Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə13/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   9   10   11   12   13   14   15   16   ...   62

48
Niyə Onu axtarmaq üçün xaricə nəzər salırsınız? 
(Sethi 1984: 56-7).
 
Təsəvvür edə bilərsinizmi ki, beynin bioloji disfunksiyası halında, 
bəzi adamlar qatilliyə aludəçi olmağa meylli olacaq? Hətta əgər 
öldürülmə mədəniyyət, şəraitdən deyil bioloji səbələrdən törədilibsə, 
elmi yaradıcılıq patoloji qatillərə öldürmək məcburiyyətindən özlərini 
azad etmək üçün səlahiyyət verməyə imkanlıdır. Və bu başqa insan 
keyfiyyətlərinə ziyan vurmadan edilə bilər. Müasir nevrologiyanın, 
genetikanın və başqa biologiya elmilərinin inkişaf etdiyi bir zamanda 
"insan təbiətinin"ölümlülükdən qaçılmazlığı, hətta əgər tipik olmayan 
bioloji kəskinləşmə ilə əlaqələndirilmişdirsə də bundan sonra daha bucür 
fərz edilə bilməz. 
İlkin nümunə inkişafda olan neyropsixoloqiya elmi xadimi Ceyms W. 
Prescott ilə neyropsixiatr Robert G. Hezin əsas və tətbiq edilmiş 
araşdırmalarında təqdim edilmişdir (Restak 1979: 118-133). Onların 
teoriyalarına əsasən bəzi adamlar tərəfindən öldürmək məcburiyyətinin 
nəzəri mülahizələri emosiyaları (haşiyəli sistem) və bədən hərəkətini 
(beyincik) birləşdirən elektrik dövrlərinin ("məmnunluq cığırları") 
pisləşməsi ilə əlaqələndirilir. Onlar bu dövrlərin yaxşılaşdırılması və ya 
pisləşdirməsinin sirkulyar olub erkən uşaq yaşlarında inkişafda olan 
insanın bədəni ətrafında firlanma həddi ilə əlaqələndirərək, bunu 
hərlənən stulda oturmuş şimpanzeləri öz ətrafında fırlatmaq ilə digərini 
başı üzərində daşıyaraq sınaqdan keçirmişlər. Sonralar, onlar firladılmış 
şimpanzelari daha təcavüzkar, mobil edilmişlərin isə təmkinli 
şimpanzelər olduğunu müəyyənləşdirdilər. Peşəkar qatillərdə insani 
xüsusiyyətlərin tətbiqinə keçid üçün qırğın törətməyə aludə olan şəxsin 
çiynində tərəfindən idarə olunan("beyincik stimulyator və ya beyincik 
lider") cib stimulyatoru ilə arxa beyində kiçik elektrodu implant etdilər. 
Öldürməyə tələbat yaradan disforiya hissləri meydana çıxarkən şəxs onu 
özündən uzaqlaşdırmaq üçün həzz cığırlarını fəallaşdıraraq hərəkətə 
gətirə bilər. 
Bəzi "cinayətkarcasına ruhi xəstə" diaqnozu qoyulmuş adamların 
təcridxanada müəyyən illər tənhalığı nəticəsində sonralar onların qısa 
müddət ərzində ərzində sağalmasını təcrübədən keçirmişlər. Başqa 
birilərində də öldürmək və ya özünə qəsd etmək istəklərinin tədricən 


49
sönməsini qeydə almışlar. Müvəffəqiyyətsizliklər də qeydə alınmışdır. Bir 
hadisədə, beyincikləri əlaqələndirən "məftillər"in sınması nəticəsində xəstə 
tibb bacısını qayçının ağzı ilə dərhal öldürür. Hər halda bu qabaqcıl 
proseduranın müvəffəqiyyətləri məhv edən bioloji pessimizmdən 
bəşəriyyəti azad etməkdə yeni nəzəri və texnoloji innovasiyalara meydan 
oxuyur. 
Siyasət elmi pessimizmi ilə kəskin nikbinlik ziddiyyət təşkil edən 
qeyri-öldürücü optimizmin sonrakı əsasları Martin Lüter Kinğin və 
Senator Robert F. Kennedi -nin (Daniels, Gilula və Ochberg 1970) 
qətllərinin ardınca Birləşmiş Ştatlarda "zorakılığın böhranını" öyrənmək 
üçün yaradılmış komitənin iyirmi üç Stenford Universiteti psixiatrının 
nəticələrində tapılır. Bioloji, psixodinamika, ətraf mühit, qəzəb, qrupdaxili 
konflikt, kütləvi informasiya vasitələri, odlu silahlar, zehni xəstəlik, 
dərman (narkotik) istifadəsi və başqa müqayisəli faktorlarla əlaqəli olan 
zorakılıq və aqressiyanı gözdən keçirdikdən sonra Daniels və Gilula belə 
nəticə çıxarır : "Əgər biz alternativlər aşkar edərək onları tətbiq etmək 
qərarına gəliriksə, deməli artıq biz zorakılığ erasını bağlamaqdan ötrü 
insan oğlu üçün kifayət qədər bilgilərə malikik (441). 
Psixiatr Corc F. Solomon (1970) tərəfindən təqdim edilən qətlin 
sosioloji tədqiqatlarında "insan təbiətinə" köməksizliyinə istinaddan 
fərqli olaraq öldürməyi anlanılan olduğunu və onun qarşısının 
möhtəşəmcəsinə alınmasının mümkünlüyünü qeyd edir. Bir 
ictimaiyyətləşdirilmiş hadisə ilə əlaqədar təcrübədə hədsiz dərəcədə 
soyuqqanlı olan qadınların təsadüfi snayper qatilinin şəxsi tərcümüyi-
halına bunlar daxil idi: onun valideynləri tərəfindən etinasızlıq, azart 
oyunu aludəçisi olan atası, tərəfindən şirnikləndirilmiş ikicinsli alkagol 
anası, silahlara olan marağı və günahın "dəhşətli obrazlarına" hissiyatsız 
qalmasına kömək edən narkotiklərdən istifadəsi. Başqa bir qatilin 
hadisəsində onun keçmiş arvadının yeni ərinin qatlinə bais olan şəraitlərə 
bunlar səbəb oldu: kasıblıq, onun anasına qarşı zorakılıq etmiş atasına 
nifrəti, atalığının başına vurduğu zərbələrdən əmələ gəlmiş konvulsiya, 
ana işkəncələri, bacıları tərəfindən döyülmələr, Dəniz Piyadasında 
birinci serjant olması, bordeldə qarşısına çıxan fahişəylə nigahı, onun iki 
uşağına atalıq etməsi, xaricdə iş səfərində olarkən ona qarşı 
sədaqətsizliyi aşkar etdikdə öz biləklərini kəsmək cəhdi, fahişə arvadı 


50
tərəfindən 38 kalibrli kiçik tapançası ilə hədələnməsi və mülkiyyət və 
uşaqları görmək üçün hüquqların tələbi ilə mübahisələrdən sonra onun 
üçtərəf arasında arvadını deyil, yeni əri öldürmədiyi. Solomon belə bir 
nəticə çıxarır: 
Bir psixiatr kimi mənim insan davranışının dəyişdirilə bilməsi 
ideyasına münasibətim qətidir. Qarşısını alma və müalicələr 
öncə cəhalətlə qarşılaşdığından müvəffəqiyyətsizliklərə uğrasa 
da sonrakı tədqiqatlarda keyfiyyətini yüksəldə bilər ; qəbul 
edilən prinsiplərin tətbiqində uğursuzluq; yenilik əlavə 
etməkdən boyun qaçırmalar;və sosial uyğunsuzluğa görə 
qisasçılıq zorakılığa meylli şəxslərin istənilən xas olan 
"sağalmazlığından" daha çox şeydir. Inkişaf və şəfa üçün 
insan qüdrətli varlıqdır və ümidvarıq ki, zorakılıq fəlakəti 
istiqamətində onun qüdrətinə son qoyular (387). 
Antropologiyada, zor işlətməkdən imtina və sülhə can atan insan 
bacarıqlarını anlamağa cəhd edən yeni maraq, adı formada vurğulanan 
zorakılıqla təcavüzdən fərqli olaraq, qeyri-öldürücü cəmiyyətin qeyri-
mümkünlüyü sualına cavab axtarır. (Sponsel və Gregor 1994b; Sponsel 
1996) Lesli E. Sponselin izah etdiyi kimi "Qeyri-zorakı və sülh 
cəmiyyətlər nadir olaraq mövcud olmalarının səbəbi ona görə deyildir ki
onlar həqiqətən nadirdirlər, çünki onlar faktiki olaraq nadir hallarda zor 
işlətməkdən imtina və sülh barədə tədqiqatlar mediada və başqa sahələrdə 
həddindən artıq nadir hallarda müzakirə edilirlər". O, əlavə edir ki, "Bu 
zor işlətməkdən imtinanın və sülhün şərtlərini və səbəblərini, sülhün 
funksiyalarını, sülhün proseslərini və nəticələrini başa düşmək zorakılığı 
və müharibəni anlamaq qədər vacibdir". (Sponsel 1994a: 18-9). 
Qədim insanlar arasında bəşəri ölümlülüyü barədə Hobbesian 
ehtimalının elmi sorğusu Piero Giorgi (1999) və Van der Dennen (1990; 
1995) J.M.G.tərəfindən irəli sürülmüşdür. Etnoqrafiya ədəbiyyatında 
qeyd edilmiş 50 000 "primitiv" xalqların keçmiş əsr boyunca müharibə 
və düşmənçilik dəlillərinin icmalında Van der Dennen yalnız 2 000 qrup 
üçün əsaslı dəlillər aşkarlaya bildi. Etiraf edərək ki, qalan qruplar üçün 
"cəngavərlik" haqqında informasiyanın olmaması onların sülhsevərliyini 
mütləq sübut etmir, Van der Dennen bəşəri insan cəngavərliyi 
ehtimalının doqmatik qəbuluna qarşı çıxır.(1990: 257, 259, 264-9) O, 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə