Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə10/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   39

Bax Muğan elin hörmətini, məhəbbətini belə qazanmışdı. Xoşbəxtlik saatı
yaxınlaşırdı. Lakin el adəti var idi. Onu icra etməyincə toy adətinə başlamaq olmazdı.
İlk növbədə, oğlan və qız nəsli yoxlanardı, qohumları öyrənilərdi. El adətinə görə,
qohumla ailə qurmaq olmazdı. Sonra “məhəbbət” sınağı başlanardı. Son sorğu və
son söz qızın atasının idi. Zivərin atası vəfat etmişdi. Odur ki bu işi el anası icra
etməli idi. Ana Muğanı el ağsaqqalları qarşısında qəbul edib deyir:
- Mən bu qohumluğa razıyam. Lakin izdivacla əlaqədar bir tələbim var: bizim el
alaçıqlarda və bir-birindən çox aralı yaşayır. Düşmən hücum edərkən sığınacaq
yerimiz olmur. Muğan, sən küçələri enli, ətrafı hasarlı bir şəhər salmalısan. Şəhər
çay üzərində, dəniz kənarında salınmalıdır. Bax bundan sonra mən öz qızımın
toyuna razılıq verəcəyəm.
Şəhər salmaq asan deyildi, özü də çox vaxt tələb edirdi. Muğan ruhdan düşdü.
Ağsaqqallar ona ürək-dirək verdilər:
- Oğul, qorxma. Bizim xalq əməksevərdir, səni darda qoymaz. Biz elliklə qolumuzu
çırmalayıb daş daşıyarıq, gözəl bir şəhər salarıq. “Elin gücü, selin gücü”, - demişlər.
Muğan ruhlandı, hamı qolunu çırmalayıb işə girişdi. Elin gücü ilə ətrafı qırmızı
kərpicdən hörülmüş bir şəhər salındı. Şəhərin darvazası Xəzərin ləpədöyəninə açıldı.
Şəhər dənizin yanında tikildi. Bundan sonra toy məclisi başlandı.
Xalq bu təzə şəhəri öz igid və qəhrəman oğlunun adı ilə “Muğan” adlandırdı.
1.  Ədəbiyyat dərsində öyrəndiklərinizdən istifadə edib mətnin əfsanə janrında
olduğunu əsaslandırın.
2.  Şəhər salmaq arzusu, sizcə, nəyə işarədir? Əsərin əsas ideyasını
müəyyənləşdirin.
3.  Əfsanədə xalqımıza məxsus hansı keyfiyyətlər sadalanır?
4.  Hadisələrin reallığa uyğun olub-olmadığı haqqında fikir mübadiləsi aparın.
5.  Yaşadığınız ərazinin adı ilə bağlı əfsanə mövcuddurmu? Onlar haqqında
yoldaşlarınızla müzakirələr aparın.
6.  Hər hansı bir yer adı ilə bağlı bədii mətn yazın.


7.  Abzasları ardıcıl düzməklə “Sumqayıt” şəhərinin yaranması haqqında əfsanəni
öyrənə bilərsiniz.

 Mətndə tələffüz formasında verilən sözləri müəyyənləşdirin və tələffüzdəki
fərqlənmənin səbəbini izah edin.


8.  “Muğan” mətnində məcazi mənalı sözləri tapın, onları həqiqi mənada işlədin.
Müqayisələr aparın.
9.  İzdivac sözünün leksik mənasını izah edin və qarşılığını tapın.
10.  Frazeoloji birləşmələri seçib qarşılığı ilə əvəz edin.
11.  İsmin hallarını və hal şəkilçilərini yadınıza salın. Nöqtələrin yerinə uyğun
şəkilçilər artırıb yazın. Həmin şəkilçilərin artırılma səbəbini izah edin.
Dünya... xoşbəxtdir yalnız o kəslər 
Ki, öz çörəyi... dostlarla yeyər. (N. Gəncəvi
Bir qan... saldığı körpü... su aparır. ("Qarıkörpü” əfsanəsindən
Bir el... ruhu..., dili... ancaq 
Kağızlar üstündə bölmək asandır. (B. Vahabzadə) 
12.  “Muğan” mətninin birinci abzasındakı hal şəkilçili sözləri seçərək əlaqəyə girdiyi
sözlə birlikdə yazın.
Nümunə: qəbilənin qızları
13.  “Muğan” mətnində axırıncı abzasdan uzlaşma və idarə əlaqəsində olan sözləri
müəyyənləşdirin.
Əsas tərəfin tələbinə görə asıb sözün adlıq haldan çıxaraq digər hallara
düşməsinə idarə əlaqəsi deyilir. 
İdarə əlaqəsi: 
1. tamamhqla xəbərin; 
2. yer zərfliyi ilə xəbərin; 
3.II və III növ təyini söz birləşmələrinin tərəfləri arasında olur. I tərəf yiyəlik
halda, II tərəf mənsubiyyət şəkilçili olduğuna görə II və III növ təyini söz
birləşmələrinin tərəfləri arasında həm idarə, həm də uzlaşma əlaqəsi olur.
Məsələn:


14.  Verilmiş sözlərdən idarə əlaqəsinin köməyi ilə söz birləşməsi və cümlələr
düzəldin. Nə müşahidə etdiniz? 
İş, getmək, həyat, mübarizə, sülh, müharibə, qorumaq, son qoymaq
15.  Mətni oxuyun, idarə əlaqəsində olan sözləri seçib aid olduğu sözlə birlikdə
yazın.
Çoxlu gül-çiçəyi olan yerləri xalqımız “gülüstan” adlandırmış, susuz, boz çölləri
laləzara çevirməyə çalışmışdır. Yəqin ki, hər yerin gülüstana çevrilib
abadlaşdırılması insanların sülh arzusu ilə bağlı olmuşdur. Hətta tikdikləri
qalalara, türbələrə, saldıqları kəndlərə belə, “Gülüstan” adı vermişlər.
Tarixi mənbələrdə tez-tez adı çəkilən “Gülüstan” qalası, yəqin ki, güllü-çiçəkli
yaylaq yeri olan bir ərazidə tikilmiş, həmin yerə uyğun adlandırılmışdır.
Gülüstan qalası Şamaxı şəhərinə çox yaxın olub, ətraf ərazidən 180-200 m
hündürlükdə yerləşir. IX əsrə aid olsa da, Gülüstan qalası XII-XIII əsrin
əvvəllərində köklü şəkildə yenidən qurulmuş və möhkəmləndirilmişdir. Şiddətli
dağıntıya uğradığından Gülüstan qalasının bütöv qapalı quruluşundan bizim
dövrümüzə dağ relyefində “pərən-pərən düşmüş” tək- tək bürc və divar
bölümləri qalmışdır.
(“Qədim və erkən orta əsrlər dövründə Azərbaycan memarlığı” kitabından)

 Seçdiyiniz nümunələr içərisində söz birləşməsi varmı? Onların növünü
əyyənləşdirin və həmin birləşmələrin yaranmasında sintaktik əlaqələrin rolunu
izah etməyə çalışın.

 Mətndə mürəkkəb adları müəyyənləşdirin.
16.  “Yaşadığım ərazidə müasir şəhərsalma” mövzusunda nəqli xarakterli inşa 
yazın.
17.  “Tariximizdə Gülüstan adlı məkanlar” başlığı altında təqdimat hazırlayın.


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə