Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə12/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   8   9   10   11   12   13   14   15   ...   62

45
siçovulunun eyni qabdan sülh şəraitində yeməsini öyrədilə bilər. Bu 
metod ictimai öyrənmənin operant şəraiti ilə kombinasiyası idi. Əvvəlcə 
şüşə arakəsməsi ilə ayırılan iki heyvan öyrədilir ki, onlar ümumi qida 
kürəciklərini əldə etmək üçün paralel lingləri eyni zamanda 
basmalıdırlar. Yeddi yüz təlim sessiyasından sonra arakəsmə 
qantökülməsi olmadan aradan yox edilə bilər. Tsai belə nəticəyə gəlir ki: 
Biz təcrübələr ilə təbii düşmənlər adlandırılan pişiklər və 
siçovulların elmin tarixində ilk dəfə olaraq əməkdaşlıq etmək 
imkanına malik olmaqla bunu bacardıqlarını nümayiş etmişik. 
Belə kəşf heyvanat aləmində döyüşü və ya müharibələri labüd 
edən dalaşqanlığın dərin kök salmış instinktinin olmasını 
psixologiyada ənənəvi doqmanın bortundan kənara atır (1963: 4). 
Nəzərdən keçirərək ki, "çoxları fikirləşir ki, bizim tədqiqatımız bütün 
dünyada sülhün nəzəri mümkünlüyü üçün bioloji əsasın təməl daşını 
qoymuşdur".  
Tsai rəqabət nəticəsində qətlliyin ehtimal edilən qaçılmazlğı"-dan 
əməkdaşlıq nəticəsində sağ qalma elmi fəlsəfəsinə çağırır. Antonino 
Drago elmin radikal müxtəlif sahələrində fizik və tarixçisi Antonino 
Drago konfliktin həlli üçün Nyuton mexanikasının Karnotian versiyasına 
ziddiyyət təşkil edərək əməkdaşlığın mükəmməl olması oxşar elmi 
tövsiyəsini verir(Drago 1994). Beləliklə psixoterapevt Cerom D. Frank 
öldürücü antaqonizmlərə üstün gəlmək üçün qarşılıqlı xeyirli ümumi 
məqsədlər naminə əməkdaşlığa doğru getməyi məsləhət 
görür.(Frank.1960: 261-2;.1993:204-5). 
İnsan öldürücülüyü bizim təkamül nəticəsində "qatil meymunlar" 
olaraq genetik kök salmış, bu proses eyni primat qeyri-öldürücü Mərkəzi 
Afrikanın (Kano 1990) bonobo növlərinin öyrənilməsində son 
tədqiqatlarında araşdırılmışdır. Bonobonun Tropik meşəni bölən 
Konqonun Mangandu adamları nə zamanlarsa onların əcdadlarının 
bonobolularla ailə kimi birlikdə yaşadıqları əfsanəyə əsaslanaraq onları 
öldürməyi ciddi surətdə qadağan edir(Kano 1990: 62) . Qorillalardan, 
şimpanzelərdən və başqa meymunlardan fərqli olaraq , bonoboluların 
bir-birini öldürməsi müşahidə edilməmişdir. (Wrangham və Piterson, 
1990; Waal 1997). Bundan başqa, primat növləri arasında "sülh etmək" 
və "qarşılıqlı altruizm" arasında bu yaxınlardakı tədqiqatları ölümlülük 


46
tendensiyasını şübhəyə salaraq, təkamülə uğramış insan xüsusiyətində 
qətldən imtinanın potensial imkanını barədə heç nə demir (Waal 1989; 
1996). Heyvanat təbiətinin sülh tərəfləri var və Kropotkin (1914), Sorkin 
(1954) və Alfie Kohn (1990) insan təbiətinin də kooperativ, altruist kimi 
"daha parlaq tərəfi"-ni nümayiş etdirmişdir. 
Etoloq-antropoloq Irenaus Eibl Eibesfeldt-də (1979: 240-1) heyvanlarda 
və insanlarda təcavüzün müqayisəli tədqiqatında öldürməmək üçün mənəvi 
imperativ bioloji əsasın olduğunu tapır. Qeyd edərək ki, "bir çox 
heyvanların növdaxili təcavüzü o qədər rituallaşdırılmışdır ki, bu fiziki zərər 
ilə nəticələnmir", o qantökmədən boyun qaçırmaq üçün oxşar və daha 
mürəkkəb insan texnikalarını müəyyən edir. O belə bir nəticəyə gəlir ki, 
"Müəyyən dərəcəyə qədər bioloji norma filtirdən keçirilərək nəsihət verir: 
'Siz öldürməli deyilsiniz. "Ancaq mədəni psevdo super növün əmələ 
gəlməsi gedişində, adam ona öldürməyi qadağan edən bioloji norma filtrinin 
əvəzinə ona bunu əmr edən mədəni norma filtrini əldə etdi [başqalarını tam 
insan kimi deyil yırtıcı kimi qəbul edərək]. Müharibədə, "şüurlu olaraq 
düşmənini hiss edən bir insanın bu normalarının konfliktinə gətirib çıxaran 
qarşıdurmadan xəbərdardır". Buna keçmişdə döyüşçünün özünüdoğrultma 
və cəmiyyət tərəfindən qəbul olunması üçün öldürməsinin səbəbi olaraq 
izah edilir. 
Eibl-Eibesfeldtin tezisində Grossmanın araşdımalarını təsdiq edərək 
bildirir ki, "tarix boyu döyüş meydanında adamların əksəriyyəti öz 
həyətını və ya dostlarının həyatını belə xilas etmək üçün qətl cəhdi 
etməmişlər"(Grossman 1995:4). Grossman qətl törətməkdən imtina 
etmiş əskətrlərə nisbətən könüllü olaraq öldürmüş əsgərlər arasında 
psixiatrik problemlərin yaşanılmasının daha yüksək həddinin olmasını 
qeyd edir. Əsgər- psixoloq və etoloq-antropoloq yalnız onların 
nəticələrinin siyasi mövqeləri ilə fərqlənirlər. Əvvəlki üçün məsələ 
öldürmək müqavimətinə üstün gəlmək üçün professional təlim təmin 
etməkdir. İkinci üçün, öldürməkdən imtina etmiş insanın biologiyasını 
mədəniyyətə gətirməkdir. Eibl, Eibesfeldt nəticə çıxarır: 
Bəşəriyyətə arzulanan sülhün kökü adamların bioloji və 
mədəni norma filtrlərini gətirmək istəyən bu normaların 
arasındakı konfliktə bağlıdır.Bizim vicdanımız bizə ümid verir 
və buna əsaslanaraq səmərəli surətdə idarə edilən təkamül 


47
sülhə gətirə bilər. Bu müharibəni qantökmədən bir qədər başqa 
yol ilə həyata keçiilməsi faktın tanınmasını nəzərdə tutur. 
(1979: 241) 
Beyni öyrənən elm insanın Qeyri-öldürücü potensialına inam verən 
daha bəzi fikirləri dəstəkləyir. Qabaqcıl nevroloq, "Neyrorealist" termini 
ilə öz yanaşmalarınlı adlandırmış Bryus E. Morton (2000) hər iki - qeyri-
öldürücünin və öldürmənin neyrobioloji əsaslarını təsvir edən 
"Davranışın Əkstəsirinin Beynin İkili Quardbreyn Modelində" təqdim 
edir. Dörd hissəvi model "tək tetradik sisteminin iki üsulunda funksiya 
göstərir" . Onlar beynin əsas mərkəz sistemi (instinktlər), haşiyəli sistem 
(emosiyalar), sağ və sol yarımkürə sistemi (təxəyyül və ağıl) və 
neocerebellar sistemlərdirlər (intuisiya). Morton neocerebellar 
intuisiyasının sistemində daha yüksək mənəvi və sosial şüurun 
mənbəyini təyin edir. Bu "Uca Mənbə" olub, "doğruluq, yaradıcı, özünü 
nizamlayan, altruist, kooperativ, emosional və qeyri-zorakı"-dır. Bu 
qrupun uzun müddətli dayanıqlığını yüngülləşdirir və "ciddi olaraq 
beyindən asılı bu fenomen hadisəsi hamına əlverişlidir ". "Mənbənin" 
şüurdaxili peyda olması üç yolda təzahür edə bilər: ölümcüllüyə yaxın 
travmalarda , müəyyən hallyusinogen dərmanlardan və ən əsası 
meditasiyada. Gundəlik ictimai həyatda "Mənbə" "qeyri-zorakı 
cəmiyyətə tərəf" birgə fəaliyyətinin təşəkkül tapma mərhələsində 
faydalarını intuitiv yüngülləşdirir. O xeyir götürür və sağ qalmaya 
ölümcül təhdidlərin aradan qaldırılmasına öz töhfəsini verir. 
Beləliklə, beyin fəaliyyətini öyrənən neyrorealist elmi öldürməkdən 
imtinanı öz-özünə fəallaşdıran öhdəliyi və qətlə qarşı dayanıqlı tam 
bioloji və şüuri məzmunlu sosial keçidi təmin edir.Bu həmçinin Hindu 
Vivekanandasının anlaması ilə oxşar olaraq böyük dini müəllimlərin 
niyyətindəki kimi xaricdən Tanrını içəri gətirmək deyil, hər şəxsə 
daxilindəki inamı xaricə paylaşdırmaq üçün kömək etməkdir. O "Allahın 
hökmranlığı sizin daxilinizdədir" deyərək Xristian Tolstoyunun fikirləri 
ilə rezonans yaradır (Tolstoyu 1974[1893]). On beşinci əsr Hindistan 
mistiki Kəbirin düşüncələri ilə müqayisə edin: 
Usta İki gözün arasındadır, 
O, Tanrının elçisidir. 
Sizin öz bədəniniz Tanrınız yaşayır, 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə