Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə24/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   39


 Sizcə, hansı şagirdin cavabı daha düzgün və dolğundur? Seçiminizi müəllimin
köməyi ilə əsaslandırmağa çalışın. Cümlə üzvlərinin ifadə vasitələrinə diqqət yetirməyi
də unutmayın.
7.  Mətndə altından xətt çəkilmiş cümlələrin hansında səbəb, hansmda məqsəd
məzmunu olduğunu tapın, müqayisə aparın.
Səbəb zərfliyi
Məqsəd zərfliyi
Səbəb zərfliyindəki iş və hərəkət
səbəbi, xə- bərdəki iş və hərəkət
onun nəticəsini bildirir, niyə?, nə
səbəbə?, nə üçün? suallarından birinə
cavab olur.
Məqsəd zərfliyindəki iş və hadisə
məqsəd kimi qarşıya qoyulur,
xəbərdəki iş və hərəkət hadisədən
sonraya aid olur, niyə?, nə məqsədlə?
sualına cavab verir.
Səbəb zərfliyi, əsasən, feili bağlama
və feili bağlama tərkibləri ilə, üçün,
ötrü, görə qoşmalı və -dığı  şəkilçili
feili sifət və feili sifət tərkibləri ilə
ifadə olunur.
Məqsəd zərfliyi üçün, ötrü qoşmalı,
yönlük hallı məsdər və məsdər
tərkibləri ilə ifadə olunur.
Səbəb və məqsəd zərfliyi xəbərə yanaşma əlaqəsi ilə bağlanır.
8.  Fərqləndirilmiş sözləri əsas götürərək uyğunluğu müəyyənləşdirin.
4



SƏDAQƏTLİ DOST
Vətənimizin ərazisinə təcavüz edən erməni daşnakları hər vəchlə öz çirkin əməllərini
həyata keçirməyə çalışırdı.
Doğma Qarabağımızda qızğın döyüşlər gedirdi, qan su yerinə axırdı. Hər tərəfi atılan
mərmilərin, silahlann səsi bürümüşdü.
Döyüşün ən qızğın vaxtmda əsgərlərimiz sürətlə arxadakı səngərə çəkilmək
məcburiyyətində qaldılar. Əsgərlərdən biri ən yaxın dostunu yanında görməyincə
“görəsən, dostum səngərə doğru geri çəkilərkən düşmən tərəfindən vurulmadı ki?” -
deyə narahat oldu. Düşündüyü doğru çıxmışdı. Ona xəbər verdilər ki, yoldaşı döyüş
meydanında düşmən gülləsinə tuş gəlmişdir. Özü səngərdə ikən dostunun döyüş
meydanında qalmasına heç cür razı ola bilməzdi. Komandirə yaxınlaşıb: “Cənab
komandir”, - dedi, - dostum səngərə doğru geri çəkilərkən düşmənlər tərəfindən
vurulub, icazə verin, onu döyüş meydanından çıxarım”. Komandir dedi:
- Xeyr, olmaz. Görmürsən, güllələr üstümüzə yağış kimi yağır. Ehtimal ki, o,
dünyasını çoxdan dəyişib. Önə çıxmaq sənin ölümünə səbəb ola bilər. Biz isə çox az
qalmışıq. İndi bir nəfər belə bizim üçün çox qiymətlidir. Növbəti itkilər bizim
məğlubiyyətimizə səbəb ola bilər.
Əsgər isə dayanmadan israr edərək komandiri razı salmağa çalışırdı. Nəhayət,
komandirin “yaxşı, elə isə get” sözlərini eşidər-eşitməz sürətlə döyüş meydanına
atıldı, sürünə-sürünə irəliləməyə başladı. Güllələr yağış kimi yağırdı. Dostuna tərəf
yaxınlaşdı və onu arxasına alaraq səngərə doğru süründü.
Komandir vurulmuş əsgərin nəbzini yoxlayıb dedi:
- Sənə demişdim ki, dostun dünyasını çoxdan dəyişib. Çox şükür ki, sənə bir şey
olmadı. İndi de görüm, həyatını təhlükəyə atmağının bir mənası vardımı?
Əsgər nəmli gözlərlə komandirinə baxıb: “Çox mənası vardı, - dedi. Yanına
yaxınlaşarkən son anlarını yaşayırdı. Taqəti qalmamışdı. Məni görəndə üzündə
təbəssüm yarandı. Üzümə baxıb əmin bir şəkildə: “Gələcəyini bilirdim, dostum,
gələcəyini bilirdim...” Cənab komandir, bu sözlər mənim üçün dünyada hər şeyə
dəyərdi.
Şükran Umud
Necə bilirsiniz,
komandir əsgərini
sınayırdı, yoxsa o,
həqiqətən,
düşündüyünü demişdi?


1.  “Dolu” filminə baxın. Filmlə hekayəni müqayisə edərək fikirlərinizi
ümumiləşdirin.
2.  Komandir və əsgərin sözlərinə münasibət bildirin. Kimə daha çox haqq
qazandırırsınız?
3.  Hekayədə Azərbaycan xalqına məxsus hansı xüsusiyyətləri müşahidə etdiniz?
Mətnin adını atalar sözü ilə əvəz edin. Uyğun atalar sözləri ilə müqayisə edin.
4.  Qarabağ haqqında məlumat toplayın. Orada gedən müharibənin səbəblərini
araşdırın. Onu yoldaşlarınıza necə və hansı formada çatdıracağınızı düşünün.
5.  Mətn üçün açar söz seçin.
6.  Təhlükə və risk sözləri sinonim ola bilərmi?
7.  Təcavüz, səngər sözlərinin leksik mənalarını izah edin.
8.  Aşağıdakı cümlələri sintaktik təhlil edərək müqayisə edin. Cümlə üzvlərinin
sıralanmasında nəyi müşahidə etdiniz?
Döyüşün ən qızğın vaxtında əsgərlər sürətlə arxadakı səngərə çəkilmək
məcburiyyətində qaldılar.
Əsgərlərdən biri ən yaxın dostunu yanında görməyincə narahat oldu.
Hər bir cümlə üzvünün cümlədə öz yeri vardır. Mübtəda, adətən,
cümlənin əvvəlində, xəbər cümlənin sonunda, tamamlıq və zərflik isə
xəbərdən əvvəl gəlir. Təyin həmişə təyin etdiyi üzvün əvvəlində gəlir.
Nümunə sxem:
Bəzən cümlələrdə söz sırası pozula bilir. Buna canb danışıq dilində,
şeirlərdə daha çox rast gəlinir.
Baxdıqca dağlara, dərələrə mən 
Qəribə fikirlər başıma gəlir. 
Bəzən ilk baxışda xoşa gəlməyən 
Uçqunlar yamanca xoşuma gəlir. (M.Araz)
9.  Məni görəndə üzündə təbəssüm yarandı cümləsində söz sırasına əməl
olunduğunu əsaslandırın.


10.  Mətni oxuyun. Hansı cümlədə söz sırası pozulub? Söz sırasını bərpa etməyə
çalışın. Bu, həmişə mümkündürmü?
Kəndə səs düşdü. Bu gün kənd əhlindən çöl işinə gedən olmadı. Camaatın yarısı
çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb baxırdılar ki, görsünlər, gəlirmi
naçalnik? Camaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdu. Qıraq
kəndlərdən də camaat baxəbər olub yavaş-yavaş gəlirdilər. Pristavın həyətinə
adam əlindən girmək mümkün deyildi.
Birdən qaçaqaç düşdü, dedilər, “naçalnik gəlir”. Qlavalar qaçdılar qapıya, xanım
və qonaqlar çıxdılar balkona. Bir qədər keçdi, genə qurbağanın gölünə daş
atdılar, çünki bu gələn naçalnik deyildi.
(C.Məmmədquluzadə)
11.  Hansı sxem üzrə söz sırasının pozulması müşahidə olunur? Həmin sxemlərə
uyğun cümlələr yazın.

 Son sxemdə uzlaşma əlaqəsinin göstərilməsində hansı dəyişmə baş verəcək?
Şərti işarələrin sxeminə əsasən hansı cümlə üzvünün yerini dəyişmədiyini deyin.
12.  Şeiri tələffüz qaydalarını gözləməklə oxuyun. Əsas fikri “Bilirdim, gələcəksən”
mətninin ideyası ilə əlaqələndirin. Şeirin hansı misralarında söz sırası
pozulmuşdur? Söz sırasını bərpa etmək olarmı? Fikirlərinizi əsaslandırın.
(A.Mustafayev)
13.  “Bilirdim, gələcəksən” mətnindən söz sırası pozulmuş 1-2 cümlə seçin. Həmin
cümlələrdə söz sırasını bərpa edin, qarşılıqlı şəkildə müqayisə edin. Aşağıdakı
müddəalardan istifadə edərək yoldaşlarınızla müzakirə apararaq fikirlərinizi
ümumiləşdirin.
• Söz sırasının pozulması labüddür. Çünki...... . 
• Söz sırası pozulmamalıdır. Çünki....... .
14.  Hekayədən çıxış edərək “Mən komandir olsaydım, ...” adlı nəqli xarakterli esse
yazın.
Bu göylər dözmədi insan
ahına, 
Baxanda gözlərim qəm
günahına, 
Bu vətən dediyim haqq
dərgahına 
Qərənfil yağışı yağır, ilahi
Demə, Vətən batdı oğul
qanına 
Əhsən bu torpağın bu
üsyanına. 
Müqəddəs Şəhidlər
xiyabanına 
Qərənfil yağışı yağır, ilahi.


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə