Azərbaycan demokratik respublikasi



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix14.03.2018
ölçüsü0,81 Mb.
#31385
1   ...   23   24   25   26   27   28   29   30   31

80 

 

 



 

 

HƏMĠDBƏY ġAHTAXTĠNSKĠ 

Odlar yurdu, № 16, (447) avqust 1989. 

 

Həmidbəy  Ağa  Xəlil  oğlu  Şahtaxtinski  1880-ci  il  mart  ayının  12-də 



Azərbaycanın  Naxçıvan  qəzasının  Şahtaxtı  kəndində  anadan  olmuşdur.  Orta 

təhsilini  Naxçıvan  gimnaziyasında  başa  vurduqdan  sonra  o,  İrəvan  müəllimlər 

seminariyasında  oxumuş,  orada  ―Müsəlman  xeyriyyə  cəmiyyəti‖  nin  üzvü 

seçilmişdir. Sonra H. Şahtaxtinski Odessa Universitetinin hüquq fakültəsinə daxil 

olmuşdur.  Odessa  həyatı  onun  bir  siyasi  və  ictimai  xadim  kimi  formalaşmasında 

dərin  iz  buraxmışdır. 

Həmidbəy  Şahtaxtinski  Universitetdə  yaradılmış 

―Azərbaycan  həmyerlilər  təşkilatı‖nın  başçılarından  və  fəal  üzvlərindən  biri  idi.

 

H. Şahtaxtinski 1912-ci ildə ali təhsilini başa vurub Gəncəyə gəlir, şəhərin 



ictimai  –  siyasi  həyatında  yaxından  iştirak  edir.  O  Yelizavetpol  (Gəncə)  dairə 

məhkəməsində  andçı  –  müvəkkilin  köməkçisi  vəzifəsində  iki  ilə  yaxın  işlədikdən 

sonra Bakıya köçərək burada dairə məhkəməsində eyni vəzifədə işə başlayır.  

 

1917-ci ildə Rusiyada fevral  – burjua inqilabı baş verdi. Həmin ilin  mart 



ayından  bütün  partiyalar  açıq  fəaliyyətə  keçdilər.  Yeni  partiyalar  da  təşkil 

olunmağa  başladı.  Rusiyanın  müstəmləkə  xalqları  öz  müstəqil  dövlətlərini 

yatarmaq  və  azad  yaşamaq  uğrunda  mübarizəyə  başladılar.  Məhz  belə  bir  dövrdə 

H.  Şahtaxtinski  siyasi  fəaliyyətə  başlamışdı.  Bildiyimiz  kimi,  keçmiş  Rusiya 

imperiyasına  daxil  olan  və  çarizmin  milli  –  müstəmləkə  zülmünə  məruz  qalan 

xalqların  böyük  əksəriyyəti  dil,  adət,  ənənə  cəhətcə  bir  –  birinə  yaxın  olan 

müsəlmanlardan ibarət idi.  Buna  görə  də  bu xalqlar imperializmə  və  müstəmləkə 

zülmünə qarşı mübarizədə islam dini bayrağı altında birləşirdilər. Fevral – burjua 

inqilabından  sonra  təsis  edilən  ―Rusiyada  müsəlmanlıq  partiyası‖  1917-ci  il 

noyabrın  axırlarından  etibarən  özünü  ―İttihad‖  partiyaası  adlandırdı,  siyasət 

meydanına  bu  adla  qədəm  basdı.  Partiyanın  proqram  və  əməli  fəaliyyətinə  sırf 

islam  ideologiyası  və  siyasəti  hakim  kəsilmişdi.  Qarabəy  Qarabəyovun  (1874  - 

1953) sədr olduğu bu partiya M. Ə. Rəsulzadənin rəhbərlik etdiyi ―Türk  ədəmi – 

mərkəziyyət  partiyası‖  ―Müsavata‖  qarşı  zidd  cəbhə  tuturdu.  ―Müsavat‖  partiyası 




81 

 

Rusiyanı  Federativ  şəkildə  qurmaqla  onun  tərkibində  Azərbaycana  muxtariyyət 



tələb edirdisə, ―İttihad‖ partiyası hər şeyi islam ideologiyasında görürdü və xalqın 

milli dirçəlişinə zidd çıxırdı.  

 

 

 



 

 

 



H. Şahtaxtinski Azərbaycan milli şurasının üzvü idi.   

 

 



1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. 

H. Şahtaxtinski bitərəf  F.  Xoyskinin  təşkil etdiyi  ikinci (17. 6. 1918) və  üçüncü 

(26.  12.  1918)  hökümət  kabinələrində  maarif  nazirinin  müavini  vəzifəsini  icra 

etmişdir.  O,  1918-ci  il  dekabrın  7-  də  təntənəli  sürətdə  açılmış  Azərbaycan 

parlamentinə  üzv  seçilmiş,  nazirlər  şurasının  sədri  Nəsibbəy  Yusifbəylinin  təşkil 

etdiyi birinci hökümət kabinəsində də (14. 4. 1919) həmin vəzifədə işləmişdir. H. 

Şahtaxtinski  o  dövrdə  Azərbaycan  Respublikasının  şəhər  və  kəndlərində  ana 

dilində məktəb və seminariyaların açılmasına və digər mütərəqqi tədbirlərin həyata 

keçirilməsinə  böyük  əmək  sərf  etmişdir.  Azərbaycanın  ilk  ali  məktəbi  olan  Bakı 

Dövlət Universitetinin təşkilində onun xidmətini qeyd etmək lazımdır.  

 

H.  Şahtaxtinski  nazirlər  şurasının  sədri  N.  Yusifbəylinin  1919-cu  il 



dekabrın 22-də təşkil etdiyi ikinci hökümət kabinəsində maarif və dini etiqad naziri 

təyin olunmuşdur. Bir müddət sonra, 1920-ci il martın 5-də istefaya çıxmışdır.  

 

Həmidbəy Şahtaxtinski o dövrdə Bakıda mövcud olmuş bir çox mədəni və 



maarif cəmiyyətlərinin rəhbərliyinə daxil idi.  

 

 



 

 

1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra H. Şahtaxtinski Bakı 



Dövlət  Universitetində  dərs  deyən  ilk  azərbaycanlı  kadrlardan  və  ana  dilində  ilk 

mühazirə  oxuyan  müəllimlərdən  biri  idi.  1930-cu  ildə  ona  professor  adı 

verilmişdir. H. Şahtaxtinski universitetdə dərs deməklə yanaşı 1926-cı ildə burada 

tibb fakültəsini də bitirmişdir.  

 

 

 



 

 

 



H.  Şahtaxtinski  Stalin  repressiyası  nəticəsində  1941-ci  ildə  həbs  edilmiş 

və 1943-cü il fevralın 3-də Arxangelsk vilayətində həlak olmuşdur.       

 

 

Mövsüm Əliyev. 



 

 

 



 


82 

 

 



 

 

AZƏRBAYCAN ĠSTĠQLALININ MÜBƏYYĠN 



ƏQDNAMƏ 

 

 



 

 

Böyük  Rusiya  inqilabının  cərəyanı  ilə  dövlət  vücudunun  ayrı  –  ayrı 



hissələrə  ayrılması  ilə,  Zaqafqaziyanın  rus  orduları  tərəfindən  tərkinə  mövcüb  bir 

vəziyyəti  –  siyasiyyə  hasil  oldu.  Kəndi  qüvveyi  –  məxsusilərinə  tərk  olunan 

Zaqafqaziya  millətləri  müqəddəratlarının  idarəsini  bizzat  kəndi  əllərinə  alaraq 

Zaqafqaziya  Qoşma  Xalq  Cümhuriyyətini  təsis  etdilər.  Və  qayeyi  siyasiyyənin 

inkişaf  etməsi  üzərinə  gürcü  milləti  Zaqafqaziya  Qoşma  Cümhuriyyəti  cüzindən 

çıxıb da müstəqil Gürcü Xalq Cümhuriyyəti təsisini səlah gördü.  

 

 

Rusiya  ilə  Osmanlı  imperatorluğu  arasında  zühür  edən  müharibənin 



təsviyyəsi  üzündən  hasil  olan  vəziyyəti  hazirə  siyasiyyə  və  məmləkət  daxilində 

bulunan  Azərbaycan  dəxi  bulunduğu  xarici  və  daxili  müşkülatdan  çıxmaq  üçün 

xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təqyin edir.  

 

 



 

Buna  binaən  areyi  –  ümumiyyə  ilə  intixab  olunan  Azərbaycan  Şurayi  – 

Milliyyeyi – İslamiyyəsi bütün cəmaətə elan edir ki:  

1.

 



Bu  gündən  etibarən  Azərbaycan  xalqı  hakimiyyət  həqqinə  malik  olduğu 

kimi,  Cənubi  –  Şərqi  Zaqafqaziyadan  ibarət  Azərbaycan  dəxi  kamil 

müstəqil bir dövlətdir.  

 

2.



 

Müstəqil  Azərbaycan  dövlətinin  şəkli  idarəsi  Xalq  Cümhuriyyəti  olaraq 

təqrir edilir.  

 

3.



 

 Azərbaycan  Xalq  Cümhuriyyəti  bütün  millətlər  və  bilaxəssə  həmcuvar 

olduğu millət və dövlətlərlə münasibət hissinin təsisinə əzm edər.  

 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə