Azərbaycan dili 8



Yüklə 8,74 Mb.
Pdf görüntüsü
səhifə16/39
tarix08.07.2018
ölçüsü8,74 Mb.
#54377
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

14.  Hansı cümlələrdə mübtəda ilə xəbər arasında uzlaşma pozulmuşdur?
1. Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində
fərqlənirlər. Bu xüsusiyyətlərdən ən yüksəyi mədəniyyətlərdir (H.Əliyev). 2. Söz
verməzdən əvvəl yaxşıca düşün, söz verdinsə, üstündə möhkəm durun
(Seneka). 3. Analar hər şeyi görməsə belə, qəlbləri ilə duyur (A.N. Ostrovski). 4.
Zərərli vərdişlər qısa müddət ərzində inkişaf edib yayılırlar.
15.  Doğru və yanlış fikirləri müəyyənləşdirin.
16.  Aşağıdakı plandan istifadə edərək, “Vəzifə böyük işlər görmək deyil, lazım olanı
etməkdir” adlı mühakimə xarakterli inşa yazın.
Plan
1. Vəzifə dedikdə nə başa düşürük? 
2. İnsanın qarşısında duran vəzifələr hansılardır? 
3. Vəzifələri yaxşı yerinə yetirmək üçün nə lazımdır? 
4. Öz vəzifələrini layiqincə yerinə yetirən şəxslərdən nümunə gətirin. 
5. Biz şagird kimi öz vəzifələrimizi necə yerinə yetiririk? 
6. Nəticə.


. . .
 
qənimət            
 
qalibiyyət
İlk müsəlman türk dövlətlərindən olan Qəznəlilərin böyük hökmdarlarından biri
Sultan Mahmud Hindistana etdiyi bir yürüşdə çox çətinlik çəkmiş, qələbə qazana
bilməyəcəyini düşünməyə başlamışdı. Bu çətin vəziyyətdə “Ey Rəbbim! Əgər döyüşdə
qalib gəlsəm, ələ keçirəcəyim bütün qənimətləri yoxsullara paylayacağam ” sözləri ilə
nəzir demişdi. Həqiqətən, Allah ona kömək etmiş və Sultan Mahmud böyük qələbə
qazanaraq çox dəyərli qənimətlərə sahib olmuşdur. Qəznəyə qayıtdıqda əldə etdiyi
bütün qənimətləri yoxsullara, ehtiyacı olanlara paylamağa başlamışdır. Bu vəziyyətə
bəzi vəzir və komandanlar etiraz etmişlər. Sultan Mahmud: “Bu mənim dediyim
nəzirdir. Şübhəsiz ki, hamısını paylayacağam ”, - dedikdə isə “Amandır, sultanım,
yoxsullar bu dəyərli qənimətlərdən nə anlayacaqlar? Bir hissəsini paylayın, ən
dəyərli olanlarını isə xəzinəyə qoyun! Xəzinənin də bu qənimətlərə böyük ehtiyacı
var”, - deyərək Sultanı çaşdırmışlar. Bundan sonra Sultan Mahmud Qəznədə
yaşayan, sözün doğrusunu deməkdən çəkinməyən alim bir şəxslə məsləhətləşmək
qərarına gəlir. Fikrini soruşduğu həmin böyük şəxs Sultan Mahmuda belə cavab
verir:
- Sultanım! Bu vəziyyətdə tərəddüd etmək yersizdir. Əgər Allaha bir daha işiniz
düşməyəcəksə, vəzirlərinizin, komandanlarınızın dediyini edin! Lakin Allaha yenidən
dua edib nə isə istəyəcəksinizsə, nəzirinizi yerinə yetirin, qənimətləri yoxsullara
paylayın!
“Düşünən insan” jurnalından, 2014-cü il
1.  Mətni adlandırın və abzaslara ayırın.
2.  Mətndəki əsas ideyanı müəyyən edin və öz fikrinizi bildirin.
3.  Sultanın verdiyi vəd ilə qazanılan qələbə arasında əlaqə varmı?
Vəzir və komandanlar
nə üçün əldə edilən
qənimətin xəzinəyə
qoyulmasını
istəyirdilər? Onlar nə
üçün xəzinənin bu
qənimətə ehtiyacı
olduğunu
düşünürdülər?


4.  Alimin Sultan Mahmuda verdiyi məsləhətə münasibət bildirin.
5.  Bunlardan mətnin ideyasına uyğun olanı hansıdır?

 Sözün də su kimi lətafəti var, 
Hər sözü az demək daha xoş olar. (N. Gəncəvi

 Böyük vədlər vermədən böyük işlər gör. (Pifaqor

 Söz verəndə fikirləş, verdinsə, daha düşünmə, üstündə möhkəm dur.
6.  “Düşmən qoşunları tərəfindən ələ keçirilən qənimət Azərbaycana hansı maddi
və mənəvi ziyan vurub” mövzusunda fikir mübadiləsi aparın.
7.  Döyüş, qənimət, kömək etmək sözlərini qarşılığı ilə əvəz edin.
8.  Mətndə məcazi mənalı sözləri müəyyənləşdirin.
9.  Cümlələrdəki mübtəda və xəbərləri tapın. Sonra bir-biri ilə əlaqələnən sözləri və
onların nə bildirdiyini müəyyənləşdirin. Hansı söz və ifadələr xəbərə aid olub
obyekt anlayışı bildirir?
1. Həqiqətən, Allah ona kömək etdi və Sultan Mahmud böyük qələbə qazanaraq
çox dəyərli qənimətlərə sahib oldu. Həmin qənimətləri yoxsullara payladı. 2.
Kiçik nöqsanlar böyük səhvlərə aparır (Seneka). 3. Elm insanı şübhədən, yaxşılıq
əziyyətdən, qərarlı olmaq qorxudan qurtarır (Konfutsi).
Nümunə:
Cümlənin II dərəcəli üzvləri, əsasən, baş üzvləri izah edir. 
Tamamlıq, təyin, zərflik ikinci dərəcəli cümlə üzvləridir.
10.  Bədii ədəbiyyatdan üç cümlə seçib obyekt bildirən sözləri müəyyənləşdirin
Adlıq və yiyəlik hallardan başqa, digər hallarda: yönlük, təsirlik, yerlik,
çıxışlıq hallarında olub, cümlədə əşya və obyekt anlayışı bildirən II
dərəcəli üzvə tamamlıq deyilir. 
Tamamlıq kimə?, nəyə?, haranı?, kimi?, nəyi?, nə?, kimdə?, nədə?, kimdən?,
nədən? suallarından birinə cavab verir.


Tamamlıq adlar, məsdər və məsdər tərkibləri, feili sifət və feili sifət
tərkibləri, təyini söz birləşmələri, mürəkkəb adlarla ifadə oluna bilir.
Yaxşılıq etməsəəgər insana, (isimlə) 
Böyüklük şərəfi verilməz sana, (əvəzliklə) (N. Gəncəvi) 
Soruşub öyrənməyi (məsdər tərkibi ilə) özünə ar bilmə. 
İndi Zəhra belə bir xahişlə (qoşmalı birləşmə ilə) ana dili müəlliminə (II növ
təyini söz birləşməsi ilə) müraciət etmək istəyirdi.
Qoşmalı sözlər də tamamlıq olur. Belə tamamlıqlar nə ilə?, kim ilə?, kim
üçün?, nə üçün?, kim barədə?, nə barədə?, kim haqqında?, nə haqqında?
suallarından birinə cavab verir.
11.  Cümlələrdən tamamlıqlan seçib onların ifadə vasitələrini müəyyənləşdirin.
1. Müdrik adam özünə rəva görmədiyini başqasına da rəva görməz (Konfutsi). 2.
Xan, başına dönüm, sən nişan verdiyin dam-daşı tapdım, qutunun qapağını
qaldırdım (C.Məmmədquluzadə). 3. Mən istəyirəm ki, o, başqasını öyrətməkdən
həzz almağı bacarsın (Ə.Fərəc). 4. Pislik görməkdən deyil, pislik etməkdən
qorxmalıyıq (C.Kolenson). 
5. Bədbəxtliyin səbəbini başqa yerdə yox, özümüzdə axtarmalıyıq (A.Frans). 6.
Ərəb, yunan, gürcü və hind əlifbasında böyük hərf yoxdur. 7. Bəzənib başdan-
başa şəhərləri, kəndləri, Cənnət görmək istəyən Azərbaycana gəlsin (S.Rüstəm).

 Verilmiş cümlələrdə tamamlıqla xəbər arasındakı sintaktik əlaqəni
əyyənləşdirib fikrinizi əsaslandırın.
Tamamlıqla xəbər arasında idarə əlaqəsi vardır.
12.  Cümlələrdə işarələnmiş sözlərin qrammatik fərqini izah edin. Fikirlərinizi
əsaslandırın.
1. Davadan sülh daha yaxşıdır, məncə (S.Şirazi). 2. Özümüzdən başqa heç kəs
bizim üçün sülh təmin edə bilməz (Emerson). 3. Sülh tacı səltənət tacı ilə
müqayisə edilməyəcək dərəcədə gözəl və dəyərlidir (Epikür).

 Özünüz də belə nümunələr yazın.


Yüklə 8,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə