Azərbaycan döVLƏt aqrar universiteti müHƏNDİSLİk fakultəSİ KƏnd təSƏRRÜfati texnikasi kafedrası


AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI



Yüklə 0,73 Mb.
səhifə6/8
tarix22.05.2018
ölçüsü0,73 Mb.
#45391
növüMühazirə
1   2   3   4   5   6   7   8

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

MÜHƏNDİSLİK FAKULTƏSİ
KƏND TƏSƏRRÜFATI TEXNİKASI
kаfedrası


MÜHAZİRƏCİ: İSAYEV AYDIN YUNİS OĞLU

Fənn: Traktor və avtomobillər (mod-2)

Mühazirə 10

MÖVZU:

MÜHƏRRİKİN ƏSAS ÖLÇÜLƏRİNİN TƏYİNİ.

Mühazirənin planı:
1. Mühərrikin tipinin seçilməsi.

2. TaktlarIn sayinin seçilməsi.

3. Silindirlərin sayinin seçilməsi.

4. FIrlanma tezliyinin seçilməsi.



ƏDƏBIYYAT SIYAHISI

1. Болтинскй В.Н. Теория, конструкция и расчет тракторных и автомобильных дивигаталей. Изд.


2. F.Ə.NAMAZOV. TRAKTOR VƏ AVTOMOBİL MÜHƏRRİKLƏRİNİN NƏZƏRİYYƏSİ
GƏNCƏ -2017
Mühərrikin əsas ölçülərinin təyini.
Mühərrikin silindrləri daxilində gedən prosesləri xarakterizə edən parametrləri, indikator və effektiv göstəriciləri istilik hesabatı metodu ilə təyin etdikdən sonra güc formulasından istifadə edərək, mühərrikin əsas ölçülərini – silindrin diametri D və porşenin yolunu S təyin edə bilərik. D və S konstruktiv parametrlər olmaqla, ona görə mühərrikin əsas ölçüləri adlanır ki, əvvəla, bu ölçülər mühərrikin güc və qənaətcillik göstəricilərini səciyyələndirən amillərin əsasıdır, digər tərəfdən isə mühərriki təşkil edən bütün hissələrin ölçüləri D və S –dən asılı olaraq təqribi hesabat yolu ilə təyin edilir.

Əgər mühərrikin effektiv gücü verilərsə və ya çəkicilik hesabatı üsulu ilə təyin edilmiş olarsa, orta effektiv təzyiqin Pe məlum qiymətinə görə mühərrikin litrajı Vl litrlə aşağıdakı kimi təyin edilə bilər:



(1)

Bir silindrin işçi həcmi isə



olduğunu nəzərə alsaq, işarə etsək, silindrin diametri üçün aşağıdakı ifadəni yaza bilərik:

(2)

Bu düsturda Vh -litrlə, D isə dm-lə ifadə edilmişdir. Bir qayda olaraq texniki xarakteristikalarda DS mm-lə ifadə edilir:



(3)

Porşenin yolu isə diametrə görə təyin edilir:



(4)

D S hesabat yolu ilə təyin edildikdən sonra, onların qiyməti DÜİST-ə uy-ğun olaraq seçilməlidir, əgər müvafiq DÜİST-lər yoxdursa, onda tam ədədə qədər yuvarlaqlaşdırılaraq, mühərriki xarakterizə edən parametrlər yenidən hesablanma-lıdır.

Mühərrikin litrajı:



(5)

Effektiv güc:



(6)

Effektiv burucu moment:



(7)

Saatlıq yanacaq sərfi:



(8)

Porşenin orta sürəti:



(9)

Mühərrikin əsas ölçüləri təyin edilərkən traktor və avtomobil quruculuğunda dünya təcrübəsinə istinad edilərək bir sıra mülahizələr rəhbər götürülməlidir.



Mühərrikin tipinin seçilməsi. Hal –hazırda dünya təcrübəsində müxtəlif növ mühərriklər üzərində tədqiqat işləri aparılsa da müasir traktor və avtomobillərdə əsasən enerji mənbəyi kimi dizel və karbüratorlu mühərriklərdən istifadə edilir.

Karbüratorlu mühərriklərin hissələri sayının dizellərindəkindən 2...3 dəfə az, istehsal və təmir xərclərinin 20...25%, kütləsinin 25...30% aşağı olduğunu nəzərə alaraq, bir qayda olaraq minik avtomobilləri, az və orta yerli avtobuslar və yükgö-türmə qabiliyyəti 2 tona qədər olan yük avtomobilləri üçün karbüratorlu mühərrik-lər münasib sayılır. Yükgötürmə qabiliyyəti 2 tondan artıq olan yük avtomobilləri və çoxyerli avtobuslar üçün isə dizellərdən istifadə edilməsi tövsiyə edilir.

Dizellərin nisbətən ağır olması, çətin işə salınması, sərt işləməsi və s. nöqsan-larına baxmayaraq, onların yüksək yanacaq qənaətciliyinə malik olması traktorlar-da dizellərdən istifadə edilməsini zəruri hesab edir. Lakin fermer-kəndli təsərrüfat-ları üçün kiçik mexanikləşdirmə vasitələrinin (KMV) yaradılması təcrübəsi götərir ki, motoblokların, kiçik ölçülü traktorların yaradılmasında kütlə məsələsi böyük rol oynayır və buna görə də KMV-də karbüratorlu və elektrik mühərriklərindən də isti-fadə edilə bilər.

Yanacaq püskürmə və məşəllə alışdırma mühərikləri yanacaq sərfinə görə di-zellərə, başqa xassələrinə görə isə karbüratorlu mühərriklərə yaxındır. Belə mühər-riklər iş şəraiti və yüklənmə dərəcəsi nəzərə alınmaqla, həm də dizel mühərriklərini əvəz edə bilərlər.

Qaz mühərriki, xüsusilə mayeləşmiş qazla işləyən mühərriklər avtomobillərdə geniş istifadə edilə bilər. Lakin qaz yanacağı çatışmadığından və onların istismarı zamanı bir sıra nöqsanların ortaya çıxması qazla işləyən mühərriklərin geniş yayıl-masına imkan vermir.

Taktların sayının seçilməsi. Mühərrikin effektiv güc düsturundan göründüyü kimi ikitaktlı mühərriklərdə () dördtaktlı mühərriklərə nəzərən () iki dəfə artıq güc alınmalıdır. Lakin faktiki olaraq bütün başqa şərtlər eyni olduqda ikitaktlı mühərriklərdən 1,5...1,8 dəfə artıq güc almaq olur. Çünki bu mühərriklərdə işçi həcmindən Vhhb qədər tam istifadə olunmur.

Eyni gücə malik ikitaktlı mühərrik dördtaktlı mühərriklərə nəzərən yığcam və yüngül olmalıdır. Bu cəhət avtomobillər üçün çox əhəmiyyətlidir. Lakin ikitaktlı karbüratorlu mühərriklərdə üfləmə yanıcı qatışıqla aparıldığından avtomobillərdə istifadə olunmur. İkitaktlı karbüratorlu mühərriklərdən traktorlarda çox az müddət üçün (maksimum 15 dəq) işləməsi nəzərdə tutulan işə salıcı mühərrik kimi və bəzi motosiklet, moped və s. yüngül minik vasitələrində istifadə olunur.

İkitaktlı birbaşa üfləməli dizellər qabarit ölçülərinə və kütləsinə görə dördtaktlı dizellərdən üstündür. Lakin bu dizellərdə üfləmə mexaniki nasosla ol-duqda xüsusi yanacaq sərfi yüksək olur. Üfləmə qazoturbinlə (turbobasqılı) ol-duqda xüsusi yanacaq sərfi həddindən artıq çox olmasa da hər iki halda mühərrik hissələrinin istilik gərginliyi yüksək olur, etibarlılığı və uzunömürlülüyü isə aşağı olur.

Bütün yuxarıda qeyd edilənləri əsas götürərək traktor və avtomobillərdə əsa-sən dördtaktlı mühərriklərdən istifadə edilməsi tövsiyə edilir.



Silindrlərin sayının seçilməsi. Mühərrikin gücünü saxlamaqla silindrlərin sayı artırıldıqda onların diametrlərini kiçiltmək mümkün olur ki, nəticədə mühərrik qı-ğılcımla alışdırmalı olduqda onun sıxma dərəcəsini və deməli yanacaq qə-naətcilliyini xeyli artırmaq üçün şərait yaranır. Bu zaman həmçinin mühərrikin mü-vazinətliyi və dirsəkli valın müntəzəm fırlanması yaxşılaşır ki, bu da sürəti və de-məli mühərrikin kütləsini artırmadan onun gücünü artırmağa imkan verir. Lakin eyni zamanda silindrlərin sayının artırılması mühərrikin uzunluğunu, istehsal və tə-mir xərclərini də artırır.

Silindrlərin sayını seçərkən eyni tip, lakin müxtəlif gücə malik mühərriklərdə hissələrin unifikasiya olunmasına da fikir vermək lazımdır. Unifikasiya –müxtəlif mühərriklərdə eyni hissələrdən istifadə olunması istehsal, təmir, istismar, təchizat və s. xərclərin azaldılması üçün şərait yaradır.

Bütün yuxarıda qeyd edilənləri əsas götürərək əksər traktor mühərrikləri dörd-silindrli hazırlanır. Lakin bir, iki, altı, səkkiz və oniki silindrli traktor mühərrikləri də vardır.

Müasir avtomobil mühərrikləri əsasən dörd, altı və səkkiz silindrli hazırlanır.



Fırlanma tezliyinin seçilməsi. Dirsəkli valın fırlanma tezliyinin artırılması bir tərəfdən mühərrikin ölçülərini dəyişmədən onun gücünü artırmağa imkan verir (3.46) və ya eyni güclü daha yığcam və yüngül mühərrik hazırlanması üçün şərait yaradır. Digər tərəfdən isə fırlanma tezliyinin artırılması ətalət və sürtünmə qüv-vələrinin artmasına səbəb olmaqla, mühərrikin uzunömürlülüyünü azaldır. Buna görə də fırlanma tezliyini artırarkən hissələrin kütləsinin (ətalət qüvvəsinin) azal-dılması və yeyilməyə qarşı davamlılığın artırılması üçün lazımi tədbirlər görülmə-lidir. Müasir traktor dizellərində fırlanma tezliyi 1000...3000, avtomobil dizellərin-də 2000...4000, karbüratorlu yük və minik avtomobillərində müvafiq surətdə 3000...4000 və 4000...6000, idman –yürüş avtomobillərində isə 5000...11000 dəq-1 hüdudunda seçilə bilər.

S/D nisbətinin seçilməsi. Mühərrikin əsas ölçülərini təyin edərkən S/D=c nis-bətini qabaqcadan seçmək lazım gəlir. Bu məqsədlə dünya təcrübəsinə istinad edə-rək S/D nisbətinin statistiki qiymətlərinə əsaslanmaq lazımdır.

Mühərrikin fırlanma tezliyinin n sabit qiymətində S/D nisbətinin artırılması porşenin orta sürətinin Cn nisbətən yüksəlməsinə və deməli sürtünmə işinin və əta-lət qüvvələrinin də artmasına səbəb olacaqdır.

Porşenin orta sürəti aşağıdakı ifadədən təyin edilə bilər:

burada lə, dəq-1 ifadə edildikdə ilə təyin edilir.

Müasir traktor və avtomobil mühərriklərində porşenin orta sürəti aşağıdakı hüdudda dəyişir:

traktorlarda 5...9m/san,

yük avtomobillərində 7...10m/san,

minik avtomobillərində 8...16m/san,

idman-yürüş avtomobillərində 18...20m/san.

Porşenin orta sürətinin həddindən artıq yüksəldilməsi mühərrik hissələrinin, xüsusilə isə porşen –silindr qrupu elementlərinin iş gərginliyinin artmasına və uzunömürlülüyünün azalmasına səbəb olur. Buna görə də yuxarıdakı hüdud qiy-mətlərində də göründüyü kimi mühərrikin iş şəraiti ağır olduqca porşenin orta sü-rəti azaldılır.

S/D nisbəti artdıqca dirsəkli valda burucu rəqslərin intensivləşməsi üçün yara-nır və həm də mühərrikin hündürlüyü artır.

Silindrin işçi həmçini dəyişmədən S/D nisbətinin artırılması diametri azal-masına, yanma kamerasının yığcam alınmasına və mühərrikin detonasiyaya qarşı davamlılığının yüksəlməsinə imkan verir. Bu nisbətin kiçildilməsi isə silindrin dia-metrinin, irəli-geri hərəkət edən hissələri kütlələrinin və deməli, porşenə təsir edən qüvvələrin artmasına səbəb olur. Bu da mühərrik hissələrinin böyüməsinə və mü-hərrikin uzunluğunun artmasına gətirib çıxarır.

Bütün yuxarıda qeyd edilən mülahizələri əsas götürərək müasir traktor və av-tomobil mühərrikləri üçün S/D nisbəti 0,65...1,35 arasında qəbul edilə bilər. Bu nisbət qəbul edildikdən sonra (3.49...3.51) ifadələrindən istifadə edərək mühərrikin əsas ölçüləri D və S təyin edilir.

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

MÜHƏNDİSLİK FAKULTƏSİ

KƏND TƏSƏRRÜFATI TEXNİKASI
kаfedrası


MÜHAZİRƏCİ: DOSENT ISAYEV AYDIN YUNİS OĞLU

Fənn: Traktor və avtomobillər (mod-2)

Mühazirə 11

MÖVZU:

MÜHƏRRİKİN İSTİLİK BALANSI VƏ MÜQAYİSƏ GÖSTƏRİCİLƏRİ.

Mühazirənin planı:
1.Mühərrikin müqayisə göstəriciləri.

2.Mühərrikin istilik balansı..




ƏDƏBIYYAT SIYAHISI

1. Болтинскй В.Н. Теория, конструкция и расчет тракторных и автомобильных дивигаталей. Изд.


2.F.Ə.NAMAZOV. TRAKTOR VƏ AVTOMOBİL MÜHƏRRİKLƏRİNİN NƏZƏRİYYƏSİ
GƏNCƏ 2017

Mühərriklərin müqayisə göstəriciləri
Müxtəlif mühərrikləri iş gərginliyinə, kostruksiyasının təkmilliyinə və lazımi etibarlığını saxlamaqla gücləndirilmə (forsirovka) dərəcəsinə görə qiymətləndirmək üçün müqayisə göstəricilərindən istifadə edilir.

Xüsusi porşen gücü Nn -nominal gücün bütün porşenlərin en kəsik sahəsinə olan nisbətinə deyilir:



(1)

Xüsusi porşen gücü karbüratorlu avtomobil mühərrikləri üçün 15...35, avtot-raktor dizelləri üçün isə 15...25 kVt/dm2 hüdudunda dəyişir.

Göründüyü kimi xüsusi porşen gücü mühərrikin istilik və dinamik iş gər-ginliyini xarakterizə edən orta effektiv təzyiqdən Pe, fırlanma tezliyindən n (por-şenin orta sürətindən Cn), porşenin yolundan S və taktlıq əmsalından asılıdır.

Litraj gücü Nl -mühərrikin effektiv gücünün onun litrajına olan nisbətinə deyilir. Bu göstərici mühərrikin konstruksiyasının təkmilliyini (yığcamlığını və yün-güllüyünü) və istifadə edilən materialların keyfiyyətini xarakterizə edir.



(2)

Litraj gücü yüksək olan mühərriklər kiçik qabarit ölçüyə və kütləyə malik olurlar. Litraj gücünün artırılması orta effektiv təzyiqin və fırlanma tezliyinin ar-tırılması hesabına, yaxud dördtaktlı tsikldən ikitaktlı tsiklə keçməklə mümkündür. Deməli, litraj gücü yüksək olan mühərriklər daha gərgin iş şəraitinə malikdirlər. Bu da onların etibarlılığına və uzunömürlülüyünə təsir göstərməyə bilməz.

Litraj gücü karbüratorlu mühərriklər üçün 20...45, dizellər üçün isə 10...20 kVt/l hüdudunda dəyişə bilir.

Litraj kütləsi gl -mühərrikin quru kütləsinin GQ (soyuducu mayesiz, yanacaqsız, yağsız) onun litrajına olan nisbətinə deyilir:



(4)

Litraj kütləsi mühərrikin konstruksiyasının və hazırlanma texnologiyasının təkmillik dərəcəsini və bu zaman istifadə edilən materialların küyfiyyətini xarak-terizə edir. Mühərrikin etibarlılıq və uzunömürlülük keyfiyyətlərinə xələl gətir-mədən onun litraj kütləsinin azaldılması böyük iqtisadi səmərə verə bilər. Bu məq-sədlə mühərrikin nisbətən ağır hissələrinin kütləsi azaldılmalıdır. Müasir karbü-ratorlu mühərriklərdə quru kütlənin 50...70, dizellərdə isə 50...80 faizi silindrlər bloku və başlığı, dirsəkli val və nazim çarx, porşen – sürgüqolu qrupu hissələrinin payına düşür. Bunun da karbüratorlu mühərriklərdə 20...30, dizellərdə isə 30...35 faizini ancaq silindrlər blokunun kütləsi təşkil edir. Deməli, lotraj kütləsinin azal-masına ilk növbədə adları çəkilən hissəlırin hesabına əldə edilə bilər. Bir cərgədə yerləşdirilmiş silindrlərdən “V” şəkilli konstruksiyalı mühərriklərə keçilməsi silin-drlər bloku və başlığının kütləsini 20...30%, həmin hissələrin alüminium ərintisin-dən tökülməsi isə əlavə olaraq 10...15% azaldılmasına imkan verir.

Litraj kütləsi karbüratorlu avtomobil mühərrikləri üçün 75...150, avtotraktor dizelləri üçün isə 100...200 kq/l hüdudunda dəyişə bilir.

Xüsusi kütlə gN -mühərrikin quru kütləsinin onun nominal gücünə olan nis-bətinə deyilir:



(5)

burada olduğunu nəzərə alsaq,



(6)

İfadədən göründüyü kimi xüsusi kütlə mühərrikin litraj kütləsindən və güc-ləndirilmə dərəcəsindən asılıdır. Litraj gücünün nisbi artımı mühərrikin güc-ləndirilmə dərəcəsi adlanır. Mühərrikin gücləndirilməsi mexaniki və istilik gərgin-liyinin artmasına səbəb olur. Buna görə də mühərrikin etibarlılıq və uzunömürlülük keyfiyyətlərini saxlamaq məqsədilə gücləndirilmə ilə əlaqədar olaraq əlavə konst-ruktiv və texnoloji tədbirlərin görülməsi tələb olunur.

Müasir karbüratorlu avtotraktor mühərrikləri üçün xüsusi kütlə 1,5...6,0, dizel-lər üçün 4...10 kq/kVt hüdudunda dəyişir.

Qabarit gücü mühərrikin nominal gücünün onun həcminə olan nisbətinə deyilir və konstruktiv cəhətdən mühərrikin yığcamlılığını (kompaktlığını) xarakte-rizə edir.



(7)

burada mühərrikin qabarit həcmini göstərir, m3 – la.

Mühərrikin litrajının onun qabarit həcminə olan nisbətinə yığcamlılıq əmsalı deyilir:

; (8)

(3.62) ifadəsinin sağ tərəfini ə vurub-bölsək, yaza bilərik:



(9)

“V” şəkilli dizel tipli mühərrikli yük avtomobillərində yığcamlıq əmsalı hava təmizləyicisiz, maye ilə soyudulduqda 13...15, hava ilə soyudulduqda 12...14 ara-sında dəyişir, həmin dizellərin qabarit gücü isə müvafiq surətdə 270...325 və 155...185 kVt/m3 ola bilir.

Silindrlərin sayı, yerləşmə vəziyyəti, S/D nisbəti və s. dəyişdikdə qabarit gü-cün qiyməti də dəyişir.

Müqayisə göstəricilərinin təhlili göstərir ki, ən yüksək göstəricilər idman-yü-rüş avtomobili mühərriklərinə məxsusdur. Bu mühərriklər əsasən yüksək sürət üçün layihələndirilir və uzunömürlülük onlar üçün ikinci dərəcəli hesab edilir. Bu-na görə də bu mühərriklərdə bir qayda olaraq üstəlik doldurma və yüksək sıxma dərəcəsi tətbiq edilir.

İdman –yürüş avtomobillərindən sonra minik avtomobili mühərrikləri nisbə-tən yüksək müqayisə göstəricilərinə görə seçilir. Minik avtomobili mühərriklərinin orta istismar yükünün aşağı (30...40%) olması və yüksək oktanlı yanacağın tətbiq edilməsi, bu mühərriklərdə etibarlılıq və uzunömürlülüyü lazımi səviyyədə sax-lamaqla, fırlanma tezliyini və sıxma dərəcəsini nisbətən yüksək götürməyə imkan verir.

Yük avtomobili mühərriklərnin orta istismar yükü (60...80%) minik avtomo-billərinkindən nisbətən yüksəkdir, həm də onların əsas iş rejimləri detonasiya təh-lükəsi yaranması ilə əlaqədardır. Ona görə də uzunömürlülük və detonasiya nöq-teyi nəzərindən bu mühərriklərdə fırlanma tezliyi və sıxma dərəcəsi nisbətən aşağı götürülür.

Avtomobil dizellərinin orta istismar yükü (70...90%) traktor dizellərinkinə (90...98%) nisbətən aşağı olduğu üçün onlarda gücləndirmə imkanı nisbətən çox-dur və buna görə də avtomobil dizellərinin müqayisə göstəriciləri də müəyyən qə-dər yüksəkdir.

Üstəlik doldurulan avtotraktor dizellərinin müqayisə göstəriciləri yük avtomo-billərinin karbüratorlu mühərriklərininki səviyyəsindədir. Lakin bu dizellərdə tsik-lin maksimal təzyiqi yüksək olduğundan onlarda uzunömürlülük bir qədər azalır.


Mühərriklərin istilik balansı.
Mühərrikdə yandırılan yanacağın istiliyinin faydalı işə və ayrı-ayrı itkilərə hansı nisbətdə paylanmasını araşdırmaq məqsədilə istilik balansından istifadə olu-nur. İstilik balansı həmçinin mühərrik hissələrinin qızma dərəcəsini müəyyənləş-dirməyə, soyutma sisteminin layihələndirilməsinə, işlənmiş qazların istiliyini müəyyənləşdirməyə və ondan istifadə etməyə, mühərrikin yanacaq qənaətcilliyini yaxşılaşdırmaq imkanlarını təhlil etməyə də imkan verir.

İstilik balansı ümumi şəkildə aşağıdakı tənliklə ifadə olunur:



(10)

burada yanacaq vasitəsilə mühərrikə verilən ümumi istiliyin miqdarı olub, aşağıdakı kimi təyin edilir:



(11)

saatlıq yanacaq sərfi olub, ya mühərrikin xarakteristikasından götürülür, ya da hesablana bilər.

Mühərrikin effektiv işinə sərf olunan istiliyin miqdarı:



(12)

burada effektiv f.i.ə. olub, əkstip mühərrikdən qəbul edilir, ya da istilik hesabatının nəticəsində müəyyənləşdirilir.

Soyutma sistemi ilə itən istiliyin miqdarı:

(13)

burada c - mütənasiblik əmsalı olub, c = 0,45...53 qəbul edilə bilər.

Bu ifadədə D silindrin diametri sm-lə yerinə yazılmalıdır.

m -qüvvət göstəricisi olub, m = 0,6...0,7 qəbul edilir.

İxrac qazları ilə itən istiliyin miqdarı:



(14)

Yanacağın kimyəvi cəhətdən tam yanmaması nəticəsində itən istilik:



(15)

Digər nəzərə alınması mümkün olmayan istilik itkiləri:



(16)

Bu ifadədə mexniki işə istilik itkiləri də digər (qalan) itkilərin tərkibinə daxil edilmişdir.

Hesabatın düzgünlüyü istiliyin paylanmasının faiz bölgüsü ilə təyin edilə bilər. Bu məqsədlə qəbul edilir və hədlərinin ümumi istiliyə nisbətən faiz bölgüsü təyin edilir:

; ; ;

;

Hesabat düzgün aparılmışdırsa,



təşkil etməlidir.

Mühərrikləri müqayisə etdikdə və ya istilik itkilərini daha əyani qiymət-ləndirmək lazım olduqda, istilik balansının aşağıdakı hüdud qiymətlərindən istifa-də edilə bilər (cədvəl 1)



Traktor və avtomobil mühərriklərində istiliyin

paylanması, faizlə

Cədvəl 1.



Sərf olunan istiliyin adı

Karbüratorlu

Dizel

Effektiv işə

20...32

30...40

Soyutma sistemində

20...30

15...25

Yanmış qazlara

30...55

25...45

Natamam yanmaya

0...20

0

Digər (qalan) itkilərə

8...16

9...22

İstilik balansı mühərrikin yük və sürət rejimindən asılı olaraq dəyişə bilər. Sü-rət artdıqca soyutma sisteminə verilən istilik azalır, işlənmiş qazlarla itən istilik isə artır.

Dizel mühərriklərində yük artdıqca istilik balansı yaxşılaşır, belə ki, effektiv işə ayrılan istilik artır, çünki soyutma sisteminə verilən və ixrac qazları ilə itən isti-liyin miqdarı azalır.

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNIVERSITETI

MÜHƏNDİSLİK FAKULTƏSİ

KƏND TƏSƏRRÜFATI TEXNİKASI
kаfedrası


MÜHAZİRƏCİ: dosent İSAYEV AYDIN YUNUS OĞLU

Fənn: Traktor və avtomobillər (mod-2)

Mühazirə 12

MÖVZU:

MÜHƏRRİKİN XARAKTERİSTİKALARI (NİZAMLAMA).

Mühazirənin planı:
1.Mühərrikin xarakteristikalari.

2.Mühərrikin nizamlama xarakteristikalari.




ƏDƏBIYYAT SIYAHISI

1. Болтинскй В.Н. Теория, конструкция и расчет тракторных и автомобильных дивигаталей. Изд.


2.F.Ə.NAMAZOV. TRAKTOR VƏ AVTOMOBİL MÜHƏRRİKLƏRİNİN NƏZƏRİYYƏSİ
GƏNCƏ 2017
Mühərrikin xarakteristikaları
Mühərrikin xarakteristikalarının çıxarılmasında əsas məqsəd mühərrikin dina-miki və iqtisadi keyfiyyətlərini öyrənməkdən ibarətdir.

Mühərrikin dinamiki keyfiyyətini müəyyənləşdirən aşağıdakı parametrlərdir.

1. Mühərrikin maksimal effektiv gücü.

2. Mühərrikin dirsəkli valının maksimum burucu momenti.

3. Maksimal gücdə mühərrikin dirsəkli valının burucu momenti.

4. Mühərrikin maksimum gücündə dirsəkli valın bir dəqiqədə fırlanma tezliyi.

5. Mühərrikin requlyatorunun qeyri-müntəzəmlik dərəcəsi.

6. Mühərrikin ehtiyat burucu momenti.

7. Ehtiyat burucu moment hüdudunda mühərrik gücünün dəyişmə xarakteri və s.

Mühərrikin iqtisadi keyfiyyətini xarakterizə edən aşağıdakı parametrlərdir.

1. Mühərrikin maksimal gücündə xüsusi yanacaq sərfiyyatı.

2. Mühərrikin minimum xüsusi yanacaq sərfiyyatı.

3. Xüsusi yanacaq sərfiyyatının dəyişmə xarakteri.

4. Mühərrikin boş işində və yüksək fırlanma tezliyində saatlıq yanacaq sərfiy-yatı.

5. Mühərrikin boş işində (gedişində) və alçaq fırlanma tezliyində saatlıq yana-caq sərfiyyatı və s.

Mühərrikin müxtəlif iş rejimlərində onun dinamiki və iqtisadi göstəricilərini müəyyənləşdirmək üçün mühərrikin sürət və yük xarakteristikaları çıxarılır. Bun-dan başqa karbüratorun, yanacaq nasosunun əlverişli nizamlanmasını, optimal qa-baqlama yandırma və ya püskürmə momentini müəyyən etmək üçün mühərrikdən nizamlama xarakteristikaları çıxarmaq lazım gəlir. Nizamlama xarakteristikaları əsas etibarıilə zavod şəraitində və mühərriklərin dövlət sınağı zamanı sınaq stansi-yalarında və elmi-tədqiqat institutlarında çıxarılır.



Mühərrikin nizamlama xarakteristikaları
Mühərrikin nizamlama xarakteristikası mühərrikin gücünün və onun iqtisadi göstəricilərinin nizamlama parametrlərindən asılı olaraq dəyişməsini göstərir. Bu parametrlərin dəyişməsi mühərrikdə yanma prosesinin getməsinə böyük təsir gös-tərir. Karbüratorlu mühərriklər üçün nizamlama xarakteristikaları aşağıdakılardan ibarətdir:

1) qabaqlama bucağına görə çıxarılan xarakteristika; 2) işçi qatışığının tərkibi-nə görə çıxarılan xarakteristika.

Dizel mühərriklərində isə nizamlama xarakteristikası yanacağın qabaqlama püskürmə momentinə görə və yanıcı qatışığın tərkibinə görə çıxarılan xarakteristi-kalardan ibarətdir.

Mühərrikin sürət və yük xarakteristikaları qəbul edilmiş nizamlama xarakte-ristikalarından olduqca asılıdır.

Bu xarakteristikalarla ətraflı tanış olmaq üçün əvvəlcə yanıcı qatışığın tərkibi-nə görə çıxarılmış nizamlama xarakteristikalarına diqqət yetirək.

Karbüratorlu mühərrikdən yanıcı qatışığın tərkibinə görə nizamlama xarakte-ristikasını çıxarmaq üçün müəyyən qabaqlama yandırma bucağında drossel tam açıq olmaq şərtilə ən əlverişli sürət rejimində (n=const şərtilə) Ne=f(Gm) və ge=f(Gm) dəyişmə əyriləri müəyyən edilir (şəkil 26a). Bu əyrilərdən başqa hava ar-tımı əmsalının , ixrac qazlarının temperaturunun tr və diffuzorda sürətlənmənin saatlıq yanacaq sərfiyyatından asılı olaraq dəyişmə əyriləri də göstərilə bilər. Ne=f(Gm) əyrisində iki xarakterik nöqtəyə “A” və “B” diqqət yetirək. “A” nöqtəsi xüsusi yanacaq sərfinin minimum (gemin) qiymətinə təvafüq edir. Bu nöqtəni təyin etmək üçün koordinat başlanğıcından Ne=f(Gm) əyrisinə toxunan xətt çəki-lir.Toxunan xətlə Ne=f(Gm) əyrisinin görüşdüyü nöqtə gemin-a uyğun gələn “A” nöqtəsini verir. Ne=f(Gm) əyrisində “B” nöqtəsi maksimum gücə tavafüq edir. Bu nöqtəni təyin etmək üçün Ne=f(Gm) əyrisinə absis oxuna paralel olmaq şərtilə to-xunan xətt çəkilir. Xətlərin görüşmə yeri “B” nöqtəsini verəcəkdir. Uzun müddətli aparılmış tədqiqat işlərindən müəyyən edilmişdir ki, karbüratorlu mühərriklər mak-simum gücə nizamlandıqları zaman onların verdikləri güc, gemin nöqtədəki gücdən 7...12 faizə qədər artıq alınır. Bu halda mühərrikin xüsusi yanacaq sərfiyyatı isə 12...22 faizə qədər artır. Xarakteristikadan görünür ki, Nemax gemin qiymətinə təva-füq etmir. Bunun səbəbləri aşağıda göstərilənlərlə izah edilə bilər.



həsənov ayaz 025

Şəkil 1,a. Karbüratorlu mühərrik üçün yanıcı qatışığın tərkibinə

görə nizamlayıcı xarakteristika
həsənov ayaz 025

Şəkil 2,b. Dizel mühərriki üçün yanıcı qatışığın tərkibinə görə

nizamlayıcı xarakteristika.

1. Yanma havanın azlığı şəraitində getdikdə alovun yayılma sürəti çoxalır. Bu sürət qiymətində maksimuma çatır. Bunun nəticəsi olaraq alovun yayıl-ma sürətinin müəyyən hüduduna qədər mühərrikin gücü də artmağa başlayır.

2. İşçi qatışığın havanın azlığı şəraitində yandıqda, yanma məhsullarının mol-lar sayı artır. Bunun nəticəsində molekulların hesabat dəyişmə əmsalı μ artır ki, bu da silindrdə təzyiqin artmasına səbəb olur. Silindrdə təzyiqin artması mühərrikin gücünün çoxalmasına şərait yaradır.

3. Hava artımı əmsalı 0,8 –dən 1,0-ə qədər artdıqda ixrac qazlarının tem-peraturu xeyli artır. Beləliklə, qalıq qazlarının tenperaturu yüksələrək işçi qatışı-ğının qızdırılma intensivliyi artır. Bunun nəticəsində qiymətində mü-hərrikin gücü qiymətinə görə xeyli artıq olur.

4. İşçi qatışığı həddindən artıq zənginləşdirildikdə mühərrikin gücü aşağı düş-məyə başlayır. Bunun səbəbi alovun yayılma sürətinin azalması ilə izah edilə bilir. Bu halda mühərrik qeyri-qənaətcil işləməyə başlayır.

5. İşçi qatışığı kasıblandırıldıqda () istilikdən istifadə əmsalı çoxalır. İx-rac qazlarının temperaturu isə azalır. Bunun səbəbi iki atomlu qazların çoxalması nəticəsidir. Aparılmış təcrübələr göstərmişdir ki, karbüratorlu mühərriklər üçün qiymətində yanma məhsullarından alınan istilikdən istifadə xeyli yax-şılaşdığından mühərrikin yanacaq sərfiyyatına görə qənaətcilliyi daha yüksək olur. Ona görə karbüratorlu mühərrikləri yanacağın tərkibinə görə nizamladıqda, mütləq hava artımı əmsalının yuxarıda göstərilən qiymətinə nəzər yetirmək lazımdır.

Dizel mühərriklərindən yanıcı qatışığın tərkibinə görə nizamlama xarakteris-tikasını (şəkil 2,b) çıxarmaq üçün əvvəlcə ən əlverişli sürət rejimi üçün yanacağın qabaqlama püskürmə momenti təyin edilir və yanacaq nasosu bu momentə görə ni-zamlanaraq mühərrikin üzərinə qondarılır. Dizel mühərriklərində də nizamlama xa-rakteristikası çıxarılarkən mühərrikin fırlanma tezliyi sabit (n=const) saxlanaraq, yanacaq sərfiyyaarının dəyişdirilməsi yanacaq nasosunun plunjerlərini idarə edən tamaşanın bu və ya digər tərəfə hərəkət etdirilməsi ilə əldə edilir.

Nef(Gm) və ge=f(Gm) əyrilərindən başqa mühərrikin digər parametrlərini gös-tərən əyrilər də qrafikə əlavə edilə bilər. Bu parametrlərdən mühərrikin tüstüləmə dərəcəsinin D, hava artımı əmsalının a, ixrac qazlarının temperaturunun tr və mü-hərrikin sərtliyinin saatlıq yanacaq sərfiyyatından asılı olaraq dəyişmə əyrilə-rini göstərmək olar. Dizel mühərriklərində yanıcı qatışığın tərkibinə görə nizamla-ma xarakteristikasını düzgün təhlil etmək üçün mühərrikin işini üç rejimə bölmək kifayət edər. Bu rejimlər nizamlama xarakteristikasında A-A, B-B və C-C vertikal düz xətlərlə göstərilmişdir. Qrafikdən görünür ki, mühərrik A-A rejiminə görə ni-zamlanarsa, onun qənaətcilliyi ən yüksək olacaqdır. Daha doğrusu mühərrikin xü-susi yanacaq sərfiyyatı (ge) minimuma çatdırılacaqdır. Qeyd etmək lazımdır ki, mühərriki qiymətləndirdikdə onu yalnız xüsusi yanacaq sərfiyyatı nöqteyi nəzərin-cə təhlil etmək düzgün ola bilməz. Çünki mühərrikin yalnız minimum xüsusi yana-caq sərfiyyatına görə nizamlanması onun dinamiki keyfiyyətinə olduqca mənfi tə-sir göstərə bilir. Daha doğrusu mühərriki A-A rejiminə görə saatlıq yanacaq sər-fiyyatına nizamlanarsa mühərrikin gücü həddindən artıq az alınacaqdır. Yanıcı qa-tışığın tərkibinə görə nizamlama xarakteristikasında B-B rejimində göstərilən saat-lıq yanacaq sərfiyyatına görə nizamlandıqda o, maksimum güc verəcəkdir. Ancaq mühərrik bu rejimdə işlədikdə hava artımı əmsalının () aşağı düşməsi nəticəsində mühərrikin tüstüləmə dərəcəsi həddindən artıq çoxalacaq, yanma pis gedəcək, xü-susi yanacaq sərfiyyatı artacaq və mühərrikin sərtliyi maksimum qiymətə çata-caqdır. Deməli, mühərriki bu rejimə də nizamlamaq düzgün hesab edilə bilməz. Mühərrikin istər dinamiki və istərsə iqtisadi cəhətcə ən düzgün nizamlama rejimi C-C rejimi sayıla bilər. Bu rejimə bəzən tüstüləmənin başlanması rejimi də demək olar. Mühərriki C-C rejiminə görə nizamlamanın aşağıdakı üçün cəhətləri vardır.

1. Mühərrikin verdiyi güc onun maksimum gücünə yaxın olur.

2. Mühərrikin xüsusi yanacaq sərfiyyatı demək olar ki, minimum qiymətə olduqca yaxın olur.

3. Mühərrikin tüstüləmə dərəcəsi maksimum gücdəkinə nisbətən xeyli az olur ki, bu da hava artımı əmsalının yüksək qiymətə malik olması ilə izah edilə bilir.

4. Mühərrikin sərtliyi, maksimum gücdəkinə nisbətən az olur ki, bu da sürtü-nən hissələrin tez yeyilib işdən çıxmaması üçün böyük imkanlar yaratmış olur.

Nəticə olaraq qeyd etmək lazımdır ki, dizel mühərrikləri C-C rejiminə görə ni-zamlandıqda onların dinamiki və iqtisadi göstəriciləri daha yüksək olur.

Mühərrikin nizamlama xarakteristikasında karbüratorlu mühərriklər üçün qabaqlama yandırma bucağı, dizel mühərrikləri üçün isə yanacağın qabaqlama püskürmə bucağıdır. Bu xarakteristikanın çıxarılmasından əsas məqsəd ən əlverişli qabaqlama yandırma bucağını və ya yanacağın qabaqlama püskürmə momen-tini (bucağını) təyin etməkdən ibarətdir. Mühərriklərin göstərilən xarak-teriskaya görə çıxarılmış əyriləri , , funk-sional asılılıqları üzrə qurulur (şəkil 3).


həsənov ayaz 026
Şəkil 3. Qabaqlama bucağına görə nizamlama xarakteristikası

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə