Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə22/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

1. Xoşbəxt olmaq istəyirsənsə, əvvəl özünü tanı, sonra arzularını idarə etməyi
öyrən (A.Tennison). 2. Əsgərdən, ilk növbədə, dözüm və səbir, bundan sonra
cəsarət tələb olunur (Napoleon). 3. Səndən əvvəl yaşayan müdriklərin həyat
təcrübəsindən səndən sonra yaşayanlara körpü sal. 4. Sabah görüşürük
sonuncu dəfə, Mənim son sevincim, son kədərimdi (A.Mustafayev). 5. Sabah
açıldı, üzünüzə gözəl sabahlar açılsın... (Azərbaycan nağıllarından).

 Çərçivəyə salınmış ifadə nitq etiketinin hansı növünə daxildir? Özünüz də belə
nümunələr toplayın. Bunun üçün “Kitabi-Dədə Qorqud” dastanına müraciət edin.
13.  Aşağıdakı mətndən zaman zərfliklərini seçin, onların ifadə vasitələrini deyin.
Zərfliklə xəbər arasındakı sintaktik əlaqələri göstərin.
Nümunə:
Ey oğul, özünə dost seçərkən ehtiyatlı ol. Dostlarının çoxluğuna bel bağlama, əsl
dost özünü hesab et. İrəliyə və geriyə diqqətlə bax. Dostlarının etibarlılığına
ümid edib arxayınlaşma. Dostu xoş və bəd gündə yoxla: xoş gündə hörmətinə,
bəd gündə köməyinə görə. Düşmənini düşmən hesab etməyəni dost bilmə, elə
adam tanış sayılar, dost sayılmaz.
( “Qabusnamə ”dən)

 Son cümləyə münasibət bildirin. 

 Mətndə çərçivəyə alınan sözlərə sual verin, onların qrammatik mənasını
əyyənləşdirin.
14.  Aşağıdakı cümlələrdə fərqləndirilmiş sözlərin qrammatik mənasını
müəyyənləşdirin. Bunun üçün çıxışlıq hallı isimlər, yer zərfləri haqqında
öyrəndiklərinizi yada salın. Həmin sözlərin sintaktik vəzifəsini müəyyənləşdirin.
Mənim kimliyimi, mənim adımı 
Vətənimdən soruş, elimdən soruş. 
Bu coşqun, bu qaynar hissiyyatımı 
O dağlardan enən selimdən soruş. (M.Gülgün)
1937-ci ilin qanlı repressiyası bir çox ziyalıları canı qədər sevdikləri doğma
vətəndən uzaqlaşdırdı.
Vətənimdən sözü tamamlıqdır, çünki........... . 
Vətəndən sözü............, çünki............ .


Yer zərfliyi hərəkətin yerini bildirir, haraya?, harada?, haradan?
suallarından birinə cavab olur və yer zərfləri, məkan mənası bildirən
isimlər, II və III növ təyini söz birləşmələri ilə ifadə olunur. Yer zərfliyi ilə
xəbər arasında idarə əlaqəsi olur.
Məktəbdən 
 
qayıdıram.
15.  Yer zərfliklərinin ifadə vasitələrini müəyyənləşdirin. 
Hüseyn Cavid 1941-ci ildə Uzaq Şərqdə sürgündə olarkən vəfat etmişdir. 
Məktəb imtahanları ilk dəfə 1817-ci ildə İngiltərədə keçirilib. 
Gücü gəldikcə qaçırdı, ancaq irəlidə onu nə gözlədiyini bilmirdi.
16.  Aşağıdakı cümlələrdə fərqləndirilmiş sözlər arasında sintaktik əlaqələri
müəyyənləşdirib fikrinizi əsaslandırın. 
17.  Doğru

yanlış fikirləri müəyyənləşdirərək testə cavab hazırlayın.
18.  “Əmanətə xəyanət olmaz” mövzusunda mühakimə xarakterli inşa yazın.
Yaxınlıqdakı küçədən keçirdi. 
Bağdan şəhərə qayıdırdı.
Səhərdən ac idi. 
Nigarı görəndə sevincdən qışqırdı.


TARİXİMİZİN ŞANLI SƏHİFƏSİ
Heç güllərin ağladığını görmüsünüzmü? Qərənfilləri matəm çiçəyinə çevirən 20
Yanvar! Güllərin son mənzilini şəhid məzarına çevirən məşum gün şəhid qanından
qıpqırmızı qana bələndi, gözlərindən damla yaş axıtdı. Şəhərimizə qərənfil yağışı
yağdı.
Şairlərimizdən Məmməd Aslan: “Ağla, qərənfil, ağla!” - yazdısa, digər şairimiz
Məmməd Araz isə: “Ata millət, ana millət, ağlama! Ağlamağın yeri deyil, ağlama!” -
yazdı.
Əgər Şəhid varsa, demək, vətən var, 
Şəhidlər dünyada ən böyük haqdır. 
Ölümdən qorxmayın, siz ey oğullar, 
Ruhlar bu torpağı qoruyacaqdır.
Nə yaxşı, dünyada müqəddəs vətən, 
Nə yaxşı, müqəddəs and yerimiz var. 
Yox, yox, acımıram bu ölümə mən 
Namuslu oğullar şəhid doğular.
Alı Mustafayev
Şəhid olmaq ölmək, yox olmaq deyil, ölümlə var olub mənən diri qalmaq
deməkdir. Allah yolunda ölənləri heç də ölü zənn etmə! Əslində, onlar
diridirlər. Onlara Rəbbi yanında ruzi əta olunur. (Qurani-Kərim, Ali-İmran
surəsi, ayə 169.)


Vətən sevgisi ən müqəddəs duyğudur. Vətən arzuların qanad açıb uçduğu məkandır.
Vətən şərəfdir, namusdur, könül dünyasında yüksələn inamdır, minillik kök salmış
xalqdır, anadır, onun timsalında candır. Vətən ulu əcdadların ruhu, babaların məzar
yeridir. Vətən səni yetişdirən, böyüdən, səni öyrədəndir.
Vətən varlığını bizdən əsirgəməyən, bizi köksündə bəsləyən, əbədi olaraq sahib
çıxan sahibimizdir.
“Torpaq, uğrunda ölən varsa, Vətəndir” (M.Kuntay). Unutmayaq ki, Vətən
vətəndaşların birləşmə nöqtəsidir. Vətən yeganə məkandır ki, insan orada özünü
kölə yox, onun əsl sahibi hiss edir.
Vətən sevgisi bütün sevgilərdən ucadır. 1990-cı ilin 20 Yanvar faciəsi bunu bir daha
sübut etdi. Uzun illərin müstəmləkəçiliyinə “Yox!” deyən, milli azadlığına qovuşmaq
üçün ayağa qalxan xalqı beşikdə boğmaq məqsədilə yırtıcı pəncəsini Azərbaycana
uzadan işğalçı hakimiyyət önündə milli kimliyini və vətəni üçün canından keçməyi
bacaran xalq gördü. XX əsrin qorxunc imperiyası ömrünün sona yetişdiyini görüncə
insanlığa utanc gətirən qanlı faciələr törətdi. Uşaq, qadın, qoca demədən hər kəsi
vəhşicəsinə qətlə yetirdi. Lakin xalqımızın ruhundakı, qanındakı istiqlaliyyət
duyğularını öldürə bilmədi. Çünki bu duyğular şəhidliyə, qaziliyə, haqqa, ədalətə
bağlıdır. Bu dəyərləri mənliyində daşıyan, inandığı kimi yaşayan millətimiz düşməni
heyrətlər içərisində boğdu və öz hürriyyətinə, istiqlaliyyətinə sahib çıxdı.
20 Yanvar faciəsi ilə bağlı əlavə məlumat toplayın.
Verilmiş materiallardan və topladığınız məlumatlardan istifadə edərək ssenari yazın
və “20 Yanvar - Qan yaddaşım” adlı ədəbi-bədii kompozisiya hazırlayın. Ssenari
əsasında kiçik sənədli film də çəkə bilərsiniz.


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə