42
göstərən Baha'i inamı "Ey insanlar, Tanrıdan qorx və hər kəsin qanını
tökməkdən çəkin" göstərişini verir. (Baha’u’llah 1983: 277).
Həmçinin humanist ənənələr də qeyri-öldürücü cəmiyyətə cəhd
edərək, onun mümkünlüyünü deyir. Konfusiçilikdə, hakim dairələr
arasında mənəviyyat alilik təşkil edəndə, heç bir edama ehtiyac
duyulmayacaqdır (Fung 1952: 60). Daosizmdə, insanlar sadə həyat
sürərkən və təbiət ilə ahəngdar yaşayanda, "orada müharibənin
silahlarının mövcud olmasına baxmayaraq, heç kəs onlardan istifadə
etməyəcək.(Fung 1952: 190). Müasir sosialist fikrlərinə görə fəhlələr bir-
birini öldürməyi qəbul etməyəndə, müharibələr dayanacaq. Bir anti I
Dünya müharibəsi manifestində bəyan edilir:
Dünyanın bütün Sənaye İşçiləri sinfinin şüurlu üzvləri
insanların qanının həyatı bahasına tökülməsini, dini səbəblərə
görə deyil - Kvakerlilər (Filadelfiyada şəhər adı) və Dost
Cəmiyyətlər olduqları üçün və bütün ölkələrdə fəhlə sinfinin
maraqları və rifahının eyni olduğunu bilərək, şüurlu olaraq
rədd edirlər. Biz Almaniyanın İmperializm Kapitalist
Hökumətini kəskinliklə rədd etməklə, istənilən ölkələrin
işçilərinin qırğınına və şikəst edilməsinə qarşıyıq. (Əsli 1995:
49; cəsur nümunə üçün, Bakster 2000-ə bax).
Qatillik istənilən cəmiyyət tərəfindən qəbul edilməzdir. Humanist
münasibət həyat üçün dinin tələblərinə uyğundur.
Mənəvi və humanist ənənələrin olduğu dünyada Qeyri-öldürücü
cəmiyyətlərinin reallaşdırılması üçün Qeyri-öldürücü etikasının
mövcudluğu hansı əhəmiyyətə malikdir? Bir tərəfdən o bəşəriyyətin
şüurunda həyata qarşı dərin hörmət yetişdirmək üçün ilahi niyyəti
aşkarlayır. O biri tərəfdən də belə bir prinsipə nail olmaq, yaratmaq,
üçün o insan bacarığını nümayiş etdirir. Əgər insanlar təbiətinə görə
sağalmaz qatillərdirsə, heç bir bacarıq, yaradıcılıq, dəyişiklik belə bir
prinsipin ehtimalına nail olmayacaq. Hətta əgər Qeyri-öldürücü edən
mənəvi etika elitalarların zülmkarları zəiflətmək üçün zülm tətbiq edən,
cəzadan yayınmaq istəyən qatillər tərəfindən törədilə bilən inqilabın
qarşısını almaq üçün icad edilərsə belə, bu o deməkdir ki, onun
ünvanlanmış olduğu insan buna müsbət cavab verməyə qadirdir.
Qeyri-öldürücüyin abu-havası öncə - tarixin əksər dəhşətli
qantökmənin başaldığı bir zaman ərzində və sonra meydana çıxmışdır.
43
Onun meydana gəlməsi yalnız qatillər tərəfindən bağışlanan dəbdəbəli
xeyriyyəçilik deyildir. Müasir eraya təslim olmadan gəlib çataraq o,
köhnə səlib yürüşlü Xristianlığı, köhnə istilaçı İslamı, köhnə xolokost
İudaizmi, köhnə militarist Buddizmini və köhnə müstəmləkəçi ənənəli
yerli xalqları ölüm törətməkdən azad olmağa ruhlandırmaqda davam
edir. Öldürücü iyirminci əsrdə, bu Xristianlar Tolstoy ilə Martin Lüter
Kinqin, Hindu Qandinin, Müsəlman Əbdül Ghaffar Xanın, Yəhudi
Cozef Abilihin, Buddist Dalay-lamanın, Yaşıl Petra Kellinin və saysız-
hesabsız, məşhur və diqqətdən yayınmış başqalarının qeyri-öldürücü
cəsur qlobal dəyişiklik töhfələrində sezilə bilər.
Möhkəm prinsiplərə malik olan hər bir dini inamlarda və
nümunələrdə Qeyri-öldürücü əhval-ruhunun iştirakı yüz milyonlarla
həmfikirlərin, tərəfdaşların məlumatlandırılması və təsdiqləndirilməsi
üçün yol açır. İmperativ Qeyri-öldürücü ilə öldürməyin məsuliyyəti və
onun zərərli nəticələri arasında zidd olan gərginliyin tanınması şəxsi və
sosial dəyişiklik üçün istək yaradır. Qətldən imtinanın kökləri hər ənənə
çərçivəsində tapıldığını bilərkən, bəşəriyyətin mənəvi irsi bütövlükdə
həyata davam gətirən banyan ağacının çoxsaylı kök sisteminə bənzəyir.
İlham və həyat bütün kök sistemindən və ya onun ayrılıqda hissəsindən
çəkilə bilərlər. Həyatın gücü bütün siqnal üçün mümkündür. Dinidə
həyata qarşı hörmətin reallığı və humanist inamlar qeyri-öldürücü qlobal
cəmiyyətin güclü mənəvi əsasını təmin edərək onun mümkün olduğuna
inam yaradır.
Elmi kökləri
"Biz təkcə dinin köməyi ilə zor işlətməkdən imtinaya heç vaxt nail
olmayacağıq". Belə bir məsləhəti Hindistanın ən qabaqcıl dini
liderlərindən, qeyri-zorakılıq prinsipi ahimsanın (zor işlətməkdən imtina)
ənənəsinin Cayn varislərindən olan qədim, yaradıcı Açarya Mahapragya
vermişdir. Cayn fikrində, "Ahimsa- Qeyri-zorakılıq prinsipi həyatın
bütün mərhələlərinin ürəyi, bütün müqəddəs mətnlərin nüvəsi, bütün
andların və ləyaqətlərin məbləq və mahiyyətidir (Cayn və Varni 1993:
139)". Açarya Mahapragya görə, qeyri-zorakı cəmiyyəti başa düşmək
üçün uyğun yol öz şəxsiyyətləri çərçivəsində zor işlətməkdən imtinanı
aşkar etmək və mənəvi həqiqətlər ilə müasir nevrologiyanı kombinasiya
44
edərək onu ictimaiyyət qarşısında ifadə etmək üçün adamlara səlahiyyət
verməkdir. Onun araşdırmalarına görə zorakılığa simpatik və
parasimpatik əsəb sistemlərinə təsir göstərən endokrin vəzilər ilə istehsal
edilən emosiyalar səbəb olunur və bu bizim nə yediyimiz ilə əlaqəlidir.
Bundan başqa bizim nevroloji sistemimizin əqli qabiliyyətlərimiə
əsaslanaraq, beynimizin enerjisini məqsədəyönlülüklə istifadəsini sadə
meditasiya təcrübələrində zor işlətməkdən imtinanı qəbul edərək, qeyri-
öldürücü ictimai həyatda və onun naminə özümüzü həsr edə bilərik;
(Mahaprajna -1987 və 1994; Zaveri.və.Kumar-1992).
Insanın öldürməmək imkanlarının olduğuna hansı elmi əsaslarla
əminlik yaranır? Elm mənasında inandırıcı qanunilik və etibarlılıq, şübhə
altına almaq, təcrübə və faktlar, nəzəriyyələr və metodlar üçün əldə
edilən biliyin bütün formaları geniş nəzərdə tutulur. Elmi inqilabın
müjdəçisi- bəzi filosofların qəbul edilən fərziyyələri şübhə altına
almaqlarıdır.
Qətl törərməkdən imtina edən cəmiyyət naminə Riçard Konrad
(1974) tərəfindən zorakılıqdan xolokosta qədər zor işlətmənin
öhdəsindən gəlmək üçün öldürməyə hazır olmağın yeganə effektiv yol
kimi ehtimalının araşdırılması edilmişdir. Konrad israr edir ki, ayrı-
ayrılıqda zorakı problemi həll edən alternativin tezisi üç ehtimalda təxirə
salına bilər: qətl törətməkdən imtina alternativləri bütünlüklə
müəyyənləşdirilmişdir; bunlardan hər biri yoxlanılmışdır; və hər biri
müvəffəqiyyətsizliyə uğramışdır. Lakin bu ehtimallar etibarsızdır: Qeyri-
öldürücü üçün problemləri həll edən alternativlər fərziyyələrə görə
sonsuzdur; təkrar araşdırmaların qarşısını alan vaxt, resurs və başqa
faktorlara praktik məhdudiyyətlərin olması; -səbəbindən yeganə
zorakılıq alternativinin müvəffəqiyyət qazana bilməsinə biz əmin
deyilik. Beləliklə Konrad Qeyri-öldürücü alternativlərinin yaranmasına
can atan birinin fəlsəfi meyllikdən zorakılığı qəbul etməyə keçməsinin
daha labüd olmasını müzakirə edir. Bu kimi yanaşma insan
ölümlülüyünün qaçılmazlığını şübhə altına alan elmi açıqlamalara gətirib
çıxarır. (Həmçinin Yoder 1983-ə bax).
İnsanların heyvani köklərə malik olması səbəbindən qatillik
xüsusiyyətlərinin daşımaları ehtimalı araşdırılmışdır. Tuleyn Universiteti
psixoloqu Loh Tseng Tsai (1963) o siçovul öldürən pişik ilə anbar
Dostları ilə paylaş: |