Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Novruzzadə Göyçək Nayiq qızı


Ölkədə reklam fəaliyyətinin idarəedilməsinin analitik qiymətləndirilməsi



Yüklə 0,83 Mb.
səhifə4/5
tarix12.10.2018
ölçüsü0,83 Mb.
#73618
1   2   3   4   5

2.2. Ölkədə reklam fəaliyyətinin idarəedilməsinin analitik qiymətləndirilməsi

Son illər ölkəmizdə reklam fəaliyyətinin inkişafı və reklam bazarının geniş-lənməsi nəticəsində ölkəmizdə biznes strukturlarına geniş spektrlı reklam xidmət-ləri göstərən bir çox yerli və xarici reklam agentlikləri fəaliyyətə başlamışdır. Ümumi olaraq qeyd etmək olar ki, bu gün Respublikamızda reklam fəaliyyəti ilə məşğul olan 100- dən çox şirkət mövcuddur.Bu şirkətlərin böyük əksəriyyəti küçə, nəqliyyat və çap sahəsində reklam fəaliyyəti göstərirlər. Bütün kreativ fəaliyyəti təşkil edən reklam agentlikləri isə olduqca azlıq təşkil edirlər.

Həmçinin, qeyd etmək lazımdır ki, bu gün Azərbaycan reklam bazarında ən çox pul televiziya və radio reklamına sərf edilir.İkinci yerdə küçə, daha sonra isə nəqliyyat reklamları durur.Dördüncü yerdə isə mətbuat reklamı dayanır.

Bu gün ölkəmizdə reklam büdcəsinin əksər hissəsini televiziya və radio rekla-mına sərf olunan vəsaitlər təşkil edir.Digər reklam vasitələrindən isə televiziya ilə müqayisədə çox az istifadə olunur.Ölkədə marketinq araşdırmaları ilə, eləcə də, telekanalların reytinqini ölçməklə məşğul olan əsas şirkət sayılan SİAR şirkətinin Media Tədqiqatlar Departamentinin məlumatına görə 2015-ci ildə Azərbaycan Teleradio məkanında reklama 700 min 211 reklam yerləşdirilib, kanallar bu reklamlardan 196 milyon 627 min 124 dollar gəlir əldə edib.Telekanalların ən baxımlı saatları saat 16.00-dan 24.00-a qədərdir. Reklamların 410 min 759-u məhz həmin saatlarda efirdə yerləşdirilib.





Şəkil 2.1.Azərbaycanda reklam bazarının strukturu

Azərbaycan reklam bazarında populyarlığına görə ikinci yerdə dayanan reklam vasitəsi küçə reklamıdır.Ölkəmizdə reklamın bu növünə sərf olunan vəsaitlər ümümi reklam büdcəsinin 12%-ni təşkil edir. Şəhərimizdə küçə reklamını yerləşdirmək üçün təxminən 150-dən artıq bilbord tipli, hərəkətsiz reklam lövhələri var. Bundan başqa, prizma tipli reklam lövhələri də quraşdırılıb ki, onların da hər iki üzündə reklam yerləşdirmək mümkündür. Küçə reklamının qiymətləri televiziya reklamına nisbətən aşağı olduğundan sahibkarlar üçün daha əlverişli olur.Ölkəmizdə reklam lövhələrində reklamın minimal müddəti 1 ay, qiymətləri isə yerindən asılı olaraq bilbordlarda 400 manat, plazmalarda isə 360 manatdan başlayır.

Azərbaycanda digər ən geniş yayılmış reklam nəqliyyat reklamıdır.Bakı metropolitenində reklam yerləşdirilməsi ilə məşğul olan “Kommet” Reklam Agentliyinin metro reklam bürosunun məlumatında deyilir ki, bu gün metroda reklam almaqla bağlı heç bir problem yoxdur, çünki metroda reklamlar bolluğu ilə seçilir.Bu gün metroda reklam yerləşdirməyə tələbat çoxdur, ona görə ki, ucuz başa gəlir. Reklam lövhələrinin stansiyalarda 1 ədədinin icarə qiyməti 1 ay üçün 64 manatdır. Metroda reklam yerləşdirmək istəyən şirkətlər reklamlarını həm özləri, həm də “Kommet”də hazırlada bilərlər.Vaqonların içində reklamların yerindən asılı olaraq qiymətlər 2 manatdan 10 manatadək, stansiyalarda isə lövhəşəkilli reklamın 1 kv.metri 7 gün ərzində 30 manatdan, eskalatorun üstündə qoyulan reklamın 1 kv.metri isə 7 gün ərzində 35 manatdir.

Həmçinin metroda yeni formata uyğun gələn səsli reklamlar da yerləşdirilir. Bu işlə məşğul olan “Banner” şirkəti səsli reklamları ilk olaraq metronun “Elmlər Akademiyası” və “Nizami” stansiyalarında tətbiq edir, sonradan isə digər stansiya-larda da tətbiq edilməsi gözlənilir.Reklamlar eskalatordan düşən yerdə və platformada səsləndirilir.Bir reklam lenti minimum 1 ay müddətinə hər gün 5 dəfə yayıla bilər. Belə ki, iş günləri bir dəfə səsləndirmə üçün qiymət 50 qəpik, istirahət və bayram günləri, pik-saatlarda isə 50-70 qəpikdir.

Nəqliyyat reklamının digər bir növü isə Avtobuslardakı reklamdır. Avto-buslardakı reklamlar bir az fərqli formatda olur. Buradakı yerləşdirmə sırf istək xarakteri daşıyır.İctimai nəqliyyatda reklam yerləşdirməklə məşğul olan IMP (İşık Medya Planlama) reklam şirkətinin bildirdiyinə görə Bakıda nəqliyyatın hərəkət istiqamətindən asılı olaraq reklamın qiyməti 290-330 manat, Gəncə şəhərdaxili avtobuslarında isə 290 manatdir.

Dünyada reklam vasitəsi olaraq ən geniş istifadə olunan KİV-lərdən biri də internetdir.Bu gün İnternet dünya üzrə ən tez inkişaf edən KİV-dir. Ölkəmizdə internetə yiyələnmə artdıqca bu KİV-in Azərbayacan üçün dəyərli alternativ reklam daşıyıcısına çevrilməsi gözlənilir. 2016-cı ilin sonunadək Azərbaycanda internetə yiyələnmənin səviyyəsi 69%-ə çatacaqdır (cari ilin sonunadək hesablanmış 39% ilə müqayisədə). Proqnozlara əsasən 2015-2020-ci illərdə, digər inkişaf etmiş media bazarlarında olduğu kimi internet ciddi KİV-ə çevriləcək və televi-ziya, küçə reklamı və dövrü mətbuatla bərabər Azərbay-canda mühüm KİV-lərin siyahısına daxil olacaqdır (ZenithOptimedianın proqnozlarına əsasən).

Ötən illər ərzində ölkəmizdə istər media, istərsə də açıq hava reklamlarının inkişaf etdirilməsi nəticəsində onlarla yerli şirkət fəaliyyətə başlayıb ki, bu da yüzlərlə iş yerinin açılması deməkdir.Bununla yanaşı ölkəmizdə son dövrlərdə bir çox beynəlxalq səviyyədə tanınmış reklam agentliklərinin yerli nümayəndəlikləri açımışdır.Bu da öz növbəsində ölkəmizdin reklam bazarında rəqabətin güclənməsinə səbəb olur, həmçinin reklam agntliklərinin xidmətlərinin yüksələrək dünya standartlarına çatmasına imkan verir. Hazırda ölkəmizdə bu sahədə fəaliyyət göstərən şirkətlərin sayı 100 ətrafındadır. Lakin qeyd etmək lazımdır ki, ölkəmizdə reklam fəaliyyəti ilə məşğul olan şirkətlərin bir çoxu tam əhatəli reklam fəaliyyəti göstərmir, bir çox hallarda poliqrafiya və çap xarakterli xidmətlər göstərməklə kifayətlənirlər. Respublikamızın reklam bazarında televiziya və radio reklamının olduqca geniş yer tutmasına baxmayaraq, reklam agentlikləri arasında bu sahədə fəaliyyət göstərən, xüsusilə də, televiziya reklam rolikləri çəkən şirkətlər azlıq təşkil edir. Bu fəaliyyətlə daha çox prodakşnlar məşğul olur. Tam əhatəli reklam fəaliyyəti ilə isə bir neçə reklam agentliyi məşğul olur.

Belə bütün tərəfli reklam fəaliyyəti ilə məşğul olan reklam agentliklərindən biri də ANS Şirkətlər Qrupuna ( ANS TV; ANS ÇM-Radiosu; ANS Press kimi mass-media vasitələri məxsusdur) daxil olan “ANS Kommers” Şirkətdir. Bu şirkət Azərbayanda ilk fəaliyyətə başlayan reklam agentliklərindən biridir və 1995-ci ildən Azərbaycanda reklam bazarında xidmət göstərir.Bu dövrdə reklam investisiyaları inkişaf üçün çox lazımlı idi.Buna görə şirkət tərəfindən reklam bazarının sərbəst şəkildə təməlinin qoyulması qərara alınmışdı.

Fəaliyyətə başladıqda sadəcə 16 kv/m2 ərazini əhatə edən Şirkət indi 520 kv/m2 ərazini əhatə edir.1995-ci ildə “ANS Kommers” Şirkətinin ümumi reklam gəliri (yəni ANS-TV və ANS-ÇM radiosunun yayımından) ayda 300 ABŞ Dolları təşkil edirdi. 2015-ci ildə isə bu rəqəm Min dəfə çox, yəni ayda 300 min ABŞ Dolları xəttini keçdi. Reklamdan alınan gəlirlər Şirkətin təsisçilərinə yox, ANS-TV, ANS-ÇM radio, ANS-Pressin və bu gün ANS Şirkətlər Qrupuna daxil olan digər Şirkətlərin meydana gəlməsinə və inkişafına yönəldilir.

Hal-hazırda Azərbaycanın Reklam Biznesində iştirak edən yerli və xarici şirkətlər arasında “ANS Kommers” Şirkəti lider şirkətlərdən biridir."ANS Şirkətlər Qrup"una məxsus olan mass-media vasitələrində reklam yerləşdirmək hüququ yalnız "ANS Kommers" Şirkətinə məxsusdur. Reklam agentliyinin fəaliyyətinin böyük hissəsi "ANS Şirkətlər Qrup"una daxil olan ANS TV kana-lında, ANS ÇM efirində və ANS PRESS Nəşriyyat evində reklam kampaniyalarının həyata keçirilməsi ilə əlaqədardır. ANS ÇM-radiosunun efirində reklam kampaniyasını keçirmək istəyənlərə və öz reklam çarxı olmayanlara-radio reklam çarxının hazırlanmas “ANS Kommers” tərəfindən pulsuz həyata keçirilir.

“ANS Kommers” Şirkəti missiyasına uyğun olaraq öz işində müştərilərin maraqlarını əsas götürür. Müştəri tərəfindən təklif olunmuş reklam məhsullarının xüsusiyyətinə uyğun olaraq reklam sayəsində qazanacaqları nailiyyət üçün vacib olan potensial auditoriya, yüksək reytinq seçir və həmin reklam məhsulunu seçilmiş auditoriyaya ən effektiv şəkildə çatdırılmasını təmin etmək üçün ilk növbədə Media Plan hazırlayır. Media planda Azərbaycan Reklam Bazarında reklam olunacaq məhsulun nə qədər GRP (Gross Raiting Point-Toplanmış Reytinq) toplanacağı haqqında məlumat öz əksini tapır. Bu məlumat isə “ANS Kommers” Şirkətinin peşəkar menecerlər tərəfindən düzgün seçilmiş auditoriyadan asılıdır. Onu da qeyd edək ki, yuxarıda göstərilən məlumat yalnız “ANS Kommers” tərəfindən tərtib olunmuş Media-planda göstərilir.

Qeyd etmək lazımdır ki, ANS PRESS Nəşriyyat Evinin təqdim edim etdiyi dərgilərda reklam kampaniyasını keçirmək istəyənlərə və öz çap reklam dizaynı olmayanlara-Reklam səhifənin hazırlanması şirkət tərəfindən pulsuz yerinə yetirilir. Bununla yanaşı ANS Şirkətlər Qrupuna daxil olan EL bədii-publisistik, AYSEL qadın, ELMAN kişi, ELLİ, ELLİ-BOYA, BALA DİLİ uşaq, həftəlik ictimai-siyasi-sosial HESABAT, İSTİOT jurnallarında reklam yerləşdirən sahibkarlara ANS Kommers Şirkəti tərəfindən güzəştlərin verilməsi müştərilərin cəlb edilməsinə təsir edir.Bundan başqa istənilən jurnalda reklam dizaynının işlənib-hazırlanması təşkil edilir.Bu gün Şirkət Azercell, Şollar, Dadlılar, Azərbaycan Beynəlxalq bankı, Procter & Gamble və s. kimi adları çəkilən yerli və xarici şirkətlərin reklam fəaliyyətini həyata keçirir.

Şirkət fəaliyyətə başladığı gündən daim inkişaf edir əsas vəsaitləri işçilərin təhsilinə və yeni texnologiyaların tədbiqinə sərf edir.Hər il demək olar ki, iş prinsipləri müassirləşir və bu da öz növbəsində gəlirlərin artmasına imkan verir.

Beləliklə bu gün respublikanın reklam bazarında çoxlu sayda reklam müəssisələri fəaliyyət göstərir. Belə bir şəraitdə reklamverici qarşısında belə bir sual durur - hansını seçmək? Qeyd etmək lazımdır ki,hər bir reklam müəssisəsi bir-birindən özünün strukturu, fəaliyyəti, göstərdiyi xidmətlər,çalışdığı KİV və ən əsası isə iqtisadi göstəricilərinə görə bir-birindən fərqlənirlər.Bunlar içərisində iqtisadi göstəricilər xüsusi əhəmiyyətə malikdir.Məhz iqtisadi göstəricilərə əsasən hər bir müəssisənin fəaliyyətini xarakterizə etmək olar. Reklam müəssisələrinin iqtisadi göstəricilərinə onların illik gəlirləri və o cümlədən xərcləri, müştərilərinin sayı,reklam çarxlarının sayı,KİV-də bu reklam çarxlarının yayımlanma tezliyi, reklam müəssisələrinin əməkdaşlıq etdiyi KİV-nin ümümreytinq göstəricisi və müəssisənin hər 1000 çəkdiyi xərc aiddir. Bundan başqa reklam müəssisələrinin fəaliyyətini,müəssisənin müəyyən dövr ərzində həyata keçirdiyi kreativ işlərin, mediaplanlaşdırmanın, pablik rileşnz tədbirlərinin sayı və s. bu kimi göstəricilərlə xarakterizə etmək olar. İqtisadi göstəricilərinə görə reklam müəssisəsinin seçilməsini əyani misal üzərində nəzərdən keçirək. Fərz edək ki, biz yeni məişət məhsulu üçün reklam tədbirləri keçirtmək istəyirik.Seçim edərkən reklam müəssi-sələrinin iqtisadi göstəriclərinə xüsusi diqqət yetirməliyik. Bu deyilənləri əyani olaraq iki;respublikamızda fəaliyyət göstərən “Kommet” və “ANS Kommers” reklam müəssisələri üzərində nəzərdən keçirək.

“Kommet” reklam müəssisəsinin bəzi iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, reklam müəssisəsinin gəliri əsasən müəssisənin qəbul etdiyi hər sifariş-dən tutulan 15% komission hesabına formalaşır.Məsələn, reklamverici öz büdcə-sindən reklam tədbirlərinin həyata keçirilməsi üçün 29823 $ vəsait ayırmışdır. Deməli “Kommet” reklam müəssisəsi bu reklam tədbirlərindən

Tutulacaq 4470$ komission haqqınnın ümumi məbləğini və reklam müəssisə-sinin hər ayda dörd belə sifarişinin olduğunu nəzərə alsaq onda:

Aylıq gəlir = 4470$ ×4= 17880$

İllik gəlir = 17880 ×12=214560$ təşkil edəcəkdir.

Bu məbləğ müəssisənin xərcləri nəzərə alınmadan əldə olunan gəlirdir. “Kommet” reklam müəssisəsində xərclər sabit və dəyişən olmaqla iki yerə bölünür. Sabit xərclər 5000$ olmaqla, müəssisənin icarə haqqı (1500$) və işçilərin əmək haqqı 3500$-icrakı direktor 1100$,baş mühasib 400$, kommersiya direk-toru 650$,baş menecer 300$,sistem üzrə mühəndis 300$,dizayner 300$,sürücü 250$, kuryer 200$ hesabına formalaşır. Əmək haqqından ayırmalar isə ümüm-likdə 17% ( pensiya fondu 14%, sosial sığorta fondu 3%) bərabərdir.

Amortizasiya xərcləri özündə avadanlıqların,binanın və nəqliyyat vasitələrinin köhnəlməsinə görə xərcləri birləşdirir.Bu xərclər,müəssisə avadanlıqlarının köhnəlməsinə görə onun illik dəyərinin 10%-i,binanın köhnəlməsi illik balans dəyərinin 3,5%-i,nəqliyyat vasitələrinin köhnəlməsi isə onun illik dəyərinin 8%-i hesabına formlaşır. “Kommet” reklam müəssisəsində avadanlıqların illik dəyərinin 5800$, binanın illik balans dəyərinin 24570$ və nəqliyyat vasitələrinin illik dəyərinin 10500$ olduğunu nəzərə alsaq,onda avadanlıqların illik köhnəlmə xərci



,aylıq xərc , binanın illik köhnəlmə xərci  aylıq xərc isə , nəqliyyat vasitə.illik köhnəlmə xərci ayliq xərc  bərabər olacaqdır. Sabit xərclərin cəmi 5000$+95$+50$+71$+70$=5786$

Dəyişən xərclər aylıq mənfəətin 22%-təşkil edir.

Bir aylıq mənfəət=17880$-5786$=12094$ onda, bu məbləğdən tutulacaq

mənfəət vergisi  olacaqdır.Mənfəət vergisini ödədikdən sonra müəssisənin aylıq mənfəəti =10340$-2660$=7680$

Cədvəl 2.1

“Kommet” reklam müəssisəsinin əməkdaşlıq etdiyi jurnalların bəzi göstəriciləri



Jurnal

Reytinq ÜRG

Əhatə dərəcəsi

Tiraj

Potensial oxucuların sayı

Reklamın redaksiya dəyəri

EL

38610

18000

24600

9500

49 $

Hesabat

40000

23000

16500

13000

45 $

Risk

32000

41000

29000

21500

52,5 $

ÜRG %=%, reklam yayım tezliyi , hər 1000 nəfərə çəkilən xərc 1000=5,1$ olаcагдır.

Bildiyimiz kimi tam spektrli reklam müəssisələrinə adətən iri şirkətlər müraciyyət edir. Təbii ki,onların reklam tədbirlərinə ayırdıqları vəsait həcmi də müvafiq olaraq böyük olur. “ANS Kommers” reklam müəssisəsi, “Kommet” reklam məssisəsindən fərqli olaraq tam spektrli reklam müəssisəsi olduğundan, müvafiq olaraq gəlir və xərc göstəricilərinə görə də ondan fərqlənir.Əksər reklam müəssisələrində olduğu kimi “ANS Kommers” reklam müəssisəsi də qəbul etdiyi də hər sifarişdən 15% komission tutur.

Reklamvericinin reklam tədbirləri üçün 51000$ vəsait ayırdığını nəzərə alsaq , onda:

Hər ay minimum altı belə sifarışin olduğunu nəzərə alsaq, onda aylıq gəlir

7650 $ ×6=45900 $. İllik gəlir isə 45900 $ ×12=550800 $ təşkil edəcəkdir.

“ANS Kommers” reklam müəssisəsində sabit xərclər 7600$ olmaqla, aşağı-dakı işçi heyyətin əmək haqqı hesabına formalaşır.İşçilərin əmək haqqı-icrakı direktor 1250 $,baş mühasib 500$,kommersiya direktoru 650 $,texniki direktor 550 $,baş redaktor 650$,proqramist 400 $,baş ekspert 400 $,arxitektor 350$, menecer 300 $,menecer 300 $,menecer 300 $,psixoloq300 $,baş rəssam 300$,TV-üzrə ekspert450$,radio üzrə ekspert 450 $,sürücü 250$,kuryer 200 $.Bu rəqəmdən əmək haqqına ayırmalar müvafiq olaraq 17% (pensiya fondu 14%, sosial sığorta fondu 3%) bərabərdir. Beləç olduqda

Ümumi əmək haqqından ayırmalar 

«KREA» reklam müəssisəsində də avadanlıqların köhnəlməsi onun illik dəyərinin 10% təşkil edir.Müəssisədə avadanlığın illik dəyərinin 6100$ olduğunu nəzərə alsaq,onda onun illik köhnəlmə xərci  ,aylıq köhnəlmə xərci . Binanın,ilkin balans dəyəri 28750$-dır.Onun köhnəlməsi xərci illik balans dəyərinin 3,5% bərabərdir.Yəni,Binanın illik köhnəlmə xərci  binanın aylıq köhnəlmə xərci  olacaqdır.

Reklam müəssisəsində nəqliyyatın köhnəlməsi onun illik dəyərinin 8% miqdarındadır. “ANS Kommеrs” reklam müəssisənin balansında 15600$ dəyərində üç avtomobil olduğundan nəqliyyatın köhnəlməsi illik xərci , aylıq köhnəlmə xərci bərabər olacaqdır. Sabit xərclərin cəmi 7600$+1292$+50$+83$+104$=9129 $ təşkil еtmişдir.

“ANS Kommеrs” reklam müəssisənin bir aylıq gəliri 45900$ və aylıq sabit xərci 9129$ olduğundan müəssisənin bir aylıq mənfəəti aylıq gəlir-aylıq xərc= 45900$-9129$=36771$.Бu məbləğdən tutulacaq mənfəət vergisi isə = olacaqdır.Mənfəət vergisini ödədikdən sonra müəssisənin aylıq mənfəəti 36771$-8089$=28682$ olmuşдur. Cədvəl 2.2

“ANS Kommers” reklam müəssisənin əməkdaşlıq etdiyi bəzi jurnalların göstəriciləri


Jurnal

Reytinq ÜRG

Əhatə dərəcəsi

Tiraj

Potensial oxuyucuların sayı

Reklamın redaksiya dəyəri

Trend

56250

30000

20000

11250

51 $

Caspian Basin

46000

42000

13500

10500

54,5$

Reklamın yayım.tezliyi 

ÜRG= , Hər 1000 nəfərə çəkilən xərc=

=

Bu göstəriciləri konkret TV görə də hesablamaq olar. Əgər fərz etsək ki, televiziya tamaşaçılarının ümümi sayı dörd milyondur və bizim reklam yerləşdirmək istədiyimiz konkret verlişin izləyicilərinin sayı 800000-dir,onda

Ümümreytinq göstəricisi =, Reklam çarxının yayımlanma tezliyi isə . Hər 1000 nəfərə çəkilən xərc= $.

Yuxarıda iki reklam müəssisəsinin iqtisadi göstəriciləri araşdırılmışdır. Məhsulun reklamı üçün“ANS Kommers” reklam müəssisəsi daha münasibdir. Çünki, onun ümümreytinq göstərici və hər 1000 nəfərə çəkdiyi xərc “Kommet” reklam müəssisəsi ilə müqayisədə daha münasibdir. Cədvəl 2.3 də ümümlükdə “Kommet” və “ANS Kommers” reklam müəssisələrinin iqtisadi göstəriciləri əks olunmuşdur.

“Kommet” və “ANS Kommers” reklam müəssisələrinin iqtisadi göstəriciləri

(2014-2015-ci illər)



Müəssisənin adı

Ümumi gəlir 2015-ci il

Min $


2014-cü ilə nisbətdə

%-lə


Xərc

$


Media-planlaş-dırma

Reklam məhsullarının istehsalı

Kreativ işlər

Xarici reklamın istehsal.və yerləşdirilmə-si

PR-fəaliyyəti

BTL-tədbirləri

Müştərilərin sayı. 2006-ci il

Reklam daşıyıcıların-dan asılı olaraq,reklam-verici.büdcə struktru. %-lə

“Kommet”


“ANS Kommers”


550,8

214,5

+8


-13

109548


90480

1


0

3


2

3


1

17


4

1


0

14
6


132
78



Televiziya-20,7

Radio-8,6

Mətbuat-10,9

Xarici reklam-17,3


Televiziya-10,5

Radio-14,6

Mətbuat-30

Xarici reklam-45


2.3. Reklam bazarının inkişaf etdirilməsinin prioritet istiqamətləri

Bazar iqtisadiyatının tələblərinə uyğun olaraq, son illər respublikamızın iqtisadiyyatında reklam işi əhəmiyətli sahələrdən birinə çevriməkdədir. Artıq biznes münasibətlərinə daxil olan hər hansı hüquqi və ya fiziki şəxs ilk öncə reklam haqda düşünməyə başlayır.Hətta biznes mühitindən başqa reklamın mahiyyətindən irəli gələn tanınma, təsir və ya digər imkanlardan istifadə etmək istəyənlər də var. Azərbaycanda sahibkarlar arasında reklamın populyarlaşması ölkəmizdə reklam fəaliyyətinin qarşısında geniş perspektivlər açır.Bununla yanaşı yerli reklam bazarının bu günkü durumu və eləcə də onun gələcək inkişafı bir sıra çətinliklərlə qarşı-qarşıyadır.

Azərbaycanda reklam işi ilə məşğul olan şirkətlər 1994-cü ildən reklam səhnəsində görünməyə başladı.Ölkənin inzibati amirlik sistemindən bazar iqtisadiyyatına keçməsi özəl şirkətlərin yavaş-yavaş meydana çıxmasına imkan verdi.Dövlət müəssələrinin özəlləşdirilməsi, ölkəyə investisiya axını, sahibkarlığı gücləndirdi.

1995-97-ci illərdə reklam sahəsində çox yüksək nailiyyətlər əldə edilib. "Əsrin müqaviləsi" bağlandıqdan sonra Azərbaycana böyük axın meydana gəldi və sahibkarlıq inkişaf etməyə başladı. Sahibkarlıq inkişaf etdikcə Azərbaycanda ticari reklamlar 80 faizə qalxdı. Ölkəmizdə reklam sahəsi özünün ən yüksək inkişaf səviyyəsinə də məhz bu dövrdə çatmışdır. Ölkəmizdə reklam fəliyyətini tənzimləyən başlıca qanun olan Reklam haqqında Azərbaycan Respublikasının Qanunun da elə bu vaxtlarda qəbul edilmişdir.

Müasir dövrdə Azərbaycanda reklam fəaliyyəti kifayət qədər inkişaf etmişdir. 2014-cü ildə Azərbaycan reklam bazarının ümümi həcmi 252 milyon dollardan çox olmuşdur. Qeyd etmək lazımdır ki, hər il reklama qoyulan investisiyanın artımına görə Azərbaycan dünyada 3-cü, MDB məkanında isə Rusiyadan sonra 2-ci yeri tutur. Ekspertlər 2016-cı ildə bu göstəricinin daha da artacağını proqnozlaşdırıblar. Lakin, bunlarla yanaşı Azərbaycan reklam bazarında onun inkişafını ləngidən, bazarın həcminin artmasına və onun fəaliyyətinin keyfiyyətinin yüksəlməsinə neqativ təsir göstərən amillər də az deyil.

Hazırda ölkəmizdə reklam sahəsində fəaliyyət göstərən şirkətlərin sayı 100 ətrafında olsa da, onların əksəriyyəti çap xarakterli reklam xidmətləri təklif edirlər. Reklam filmlərini isə əsasən bir-iki şirkət istisna olmaqla bir qayda olaraq prodakşınlar çəkir. Sırf kreativ fəaliyyətlə məşğul olan reklam şirkətləri də barmaqla sayıla biləcək qədər azdır. Kefiyyətə gəlincə isə artıq sözə ehtiyac qalmır, paytaxt küçələrini gəzmək, mətbuat və efir məkanına, nəzər salmaq kifayətdir ki, burada bir çox məsələlərin dünya standartlarına çatmadığını aydın görmək mümkün olsun. Qeyd olunanalar Azərbaycanda reklam fəaliyyətinin qarşısında hələ həll olunacaq bir sıra problemlərin olduğunu göstərir.

Respublikamızda yerli reklam bazarının gələcək inkişafı beynəlxalq standartlara uyğun reklam qanunvericiliyinin qəbul olunmasından birbaşa olaraq asılıdır. Respublikamızda reklam fəaliyyətinin gələcək inkişafını təmin etmək, onun lazımi səviyyədə tənzimlənməsini həyata keçirmək üçün güclü qanunverici bazanın olması olduqca vacib əhəmiyyət daşıyır. Lakin, qeyd etmək lazımdır ki, respublikamızın reklam bazarını tənzimləyən "Reklam haqqında" yaxınlarda qəbul edilib. Vaxtilə qəbul olunmuş qanun reklam fəaliyyətinin tənzimlənməsinə imkan verib.Ancaq bu gün elə məqamlar və nüanslar var ki, onların da qanunda nəzərə alınması vacibdir, bu nüanslar əsasən dövlət siyasətinin aparılması, istehlakçıların müdafiəsi, qeyri-sağlam rəqabətdən qorunmaya və s. məqamlara aiddir.

Bundan əlavə, qanunvericilik qaydasında reklam fəaliyyətindən daxil olan büdcə gəlirlərinin artırılması üçün şəraitin olması vacibdir. Bir çox ölkələrdə reklam fəaliyyəti büdcə gəlirlərində böyük paya malik olur. Respublikamızda, reklam bazarı sürətlə inkişaf edir, amma bazarı tənzimləyən qanun gecikir.Bu qanunda bir sıra boşluqlar var, həmçinin "Reklam haqqında" qanunun efirdə reklam müddəti və s. məsələlərdə "Televiziya və radio yayımı haqqında" qanunla müəyyən uyğunsuzluqları var.O cümlədən, "Reklam haqqında" qanuna əsasən Bakı və Gəncə şəhərlərində reklam fəaliyyətinin tənzimlənməsi səlahiyyətlərinin icra hakimiyyəti orqanlarına verilməsi, digər şəhər və rayonlarda isə bu səlahiy-yətlərin bələdiyyələrdə qalması qanunda qarışıqlıq əmələ gəlməsinə səbəbə olan məsələlərdən biridir.

Bu yaxınlarda "Rəqabət haqqında" yeni qanun qəbul olunacağı gözlə-nilir.Həmin qanunun içində reklama aidiyyatı olan bir çox məsələlər var. Ona görə də "Rəqabət haqqında" qanuna paralel olaraq, "Reklam haqqında" qanun da yeni şəkildə formalaşmalıdır ki, onlar bir-birini tamamlasınlar və bazarda bir qanunauyğunluq olsun.Çünki "Reklam haqqında" qanun köhnəlib, "Rəqabət haqqında" qanun isə yeni dəsti-xətlə hazırlanıb.Onlar arasındakı münasibət pozulsa, yenə də reklam bazarını tənzimləmək mümkün olmayacaq.Buna görə də, Azərbaycan Reklamçılar İttifaqı parlamentlə danışıqlar aparır ki, yaxın gələcəkdə reklam haqqında qanun dəyişilsin.

Yeni qanunda əsas media ilə bağlı məsələyə baxılmalıdır.Yəni, qanunvericilikdə media reklamına xüsusi bölmə ayrılmalıdır, həmçinin, şəhər mühiti ilə bağlı reklamların tənzimlənməsi üçün də qanunda bəzi dəyişikliklər olmalıdır. Bundan başqa, nəqliyyatda reklam məsələsinə də yenidən baxılmalıdır. Ümumiyyətlə, bu gün dünyada reklam sahəsində İspaniya modeli daha çox qəbul edilir.Bu İspaniya modelində daha geniş və əhatəli 5 cildlik qanun məcəlləsi olması ilə əlaqədardır. Artıq Rusiyada da bu istiqamətdə işlər gedir. Bu baxımdan Azərbaycanda da "Reklam Məcəlləsi"nin qəbul olunması çox vacibdir.Bundan başqa, bu sahəni idarə etmək üçün Reklam Şurası formalaşdırılmalıdır. Bununla yanaşı qeyd etmək lazımdır ki, Reklam Şurasının formalaşdırılması Dünya Ticarət Təşkilatının bu quruma qəbul olunması üçün Azərbaycan qarşısında qoyduğu ən əsas şərtlərdən biridir. Biz Dünya Ticarət Təşkilatının üzvlüyünə qəbul olacağıqsa, qanunda bu şərtin olması çox vacibdir.Bu təşkilata üzv olmaqla dünya bazarına çıxırıq. Reklamlarımız da bu bazara uyğun olmalıdır. Yeni keyfiyyətli reklam qanunvericiliyi Azərbaycanın gələcək regional iqtisadi inkişafına çox böyük kömək ola bilər.

Azərbaycanda reklam fəaliyyətinə təsir edən ən vacib amillərdən biri də insanların reklama olan münasibətidir.Azərbaycanda insanlar gündəlik həyatda ən çox rastlaşdığı reklam haqqında çox az düşünür, çox vaxt ona əhəmiyyət vermirlər. Azərbaycanlılar reklama həddən artıq laqeyddirlər. Telekanalları izləyərkən reklam fasiləsi zamanı nümayiş olunan münasibət bunun əyani sübutudur. İnkişaf etmiş ölkələrdə isə reklam insanın bilavasitə maraq dairəsindədir, çünki həm informasiya mənbəyi, həm də alıcıların seçimini asanlaşdıran unikal vasitədir. Bu ölkələrdə “reklam-ticarətin mühərrikidir” deyimi çox məşhurdur. Biz də isə bundan fərqli olaraq reklamın yalnız satılmayan məhsulların satışını artırmaq üçün istifadə olunduğu fikri vardır. Yerli alıcıların fikrincə keyfiyyətli məhsulun reklama ehtiyacı yoxdur, o özü-özünü satır. Bəzi hallarda reklam nə qədər çoxdursa, məhsul da bir o qədər keyfiyyətsizdir fikrinə belə rast gəlmək mümkün olur. Beləliklə də ölkəmizdə bəzən reklam kompaniyalarının – xüsusilə də, məhsul həddindən artıq çox reklam edildikdə, reklam sifarişçisi üçün tamamilə əks effekt verməsi təhlükəsi meydana çıxır.Bu zaman, reklamın alıcılara müsbət təsir edərək, nəticədə satışın artmasına gətirib çıxarmasının, habelə istehlakçılar arasında reklam verən müəssisənin müsbət imicinin formalaşmasının əksinə olaraq, reklam kompaniyasının gözlənilməz təsirinin nəticəsi olaraq alıcılarda reklam olunan məhsul və xidmətlərə qarşı mənfi fikir əmələ gələ və beləliklə də, satışın eləcə də, müəssisənin imicinin aşağı düşməsinə səbəb ola bilər.

Ölkəmizdə əhalinin reklama olan münasibətini üç böyük şəhərdə keçirilən sorğu da əyani olaraq göstərir. Sorğu keçirilən 3 böyük şəhərdə - əhalinin çox hissəsini təşkil edən Bakı, Sumqayıt, Gəncədə respondentlərin əksəriyyəti (35.5%) bildirdilər ki, onlar reklamlar zamanı kanalı dəyişirlər, 25.5% deyir ki, onlar kanalları dəyişmirlər ancaq başqa işlərlə məşğul olurlar.Respondentlərin 24.3%-i reklam olarkən TV-yə baxa-baxa bəzən səsi aşağı salırlar, ya da səsini ümumiyyətlə kəsirlər.Nəticələr göstərir ki, Azərbaycan xalqı reklamlar ilə az maraqlanır.

Bunun qarşısını almaq üçün insanların psixologiyası dəyişməlidir, həmçinin reklam verənlər də, reklam fəaliyyətini həyata keçirərkən diqqətli olmalı, reklama həddindən çox yer ayırmaqla tamaşaçıları qıcıqlandırmaqdan çəkinməli, keyfiyyətli və yadda qalan reklam müraciətləri istehsal etməklə onların diqqətini cəlb etməyə çalışmalıdırlar.

Yaxın vaxtlarda Azərbaycanın yerli efir məkanında maneəsiz nümayiş olunan xarici telekanalların bağlanması ölkəmizdə televiziya reklam bazarının inkişafına kifayət qədər təkan vermiş oldu.Əvvəllər yerli şirkətlər xaricdə istehsal olunan malların reklamını ala bilmirdi, ancaq hansısa xarici şirkət həmin reklamları bizim bazarda asanlıqla yerləşdirə bilirdi. Ölkəmizə xaricdən gələn işadamları öz şirkətləri-nə reklam verirdilər. Əsas basqı isə televiziya ilə gəlirdi. Azərbaycanda reklam olunası mal elə orada reklam olunaraq ölkəmizin bazar-larına daxil olurdu.Nəticədə də, məhsulun Azərbaycanda reklam olunmasına ehtiyac qalmırdı. Bu da öz növbəsində ölkəmizin reklam bazarına hissediləcək dərəcədə mənfi təsir edirdi.Belə xarici reklamları yerləşdirən kanalların bağlanması, artıq həmin məhsulların reklamının Azərbaycana verilməyə başlanmasına səbəb olmuşdur. Ona görə də xaricdən gətirilən reklamların qarşısının alınması, yerli reklam bazarının inkişafına istiqamətlənmiş olduqca müsbət addımdır.

Əsas amillərdən biri də reklamda Azərbaycan dilinin təmizliyini qorumaq və zənginliyindən istifadə etməkdir. Reklam dili şablon, standart, qafıyə xarakterli bayağı sözlərdən təmizlənməlidir. Bu gün dünyada hər ölkə öz xarakterinə uyğun reklamın meydana gəlməsi uğrunda mübarizə aparır. Dünyanın inkişaf etmiş ölkələrinin mətbuat və ya efir məkanına boylansaq istənilən an dövlətçilik və ya ictimai xarakterli elementləri görərik. Reklam əslində təkcə müştəri cəlb etmək üçün mətnin birbaşa oxunması və ya qeyri-peşəkar aktyor oyunu deyil. Reklam istehsal olunduğu ölkənin imicidir. Reklam siyasətdir, özü də bütün evlərə daxil olub özü barədə fikir formalaşdırmağı bacaran siyasət. Biz də, Azərbaycanda milli reklamın gələcəkdə daha da, təşəkkülü üçün əlimizdən gələni etməliyik. Bu zaman reklam müraciətlərinin hazırlanmasında milli mənəvi dəyərlərə sadiq qalmalı, reklamın Azərbaycan mentalitetinə uyğyun olmasına diqqət etməliyik. Lakin, qeyd etmək lazımdır ki, müasir dövrdə yerli reklam bazarında bu sahədə bəzi problemlər vardır.Ölkəmizdə bir çox hallarda reklam müraciətlərinin hazırlanması prosesi xarici reklamın sadə təkrar edilməsi ilə kifayətlənir.Bu gün ölkəyə xaricdən hazır reklamlar gəlir və dublyaja verilir. Bu zaman, xarici auditoriya üçün hazırlanmış reklamın Azərbaycan əhalisinin fikir və dünyagörüşünə, həmçinin yerli alıcıların düşüncə tərzinə uyğun olub-olmamasına önəm verlimir. Buna görə də, biz çalışmalıyıq ki, reklamlar dublyaj olunmasın reklam roliklərinin çəkilişləri yerli şirkətlərə verilsin. Həmin reklamları Azərbaycanda yenidən çəkməklə dilini də düzəldə bilərik. Bununla həm reklamçıların rolu, həm də reklam bazarı güclənə bilər. Həmçinin, Respub-likamızda fəaliyyət göstərən şirkətlərin reklam istehsalında Azərbaycan reklam-çılarından, yerli mütəxəssislərdən istifadə etməsi həm peşəkar reklamçılar məktəbinin formalaşmasına təkan vermiş, həm də reklam istehsalına görə investisiyaların xarici ölkələrə axınının qarşısı almış olar.

Bununla yanaşı qeyd etmək lazımdır ki, xarici reklamın tərcümə edilməsi zamanı da, bir çox səhvlərə yol verilir. Xüsusilə də, televiziyada nümayiş olunan, nəqliyyat vasitələrinə, yol kənarı dirəklərə, keçidlərə vurulan reklamlarda daha çox qüsurlar var.Burada cümlələrdə istənilən qədər üslub, hərf səhvi tapmaq olar. Bu reklamlar ilk baxışdan tələsik və heç bir məsuliyyət daşımadan yazılmış mətnləri xatırladır. Üstəlik, reklam mətnlərinin Azərbaycan və rus dillərində olan variantları bir-birindən fərqlənir. Əlbəttə bu fərq köklü deyil, sadəcə tərcümə səhvi xarakteri daşıyır ki, bu da diqqətsizliyin əlamətidir. Reklam haqqında qanunvericilikdə əcnəbi dilində reklam-lara qadağa qoyulmasına baxmayaraq, hələ də reklamlarda ingilis dilinin Azərbaycan dilinindən daha artıq işlənməsi təəssüf doğurur.Əslində nəzərə alınmalıdır ki, yerli alıcılar azərbaycan dilində danışır, istənilən yaşdakı vətandaşa da bu dildə xitab etmək olar.

Bu gün reklam bazarının dil siyasəti yoxdur.Küçə reklamları şəhərin dilidir. Amma bərbad vəziyyətdədir.Bizdə bu sahədə problemlər çoxdur.Ona görə də müvafiq struktur yəni Reklam Şurası fəaliyyətə başladıqdan sonra müasir metodlar əsasında kadrlar yetişdirilməlidir. Azərbaycanda reklam sahəsində təsadüfi insanların çalışmalarına yol verilməməlidir.

Azərbaycan reklam məkanında olan ən böyük çatışmazlıqlardan biri də digər reklamlara nisbətən sosial reklama çox az yer verilməsi ilə bağlıdır. Müasir dövrdə reklamın necə sərfəli biznes sahəsi olduğu heç kimə sirr deyil. Əsasən də Azərbaycanda.

Azərbaycanda reklam haqqında danışarkən ilk növbədə bu işin yalnız kommersiya tərəfi önə çəkilir. Bu da təbiidir. Çünki yerli telekanallarda reklamın yalnız kommersiya forması nümayiş etdirilir. Amma reklamın daha bir növü-sosial reklamlar da mövcuddur. Qanunvericilikdə nəzərdə tutulan reklam növlərindən biri də sosial xarakter daşıyan reklamlardır.“Sosial reklam”- qeyri-kommersiya xarakteri daşıyan ölkənin müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi istiqa-mətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin açıqlanması və geniş xalq kütləsinə çatdırılan, dövlət müstəqilliyinə qarşı biganəliyə qarşı barışmazlıq, milli, hərbi vətənpərvərlik hissini gücləndirən, ictimai şüuru yeni iqtisadi münasibətlərə uyğunlaşdıran, sahibkarlıq və xeyriyyəçilik kimi milli ənənələri bərpa edən, dövlət orqanları, ictimai institutlar tərəfindən sifariş olunan və istənilən reklam daşıyıcıları ilə yayılan informasiyadır.Sosial reklamlar cəmiyyətdə mövcud olan problemlərin həll olunmasında bir növ dövlətin köməkçisidir. Belə reklamların məqsədi insanların problemlərə olan münasibətini dəyişməkdir.

Kommersiya reklamından fərqli olaraq sosial reklamlar birbaşa cəmiyyətin, dövlətin maraqlarına xidmət edir.Azərbaycanda isə sosial reklamla kommersiya reklamının istehsalçıları, demək olar ki, eynidir. Məlumat üçün bildirək ki, yalnız 1993-2000-ci illərdə Bill Klinton administrasiyası narkotik maddələr əleyhinə aparı-lan reklam kampaniyasına 2 milyard dollar pul xərcləyib.Aparılan sorğular nəticəsin-də bəlli olub ki, sosial reklamlar ölkədə sərxoş sürücülərin sayını azaldıb.

Azərbaycanda bir sıra reklam sahələrində uğur əldə edilsə də, sosial reklam sahəsində vəziyyət o qədər də ürəkaçan deyil.Yerli telekanallarda nadir hallarda, o da BMT-nin və ya UNİSEF-in təqdim etdiyi sosial reklamların nümayişinin şahidi oluruq.

Əslində bütün dünya ölkələrində sosial reklam anlayışı əvəzinə ictimai reklam sözü işlədilir. Yalnız Rusiyada və Azərbaycanda ictimai reklam sosial reklam ifadəsi ilə əvəzlənib. Cəmiyyətin bəzi təbəqəsi isə, ümumiyyətlə, reklamın bu növünün mövcudluğundan xəbərsizdir.

Ölkəmizdə reklamın yaxın gələcək dövr üçün inkişaf perspektivlərinə təsir edən digər bir amil son zamanlar dünyada baş verən maliyyə – iqtisadi böhranla əlaqədardır. Qlobal maliyyə böhranı dünya ölkələrinin çoxunda, eləcə də, respub-likamızda istehsal və istehlakın həcminin azalması ilə müşayət olunur. Həmçinin, böhranın reklam bazarına da, təsirsiz ötüşmədiyini deyə bilərik. Buna baxmayaraq böhran bir çox ölkələrdə qiymətlərin ucuzlaşmasına səbəb olub. Məlumdur ki, böhrana birbaşa təsir göstərən neftin qiymətinin ucuzlaşmasıdır. Azərbaycan da neft ölkəsidir. Ancaq müşahidələrdən görürük ki, bizdə nəinki qiymətlər aşağı düşmür, əksinə bahalaşma gedir.

Bahalaşma gedən sahələrdən biri də media reklam bazarıdır. Reklam qiymətlərində, 2014-cu ilin yanvar ayında 2013-ci ilin yanvar ayı ilə müqayisədə bəzi media daşıyıcılarında bahalaşma gedib, bəzilərində isə olduğu kimi qalıb. Bahalaş-maya səbəb isə reklama tələbin artması ilə əlaqələndirilir. Hal-hazırda reklam bazarında vəziyyət demək olar ki, sabitdir. Reklam büdcələri əvvəlcədən müəyyən olduğu üçün reklamın həcminin azalması müşahidə olunmur.

Bunun məntiqi nəticəsi kimi 2014-cü ilin yanvar ayına reklam qiymətlərində 2013-ci ilin eyni ayı ilə müqayisədə televiziya reklamı üzrə orta hesabla 15 % artıb.Müvafiq olaraq kanallar üzrə Xezer TV-52%, İTV-17%, Lider-13%, ATV, AzTV-12% artım olub, digər kanallarda qiymətlər dəyişməyib.



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə