Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə26/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   39

Əlavələr aid olduğu üzvdən, əsasən, tire (-) işarəsi ilə ayrdır. Cümlə üzvü
ilə onun əlavəsi arasında yəni bağlayıcısı da işlədilə bilər. Bu zaman
bağlayıcıdan əvvəl vergül işarəsi qoyulur.
14.  Cümlələrə əlavələr artırıb durğu işarələrindən düzgün istifadə edin.
Tiflis şəhərində əhalinin böyük qismini təşkil edən azərbaycanlıların teatr
tamaşaları oynamaları tədricən müntəzəm hal alaraq hər ay keçirilirdi. Bakıda
bu işi, əsasən, müəllimlər və şagirdlər görürdülər. Teatr tamaşalarını oynamaq
üçün Bakıda məxsusi bina yox idi. Bu çətinliyi aradan qaldırmaq məqsədilə Hacı
Zeynalabdin Tağıyev 1883-cü ildə özünün taxıl anbarının özülü üzərində teatr
binası inşa etdirib.
15.  Uyğunluğu müəyyənləşdirin və cavablarınızı əsaslandırın.
1) XX əsrin əvvəllərində Tiflisdə teatr truppası,
“Müsəlman teatr artist cəmiyyəti” fəaliyyət
göstərirdi.
2) “Bəxtiyar” filmində Zəhra obrazını canlandıran
Sona Hacıyeva ilk dəfə səhnəyə 13 yaşında çıxıb.
3) H.Heynenin “Əlmənsur” pyesində ərəb
səyyahının rolunda çıxış edərkən oxuduğu “Hicaz”
muğamı onu Azərbaycan mədəniyyətinin yeni bir
aləminə - musiqili teatra gətirdi.
4) Məhz bu tamaşa zamanı Sarabski o zamanlar
Azərbaycanın və Şərqin ilk operası olan “Leyli və
Məcnun” üzərində işləyən Üzeyir Hacıbəylinin
diqqətini cəlb etdi.
Əlavəli cümlədir.
Əlavəli cümlə deyil.


15.  Aşağıdakı cümlələrdə əlavələri mübtədadan əvvələ keçirib yazın. Əvvəlki və
sonrakı cümlələri müqayisə edin. Cümlə quruluşunda hansı dəyişikliyi
müşahidə etdiniz? Təyinlə əlavənin işlənməsində intonasiyanın rolu varmı?
Həsən bəy Zərdabi gimnaziya şagirdlərinin köməyi ilə “Hacı Qara” əsərini
tamaşaya hazırlayarkən Nəcəf bəy Vəzirov - Azərbaycan ədəbiyyatında faciə
janrının banisi ona yardımçı olmuşdu.
Mirzə Fətəli Axundzadə - ilk dramaturqumuz əlifba islahatı uğrunda
mübarizə aparmışdır.
Sizcə, təyinlə əlavənin fərqi nədədir? Dostların şərhinə qoşulub cümlələri
tamamlayın.
16.  “Teatr xadimlərimiz” adlı təqdimat hazırlayın.


HÜSEYNQULU SARABSKİNİN 
XATİRƏLƏRİ
 
talant         
 
aktyor
Görkəmli aktyor Hüseynqulu Sarabski 1939-cu ildə yazdığı “Hüseyn Ərəblinski
haqqında xatirələr”ində Əbdürrəhim bəy Haqverdiyevin Tiflisdən gəlişini belə təsvir
edir: “Ə.Haqverdiyev Tiflisdən yenicə (...) gəlmişdi. Ərəblinski ilə bir yerdə onun
yanına - “İslamiyyə” mehmanxanasına (...) getdik. Əbdürrəhim bəy ilə görüşəndən
sonra o bizi təbrik etdi.
- Uşaqlar, gözünüz aydın olsun. Yazdığım “Ağa Məhəmməd şah Qacar” əsərinin -
tarixi faciəsinin tamaşasının icazəsini almışam.
H.Ərəblinski Əbdürrəhim bəyə şikayətlənərək dedi:
- Mirzə, əsəri oynamaq üçün gərək aktyor olsun, aktrisa olsun, quruluş olsun, məşq
üçün yer olsun.
Əbdürrəhim bəy özünəməxsus bir nəvazişlə Hüseyni ruhlandırmaq (...) istədi:
- Sən aktyorsan, zəhmət çəkib məşq edərsən, Ağa Məhəmmədin rolunu da
məharətlə oynarsan və xalq səni - böyük aktyoru alqışlayanda hamısı yadından
çıxar. Amma Hüseyn, əziz dost, canın üçün, Ağa Məhəmməd elə sənin rolundur...
Səni düşünüb Ağa Məhəmmədi yazmışam.
Bu söz Ərəblinskiyə yaman toxunur:
- Mirzə, mən o qədər mənfi şəxsiyyətəm ki, məni ona oxşadırsınız?
Ə.Haqverdiyev sözünə davam etdi:
- Hüseyn, mən səni Ağa Məhəmməd şaha oxşatmıram. Mən o rolu sənin talantım -
aktyor sənətkarlığını gözümün qabağına gətirib yazmışam. Sən mənim əzizimsən...
Yenə təkrar edirəm, o əsəri mən sənin üçün, yəni səhnəmizin əvəzsiz aktyoru üçün
Sizcə, burada hansı
icazədən söhbət
gedir və bu icazə nə
üçün alınmalı idi?
Necə
düşünürsünüz,
aktyor ancaq
müsbət roldamı
oynamalıdır?


yazmışam.
H.Ərəblinski dedi:
- Mirzə, mənim səndən bir xahişim var: sən allah, əsər yazanda eləsini yaz ki, onda
qadın rolu az olsun. Vallah, bu aktrisa məsələsi gözümün qabağında dağ kimi
durmuşdur.


Əbdürrəhim bəy səhnəmizin bu acınacaqlı vəziyyətindən, yəni Azərbaycan
qadınlarının səhnədə olmamasından mütəəssir olub qaşlarını çatdı və: “Səndən
qabaq bu məsələni mən özüm fikirləşmişəm, - dedi, - odur ki “Ağa Məhəmməd şah
Qacar” əsərinə arvad rolu daxil etməmişəm...”
Qadın rolunda çıxış edən artistin işi çox çətin idi. Onlar saqqallarını və bığlarını xəmirlə
örtüb üstündən qrim edərdilər. Tamaşadan sonra isə bığ və saqqalın təmizlənməsi
böyük çətinliyə səbəb olardı. Bir dəfə qadın rollarını aparan artistlərdən biri
tamaşadan sonra saqqalına örtdüyü xəmiri çıxararkən çox əziyyət çəkdiyindən son
dərəcə əsəbiləşmiş və demişdi: “Mən bütün əcdadımla qələt elərəm, bir də saqqalıma
xəmir, yapışqan sürtərəm.
Bir də qadın rolunda çıxış etməyəcəyəm. İstəsəniz, kişi rollarında çıxaram, istəməsəniz,
heç oynamaram ”. Bu işi yerinə yetirməyi Ərəblinski öz üzərinə götürür. H.Ərəblinski
bığını qırxdırmaq qərarına gəlir. Artist yoldaşları nə qədər çalışırlarsa, onu fikrindən
daşındıra bilmirlər.
Kamran Məmmədov
1.  Sizcə, H.Ərəblinski niyə əsərdə qadın obrazının olmamasına sevinir?
2.  Fərqləndirilmiş abzası iki görkəmli şəxs arasında gedən söhbətin hansı
hissəsinə əlavə etmək olar?
3.  Hansı sualın cavabı mətndə yoxdur:
H. Sarabski nə zaman Tiflisə gəlmişdir?
Ə.Haqverdiyev Qacar obrazını yaradarkən hansı aktyoru nəzərdə tutub
əsəri yazmışdır?
H.Ərəblinski Ə.Haqverdiyevin hansı sözündən inciyir?
4.  Mətndən əsas faktları və əsas fikri müəyyənləşdirin.
5.  Fikirləri tamamlamaqla dostların mühakimə xarakterli söhbətinə (səh. 104) siz
də qoşulun. Fikirlərinizi əsaslandırın. Yoldaşlarınızı mülahizələrinizə
inandırmağa çalışın.
H. Ərəblinskinin bu fədakarlığı nə ilə bağlı idi?


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə