Azərbaycan demokratik respublikasi



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix14.03.2018
ölçüsü0,81 Mb.
#31385
1   ...   23   24   25   26   27   28   29   30   31

77 

 

çıxış  edərək  sosialistlərin  hökümət  tərkibinə  daxil  olmasını  tələb  etmişdir.  O, 



görkəmli  siyasi  və  ictimai  xadim  Əlimərdanbəy  Topçubaşovun  (1862  -  1934) 

rəhbərliyi  altında  Azərbaycan  respublikası  nümayəndəliyinin  tərkibində  1919-cu 

ildə  açılacaq  Versal  sülh  konfransında  iştirak  etmək  üçün  Parisə  yola  düşmüşdür. 

Nümayəndəlik  İstanbul,  Neapol  və  Roma  şəhərlərindən  keçərək,  1919-cu  ilin 

martında  çətinliklə  Parisə  gəlmişdir.  Azərbaycan  nümayəndəliyinin  konfrans 

ərəfəsində  burada  çap  etdirdiyi  kitablar  böyük  əhəmiyyət  kəsb  edirdi.  Fransızca 

buraxılmış  ―Qafqaz  Azərbaycanı  respublikası‖  kitabı  Qərbi  Avropa  dillərində 

xalqımız  və  torpağımız  haqqında  ilk  məlumat  idi.  Bundan  başqa  ―Qafqaz 

Azərbaycanı  respublikasının  Paris  sülh  konfransına  memorandumu‖  (ingiliscə  və 

fransızca),  nümayəndəliyin  məsləhətçisi  Ceyhun  Hacıbəylinin  (1891  -  1962)  ―İlk 

müsəlman  respublikası  Azərbaycan‖  (fransızca)  kitabları  da  nəşr  olunmuşdur. 

Həmin  kitablarda  və  digər  yazılarda  milli  dövlət  ―Azərbaycan  Demokratik 

Respublikası‖ adı altında sabitləşmişdir.    

 

 



 

 

Əkbərağa  Şeyxülislamov  20-ci  illərdə  Parisdə  Azərbaycandan  II 



İnternasionalın  üzvü  olmuşdur.  Onun  ikinci  dünya  müharibəsinə  qədər  Parisdə 

rusca  nəşr  olunan  ―Azərbaycan‖  (№  2)  jurnalında  çıxmış  ―Azərbaycan  necə 

quruldu‖  adlı  məqaləsi  xalqımızın  tarixini  öyrənmək  üçün  çox  qiymətlidir.  Bu 

yazıda  1918-ci  ilin  26-  28  may  günlərində  baş  vermiş  tarixi  hadisələrin  gedişi 

müfəssəl  işıqlandırılmışdır.  Buna  görə  də  həmin  məqalə  Ankarada  nəşr  olunan 

―Mücahid‖ (№ 49 – 50, 1962) jurnalında yenidən çap edilmişdir.  

 

 

Əkbərağa  Şeyxülislamov  1961-ci  il  martın  2-də  vəfat  etmiş  və  Parisin 



yaxınlığındakı müsəlman qəbiristanlığında dəfn olunmuşdur.   

 

 



Öz  dövrünün  görkəmli  siyasi  və  ivtimai  xadimi  Mustafa  bəy  Vəkilov 

(1896  -  1965)  Ceyhun  bəy  Hacıbəylinin  dəfnində  iştirak  edərkən  Ə. 

Şeyxülislamovun qəbrini də ziyarət etmişdir. O, Ceyhunbəyin vəfatının ildönümü 

münasibətilə  ―Mücahid‖  (№  53  –  54,  1963)  jurnalında  çap  etdirdiyi  ―Parisdə  bir 

məzar  daha‖  adlı  məqaləsində  yazmışdır:  ―Bir  az  o  tərəfdə  Əkbərağa 

Şeyxülislamov  yatır.  Yurdunun  qurtuluşu  uğrunda  gənc  yaşlarından  bəri  bir  çox 

məşəqqətlərə köks gərmiş cəfakeş, idealist Əkbərağa‖  

 

 



 

Bu  yaxınlarda  Ə.  Şeyxülislamovun  foto  –  şəklini  axtarıb  tapan  və  onun 

ölüm ilini dəqiqləşdirib bu sətirlərin müəllifinə yazan YUNESKO –nun əməkdaşı, 

həmyerlimiz Ramiz Abutalıbova dərin minnətdarlığımızı bildiririk.  

Mövsüm Əliyev.    



78 

 

 



 

 

ƏHMƏDBƏY PEPĠNOV 

Odlar yurdu, № 15, (446) avqust 1989.  

  

Əhmədbəy  Ömər  oğlu  Pepinov  1893-cü  ildə  Gürcüstanın  Axalkalaki 



mahalının  Bolazur  kəndində  anadan  olmuşdur.  O,  ―Molla  Nəsrəddin‖  jurnalının 

banilərindən  biri  görkəmli  Azərbaycan  jurnalisti  və  ictimai  xadimi  Ömər  Faiq 

Nemanzadənin (1872 - 1938)  bacısı oğludur. Ərəb – fars dilində yazıb oxumağı da 

Əhmədbəy dayısından öyrənmişdir. Tiflis gimnaziyasında təhsil aldığı illərdə Cəlil 

Məmmədquluzadənin  (1866  -  1932)  ailəsi  ilə  yaxınlıq  etmişdir.  1913-cü  ildə 

Ə.Pepinov  Moskva  Universitetinin  hüquq  fakültəsinə  daxil  olmuş  və  eyni  vaxtda 

iqtisadiyyat  fakültəsində  də  oxumuşdur.  O,  Moskvadan  ―Aşıq  söz‖  qəzetinə 

məqalələr  yazaraq“Axalkaləkili  Əhməd  Cövdət”imzası  ilə  çap  etdirmiş, 

azərbaycanlı  tələbələrin  təşkil  etdiyi  ―Azərbaycan  həmyerlilər  təşkilatının‖  əsas 

rəhbərlərindən  biri  olmuşdur.  Ə.Pepinovun  yaxından  iştarakı  ilə  tələbələr 

Moskvada  ―Azərbaycan etnoqrafik konsert  gecələri‖   və  bir çox  mədəni tədbirlər 

həyata keçirmişlər.  

 

 

 



 

 

 



 

Ə.  Pepinov  ali  təhsilini  başa  çatdırıb  1918-ci  ilin  əvvəllində  Bakıya 

qayıtdı  və  Zaqafqaziyada  baş  verən  siyasi  hadisələrdə  yaxından  iştirak  etməyə 

başladı.  Həmin  il  fevralın  28-də  Zaqafqaziya  Seymi  tərəfindən  təsdiq  olunmuş 

müsəlman fraksiyasında o, ―Müsəlman sosialist blokuna‖ daxil idi.    

 

1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 



Həmin ilin yayında Azərbaycan Milli Şurasının sədri  M. Ə. Rəsulzadənin (1884 - 

1955) rəhbərliyi altında Türkiyə höküməti ilə dostluq münasibətləri yaratmaq üçün 

İstanbula  yola  düşən  nümayəndə  heyətinin  tərkibinə  Ə.  Pepinov  da  daxil  idi.  O, 

19178-ci  il  dekabrın  7-də  Bakıda  təntənəli  surətdə  açılmış  Azərbaycan 

parlamentinə  üzv  seçilmişdir.  Bir  az  sonra  isə  Ə.  Pepinov  parlamentin  katibi 

vəzifəsini  icra  etmişdir.  Həmin  dövrdə  o,  Azərbaycan  parlamentinin  sədri 

vəzifəsini  icra  edən  Həsənbəy  Ağayevin  (1875  -  1920)  qızı,  sonralar  isə  ilk 

azərbaycanlı qadın musiqişünası olan X.Ağayeva ilə evlənmişdir.  

 

 

Ə.Pepinov  ADR  nazirlər  şurasının  sədri  Nəsibbəy  Yusifbəylinin  5təşkil 




79 

 

etdiyi ikinci kabinədə ( 22. 12. 1919) əmək və torpaq naziri təyin olunmuşdur.  



 

Azərbaycanda  ilk  ali  məktəb  olan  Bakı  Dövlət  Universitetinin  təşkil 

edilməsində  (1919)  Ə.Pepinovun  müəyyən  xidmətləri  vardır.  Parlamentdən 

Universitetin  təşkili  məsələsinin  müzakirəsinin  sürətləndirilməsində  və  bu 

məqsədlə pul vəsaiti ayrılmasında Ə.Pepinovun böyük əməyi vardır.    

 

1918-  1920-ci illərdə Bakıda təntənəli  ―Azərbaycan gecələri‖ konsertinin 



və bir çox müsamirələrin təşkili də onun adı ilə bağlıdır.  

 

 



 

1920-ci  il  martın  30-da  N.  Yusifbəylinin  hökümət  kabinəsinin  istefaya 

çıxması ilə əlaqədar Ə.Pepinov tutduğu vəzifəni tərk etmişdir. O, həmin il aprelin 

əvvəllərində  Azərbaycan  parlamentinin  üzvü  Rəhimbəy  Vəkilovla  birlikdə  Sovet 

Rusiyası  höküməti  ilə  danışıqlar  aparmaq  üçün  Qroznı  şəhərinə  getmişdir. 

Azərbaycan  parlamentinin  təşəbbüsü  ilə  görülmüş  bu  tədbirdən  məqsəd  Samur 

körpüsünün  şimal  tərəfində  dayanmış  11  Qızıl  Ordunun  Bakı  üzərinə  gözlənilən 

yürüşünü ləngitmək və nizami Azərbaycan ordusu hisssələrini Dağlıq Qarabağdan 

təcili  Bakıya  qaytarmaq  idi.  Məlum  olduğu  kimi,  beynəlxalq  imperalizmin 

göstərişi  ilə  həmin  ilin  martında  Daqlıq  Qarabağda  Azərbaycan  əleyhinə  böyük 

üsyan  qaldırılmışdı.  Bu  avantürüst  plandan  məqsəd  nizami  Azərbaycan  ordusu 

hissələrini Bakıdan çıxartmaq idi. Həmin ilin martında qanlı Əsgəran döyüşündən 

sonra  daşnak  qoşunlarının  tamamilə  darmadağın  edildiyinə  baxmayaraq, 

Azərbaycan  ordusu  hissələrini  Bakıya  qayıtmağa  macal  tapmamışdı.  Bu  vaxt 

Bakıda  cəmisi  iki  minə  yaxın  əsgər  qalmışdı.  Onlar  da  dövlət  idarələrini 

qoruyurdular. ADR –in paytaxtı Bakı tam müdafiəsiz idi...    

 

 

1920-ci  il  aprelin  27-də  baş  verən  hadisədən  sonra  Bakıya  qayıdan 



Əhmədbəy Pepinov Azərbaycanda mədəni – maarif və nəşriyyat işlərinə rəhbərlik 

etmişdir.  20-ci  illərdə  onun  ―Maarif  və  mədəniyyət‖,  ―Bakinski  raboçi‖    və  .s 

mətbuat  orqanlarında  xeyli  məqaləsi  dərc  olunmuşdur.  Həmin  illərdə  təqiblərə 

məruz  qalan  Əhmədbəy  Pepinov  1930-cu  ildə  Ulyanovsk  şəhərinə  köçmüş  və 

orada yaşamışdır. 1934-cü ildən o, Alma – Atada Qazaxıstan SSR maarif nazirinin 

müavini  vəzifəsində  işləmişdir. Öz  dövrünün tanınmış şəxsiyyətlərindən biri olan 

Ə.Pepinov 1938-ci ildə Stalin represiyası nəticəsində həlak olmuşdur.   

 

    



Mövsüm Əliyev  

   


  


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə