Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə34/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   30   31   32   33   34   35   36   37   ...   62

114
kütləvi köçürülmə imkanları ilə əlaqədar və Marksist nəzəriyyəsinə 
əsaslanaraq: "Zamanın, yerin və məqamın fərqinə varmadan, zorakı 
inqilaba bəraət qazandıran nöqteyi-nəzər, qeyri-zorakı inqilabı 
nəzəriyyəcən səhv və praktik olaraq zərərli hesab edir"[vurğu əlavə 
edilir, müəllif tərcüməsi]. 
Beləliklə, siyasi analitiklər mürəkkəb qlobal inqilab və əks-inqilabin 
qantökdüyü bir dövrdə, öldürməyən inqilabın nəzəriyyə və təcrübəsini 
inkişaf etdirmək üçün bir imkan - biri o birindən xəbərsiz təsadüf edən, 
sərbəst fəaliyyət göstərən və elmin qarşısında məsələ qaldıran bir qüvvə 
toplusunu - üç zorakı ənənəni müəyyən etdilər. Onlar arasında 
diqqətəlayiq ümumi bir element - tək siyasi müstəqilliyi deyil, eləcə də 
sosial-iqtisadi və mədəni dəyişikliyi vacib sayan öldürmək əleyhinə 
Qandiçi - Hindistan hərəkatına istinad idi. 
İndiyədək öldürməyən inqilabi nəzəriyyəsi, istər "kapitalist" və ya 
istərsə də "sosialist" nöqteyi-nəzərlərindən olsun, sıxışdırılmış 
perspektivliyində saxlanılmaq üçün dərindən düşünülmüşdür. 
Müqayisəli şəkildə, elitar təbəqənin öldürməyən nəzəriyyəsinin əks-
hərəkatı, öldürməyən inqilabı hərəkatın zorakı cəza tədbirlərinin 
alternativlərini təklif etmək üçün inkişaf etdirilməmişdir. Şarpçı 
araşdırmalarının tam əksi nəzər çəkir. İnsan hüquqları və ədalət naminə, 
qeyri-zorakı yol ilə iddia qaldıran kasıb, torpaqsız, azlıqlar və ya 
çoxluqların qarşısına çıxarkən varlı mülkiyyət sahibləri, etnik 
dominantlar, liderlər, polis və hərbçilər zor tədbiq etmədən və silah 
işlətmədən üzləşməyə cəsarət göstərə bilərmi? İmkanlılar onların əks-
tələblərini qantökməsiz çevrilişi axtaran hərəkatlarda, yerləşdirilmədə və 
məcburiyyət qarşısında, ləyaqət və hesablaşma naminə, avans olaraq 
qurban verə bilərmi? 
Əzilən/əzən və ya əzən/əzilən arasında qarşılıqlı anlaşma 
münasibətlərini yaratmaq üçün olan sosial dəyişiklik üçün "öldürməyən 
mübarizənin" və hətta "öldürməyən sinfi mübarizənin" tətbiqi 
nəzəriyyələri ehtimal oluna bilər. Bu, insan təbiətində öldürməyən 
elementləri oyatma ilə nəticələnə və zorakılıq tərəfdarı olan elitaları 
sülhməramlı dəyişikliyin tərəfdarlarına tətbiq etdiyi cəza müqabilində 
onların zorakılıq tərəfdarı antaqonistləri üçün nəticə ola bilər. Müharibə 
edən istənilən tərəf, əks öldürməyən tərəfi öldürməyə hazırlıqlı bir tərəf 


115
kimi zəiflətmək məqsədi ilə mühakimə edərək, cəzalandırmağa cəhd 
edir. Məsələn, Soyuq Müharibə əksdurması zamanı hər iki Amerika və 
Sovet elitaları və mediası cəld olaraq pasifistlik mövqesini nüfuzdan 
salmaq üçün öldürməmək ideyasının rəqiblərinin zəiflətməsinə deyil
yalnız onların öz hərbiçiləri tərəfindən qavranılaraq, ordusunun 
zəifləməsinə təsir edəcək təhlükə olduğuna əmin idi. Oxşar şəkildə, 
silahlı müqavimət hərəkatlarının tərəfdarları akademik və aktivistlər 
əzilən tərəf arasında öldürməyən alternativlərin sürətlə vüsət alacağını 
bir təhlükə kimi hesab edərək öldürməyən inqilabi alternativlərə qarşı 
qınaqlarını cəldliklə bildirdilər. Beləliklə, əgər öldürməyən prinsiplərə 
hər iki- əzilən və əzən arasında qavrama varsa, öldürmədən sinfi 
mübarizə mümkün oluna bilər. Bu, siyasət elminin inqilabi problemi həll 
edən prosesləri öldürməksiz yüngülləşdirmək üçün onun tətbiqi rolunu 
nəzərdə tutur. Effektiv olan hər iki - Qandiçi və Kinqçi metodlarına 
uyğun xüsusiyyətlər-sosial dəyişiklik üçün öldürməyən mübarizənin hər 
mərhələsində rəqiblər ilə "barışığın" praktik dönüş nöqtəsini müəyyən 
edir. Hətta Maçiavelli israr edərək söyləmişdir ki, siyasi rejimdə 
"tiraniyadan azadlığa" və ya əksinə, əsaslı dəyişikliklər "qantökmədən" 
mümkün edilə bilər, bir şərtlə ki, "mükəmməl dövləti təşkil edən 
vətəndaşların ümumi razılığı" olarsa (Söhbətlər, 3-cü Sifariş , Fəsil 7). 
Öldürməmək və Təhlükəsizlik 
Öldürməmək siyasət elmi fərdi, yerli, milli və beynəlxalq 
səviyyələrdə öldürücülük qabiliyyətli təcavüzə uyğun labüd təhlükəsizlik 
alternativlərini təmini problemlərini həll etməlidir. Adi təhlükəsizlik 
nəzəriyyə və təcrübəsi öldürücü qabiliyyətli təhdidlərdən son nəticə 
olaraq törəyir: "Mən/biz sizi həqiqətən öldürəcəyimizi əminliklə 
bildirirəm". Öldürməmək təhlükəsizliyi, buna baxmayaraq, əks 
prinsipdən çıxış edərək: "Mən/biz sizi öldürməyəcəyimizi əminliklə 
bildiririk. Və siz buna tamamilə əmin ola bilərsiniz ki, siz 
öldürülməyəcəksiniz". Qısaca olaraq, "Biz bir-birimizə 
öldürməyəcəyimizi qətiyyətlə əmin etməliyik".  
Hələ ki, heç kəs kimsənin onu öldürmək qərarına gəldiyini 
bilməyincə təhlükəsiz deyildir. Öldürücülük təhlükəsinin yaradıcılıq 
qabiliyyəti istənilən müdafiə obytektindən: qalxanlar, sığınacaqlar, zireh, 


116
xəndəklər, divarlar, qəsrlər bomba əleyhinə sığınacaqlardan da üstün 
gəlir. Hücum ilə öldürücülük təhlükəsi öldürücü müdafiənin hər 
formasına üstün gəlir: nizələrin üzərindən oxlar, muşketlərin üzərindən 
avtomatlar, piyada qoşunun üzərindən artilleriya, atlı qoşunun üzərindən 
tanklar, tankların üzərindən raketlər, hərbi gəmilərin üzərindən sualtı 
gəmilər, havanın və raket qüvvələri təqribən hər bir təhlükə üzərindən, 
nüvə, bioloji və kimyəvi silahlar hər bir təhlükənin üzərindən. Silahlar 
ilə doldurulmuş zirehli evdə yaşamaq təhlükəsizliyə zəmanət vermir : 
bədəməlin dağıdıcı raketləri, zirehi ola bilər, daha ağır artilleriya və daha 
böyük döyüş bacarığı və ya sadəcə havanı, ərzaq və ya suyu zəhərləmək 
üçün imkanları ola bilər. Yeganə həqiqi təhlükəsizlik öldürmək 
niyyətinin olmamasıdır. Öldürücü olmayan təhlükəsizliyə keçiddə 
siyasət elminin rolu, öldürmək niyyətli potensial rəqiblərin qeyri-
öldürücülük transformasiyasının profilaktikası da daxil olmaqla, ölümcül 
qüvvənin təhdidi və ya istifadəsi ilə mükəmməl alternativləri təmin 
etmək üçün təcrübə və nəzəriyyəni inkişaf etdirməkdir. Baxmayaraq ki, 
indiyədək adi siyasət elmində hələ də dəyişiklik olmamışdır, artan 
təcrübə və inkişafda olan ədəbiyyat irəliləməyin əsas yollarını təmin 
edir. Araşdırmalar mülki müqavimətin Nasist genosidinə qarşı tələbatı 
daxil edir: (Hallie 1979; Fogelman 1994; Semelin 1994); Danilo 
Dolçinin öldürməyən cəmiyyətinin mafiya cinayətkarlığına müqaviməti 
(Amato 1979; Çaudhuri 1998); tərksilah edilən cangüdənlər fəhlələrin 
insan hüquqları üçün(Mahony və Eguren 1997); hərbi çevrilişləri 
öldürməməyə müqaviməti (Roberts 1975; Şarp1990; 1993); öldürməyən 
milli, mülki, sosial müdafiə (Boserup və Mak1974; Şarp 1990; Martin et 
al. 1991; Randl 1993; Burroves 1996); adi silahlı qüvvələrin qeyri-
öldürmə üçün istifadəsi (Keyes 1982); alternativ qeyri-öldürmə 
qüvvələrə (Banerjee 2000; Veber 1996; Moser Puangsuvan və Veber 
2000); və qeyri öldürücü silahlarının inkişafı (Lever və Skofild 1997).  
Bir neçə hökumət, qeyri-öldürmə mülki müdafiəsinin təsdiqləyici 
araşdırmalarını, adi silahlı qüvvələrə kompliment xatirinə nəzərdə 
tutulmasına baxmayaraq, həyata keçirmişdir. Onların arasında İsveç, 
Norveç, Danimark, Niderland, Fransa, Latviya, Litva, Estoniya, 
Avstriya, İsveçrə və Finlandiya vardır (Şmid 1985; Şarp, 1990; Randl 
1994: 121-37). Tailandda unikal, gələcək hərbi çevrilişlərə qanuni qeyri-


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə