Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

sevgidən padşah qul olar.
Cəlaləddin Rumi


1.  Mətndəki əsas fikri müəyyən edin və münasibət bildirin.
2.  Mətni siz necə adlandırardınız? Fikrinizi əsaslandırın.
3.  Loğmanın cavabından sonra ağanın nə deyəcəyini fikirləşin. Mətnlə
əlaqələndirib yazın.
4.  Loğmanın ağasına cavabını bir cümlə ilə ifadə edin.
5.  Mətndəki əsas fikri “Zəhər” hekayəsinin ideyası ilə əlaqələndirin.
6.  Mətndə fərqləndirilmiş sözlərin leksik mənasını izah edin.
7.  Bir dilim qarpız və mənim ana dilim birləşmələrindəki dilim sözünü omonim
hesab etmək olarmı? Fikirlərinizi əsaslandırın.
8.  Sizcə, mətnin son abzasında Loğman hansı nitq etiketindən istifadə etsə,
düzgün olardı?
9.  Mətndən (fərqləndirilməyən hissədə) zərflikləri seçin, onların xəbəri hansı
baxımdan izah etdiyini araşdırın.
10.  Fərqləndirilmiş hissədə zərflikləri seçib məna növünü müəyyənləşdirin.
Tərzi-hərəkət zətfliyi işin, hərəkətin icra tərzini bildirir və necə?, nə cür?, nə
tərzdə?, nə vəziyyətdəsuallarından birinə cavab verir. Tərzi-hərəkət
zərfliyi, əsasən, tərzi-hərəkər zərfləri, feili bağlama və feili bağlama
tərkibləri ilə, qoşmalı söz və söz birləşmələri ilə ifadə olunur. 
Tərzi-hərəkət zərfliyi ilə xəbər arasında yanaşma əlaqəsi olur.
O, ətrafa heyrətlə 
 
baxırdı.
11.  Verilmiş cümlələrdə tərzi-hərəkət zərfliklərinin ifadə vasitələrini tapın və xəbərlə
sintaktik əlaqəsini izah edin.
1. Xoşbəxtliyə nail olmaq üçün xalqa xidmət etmək və insanlara məhəbbətlə
yanaşmaq lazımdır (Demosfen). 2. Özündən böyüklərə hörmətlə yanaş ki, sənə
də o cür yanaşsınlar. 3. Bahar heyrətlə ətrafa baxır, gördüklərinə inanmaq
istəmirdi (M. Cəlal). 
4. İndi bütün bunları xatırlayır, hıçqıra-hıçqıra ağlayırdı (Varis). 5. Teymur
başındakı dözülməz ağrıya əhəmiyyət vermədən gedir, evlərinə çatmağa
tələsirdi (H.Seyidbəyli).

 Qüvvətli və qüvvətlə, heyrətli və heyrətlə sözlərinin qrammatik cəhətdən
fərqini izah edin. Fikirlərinizi əsaslandırın.


12.  “Xain adamlara hətta onların xidmət etdikləri adamlar da həqarətlə baxırlar”
(Sokrat) cümləsində:
1. Xain sözü təyindir, çünki.......... . 2. Həqarətlə...., çünki........... .

 İti sözünü cümlədə təyin və tərzi-hərəkət zərfliyi kimi işlədin, fərqini izah edin. 

 Bədii ədəbiyyatdan siz də belə nümunələr seçin.
13.  Verilmiş nümunədən istifadə edərək öyrəndikləriniz əsasında tərzi-hərəkət
zərfliyi ilə təyinin oxşar və fərqli xüsusiyyətlərini müəyyənləşdirin. Fikirlərinizi
bədii ədəbiyyatdan seçilmiş nümunələrlə əsaslandırmaqla kiçik bir mətn tərtib
edin.

 Mətni yazarkən daha çox hansı sözlərdən istifadə etdiniz? 
Nə üçün? Hazırladığınız mətni bu vaxta qədər yazdığınız hər hansı bir dialoqla
müqayisə edin. Müqayisələəsasında elmi və bədii mətnləri fərqləndirin.


HEKAYƏT
 
əmanət       
 
xəyanət
Belə eşitmişəm ki, bir kişi səhər alaqaranlıqda evdən çıxıb hamama gedərkən yolda
öz dostuna rast gəlir və deyir: “Mənimlə hamama getmək istəyirsənmi?” Yoldaşı
deyir: “Hamamın qapısına qədər sənə yoldaşlıq edə bilərəm, lakin hamama gedə
bilmərəm, işim var”.
Hamamın yaxınlığına qədər bir yerdə gedirlər. Yolayrıcına çatdıqda dostu
xəbərdarlıq etmədən geri dönüb başqa tərəfə gedir. Təsadüfən bir oğru da həmin
kişinin dalısınca oğurluq məqsədilə hamama gedirmiş. Birdən kişi geri baxır, oğrunu
görür, lakin hələ alaqaranlıq olduğundan onu dostu bilib, qurşağından dəsmala
bağlanmış yüz dinarı çıxarır, haman oğruya verir və deyir: “Ay qardaş, bu əmanətdir,
al, mən hamamdan çıxandan sonra qaytararsan”. Oğru qızılı alır, kişi hamamdan
çıxana qədər heç yerə getməyib orada gözləyir. Hava işıqlanır. Kişi paltarını geyib
yola düzəlir. Oğru onu çağırıb deyir: “Ey cavanmərd, qızılını geri al, sonra get, sənin
əmanətin üzündən bu gün mən də işimdən avara oldum”. Kişi deyir: “Bu nədir,
əmanət nədir, sən kimsən?” Oğru deyir: “Mən oğruyam, sən isə hamamdan çıxana
qədər bu qızılı saxlamağı mənə tapşıran adam”. Kişi deyir: “Oğrusansa, bəs nə üçün
mənim qızıllarımı aparmayıbsan?” Oğru deyir: “Əgər öz peşəmlə ələ keçirsəydim,
min dinar olsaydı, sənə yazığım gəlməzdi, bir dinar da sənə qaytarmazdım. Lakin
sən bunu mənə əmanət olaraq veribsən, insafsızlıq olar ki, sən alicənablıq edib
mənə əmanət verəsən, mən də nanəciblik göstərib ona xəyanət edəm”.
“Qabusnamə”dən


1.  Hekayətə ad qoyun.
2.  Mətndəki əsas fikri müəyyənləşdirin.
3.  Hekayətdə təsvir edilən hadisələrin məntiqi cəhətdən əsaslı olub-olmadığını
əsaslandırın.
4.  Oğru obrazını xarakterizə edin.
5.  Hansı suala mətndə cavab yoxdur?
Kişi onun oğru olduğunu necə başa düşür?
Oğru kişiyə pulunu niyə qaytarır?
Kişinin dostunun məsuliyyətsiz olduğunu nədən bilirik?
6.  Siz nəyi əmanət hesab edirsiniz? Fikirlərinizi nümunələrlə əsaslandırın.
7.  Yol sözünün omonim və çoxmənalı olduğunu nümunələrlə əsaslandırın.
8.  Mətndəki fərqləndirilmiş sözlərin yerinə müvafiq frazeoloji birləşmələr qoyun.
9.  Mətn üçün əmanət, xəyanət, sədaqət sözlərindən hansı açar söz ola bilər?
10.  Mətnin ilk abzasındakı cümlələrdən II dərəcəli üzvləri çıxarıb mətni
yığcamlaşdırın. Hər iki formanı müqayisə edin. Nə müşahidə etdiniz?
11.  N.Gəncəvinin əsərlərindən verilmiş aşağıdakı cümlələrdə nə zaman? sualına
cavab verən sözləri seçib ifadə vasitələrini müəyyən edin.
Zaman zəifliyi hərəkətin zamanını
bildirir, nə zaman?, nə vaxt?, haçan? suallarından birinə cavab verir.
Zaman zərfliyi zaman zərfləri, ismi birləşmələr, feili bağlama və feili
bağlama tərkibləri ilə ifadə olunur. 
Zaman zərfliyi ilə xəbər arasında yanaşma əlaqəsi olur.
Ən ehtiyatla edilmiş xəyanət də gec-tez 
 
aşkar olur.
12.  Cümlələrdə fərqləndirilmiş sözlərin (səh. 84) qrammatik mənalarını
müəyyənləşdirin. Fikirlərinizi əsaslandırın.
1.  Ləl çox gec doğur, ömrü çox
olur, Lalə tez göyərir, tez də yox
olur.
2.  Meyvə kal olduqda böyüyər,
artar, Yetişən zamanda yerə
düşər bar.
3.  Əlliyə çatınca dəyişər əhval,
Dəyişər yaşayış, dəyişər hər hal.
4.  Bir gün bar götürər ağac
əkənlər, Xəznə apararlar əmək
çəkənlər.


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə