşına ümumi milli məhsulda bir 
faiz mütənasib bölüşdürülür. Qandinin obrazı altında partiya belə elan 
edir: "Millətlərarası qanun və zor işlətməkdən imtina daha yaxşı dünya-
tikmək-üçün-ən-effektiv-və-radikal-yollardırlar." 
İqtisadi təşkilatlar 
Qeyri-öldürücü prinsiplərini tərənnüm edən xüsusi əhəmiyyətli 
iqtisadi təşkilatlar hərbi sənayelərə sərmayə qoymayan kapitalist ortaq 
səhm fonduna malikdirlər (Sülh Dünyası Fondu); Qandinin və Kingin 
zordan imtinasından ruhlanan həmkarlar ittifaqı (Cesar Çeyvz, Dolores 


62
Hyuerta və başqaları tərəfindən əsası qoyulan Amerikanın Kənd 
Təsərrüfatı İşçiləri Birliyi); və qeyri-zorakı Buddist prinsiplərinə 
əsaslanan Şri Lanka hərtərəfli inkişaf cəmiyyət proqramı (Sarvodaya 
Şramadana Sangamaya, A.T. Ariyaratnenin başçılığı ilə). 
Uğurlarının məhdudluğuna baxmayaraq, Qandinin "qayğıpərəst" 
nəzəriyyəsi və Vinoba Bhave (1994) ilə Jayaprakash Narayan (1978)-in 
başçılığı ilə aparılan Hindistanın bhoodan (torpaq hədiyyəsi) hərəkatının 
təcrübəsindəki torpaqsıza torpağı verməyin nümayişi kifayət qədər 
olmayan resursların da bölünə bilməsinin qeyri-öldürücülər üçün 
ağlagəlməz olmamasını göstərmişdir. Xeyriyyəçi fondlar cəmiyyətdə 
Qeyri-öldürücü xidmətini dəstəkləyir: Qandi Fondu (London), Savodaya 
Beynəlxalq İnamı (Banqalor) və A.J. Muste İnstitutu (Nyu York).  
Maarifləndirici təşkilatlar 
İnsanın rifahına xidmət edən çoxsahəli Qeyri-öldürücü tərbiyyəsi 
abu-havasının bütün universitetdə əsasının qoyulmasının mümkünlüyü 
Hindistanda-Tamil Nadda, Qandidən ilhamlanmış pedaqoq doktor G. 
Ramachandran (1903, 1995), Qandigram Kənd İnstitutunun (Sayılan 
Universitet) banisi tərəfindən vəsiyyət edilmişdir. Otuz yaxın kəndi əhatə 
edən Universitetin xidmət göstərdiyi vacib təmayüllərindən bəziləri 
bunlardır: (1)nizam-intizam təlimlərinin kombinasiyası və cəmiyyətdə 
tətbiqləri; siyasət elmi və kənd qərarlarının qəbul edilməsi, fizika və 
radio təmiri, biologiya və təmizkarlıq, incəsənət və uşaq yaradıcılığının 
inkişafı, (2) ali təhsili bitirən tələbəhərin hər birindən problemlərin həll 
edilməsi tezislərinin tələb edilməsi, (3) üç dilli təhsil sistemi yerli 
ehtiyacları ödəyən Tamil dili, milli inteqrasiya üçün Hindi dili və 
dünyada pəncərə kimi İngilis dili və (4) universitet şəhərciyi xidmətləri 
üçün işçi qüvvəsi olaraq hamına məsuliyyətlər müəyyən edərək əlavə 
məsələn, qapıçılar, xidmətçilər, mühafizəçilər və aşpazlarsız keçinmək.  
Ramachandranın töhfəsinin fərqliliyi hərbi təlim tədrisinə alternativ 
olan Şanti Sena (Sülh Bölməsi) Qeyri-öldürücü ali təhsilinin bu 
Universitet çərçivəsində yaradılması idi və bu tədris növünün dinamik 
baş təşkilatçısı humanitar elmlər professoru N. Radhakrishnan (1992; 
1997) oldu . 1958-1988 illər ərzində Şanti Sena beş min könüllü gənc 
kişi və qadını "sülh üçün işləmək və mənim həyatımı buna uyğun 


63
quraşdırmağa hazıram" intizamına öyrətdi. Ruhani, fiziki, intellektual, və 
təşkilatçılıq təlimlərini kombinasiya edərək, Şanti Senaı cəmiyyətin 
tələbələrinə uyğun olaraq konfliktlərin həlli yollarını, təhlükəsizlik 
funksiyalarını, fəlakət zamanı köməyi və kooperativ sosial təminatı 
öyrənmiş tələbələrdən mütəxəssislər hazırladı. Yanaşma həmişə kənd 
sakinləri ilə əməkdaşlıq edərək uşaqlara qayğı, xalq incəsənəti ənənələri
uşaqların sosial təminatı, gigiyenik təmizlik, yaşayış yerinin saxlanılması 
kimi şeyləri yaxşılaşdırmaq idi. 1970-ci illərin ortalarında Hindistanda 
bəzi şəhər universitetləri sıxıntılar keçirərkən Qandigram-ın ətrafında 
olan kənd sakinləri Kənd İnstitutunun Sayılan Universitet statusuna 
yüksəlməsini qeyd etmək üçün festivallar keçirdi. Şanti Sena universitet 
şəhərciyi təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürdü. Hətta 
Hindistan Baş nazirləri Nehru, Qandi və başqa əyanlar tərəfindən 
ziyarətlər zamanı heç bir silahlandırılmış polisə universitet şəhərciyində 
icazə verilmədi. 
Təlim müəssisələri 
Sosial dəyişiklik üçün qətldən imtinanı təlimini təmin edən , konflikt 
zona müdaxilələri, sosial müdafiəsi və başqa məqsədli müəssisələr 
sürətlə meydana çıxır. Təcrübəli məşqçilərə milli sərhədlər boyu və 
çərçivəsində getdikcə daha çox böyük tələbat yaranır və onlar problemin 
həllinin Qeyri-öldürücü metodları ilə zorakı vasitələri əvəz etməklə insan 
qabiliyyətinə inamın artmasına öz töhfəsini verir. Bir neçə təşkilatlar və 
görkəmli məşqçiləri qeyd edək (Beer 1994): Zor işlətməkdən İmtina 
Məktəbi (N. Radhakrişnan) G. Ramaçandran, Sülhün Beynəlxalq 
Briqadaları (Narayan Desay), Zor işlətməkdən imtina Florida Martin  
Lüter Kinq Jr. İnstitutu ilə La-Fayette & Asosiasiyaları (Jr.Bernard 
LaFeyette, Sr.Çarlz L. Alphin, , və Devid Jehnsen), Beynəlxalq Barışıq 
Yoldaşlığı (Hildegaard Qoss Mayr və Riçard Deats), Tədris Mərkəzi 
Simpoziumları (Corc Lakey), Beynəlxalq Hərbi Partizanlar, (Hovard 
Klark), Zor işlətməkdən imtinanın Tədqiqatı üçün Fələstin Mərkəzi 
(Mubarak Awad), Beynəlxalq Zor işlətməkdən imtina (Maykl Beer), 
Servisio Paz y Jastisia (Adolfo Peres Esquivel), Beynəlxalq Məşğul 
Buddistlərin Şəbəkəsi (Yeshua Moser Puangsuwan) və 
TRANSSEND
 
(Johan Qaltung). 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə