Azərbaycan döVLƏt aqrar universiteti İnformasiya texnologiyalari, aqrar müHƏNDİSLİk və energetika faküLTƏSİ


Atmosfer elektrikləşməsindən mühafizə



Yüklə 1,04 Mb.
səhifə10/14
tarix17.10.2017
ölçüsü1,04 Mb.
#5204
1   ...   6   7   8   9   10   11   12   13   14

Atmosfer elektrikləşməsindən mühafizə.
Atmosferdə statik elektrik yükləri su buxarlarının, sonra isə su damcılarının hava ilə sürtünməsi nəticəsində əmələ gəlir. Göyün yuxarı hissəsində daim mənfi elektrik yüklü buludlar, aşağı hissəsində isə müsbət elektrik yüklü buludlar hərəkət edir. Müs-bət yüklü buludların hərəkəti zamanı elektrostatik induksiya nəticəsində yer səthində əks işarəli elektrik yükləri yaranır. Potensiallar fərqi müəyyən böhran qiymətinə çat-dıqda normal şüalanma və kəskin səslə müşahidə olunan qığılcım boşalması (ildı-rım) yaranır.


İldırım kanalında cərəyan şiddəti 200.000 A-ə və gərginlik isə 150 milyon V-a, temperatur 6000-10.000°S-yə çatır. İldırım qığılcımının uzunluğu 100 və 1000 metr-lərlə olur və boşalma müddəti isə 0,1-1 san. davam edir.

İldırım boşalmalarının təsiri iki formada olur: 1) bir başa, 2) elektrostatik, elekt-romaqnit induksiyaları təsiri.

İldırım bina və qurğulara bir başa təsiri böyük dağıntılara, yanğınlara, partlayışa və bəzəndə insan tələfatına səbəb olur.

İldırım buludla, bulud arasında və buludla yer arasında gedən təbii elektrik bo-şalmasından ibarətdir.

Adətən ildırımlar lent, raket, kürə şəklində və zəncirvari formada olur. İldırım çox vaxt yüksək ağacları, dirəkləri, tikililəri vurur. Ona görədə təbii elektrik boşalma-ları zamanı belə hündür tikililərin yanında durmaq olmaz. İldırım zamanı axmayan suların, çayların və açıq düzəndə dayanmaq qorxuludur.

Kənd təsərrüfatı binalarını təbii elektrik boşalmalarından mühafizə etmək məq-sədi ilə ildırım ötürənlərdən istifadə edilir. İldırım ötürənlər çubuq, antena və tor for-masında olurlar. Bunlar içərisində ən çox çubuq formalı ildırım ötürənlərdən istifadə edilir. Ona görə ki, ildırım həmişə hündür tikililərə təsir edir.

Çubuq formalı ildırım ötürənlər aşağıdakı hissələrdən ibarətdir:

1) ildırım qəbul edən 2) ildırım ötürən 3) ildım boşaldıcıdan (torpaqlayıcıdan) ibarətdir. Hündürlüyü 60 m-dən az olan bir çubuqlu ildırım ötürənin mühafizə radiu-su aşağıdakı kimi hesablanır,

Əgər ; olarsa, onda Çx=1,5(h-1,25hx)m. hx; olarsa, Çx=0,75(h-hx)m. Belə ildırım ötürənlər kiçik həcmli binaları mühafizə etmək üçün istifadə edi-lir. Binalar böyük həcmli olan hallarda antena tipli və ildırımların sayı çox olan yer-lərdə isə tor şəkilli ildırım ötürənlərdən istifadə edilir. Belə ildırım ötürənlər binanın örtüyü üzərində yerləşdirilir və torpaqla əlaqələndirilir.

Statik elektrikləşmədən mühafizə.
Statik cərəyan yükləri dielektriklərin bir-birinə və ya keçiriciliyə sürtünməsin-dən, eləcədə maye və qazların boru xətlərində sürətlə hərəkətində əmələ gəlir.

Elektrik yüklərinin avadanlığın metal hissələrində toplanması yüksək potensial-ların yaranmasına səbəb olur. Məs. avtomobil beton yolda hərəkət etdikdə təkərlərin yola sürtünməsindən metal kuzada (banda) 3 kV, benzinin polad borularda hərəkətin-də 3,6 kV, qayış ötürmələrinin 15m/s. sürətlə hərəkətində 80 kV. Statik cərəyan yük-ləri əmələ gələ bilir. Təcrübələrlə müəyyən edilmişdir ki, 3000 V potensiallar fərqinin qığılcım boşalmaları qazları, 5000 V potensialların boşalmaları isə yanar tozları alış-dıra bilir.

Statik cərəyanlardan əsas mühafizə tədbirləri aşağıdakılardır: istehsalat avadan-lıqlarının, çənlərin, boru xətlərinin birləşdirilməsi ilə statik elektrik yüklərinin yerə ötüülməsi, təhlükəli otaqlarda havanın nisbi nəmliliyinin 70 % -ə qədər qaldırılması. Bu halda hava özü yaxud keçirici rolunu oynayır və statik cərəyan yüklərinin toplan-masını aradan qaldırır.

Cərəyan keçirməyən səthlərin üstünü keçirici materiallarla örtərək onların keçiri-ciyə çevrilməsi (məs. qayış ötürmələrində qayışın içərisinə naqillərin tikilməsi, yaxud qayışın səthinə qrafit və ya qliserin yağlarının çəkilməsi).

İnsan yerdən cərəyan keçirməyən ayaqqabı və ya döşəmə ilə izolə edildikdə sta-tik cərəyan yükləri onun bədənindədə toplana bilir. Bu yüklər insanda yun, ipək, sin-tetik materiallardan tikilmiş alt və üst paltarların sürtünməsindən əmələ gəlir.

İnsan bədənində yığılan statik cərəyan yükləri iynə sancması, təkanlar kimi fizi-oloji təsirlər göstərir. Bəzi işlərdə bu təhlükəni aradan qaldırmaq məqsədi ilə keçiri-lən döşəmələr qurulur, işçilərə xüsusi cərəyankeçirən iş ayaqqabısı və iş paltarı veri-lir.

Yanar mayeləri daşımaq üçün təkərləri cərəyan keçirən rezindən olan avtomobil-lərin tətbiqi, avtomobillərdə elektrik potensiallarının metal zəncirlə yerə ötürülməsi. Bu halda zəncirin azı beş halqası yerə toxunmalıdır.
Cərəyandan zərər çəkmiş adama həkim gələnə qədər

göstərilən ilk yardım.
Elektrik cərəyanının (zərərli) təsirindən zərər çəkmiş adam nəfəs almadıqda və ürək vurması dayandıqda onu canlandırmaq üçün dərhal ilk yardım göstərilməlidir.

Hazırda ilk yardım iki üsuldan ibarətdir:

1. Elektrik cərəyanından zərər çəkmiş adamın ağız bə ya burunundan (ağızdan-ağıza; ağızdan-burnuna) süni nəfəs vermək;

2. Ürək tərəfdə olan döş qəfəsini sıxıb-buraxmaqla süni qan dövranı yaratmaq-dır.

Hər iki halda iki nəfər vasitəsilə, müstəsna hallarda isə bir nəfər vasitəsilə yerinə yetirilir.

Belə halda kömək göstərən şəxs növbə ilə həm süni nəfəs verir, həmdə döş qəfə-sini sıxıb buraxmaqla süni qan dövranı yaradır.

İlk yardım göstərən şəxs aşağıdakı ardıcıllıqla iş görməlidir:

1) adamı cərəyanın təsirindən azad etməli;

2) onu arxası üstə uzatmalı;

3) adamın nəfəs alıb-almadığını təyin etməli.

Bunun üçün onun burnuna sap və ya kağız zolağı yaxınlaşdırmalı və onların tər-pənməsi ilə nəfəs almasını yoxlamalı. Nəfəs almanı həmçinin döş qəfəsinin qalxıb-enməsi ilə də təyin etmək olur.

4) biləkdə mil arteriyasına, yaxud boğaz altında yan tərəfdən yuxu arteriyasına görə nəbzi yoxlamaq;

5) göz bəbəyinin genişləndiyini müəyyənləşdirmək.

Göz bəbəyinin genişlənməsi beyində qan dövranının kəskin pisləşdiyini göstərir.

Bütün bu işləri tez, yəni 15-20 san. ərzində görmək lazımdır. Əgər cərəyanın təsirindən zərər çəkmiş adam nəfəs alırsa və nəbzi vurursa, həkim gələnə kimi onu isti örtüklə örtmək lazımdır. Zərərçəkənin vəziyyətindən asılı almayaraq hər halda həkim çağrılmalıdır. Zərərçəkmiş adam özünü yaxşı hissetsə belə, onun hərəkət et-məsinə və ya bir iş görməsinə yol vermək olmaz, çünki onun halı pisləşə bilər.

Əgər adam nəfəs almırsa və nəbzi vurmursa, dərhal onun ağızından və ya bur-nundan 2-3 dəfə süni nəfəs verilməli və döş qəfəsini sıxıb buraxmaqla süni qan döv-ranı yaradılmalıdır.



Aparılan ilk yardım qaydası.
Süni nəfəs vermə “ağızdan-ağıza” və ya “ağızdan-buruna” hava üfləmə ilə edilir. Bu üsullarla süni nəfəs vermək üçün (gərginlik a) zərər çəkmiş şəxsi arxası üstə uza-daraq, yardım göstərən şəxs bir əlini zərərdəyənin boynualtına qoyur, o biri əli ilə isə başını arxa tərəfə çevirir. Beləliklə zərərdəyənin dil kötüyü nəfəs botusunun arxa hissəsindən ayrılır və nəfəs borusu yolları ilə hava keçməsinə şərait yaradılmış olur. Belə vəziyyətdə ağızı açılaraq, örtülməsi üçün ağzına qeyri metal material qpyulur. Bundan sonra ağızında olan köpüyü dəsmalla silməli, əgər ağızında qayma damaq varsa, onu çıxarmalı və süni nəfəs verməyə başlanmalıdır. Süni nəfəs vermək üçün süni nəfəs verən şəxs öz ağzını (tənzif və ya cib dəsmalla) zərərdəymiş adamın ağzına kip dayayaraq onun ağzına hava üfləyir. Bu zaman zərərdəymiş adamın bur-nunu sıxmaq lazımdır ki, ağıza verilən hava burnundan çıxmasın və hamısı ciyərləri-nə getsin. Əgər kömək göstərən şəxs zərərdəyənin ağzını tam örtə bilmirsə, o zaman onun burnundan havanı üfürməlidir. Bu zaman onun ağızı tutulmalıdır. Hava üfürən-dən sonra onun ağızı və burnu azad edilməlidir ki, oradan hava (karbon qazı) geri çı-xa bilsin. Bu cür üfləməni dəqiqədə 10-12 dəfə etmək lazımdır.

Əgər süni nəfəs vermə zamanı ürək massaj edilərsə, o zaman süni nəfəs verməni dayandırmaq lazımdır.

Süni qan dövranı yaratmaq üçün uzadılmış halda onun sinəsini açıb, bir əlinin ovuc hissəsini zərərdəyən adamın ürək tərəfindəki döş qəfəsinin aşağı hissəsinə qoyub, o biri əl ilə döş qəfəsini, onurğa tərəfə 3-5 sm sıxır və buraxır. Beləliklə ürək sıxılır və qan damarlara yeriyir. Bu cür sıxma dəqiqədə 50-60 dəfə təkrar olunur.

Zərərdəyənin bədənini kifayət qədər oksigenlə təmin etmək üçün süni nəfəs ver-məklə massaj etməni ardıcıl aparmaq lazımdır. Yorulmamaq üçün süni nəfəs verən ilə massaj edən öz yerini 5-10 dəqiqədən bir dəyişməlidir.

Süni nəfəs verən zaman zərərdəyənin sinəsi qalxıb-enir və ağzından çıxan hava-nın səsi eşidilir.

Əgər süni nəfəs vermə və ürəyin massajı düzgün aparılarsa, o zaman zərər dəy-miş adamda canlanmanınaşağıdakı əlamətləri aşakar olmağa başlayır:

a) boz torpaq rəngə çalangöyültül sifəti rəngini dəyişməyə və cəhrayı rəng alma-ğa başlayır;

b) müstəqil nəfəs alma hərəkətləri zahirə çıxır və görülən tədbirləri davam etdir-dikdə nəfəs alma qabiliyyəti artır;

v) göz bəbəkləri daralmağa başlayır. Aparılan ilk yardımın nə qədər faydalı ol-duğunu göz bəbəyinin daralma dərəcəsi ilə təyin etmək olar. Əgər göz bəbəyi daral-mağa başlasa, deməli beyni kifayət qədər oksigenlə qidalanır. Göz bəbəkləri geniş-lənməyə başlayırsa, bu onu göstərir ki, qan dövranı pisləşir və ona görədə keyfiyyəti-ni yaxşılaşdırmaq lazımdır.

Kömək göstərilən zaman zərərçəkən adamın uzanmış halda ayağını 0,5m yuxarı qaldırmaq məsləhət görülür, belə halda bədənin aşağı hissəsində damarlarda olan qa-nın ürəyə tərəf gəlməsinə şərait yaratmış olur.

Kömək o vaxta qədər aparılmalıdır ki, adam özü sərbəst nəfəs ala bilsin və ürəyi normal işləsin. Zərər dəymiş adam həkim məntəqəsinə aparmaq lazım gələrsə, o za-man ona yol boyu ilk yardım göstərilməlidir.

İlk yardımı o vaxt saxlamaq lazımdır ki, adamda bioloji ölüm əlamətləri aydın görülmüş olsun. Bu əlamətlər aşağıdakılardır:

1) bir saatdan çox süni nəfəs verəndən sonra özünün sərbəst nəfəsalma qabiliy-yəti bərpa olnmursa;

2) bir saatdan artıq canlanma tədbirlərinin görülməsinə baxmayaraq, göz bəbək-ləri həddindən çox genişlənmiş halda qalırsa.

Cərəyandan zərər çəkmiş adamı torpağa basdırmaq qadağandır. Ona görə ki, torpaq soyuq olduqdan onun bədəni soyuyur və döş qəfəsi torpaq tərəfindən sıxıldı-ğından nəfəs alması çətinləşir.
Yük avtomobillərində və traktor nəqliyyatlarında insan və heyvanların aparılmasında təhlükəsizlik texnikası.

İnsanların iş yerlərinə təhlükəsiz aparılması üçün təhlükəsizlik tələblərinə cavab verən və bu məqsəd üçün xüsusi hazırlanmış avtomobil nəqliyyatı ayrılmalıdır.

Avtomobil nəqliyyatının rəhbəri, maşını işə buraxdıqda yol vərəqində təhlükə-sizlik texnikası haqqında xüsusi qeydlər edilir.

İnsanların traktor nəqliyyatlarında aparılması qadağandır.

İnsanları avtomobilin yük yerində aparmaq üçün aşağıdakı tələblərə əməl edil-məlidir:

1. Sürücünün sürücülük peşəsi olmaqla, iş stajı 3 ildən az olmamalıdır.

Sürücü yola çıxmazdan qabaq, avtomobilə minmək, düşmək, oturmaq bə (yolda) hərəkət zamanı yolda davranmaq qaydaları haqqında adamlara qabaqcadan məlumat verməlidir.

2. Avtomobillərdə insanları aparmaq üçün avtomobilin yan tərəfi 15 sm yuxarı qaldırılmalıdır.

3. Quraşdırılacaq oturacaqların sayı avtomobilin yük götürməsindən asılı olaraq aşağıdakı normalarda olmalıdır:

Avtomobilin yük götürməsi 1,5 t olduqda oturacaqların sayı 9 nəfər;

1,5-2t olduqda- 16 nəfər; 2,5-3t olduqda 20 nəfər; 3,5-4,5 t olduqda 24 nə-fər; 5-7 t olduqda- 30 nəfər və 7t -dan yuxarı olduqda isə oturacaqların sayı 36 nəfərlik olmalıdır.

4. Kabinənin yan hissəsində həcmi 2ℓolan OУ-2 markalı od söndürən qoyulma-lıdır.

5. Yük avtomonilində insanları apardıqda sürəti 60 km/saat-dan artıq olmamalı-dır.

6. Sistematik olaraq insan aparan yük avtomobilin üstü çadırla örtməklə yanaşı içərisi işıqlandırılmışdır.

Aşağıdakılar qadağan edilir.

1. Özü yükünü boşaldan nəqliyyatlarda insanları aparmaq.

2. Kabinədə normadan artıq adam oturtmaq.

3. İnsanları maşının banında ayaq üstə aparmaq.



AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
İNFORMASİYA TEXNOLOGİYALARI, AQRAR MÜHƏNDİSLİK VƏ ENERGETİKA FAKÜLTƏSİ
HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ VƏ BƏDƏN TƏRBİYƏSİ
kafedrası

ƏMƏK MÜHAFİZƏSİ

MÖVZU 12: MAŞINLARIN TƏMİRİNDƏ VƏ TEXNİKİ XİDMƏT

İŞLƏRİNDƏ TƏHLÜKƏSİZLIK TƏDBİRLƏRİ

MÖVZUNUN PLANI
1. Çilingər- quraşdırma işlərində təhlükəsizlik tədbirləri.

2. Dəzgah işlərində təhlükəsizlik tədbirləri.

3. Dəmirçi işlərində təhlükəsizlik tədbirləri.

4. Qaynaq işlərində təhlükəsizlik tədbirləri.

5. Məhsul yığımında təhlükəsizlik tədbirləri.
Ə D Ə B İ Y Y A T

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı – 2002.

2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı “Hüquq ədəbiyyat” 2008.

3. İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və yçota alınması. “Bakı, hü-

quq ədəbiyyatı” 1998.

4. Həsənov B.A. Əmək mühafizəsi. Bakı, Maarif, 1986.

5. Tağızadə T.H. Meliorasiya t/tında əmək mühafizəsi. Bakı. “Maarif” 1990.

6. Əfəndiyev R.İ. Heyvandarlıqda təhlükəsizlik texnikası. Bakı. Azərnəşr 1987.

7. Канашев Ф.М и др. Охрана труда. М.; 1988.

8. Луковников А.В. Охрана труда. М.; «Колос»1989.

9. Денисенко Г.Ф. Охрана труда. М.; «Высшая школа» 1989.

10. Шурин Е.Т. Пожарная безопасности на животноводческих фермах. М.;

1984.
MAŞINLARIN TƏMİRİNDƏ VƏ TEXNİKİ XİDMƏT İŞLƏRİNDƏ

TƏHLÜKƏSİZLIK TƏDBİRLƏRİ

İstehsalat binalarına, iş yerlərinə və avadanlığa verilən tələblər
İş yeri elə təşkil edilməlidir ki, hər bir işçiyə minimum 4,5...5 m2 sərbəst sahə, 16...20 m3 həcm düşsün. İş yerlərindəki stellajlar ölçülərinə görə yığılacaq material-ların ölçülərinə uyğun gəlməli, üzərində maksimum buraxıla bilən yük aydın yazıl-malıdır. Zay hissələrin yığılması üçün ayrıca yer təşkil edilməli, yonqar və başqa tullantılar üçün yeşik qoyulmalıdır. Hər bir iş yerində işçi alətləri komplekti və nəza-rət-ölçmə cihazları olmalıdır. Soyuq və nəm döşəməli binalarda, habelə döşəməsinə metal qırıntıları tökülən iş yerləri taxta ayaqaltılarla təmin edilməlidir. İş yerinin avadanlığı iş ardıcıllığına uyğun yerləşdirilməlidir. İş yerlərinin təşkıli DÜİST 12.2.032-78-ın, habelə DÜİST 12.2.017-76-nın tələblərinə cavab verməlidir. Belə ki,

alətlər saz və itilənmiş olmalı, təyinatına görə işlədilməlıdır. Müəssisənin mühəndis-texnik işçiləri alət və quruluşların sazlığını yoxlamalı, nasaz alətlərin saxlanmasını və ya çıxdaş edilməsini təşkil etməlidirlər. Alətxanadan alınan alət və quruluşlar saz və komplektləşdirilmiş olmalıdır.

Şablonlar, ölçü alətləri elə olamaldır ki, ölçmə zamanı işçilərin əli pnevmatik çəkic və ya ştamplayıcı kimi avadanlıqların zərbə sahəsinə düşməsin. Dəmirçi kəlbə-tinləri və bu kimi termiki emal əməliyyatında işlədilən başqa kəlbətin və tutucuların dəstəkləri kifayət qədər uzun olmalıdır. Onların sıxıcı qıfıl hissəsi olmalıdır ki, hər hansı hissə tutularkən onu sıxıb saxlamağa əlavə qüvvə tələb edilməsin.
Çilingər-quraşdırma işlərində təhlükəsizlik tədbirləri
`Çilingərlərin iş yeri işə münüsib təşkil edilməlidir. Bu zaman çilingər stolla-rının yerləşdirilməsinə diqqət yetirilməlidir. Əgər stol bir neçə işçi üçün nəzərdə tutulursa, onda məngənələrin oxları arasında məsafə 1,25...1,8 m olmalıdır.

Stolun hündürlüyü elə olmalıdır ki, işçi məngənə qarşısında düz vəziyyətdə dayanıb əlini üzünə qoyduqda dirsəyi məngənənin dodaqlarına dəysin. Ümumiyyətlə, iş yerinin təşkili DÜİST 12.2.027-77-nin tələbini ödəməlidir. Belə ki, iş yeri təşkil olunarkən çilingər stolu üçün oturacaq və ya stolun hündürlüyü elə olmalıdır ki, işçi düz dayandıgı vəziyyətdə qolunu yanına salıb barmaqlarını yumduqda stolun üst sət-hinə toxunsun. Çilingər stolu divar boyunca, pəncərə qabağında və ya təbii işıq-lanması yaxşı olan münasib yerlərdə qoyulmalıdır. Əgər çilingər stolu işçi üzü başqa iş yerinə tərəf (işləyəcək vəziyyətdə) qoyulmalı olarsa, onda stolun qabaq və ya yan tərəflərində 0,6...0,8 m hündürlüyündə metal tordan (0,03 x 0,03 m) və ya taxtadan mühafizə çəpəri qoyulmalıdır ki, metal yonqarı, qəlpələr və ya əldən çıxan alət və s. başqa işçiləri zədələməsin. Əgər stol iki sıralı iş üçün (işçilərin qarşı-qarşıya işləməsi üçün) nəzərdə tutularsa, stolun ortasından yenə də 0,6...0,8 m hündürlüyündə metal tor və ya taxtadan mühafizə çəpəri qoyulmalıdır

Stol üçün yerli işıqlanma nəzərdə tutulmalı və işçilərin hərəkət zonası 0,05 ...0,05 m ölçülü taxta tirlərdən 0,03m ara məsafəsi olmaqla hazırlanmış ayaqaltı ilə əhatə edilməlidir ki, yonqar və ya metal qırıntıları işçinin ayağını zədələməsin.

Çilingərin iş yerində stoldan başqa, şkaf, köməkçi avadanlıqlar qoyulmalı və təhlükəsiz iş üsullarını göstərən plakatlar asılmalıdır. Çilingər çəkicinin zərbə sahə-ləri hamar və azacıq qabarıq formalı, dəstəkləri kifayət qədər sıx və kövrək olmayan ağac növlərindən (cavan palıd, çökə, fıstıq, ağcaqayın və s) hazırlanıb en kəsiyi oval formalı, uzunluğu isə (çəkicin ağırlıgından asılı olaraq) standart ölçülərdə hazırlan-malıdır. Rezin araqatı qoyulmaqla (bu səs rəqslərini və yerli titrəlişləri söndürmək üçündür) dəstəyin oxu çəkicin oxuna perpendikulyar vəziyyətdə möhkəm oturdul-malı və qabaq tərəfdən polad pazla möhkəmləndirilməlidir.

Metalkəsən və metal dişli çilingər qələmlərinin uzunluğu 0,15m, yastı hissəsi 0,06m olmalı və 65-750 bucaq altında itilənməlidir. Qələmlərin zərbə qəbul edən arxa hissəsi hamar və azacıq qabarıq olmalıdır. Arxa hissə əzilmiş və qəlpə qopacaq vəziyyət almış qələmlərdən istifadə olunması qadağandır.

Əyələr, şeberlər, metalkəsən mişarlar, vintaçanlar və s. alətlərin işlək olmayan dəstək hissəsinə bərk ağac növündən 0,14...0,16 m uzunluğunda fiqurlu dəstək, dəs-təyin qabaq hissəsinə isə sıxıcı metal halqa geydirilməlıdir.

Açarların ağızlarında əzilmə və genəlmə olmamalı, qayka və boltun ölçüsünə uyğun gəlməlıdir. Böyük ölçülü açarlarla kiçik öıçülü qayka və ya boltları açmaq

üçün açarla qayka arasında əlavə metal parçası qoymaq, habelə əlavə açarla , yaxud boru ilə açarın boyunu uzatmaq olmaz.

Çilingər-quraşdırma işlərində çalışan işçilər xüsusi geyim və fərdi mühafizə vasitələri (kombinzon, əlcək, sınmayan şüşəli eynək və s.) ilə təmin olunmalı və şəxsi gigiyena qaydalarını yerinə yetirmələri üçün şərait yaradılmalıdır.
Dəzgah işlərində təhlükəsizlık tədbirləri
Traktorların, avtomobillərin və başqa kənd təsərrüfatı maşınlarının təmirində və onlara texniki xidmət göstərilməsində tokar, burğu, itiləyici, cilalayıcı və s. kimi metal emalı dəzgahlarına böyük ehtiyac olur. Burada əmək şəraiti DÜİST 12.2.009-80-in tələbini ödəməlidir. Məsələn, ağır hissələr (10 kq-dan artıq) dəzgaha bağlanıb emal olunursa və ya dəzgahın üst hissələri sökülüb yığılarsa, qaldırma mexanizmlə-rindən və xüsusi asma tərtibatlarından istifadə edilməlıdir.

Dəzgah işə buraxılıb dayandırılarkən və ya yoxlama apararkən patronun əl ilə tormozlanması, habelə bəzi hissələrin çilingər əyələri vasitəsilə cilalanması, dəzgahda

fırlanan hissənin ölçülməsi qadağandır. Cilalanma üçün xüsusi qurululuşlardan istifa-də edilməlıdir. Dəzgahda uzun metallar emal edilirsə, mütləq arxa dayaqdan istifadə olunmalıdır.

Burğu dəzgahında işləyərkən metal mütləq dəzgahın məngənəsinə bağlanmalı, burğu düzgün mərkəzləşdirilməlidir. Dəzgah iş sahəsini aydın görməyə imkan verən və şpindel ilə bloklanmış qoruyucu çəpərlə təchiz edilməlıdir. Burğu saxlayan başlıq

şpindeldə möhkəm oturmaqla, burğunu möhkəm saxlamalı və düzgün mərkəzləşdir-məyə imkan verilməlıdir.

İstər tokar və istərsə də burğu dəzgahlarda yonqar əl ilə deyil, metal şotka,qar-maq və s. tərtibatlarla təmizlənməlıdir. İtiləyici dəzgahlarda işçi orqan əsasən sürətlə fırlanan dairə formalı daşdan ibarətdir. Süni daşlarda çevrə sürəti 35 m/san, təbii daş-larda isə 12m/san-dən artıq olmamalıdır. İtiləyici daşların saxlanmasına və yoxlanıb saz halda işlədilməsinə xüsusi fikir verilməlıdir. Belə ki, itiləyici daşlar azı 30 tem-peratur və 65% nəmlik şəraitində saxlanmalıdır. İstifadə edilərkən qablaşdırma materiallarından təmizlənib hər hansı metal çubuğa keçirilərkən taxta çəkıclə yüngül zərbə ilə vurulmalıdır. Bu zaman cingiltili səs alınarsa, bu daşdan istifadə etmək olmaz.

Daşlar dəzgaha bağlanarkən ciddi mərkəzləşdirilməli və möhkəm bağlan-malıdır. Daşlar elə seçilməlidir ki, daş və mühafizə örtüyünün diametrləri fərqi (ara məsafəsi) 0,02...0,03 m, yan səthlər arasındakı məsafə isə 0,1...0,015 m olsun. Əgər diametrlər fərqi 0,1 m-dən çox olarsa (istər işlənib yeyildikdən sonra və istərsə də yeni qoyularkən) , onda ya daş, ya da örtük dəyişdirilməlidir.

Dəzgahlarda hərəkətli və elektriki bloklama mühafizə ekranı ( ekranın baxış sa-həsi sınmayan üzvi şüşə olmalı) olmalıdır ki, işçinin gözləri və sifəti isti metal ovun-tusundan mühafizə olunsun. Ekran elə bloklanmalıdır ki, yalnız işçi vəziyyətdə ol-duqda dəzgah işə düşsün. Dəzgahların, habelə dəzgah üzərində quraşdırılıb dəzgah-dan izolaə edilmiş elektrik avadanlıqlarının gövdələri ümumi mühafizə yerləbirləşdir-mə sisteminə birləşdirilməlidir.

Bundan başqa, dəzgahda qoyulan saxlayıcı dayaq nizamlanan olmalı və bunun qabaq tərəfi ilə daş arasındakı məsafə 0,003m -dən artəq olmamalıdır. Saxlayıcı da-yağın səviyyəsi elə olmalıdır ki, itilənəcək alət daşın mərkəzindən üfüqi müstəvi sə-viyyəsində və ya ondan 0,01 ...0,015m yuxarıda daşa toxunsun. İtiləyici dəzgahlarda yerli sorma sistemi və ya toz yonqartutan quruluş qoyulmalıdır.

Əgər dəzgahda mühafizə örtüyü yoxdursa, onda işçiyə mütləq mühafizə eynəyi verilməlidir. Dəzgahlarda işləmək üçün yalnız xüsusi kurs keçib texniki bilikdən və təhlükəsizlık texnikasından imtahan verərək müstəqil işləməyə vəsiqə almış şəxslərə icazə verilməli və bunlar ildə 1 dəfədən gec olmayaraq yoxlamadan keçirilməlidir. Hər bir dəzgahın yanında təhlükəsizlık iş üsullarını göstərən plakatlar vurulmalı və iş yerində təlimat (ya divara vurulmalı və ya işçiyə verilməlidir) olmalıdır. İşçilər qıp-çaq iş paltarı (kombinezon) geyinməli, paltarların qollarının ağzı və kəməri bağlanma-lıdır. Qadınlar isə saçlarını yıgaraq ləçəklə bağlamalı və ləçəyin arxa hissəsi qatlan-malıdır.



Dəmirçi işlərində təhlükəsizlik tədbirləri
Avtomobillərin, traktorların və başqa kənd təsərrüfatı maşınlarıın təmirində,

onlara texniki xidmət göstərilməsində metalların isti emalı başqa təmir müəssisələ-rində, dəmirçi-presləmə sexlərində aparılmışdır.



D ə m i r ç i- p r e s l ə m ə s e x l ə r i n d ə metal bərk, maye və qaz yanacaqla açıq kürələrdə və ya peçlərdə qızdırılaraq emal olunur. Onda bir tərəfdən kürələrdən yanma məhsullarının (karbon-iki oksid, kükürd qazı, tüstü və s.) və tab-landırma vannalarından ayrılan qazların sexə yayılıb havanı çirkləndirməsi, digər tə-rəfdən kürə və peçlərdən istilik şüalanması nəticəsində temperatur 800- 10000C–yə çatır. Bütün bunlar isə qeyri-normal iş şəraiti yaradır.

Dəmirçi-presləmə sexləri isti və səs-küylü olduğundan planlaşdırma zamanı ya ayrıca birmərtəbəli binada, ya da ümumi emalatxananın bir kənarında nəzərdə tutul-malıdır. Sexin emalatxanaya açılan qapısının qabağında artırması olmalıdır ki, xarici soyuq hava sexə birbaşa daxil ola bilməsin.

Sexin əsas avadanlıqları elə yerləşdırılməlidir ki, texnoloji əməliyyat ardıcıllı-ğına əməl olunsun və avadanlığa xidmət etmək üçün kifayət qədər açıq sahə qalsın.

Kürə xarici divar yanında yerləşdirulib, üst tərəfdən zontla təmin edilməlidir ki, yan-ma məhsulları sexə yayılmasın.

Zindan kürədən 1,5m aralı yerləşdirilməlıdir ki, kürənin istilik şüalanması işçi-ni birbaşa tutmasın. Zindanın altlığı ağacdan hazırlanıb 0,4...0,5 m dərinlikdə yerə basdırılmalı, yerüstü hissəsi 0,7...0,8m olmalı və altlığa möhkəm bərkidilməlidir. Əgər bir neçə zindan olarsa, aralarındakı məsafə 3.5... 4 m-dən az, keçidlə zindan arasındakı məsafə isə 2 m-dən az olmamalıdır. Dəmirçininin iş yerində stellaj hazır-lanmalı və alətlər səlıqə ilə yıgılmalıdır. Alətlər saz olmalı və texniki şərtləri ödəmə-lidir.

Dəmirçi çəkicinin dəstəyi 0,35...0,4 m uzunluğunda bərk və elastik ağac cinslərindən hazırlanmalı (ağac quru və nəmliyi ən çoxu 12% olmalıdır), en kəsiyi oval formalı olub, çəkicə möhkəm oturdulmalı və yumşaq polad pazla möhkəm-ləndirməlidir. Çəkiclə dəstək arasında rezin araqatı qoyulması yerli titrəyişlərin sön-dürülməsinə kömək edir. Kürzlərin dəstəyi isə 0,6...0,8 m uzunluqda olmalı, çəkic-lərin dəstəkləri kimi hazırlanmalıdır. Kəlbətinlər uzun dəstəkli, yumşaq poladdan hazırlanmalı və dəstək hissələrində çıxıntısı olmalıdır ki, bir-birinə çataraq əli zədə-lənməsin, kəlbətinlə metalı zindan üzərində saxladıqda elə dayanmaq lazımdır ki, metal sıçradıqda və ya isti qəlpə qopduqda bədəni zədələyə bilməsin. Dəmirçi qələmi də, çəkiclərdə olduğu kimi, ağac dəstəkli olmalıdır. Çəkiclərin, kürzlərin, habelə qələmlər və s. isti şəraitdə işlədildiyindən qızaraq sərtliyini itirir və ya əzilir. Dəımir-çi bu alətləri arabir tablamalı və həmişə saz vəziyyətdə saxlamalıdır.

Emal edilən materialların yağda və ya suda tablandırılması üçün sexdəki van-naların örtüyü olmalı, imkan daxilində yerli sorma sistemləri ilə təchiz edilməlidir.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə