Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə23/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   39

QIRXINCI FƏNDİ BU GÜNƏ 
SAXLAMIŞDIM
Bütün Şərqdə əfsanəvi pəhləvan kimi şöhrət tapmış və Firdovsinin “Şahnamə”sinin
qəhrəmanlarından biri olan Rüstəm Zal bir neçə şagirdinə pəhləvanlıq qaydalarını
öyrədirdi. Rüstəm bir müddət onlarla məşğul olur, bütün fəndləri öyrətdiyini bildirib
müstəqil pəhləvanlıq etmələrinə icazə verir. Lakin onun şagirdlərindən biri şahın
yanına gəlib deyir:
- Mən Rüstəm Zalın işlətdiyi bütün fəndləri bilirəm, gücüm də ondan artıqdır.
Rüstəm Zalla güləşib onu yıxa bilərəm. Mən ölkənin birinci pəhləvanı olmaq
istəyirəm.
Şah gənc pəhləvanın dediyinin düzlüyünü yoxlamaqdan ötrü meydan qurub camaatı
toplamağı və Rüstəm Zalı çağırıb gənc pəhləvanla güləşməyi əmr edir. Rüstəm
şagirdinin nankorluq edərək onun yerini tutmaq iddiasında olduğunu görür, son
dərəcə məyus olur. Bir söz demədən meydana girib güləşməyə başlayır və gözəl bir
fənd işlədib gənc pəhləvanın arxasını bir göz qırpımında yerə vurur. Gənc xeyli pərt
olur, ayağa qalxıb Rüstəm Zalla höcətləşməyə başlayır:
- Sənin mənə öyrətdiyin otuz doqquz fəndin içərisində beləsi yoxdur. Bəs bu fəndi
nə üçün mənə öyrətməmisən? Bu, düzgün deyildir, - deyə onu məzəmmət edir.
Rüstəm Zal cavabında deyir:
- Düzdür, mən bu qırxıncı fəndi sənə öyrətməmişəm, çünki onu bu gün üçün
saxlamışdım. Belə etməsəydim, sən, yəqin ki, mənim öyrətdiyim fəndlərlə mənim
özümə zərbə vuracaqdın. Bu, bir az ədalətsizlik deyilmi?
Bəzi “dostlarla” ehtiyatlı hərəkət etməyi məsləhət gördükdə, yaxşılığın müqabilində
pislik, nankorluq gördükdə və digər münasib hallarda “Qırxıncı fəndi bu günə
saxlamışdım” məsəlindən istifadə olunur.
B.Hüseynov. “Rəvayətli ifadələr”dən
Şagird nə üçün
özünə bu qədər
arxayın idi?
Şagird
məzəmmətində
haqlı idimi?


1.  Mətn üzərində iş aparmaq üçün suallar hazırlayın. Həmin suallarla
yoldaşlarınıza müraciət edin.
2.  Aşağıdakı fikirlərlə bağlı mühakimə yürüdün.
Müəllim şagirdinə hər şeyi öyrətməlidir.
Rüstəm Zal düzgün hərəkət edir.
Tələbə iradında haqlı idi.
3.  “Ehtiyat igidin yaraşığıdır” atalar sözünü bu mətn üçün əsas fikir hesab etmək
olarmı?
4.  Mətndən açar sözlər seçin və onların qarşılığını tapmağa çalışın.
5.  Nankorluq və namərdlik sözləri sinonim ola bilərmi? Fikirlərinizi əsaslandırın.
6.  Məna cəhətdən məntiqi ardıcıllığı davam etdirin və həmin sözlərin antonimini
tapın.
7.  Mətndə altından xətt çəkilmiş sözlərə sual verin. Suala əsasən onların sintaktik
vəzifəsini müəyyənləşdirin.
8.  Cümlələri müqayisə edib gəldiyiniz qənaəti yoldaşlarınızla müzakirə edin.
Bazarda xeyli adam var idi (M.Cəlal) cümləsində xeyli sözü təyindir, çünki... .
Çox oxuyan çox bilər cümləsində çox sözü ..., çünki... .

 Bir qədər, bir az, az sözlərindən istifadə etməklə cümlələr qurun. Həmin
sözlərin sintaktik vəzifəsini müəyyənləşdirin.
9.  7-ci və 8-ci tapşırıqlardan öyrəndiklərinizə əsasən uyğunluğu müəyyənləşdirin.


QƏDİM TÜRKLƏRDƏ TƏRBİYƏ
Azərbaycan türklərinin tərbiyə sistemi, əxlaqi idealları qədim türklərinki ilə üst-üstə
düşür və ümumtürk tərbiyə sisteminin mühüm bir halqasını təşkil edirdi, indi
olduğu kimi, qədimdə də ata evin böyüyü, “odocağı” (yəni od və ocağın sahibi),
tərbiyə nümunəsi hesab olunurdu. Oğlanların tərbiyəsində atanın,
qızların tərbiyəsində ananın nümunəsi əsas sayılırdı. Bu nümunə isə xeyirxahlığa və
alicənablığa söykənirdi. “Kitabi-Dədə Qorqud”da göstərilir ki, Salur Qazan üç ildə bir
dəfə arvadının əlindən tutub evindən çıxar, könüllü surətdə evini imkansızlara
yağmaladardı. Qədim türklərin övlada məhəbbəti Vətən məhəbbəti ilə çulğalaşır,
övladı vətən üçün, dövləti qorumaq üçün hazırlayırdılar. Azərbaycan türklərində
uşaqlar həmişə atalarına hörmətlə yanaşmış, onların qulluğunda durmuş, ehtiram
göstərmiş, ədəbsiz hərəkətlərə yol verməmiş, atadan qabaq süfrəyə oturmamış,
onların peşəsini öyrənmiş, atalarını özlərinə həyat idealı hesab etmişlər. Ata
dünyasını dəyişdikdən sonra onun ocağı övladlar üçün müqəddəs hesab
olunmuşdur. Bu gün olduğu kimi, qədim zamanlarda da ata evi heç zaman boş
qalmamalı, bacasından tüstü çıxmalı idi. Oğul övladlarından biri ata evinin çırağını
yandırmalı, keşiyini çəkməli idi. Təsadüfi deyildir ki, ailə ocağının müqəddəsliyini
qəbul edən türklər bir adama qarğış etdikdə “görüm, evinin çırağı sönsün” -
deyərmişlər. Hərbi təlim, cəsurluq, cəngavərlik Azərbaycan türklərinin tərbiyəsində
mühüm yer tuturdu. Əsgəri şücaətlər hər bir türk kişisi üçün, onun özünün,
ailəsinin, tayfasının şərəf, namus işi idi. Azərbaycan türklərində vətən əxlaqı,
vətənpərvərlik hissi həmişə güclü olmuşdur. İtirilmiş Vətən torpağının hər qarışı
üçün göz yaşı axıdar, ağı deyər, onun qaytarılmasını müqəddəs vəzifə hesab
edərlərmiş. Biz “Kitabi-Dədə Qorqud”da bunun bariz nümunələrini görürük. Vətən
əxlaqı bu gün də Azərbaycan övladlarının ən böyük istinad nöqtəsi olmalıdır.
Görkəmli türk alimi Ziya Göyalp haqlı olaraq yazırdı: “Vətən əxlaqımız qüvvətli
olmasa, nə müstəqilliyimizi, nə azadlığımızı, nə də vətənimizin bütövlüyünü qoruya
bilərik”.
“Azərbaycan təhsil tarixi” kitabından
Nə üçün oğlanların tərbiyəsində atanın, qızların tərbiyəsində ananın nümunəsi
əsas hesab edilir?


1.  Mətn əsasında dialoq hazırlayın.
2.  Bu mətn bölmədəki digər mətnlərdən xaraktercə necə fərqlənir?
3.  Mətni abzaslara ayırın.
4.  Hansı sözlər mətn üçün açar söz ola bilər?
5.  Fərqləndirilmiş sözlərin leksik mənasını müəyyənləşdirin və qarşılığını tapın.
6.  1.  Yüksəlmək üçün yalnız öz gücünüzdən istifadə edin.
2.  Biz yalnız başqaları üçün yaşayan zaman özümüz üçün yaşayırıq (L.Tolstoy).
3.  Vətən üçün ölən insan xoşbəxt insandır.
4.  Oğlundan xəbər tuta bilmədiyi üçün ana var-gəl edir, bir çıxış yolu axtarırdı
(M.Cəlal).


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə