Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə17/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

13.  Verilən qaydadan istifadə edərək cümlələr qurun. Bunun üçün ismin hallarını
yadınıza salın.
Nümunə:
Tamamlıqlar iki cür olur: 
1. vasitəsiz tamamlıqlar;       2. vasitəli tamamlıqlar. 
Vasitəsiz tamamlıqlar ismin təsirlik halında olan söz və söz birləşmələri
ilə ifadə olunur. 
Vasitəli tamamlıqlar ismin yönlük, yerlik və çıxışlıq hallarında olan,
habelə qoşmalı söz və söz birləşmələri ilə ifadə olunur.
14.  Mətndə fərqləndirilmiş hissədə tamamlıqları müəyyənləşdirib onların növünü
və ifadə vasitələrini tapın.
15.  Aşağıdakı ifadələrdən istifadə etməklə rabitəli mətn qurun. 
İnsanın xoşbəxtliyi, həyatın mənası, tərbiyənin vacibliyi, dövlət qayğısı, şərəfli
ömür, əxlaqlı insan, vətən borcu, övlad tərbiyəsi


ZƏHƏR
Uzun illər bundan əvvəl Çində bir qəbilədə Lili adında bir qız yaşayırdı. Qəbilənin
başçısının da çox gözəl bir qızı var idi. Əvvəllər yaxın rəfiqə olan bu qızların arasında
sonradan ciddi ədavət yaranır: davasız bir günləri də keçmirdi. Qızlar arasındakı
düşmən münasibət artıq ailə başçılarına da sirayət edirdi. Bir neçə ay sonra artıq bu
vəziyyətdən cana doyan Lili atasının köhnə dostu, dərmansatan qoca kişinin yanına
gedərək ona dərdini açır. Yaşlı adam bitkilərdən düzəltdiyi bir tozu Liliyə verib deyir:
- Bu, dünyanın ən güclü zəhəridir. Amma bir dəfəyə versən, qız elə o an öləcək və
hamı bunu sənin elədiyini biləcək. Sən 3 ay müddətində bu zəhərdən az-az onun
yeməyinə qat. Başçının səndən şübhələnməməsi üçün bu 3 ay boyunca qızla xoş
rəftar elə, qonaq çağırıb ona gözəl yeməklər bişir!
Sevinc içində evə dönən Lili qocanın dediklərini etməyə başlayır. Qıza qarşı xoş
davranır, hər gün ən ləziz yeməkləri bişirir və hər dəfə onun yeməyinə bir damcı
zəhər qatır. Onlar arasında artıq mehribançılıq yaranır. Lilinin xoş rəftarını bəyənən
başçı da ona artıq öz qızı kimi baxır. İkinci ayın sonlarına yaxın Lili etdiyi əməldən
peşman olmağa başlayır və vicdan əzabına dözməyərək qoca dərmansatanın evinə
gedib deyir:
- Mən qızın ölməsini istəmirəm. Yalvarıram, ona indiyə kimi verdiyim zəhəri
qanından təmizləyəcək bir dərman verin!
Qoca gülümsəyərək deyir:
Lilinin bu hərəkəti onun
hansı keyfiyyətini üzə
çıxarır?


- Qızım, sənə verdiyim toz zəhər yox, sadəcə, şəfaverici otların qarışığı idi. Əsl zəhər
isə sənin ürəyində idi, amma sən qıza qarşı xoş davrandıqca qəlbindəki zəhər də
təmizləndi və yerinə bir sevgi doldu...
“Füyuzat” jurnalından
1.  Ardıcıllığı bərpa etməklə əsas fikri müəyyənləşdirin və ona münasibətinizi
bildirin.
2.  Qoca dərmansatan obrazına münasibət bildirin. Onun etdiyi hərəkətə uyğun
olaraq zahiri görkəmini təsvir edin və mətnin uyğun hissəsinə əlavə edin.
3.  Lili dərmansatanın “məsləhətləri”nə əsasən “zəhər”dən istifadə edərkən nə
üçün mülayimləşdi? Bu onun hansı xüsusiyyətini üzə çıxarır?
4.  Dərmansatanın “əsl zəhər sənin ürəyində idi” fikrini izah edin.
5.  Sizcə, “insan üçün ən böyük problemi elə insan özü yaradır” fikri ilə razılaşmaq
olarmı? Fikrinizi müasir dövrdə baş verən oxşar hadisələrlə əlaqələndirin.
6.  Ədavət, ədalət, ətalət sözlərinin leksik mənalarını müqayisə edin.
7.  Mətndə fərqləndirilmiş söz və ifadələrin qarşılığını tapın.
8.  İlk abzasdan necə?, hansı? sualına cavab verən söz və ifadələri tapın, onların
cümlədəki rolunu müəyyənləşdirməyə çalışın. Həmin cümlə üzvlərinin nə ilə
ifadə olunduğunu müəyyənləşdirin.
Necə bilirsiniz, qızlar
arasında sevgi və
dostluğun bərpası
qəbiləni
möhkəmləndirəcəkmi?
Fikirlərinizi
əsaslandırın.


Təyin cümlədə isim və isimləşmiş sözləri əlamətləndirib necə?, nə cür?, hansı?,
neçə?, nə qədər?, neçənci? suallarından birinə cavab verir. 
Təyinlər sifət, say, işarə və təyini əvəzliklər, feili sifət və feili sifət tərkibləri,
ismi birləşmələr və mürəkkəb adlarla ifadə olunur. Təyinlər isim və isimləşən
söz və söz birləşmələri ilə ifadə olunan bütün cümlə üzvlərinə aid olur.
9.  Altından xətt çəkilmiş sözlərin hansı təyindir? Fikrinizi əsaslandırın.
Alimdən soruşurlar:
- Kimi, həqiqətən, əsl ağıllı adam hesab etmək olar? Tapşırığın mahiyyətini
bilmədən iş dalınca gedən adamı ağıllı hesab etmək olarmı?
Alim cavabında:
- Ağıllı o adamdır ki, dinləməyi, əməl etməyi və nəticə çıxarmağı bacarır.

 Bu mətndən çıxan əsas fikri “Zəhər” hekayəsinin ideyası ilə əlaqələndirin. 

 Siz necə, dinləməyi, əməl etməyi və nəticə çıxarmağı bacarırsınızmı? 

 Kimin verdiyi məsləhətlərə daha çox qulaq asırsınız? 

 Fəqləndirilmiş sözün qrammatik mənasını deyin. Fikrinizi nümunələrlə
əsaslandırın.
10.  “Zəhər” mətninin sonuncu abzasındakı cümlələrdən təyinləri çıxarıb yazın.
Sonra hər iki hissəni müqayisə edin. Nə müşahidə etdiniz?
11.  Verilmiş cümlələrdə təyinləri tapıb nə ilə ifadə olunduğunu deyin.
Saib Təbrizinin dünyada yeganə tam külliyyatı hicri tarixi ilə 975-ci ildə
Hindistanda aşkar edilib. 230 min misradan ibarət olan bu külliyyatı
Özbəkistan alimləri tapıblar.
XVI əsrin Azərbaycan şairi Fədai Təbrizinin “Bəxtiyarnamə” adlı poemasının
əlyazması Təbrizdə, onun şəxsi arxivində saxlanılır.
1955-ci ildə Hindistana ezam olunmuş Eyyub Tağıyev neft ehtiyatlarının
qiymətləndirilməsi və geoloji işlərin aparılmasında mütəxəssis hesab
olunurdu.
Əgər bir müəllim olsa bədəsil, 
Yetişdirə bilməz bəxtiyar nəsil.
(“Füyuzat” jurnalından, 2011-ci il)


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə