Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə25/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

NAR DƏNƏSİ
 
dəmir əjdaha
Qoca nar ağacı çox narahat idi. Düşmənin zirehli maşını daş hasarı vurub
uçurandan sonra ağacı qüssə almışdı. Həmişə onu suvaran, qayğısını çəkən sahibini
namərdlər öz evindən didərgin salmışdılar.
Zaman kişi nar ağaclarını çox sevərdi. O, həmişə deyərdi ki, nar birlik, möhkəmlik
rəmzidir. Nar vüqarlı meyvədir, çürüyəndə də ağacın başında qalır. Nar ağacı
məğrurdur. O ağaca heç kim çıxa bilmir, onu ayaqlaya bilmir.
Zaman kişi həyətdə müxtəlif növ nar ağacları əkmişdi. O, elindənobasından didərgin
düşəndə cavan nar zoğlarını çıxarıb özü ilə apardı, amma qoca ağacı aparmaq
mümkün olmadı. Zaman kişi ağacla vidalaşıb ona iki kəlmə söz dedi: “Məni bağışla!”
Nar ağacı o vaxt bu sözlərin mənasını başa düşməmişdi. İndi narların yetişən vaxtı
daş hasar söküləndə ağac ətrafda baş verənləri gördü. Meyvə ağaclarının çoxu
böyrü üstə düşmüş, meyvələr ətrafa səpələnmişdi. Birdən “dəmir əjdaha”nın zəhmli
səsi eşidildi. O, nar ağacına tərəf gəlirdi. Ağacın ürəyi əsdi, o, var gücü ilə qışqırdı:
“Hara gəlirsən? Axı hələ yetişən narları dərməyiblər, mənim balalarımı məhv eləmə!”
Onun səsini eşidən olmadı. “Dəmir əjdaha” ağacın üzərindən keçib narları əzdi. Ağac
“qanına qəltan” oldu. Zirehli maşının nəhəng təkərləri də “nahaq qana” bulandı.
Qıpqırmızı, iri bir nar diyirlənib yolun ortasına düşdü. Paralanan narın bir dənəsi
kənara sıçradı. Nar dənəsi mərcan kimi parlayırdı. O, parçalanan “ana”sına baxdı və
ona tərəf can atdı. Qolu-budağı qırılmış nar ağacı əzilən narlara baxdıqca ürəyi qana
dönürdü. O, nar dənəsini görəndə dözə bilmədi. Ağac qırılmış budağını nar
dənəsinə tərəf uzatdı.


Nar dənəsi də budağa tərəf boylandı. Amma budaq nar dənəsinə yetişə bilmədi. Nar
dənəsi yetim uşaq kimi kimsəsiz, köməksiz qalmışdı. Onun “qırmızı gözləri” yaşla
dolmuşdu. Ətrafa baxanda onu vahimə bürüyürdü. O, əzilən narlara, qırılan
ağaclara baxıb dərindən ah çəkdi. Nar dənəsi fikirləşdi ki, uzun illərin zəhməti
nəticəsində ərsəyə gələn ağacları bir anda məhv edən zalımlar canlı insanları da
belə soyuqqanlılıqla məhv edərlər.
Nar dənəsi qüssədən büzüşüb kiçildi, balacalaşıb torpağın içində görünməz oldu.
Kim bilir, bəlkə, bu nar dənəsi bir vaxt cücərib böyük, qollu-budaqlı bir ağac olacaq.
Onda düşmənlər biləcəklər ki, heç nəyi, heç kimi məhv etməklə onun nəslini,
kökünü kəsmək olmaz!
Bəzən balaca bir qığılcımdan böyük bir məşəl yaranır!
Gülarə Munis
1.  Sizcə, əsərdə hansı dövrün hadisələrindən bəhs edilir?
2.  Müəllif müharibənin dəhşətlərini göstərmək üçün niyə məhz nardan istifadə
etmişdir?
3.  “Xoca” filminə baxın və müzakirə aparın.
4.  Sonuncu cümlənin daşıdığı fikri izah etməyə çalışın.
Bu cümlədə ifadə
olunan fikri
aydınlaşdırmağa
çalışın.


IV ŞƏXSİYYƏTLƏR
Dostlar bu dəfə M.Füzulinin heykəli qarşısında
görüşdülər. Onlar dram teatrında yeni tamaşaya
baxmalı idilər.
- Bura gələrkən bu yaxınlarda oxuduğum bir yazı
haqqında fikirləşirdim.
- Nə yazı?
-Azərbaycan teatrının tarixi haqqında idi. Sən demə,
xalq oyunları teatrın ilk nümunələri sayılır.
- Hə, düzdür, teatr tariximizin üç min ildən artıq yaşı
var. “Kosa-kosa”, “Qaravəlli”, “Kilimarası”, “Maral
oyunu”, “Tənbəl qardaş” adlı oyun və tamaşalar
Azərbaycan xalq teatrının müstəqil tarixə malik
olduğunu sübut edir.
- Azərbaycan teatrının bugünkü səviyyəyə çatması
yolunda çətinliklər olub. Peşəkar teatrın təşəkkülünə
təzyiqlər edilib, qadın rollarının ifaçıları ağır
imtahanlardan keçməli olublar.
Bilirsənmi, Səkinə xanım Axundzadə - qızlar
məktəbinin ilahiyyat müəllimi qızları dram dərnəyinə
cəlb edir, tamaşalar hazırlayırmış. O, müsəlman
dünyasında qadınlar tərəfindən səhnələşdirilən ilk
teatr tamaşasını hazırlayıb.
- Mənim oxuduğum kitabda yazılmışdı ki, Həsən bəy
Zərdabi gimnaziya şagirdlərinin köməyi ilə “Hacı
Qara” əsərini tamaşaya hazırlayarkən Nəcəf bəy
Vəzirov - Azərbaycan ədəbiyyatmda faciə janrının
banisi ona yardımçı olmuşdu. Əldə edilən pullar isə
gimnaziyada oxuyan yoxsul uşaqların təhsil və
məişət problemlərinin həllinə sərf olunmuşdur.
- Azərbaycanda ilk teatr binalarından biri də
təxminən elə bu vaxt - XIX əsrdə Şamaxıda tikilib. Bu
haqda “Kavkaz” qəzetinin 1858-ci il 6 iyul sayında
məlumat verilmişdir.
Nə üçün teatrın
inkişafına təzyiqlər
edilmişdir?
Qadınların teatr
tamaşalarında
iştirakına qoyulan
qadağa nə ilə bağlı
idi?


1. 
Mətndəki əsas faktları toplayın.
2.  Qadın rolunun ifaçısı olan hansı aktyorları tanıyırsınız?
3.  Azərbaycanda fəaliyyət göstərən hansı teatrlar var?
4.  Teatrın cəmiyyətin inkişafındakı rolu haqqında söhbət aparın.
5.  Siz dialoqu necə tamamlayardınız? Sizcə, bölmədə nə haqqında söhbət
gedəcək?
6.  Çərçivəyə alınmış cümlələrdə hansı sözləri qarşılığı ilə əvəz etsəniz, məzmuna
xələl gəlməz?
7.  Təşəkkül, gimnaziya, dram, məət sözlərinin leksik mənalarını izah edin.
8.  Dialoqun sonuncu abzasında sinonim qarşılığı olan sözləri müəyyənləşdirin.
9.  Xalq teatrı və peşəkar teatr ifadələrinin oxşar və fərqli xüsusiyyətlərini Venn
diaqramı vasitəsilə aydınlaşdırın.
10.  Mətndən tələffüz zamanı səs artımı və səs düşümü olan sözləri seçib yazın.
11.  Fərqləndirilmiş cümlədə tire işarəsindən sonra işlənən söz birləşməsinin
işlənmə səbəbini müəyyənləşdirməyə çalışın.
12.  Mətndə altından xətt çəkilmiş cümlələri sintaktik təhlil edin. Cümlə üzvlərindən
tire ilə ayrılan ifadələrin rolu haqqında düşünün, həmin ifadələrin nə məqsədlə
işləndiyini müəyyənləşdirməyə çalışın.
Özündən əvvəl gələn üzvün mənasını aydınlaşdıran, dəqiqləşdirən sözə
və ya söz birləşməsinə əlavə deyilir. Əlavələr aid olduqları cümlə
üzvlərindən sonra gəlir, həmin üzvün sintaktik funksiyasını daşıyır.
Məsələn:
Amma 10 mart 1873-cü il Azərbaycan milli peşəkar
teatrının yaranma günü sayılır.
Nə üçün bugünkü
gün teatrın yaranma
tarixi sayılır?


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə