Azərbaycan dili 8


III MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə13/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   39

III MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ
- Dünən məktəbdən qayıdanda nənəmin tapşırdığı dərmanı almadığım üçün
danlanacağımı düşünüb qabaqdangəlmişlik eləmək istədim, amma alınmadı.
- Yəqin, yenə baban məsələyə qarışdı, hə?
Babam mənə elə ibrət dərsi verdi ki, ömürlük unutmaram. Əslində, günahkaram,
dərmanı almadığım üçün yox, yalan danışdığım üçün.
- Nə demisən ki?
- Vəziyyətdən çıxmaq üçün dedim ki, aptekə getdim, həmin dərman yox idi. Babam
da çox həssas olduğu üçün, təbii ki, başa düşdü ki, yalan danışıram.
- Səni danladı?
- Danlasa idi, daha yaxşı olardı. Nahardan sonra məni yanına çağırıb Çin
fəlsəfəsindən, Konfutsidən danışmağa başladı.
Baba nəvəsini
danlasaydı, nəvə
necə hərəkət
edərdi?
Baba nə üçün
danlamaq əvəzinə
nəvəsinə Konfut-
sidən danışır?
Ətraflı izah verin.


- Çin fəlsəfəsinin buna nə dəxli?
- Mən də sənin kimi, əvvəl heç nə başa düşmədim. Amma babam söhbəti
bitirdikdən sonra nə demək istədiyini anladım. Əslində, bu hadisə mənə çox şey
verdi, mənim üçün yeni bir dünya açdı. Həm də Konfiıtsi haqqında məlumat aldım.
Heç bir söz demədən həyətə düşdüm və nənəmin istədiyi dərmanı alıb gətirdim.
- Yenə başa düşmədim. Konfutsinin bu hadisə ilə nə əlaqəsi? Maraq məni bürüdü.
- Yaxşı, yaxşı, qulaq as. Konfutsi eramızdan əvvəl Çində böyük filosof olmuş,
pedaqoji fikirlərinə görə həm də Çinin ilk böyük pedaqoqu sayılmışdır. O, ölkəni
gəzib-dolaşır və öz təlimini təbliğ edirmiş. Onun təlimində insan birgəyaşayı-


şını şərtləndirən beş fəzilət: insanpərvərlik, borc hissi, səmimilik, ədəb-ərkanlıq və
oğulluq ehtiramı kimi əxlaqi keyfiyyətlər xüsusi yer tutur.
Konfutsiyə görə, insanpərvərlik belə
izah olunurdu: təvazökarlıq,
təmənnasızlıq, qərəzsizlik, insanlara
məhəbbət.
Borc hissi ilə bağlı isə Konfutsi belə
deyirdi: “Nəcib insan borcu olduğunu
düşünür, alçaq insan isə öz xeyrini
güdür”.
Səmimilik - verdiyi sözün üstündə
duraraq əhdinə vəfalı olmaq, səmimi
olmaq deməkdir.
Ədəb-ərkanlı olmaq - qanunlara riayət
etmək, adət-ənənələrə sadiq qalmaq
deməkdir.
Oğulluq ehtiramı isə o deməkdir ki,
kamilliyə can atan insan gərək böyüyə,
valideynə ehtiram göstərsin...
- Əslində, bu fikirlərin hamısı islami dəyərlərdən xəbər verir. Deməli, bütün millətlər
üçün ortaq olan bəşəri qanunlar və dəyərlər var ki, onlara əməl etməklə yer üzü
rahatlıq tapar.
- Düzdür. Babam deyir ki, bu gün də Konfutsi təliminin əxlaqi ideyaları Çində
güclüdür. O həm də tövsiyə etdi ki, Məhəmməd Peyğəmbərin (s.ə.s.) hədislərindən,
N.Gəncəvinin, N.Tusinin, A.Bakıxanovun əxlaqi görüşlərindən nümunələr toplayaq.
- Keçmişə qayıdış və ehtiram gələcəyə yoldur. Öz aramızdır, baban sənə yaxşı dərs
verib.
- Konfutsi isə hamımıza.
1.  Dialoqdan əsas faktları seçin, fikir mübadiləsi aparın.
2.  Mətndəki əsas fikirləri 1-2 cümlə ilə ifadə edin.
3.  “Buz” hekayəsini (səh. 52) oxuyub dialoqla əlaqələndirin. Nəticə çıxarın.
4.  Yer üzünün “rahatlıq tapması” üçün, sizcə, nədən başlamaq lazımdır? Təkliflər
hazırlayıb məktəbdə bu mövzuda dəyirmi masa keçirin. Dəyirmi masanın
keçiriləcəyi haqqında elan hazırlayın.
Sizcə, dostlar Konfut-
sinitı təlimindən hansı
nəticəni çıxardılar?


5.  Tövsiyə, məsləhət, nəsihət sözlərini sinonim hesab etmək olarmı?
6.  Filosof, fəzilət sözlərinin leksik mənasını izahlı lüğətin köməyi ilə
müəyyənləşdirin.
7.  Təvazökarlıq sözünün antonimini tapın.
8.  “Buz” hekayəsi əsasında 8.1-8.6-cı tapşırıqları yerinə yetirin.


BUZ
(ixtisarla)
Mən olardım on yaşında. Xalam azarlamışdı. Hacı Mirzə Səttar həkimi gətirmişdilər
ki, baxsın xalama və müalicə etsin. Həkim xalama baxdı, bilmirəm, nə dedi, nə
demədi və faytona minib gedəndə xalamın əri tələsik mənə bir qəpik verdi və bazara
buz dalınca göndərdi.
Evimizdən ayrılanda çox da tələsmirdim, amma xalamın yalvarmağı yadıma
düşəndə bir qədər ayaq götürdüm. Mən üz qoydum bazara tərəf. Baqqal çarşısına
yetişdim və bir qəpiyi uzatdım verdim buz satana. O da bir çuxur yerə əlini uzatdı,
yarpaqların və samanın altından bir yekə buz parçası çıxartdı, mənim qəpiyimə
baxdı və buzu iki yerə böldü. Buzun yekəsini bükdü kələm yarpağına, verdi mənə.
Hava isti idi. Yerdən təmiz bir daş götürdüm. Hərdən buzun bir böyrünə vurub
əzirdim və basırdım ağzıma. Gəldim çatdım Hacı Bayramın qapısına. Oğlu Şirəli
görünmürdü. Mən adətkərdə olmuşdum. Adətim də bu idi ki, bu darvazanın
ağzından ötüb keçəndə mütləq Şirəli ilə ya dalaşmalı, ya da söyüşməliydim. Yerdən
bir daş götürdüm, birini tulladım onların darvazasına və it hürüşü eşidib qaçdım. Bir
qədər uzaqlaşmışdım ki, çönüb geriyə baxdım və gördüm ki, itin dalıyca Şirəli də
mənə hücum edir. Buzu qoydum yerə. Yerdən daşları götürüb başladım Şirəliyə
atmağa. Biz başladıq bir-birimizə yavıq gəlməyə. Ehtiyat üçün buz parçasını qoydum
divarın dibinə.
Sizcə, bundan sonra nə baş verəcək? Hekayənin sonluğundan istifadə edərək
məntiqinizə əsaslanıb hadisələrin necə davam edəcəyini deyin.
...Anam uzaqdan məni görəndə bircə bunu dedi:
- A balam, səni görüm, ciyərin yansın, necə ki yazıq azarlı arvadın ciyərini yandırdın.
Nə qədər ki uşaq idim, yadıma heç nə düşməzdi. Elə ki yekəlib ağlım kəsdi, buz
əhvalatı yadıma düşəndə mənə dərd olurdu.
(Cəlil Məmmədquluzadə)
8.1.
Hekayədən çıxardığınız nəticəyə əsasən fikir yürüdün: əsərin qəhrəmanında
hansı insani keyfiyyət zəifdir?
8.2.
“Buz” hekayəsinin qəhrəmanını dialoqdakı nəvə obrazı ilə müqayisə edin.
8.3.
Siz belə bir hadisə ilə üzləşmisinizmi? Əgər üzləşsə idiniz, necə hərəkət
edərdiniz?
8.4.
“İnsan başqası ilə az, özü ilə çox danışmalıdır” (Danimarka atalar sözü) kəlamının


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə