Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

10.  O, bu əvəzliyi ilə ifadə olunan mübtədalardan sonra vergülün işlənmə qaydasını
yada salıb fikrinizi izah etmək üçün mətndən nümunə seçin.
11.  Nöqtələrin yerinə aşağıda verilmiş söz birləşmələrini mübtəda kimi daxil edib
yazın.
Sözün qiymətini saldı yalanlar 
.................hörmətli olar (N. Gəncəvi). 
.............. fırtınada, ....................müharibədə, ......................isə ağır sınaq 
günlərində bəlli olur (T. Vilson).
...................itiriləndən sonra bilinir (HəzrəƏli).
Dənizçinin cəsarəti, xalqın cəsarəti, doğrunu danışan, əsgərin cəsarəti, gəncliyin
və sağlamlığın dəyəri
12.  Aşağıda verilmiş sxemlərə uyğun cümlələr düzəldin.

 Mübtəda və xəbəri müxtəlif ifadə vasitələrindən ibarət olan cümlələr qurub
yazın. Mətnin son abzasından da (səh. 55) istifadə edə bilərsiniz.
13.  Aşağıda verilmiş hikmətli fikirlərdə mübtədaları tapın, onların nə ilə ifadə
olunduğunu müəyyənləşdirin.
1. Məsləhət istəmək bir insanın digərinə göstərdiyi ən böyük etibardır (F.Bekon). 
2. Dünyada ən çətin şey insanın özünü tanımasıdır (M.Fales). 3. Ağlın çevikliyi
gözəlliyi də əvəz edə bilər (A.Frans). 4. Müvəffəqiyyət hər gün yığılan kiçik
cəhdlərin nəticəsidir (Ə.Kərimov).

 Nümunələrdən çıxış edərək “Mübtəda ən müstəqil cümlə üzvüdür” hökmünü
əsaslandırın.
14.  Mədəniyyət abidələri qurub-yaradam yaşadır. Bəs insan yaxşı əməlləri ilə özünə
əbədi abidə ucalda bilərmi? Fikir mübadiləsi aparın.
15.  “İnsan əməlləri ilə yaşayır” mövzusunda mühakimə xarakterli inşa yazm.
Yuxarıdakı hikmətli fikirlərdən sitat kimi istifadə edin.


1.  Mətni oxuyarkən 10-cu tapşırığın şərtinə əməl edin.
SƏHƏNG İÇİNDƏ NƏ VARSA, 
ONU SIZDIRAR...
Rəvayətə görə, qədim zamanlarda sahibinə sadiq, vəfalı bir xidmətçi (...).
Bu xidmətçinin iki səhəngi (...) və hər gün bu səhənglər ilə sahibinin evinə su
daşıyardı. Ancaq səhənglərdən biri çat olduğu üçün suyun yarısı yolda axıb hədər
olardı. Ona görə də xidmətçi hər dəfə sahibinin evinə bir səhəng yarım su gətirib
çatdırardı. Beləcə, düz iki il xidmətçi bu səhənglərlə su daşımalı oldu.
Günlərin bir günü çatlaq səhəng bu vəziyyətinə dözə bilməyib xidmətçiyə belə (...):
- Əziz dost, özümü çox pis hiss edirəm və bu halımdan xəcalət çəkirəm, xahiş
edirəm, məni bağışla!
Xidmətçi şəfqətli əlləri ilə səhəngdən yapışıb onu özünə yaxınlaşdıraraq soruşdu:
- Səni xəcil edən, utandıran səbəb (...)?
Səhəng vicdan əzabı çəkərək kədərli bir halda belə cavab verdi:
- Çat olduğum üçün yerinə yetirməli olduğum vəzifənin ancaq yansını yerinə yetirə
bildim və mənim bu qüsuruma görə sənin də çəkdiyin bütün zəhmətin hədər oldu.
Əziyətinin qarşılığını ala bilmədin.
Xidmətçi təbəssüm edərək səhəngə həlim səslə dedi:
- Əslində, sənin kədərlənməyin üçün heç bir səbəb yoxdur, əzizim. Yəqin ki, hər gün
səninlə bərabər qət etdiyimiz yolda çiçəklərin olduğuna
Sizcə, bu,
qüsurdurmu?


diqqət etmisən. Bunun səbəbkarı sənsən. Belə ki sənin qüsurunu görüb yolun sənə
aid olan hissəsinə çiçək toxumları əkdim. Hər gün biz sahibimizin evinə yollanarkən
sən də onları suladın və beləcə, mən bu iki il içərisində hər gün o gözəl, al-əlvan
çiçəklərdən toplayıb sahibimin evinə (...). O çiçəklər də sahibimin evinə min bir gözəl
qoxular saçdı. Sənin bu qüsurun olmasaydı, mən hər gün sahibimə o gözəl ətirli
çiçəkləri apara bilməyəcək və ən önəmlisi, onun razılığını qazana bilməyəcəkdim...
Mübariz Yunusov
2.  Mətndəki əsas fikri müəyyənləşdirin.
3.  Çatlaq səhəngin keçirdiyi hislərə münasibət bildirin.
4.  Xidmətçinin cavabı sizdə hansı təəssürat yaratdı? Bəs siz xidmətçinin yerində
olsaydınız, hansı cavabı verərdiniz?
5.  “Çatışmayan cəhəti üzə vurmaq ədəbsizlikdir” mövzusunda müzakirə aparın.
6.  Hekayənin adına münasibət bildirin. Onu müvafiq atalar sözü ilə əvəz edib
fikrinizi əsaslandırın.
7.  Fərqləndirilmiş sözlərin leksik mənasını izah edin.
8.  Önəm və önəmli sözlərinin qrammatik mənasını izah edin. Bu sözlər sinonim ola
bilərmi? Fikrinizi əsaslandırın.
9.  Mətndəki frazeoloji birləşmələri tapın, onları yaxınmənalı söz və ifadələrlə əvəz
edin.
10.  Mətndəki nöqtələrin yerinə cümlə üzvü artırıb oxuyun. Artırdığınız üzvün rolunu
izah etməyə çalışın. Onsuz cümlə yarana bilərmi?
11.  Xəbərin yaranmasında hansı şəkilçilərdən istifadə olunur? Aşağıdakı cümlələrə
şəkilçi artırmaqla fikrinizi əsaslandırın.
Qüvvət elmdə..., başqa cür heç kəs 
Heç kəsə üstünlük eyləyə bil.... (N.Gəncəvi)
İnsana arxa... onun kamalı, 
Ağıl... hər kəsin dövləti, malı. (N. Gəncəvi)
Oğul mənim... əgər, oxutmur..., əl çək..., 
Eyləmə... dəngəsər, oxutmur..., əl çək.... (M.Ə.Sabir)


Xəbər haqqında aşağı siniflərdə öyrəndiklərinizi yadınıza salıb suallara
cavab verin.

 Xəbər nəyə deyilir? 

 Xəbərlər ifadə vasitələrinə görə necə qruplaşır? 

 İsmi xəbərlə feili xəbərin fərqi nədədir? 

 Feili və ismi xəbərlərin ifadə vasitələri hansdardır? 

 Hansı sözlər suala cavab vermədən ismi xəbər ola bilir? Cavablarınızı
nümunələrlə əsaslandırın.
12.  Cümlədə xəbərləri tapıb ifadə vasitələrini müəyyənləşdirin.
1. Xidmətçi hər gün sahibinin evinə su daşıyardı. 2. Bu günün işini sabaha
qoyma (Atalar sözü). 3. Əsl sevinc zəhmətdən sonrakı istirahətdir (İ.Kant). 4. Bu
gün çıxdığınız hər pillə sabahkı həyatınızın təməlidir (V.Rayx). 5. Həyatda
əziyyətsiz rahatlıq yoxdur (N.Tusi). 
6. Əvvəlcə həqiqəti bilmək lazımdır: həqiqət bilinərsə, səhv də bilinər
.Məhəmməd). 
7. Adamlara xoş gələni deyil, faydalı olanı məsləhət gör (Solon).

 Hansı müdrik fikir mətnin məzmununa uyğun gələ bilər?
13.  Şəxs sonluqlarını bərpa edib cümlələri köçürün, durğu işarələrini bərpa edib
səbəbini izah edin. İsmi və feili xəbərləri tapıb onların ifadə vasitələrini
müəyyənləşdirin.
İnsanların yeddi vəzifəsi var... . Əgər insan bütün bu vəzifələri yerinə yetirərsə
bu halda kamil insan sayılar. Əgər o bunların bir hissəsini yerinə yetirərsə
natamam insan sayılar. Əgər o bu yeddi vəzifənin heç birinə əməl etməzsə
deməli insan qismindən çıxır və heyvan qisminə daxil olur. Birinci vəzifə bundan
ibarət... ki insan pis əməllərdən uzaq ol....
İkinci vəzifə xeyir işlər görmək.... Üçüncü vəzifə zülmə qarşı mübarizə
aparmaq... . Dördüncü vəzifə cəmiyyətdə öz yoldaşları ilə ittifaqda yaşamaq... .
Beşinci vəzifə elm yolu ilə getmək.... Altıncı vəzifə elmi hər yanda yaymağa
çalışmaq... . Yeddinci vəzifə bundan ibarət... ki insan öz qüvvəsi, imkanı
daxilində onunla ittifaqda olan cəmiyyətdə, öz həmvətənləri və həmfikirləri
arasında qanuni hüquqların müdafiəsi üçün mübarizə aparmalı....
(M.F.Axundzadə)

 Sizin bir şagird kimi hansı vəzifələriniz vardır? Öz vəzifələrinizlə
M.F.Axundzadənin tövsiyə etdiyi vəzifələr arasında bir uyğunluq gördünüzmü?
Həmin vəzifələri necə yerinə yetirirsiniz?


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə