Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda Novruzzadə Göyçək Nayiq qızı


Şəkil 3.1. Televiziyalarda reklam qiymətlərinin artım göstəriciləri



Yüklə 0,83 Mb.
səhifə5/5
tarix12.10.2018
ölçüsü0,83 Mb.
#73618
1   2   3   4   5

Şəkil 3.1. Televiziyalarda reklam qiymətlərinin artım göstəriciləri

Reklam gəlirlərinə görə televiziyadan sonra ikinci yerdə olan küçə reklamı üzrə 15% artım olub, yalnız radio reklamı üzrə qiymətlər demək olar ki, dəyişməyib.

Məlumdur ki, reklam istehlakçının hesabına mövcuddur və əgər ölkəmizdə böhranın təsiri daha da dərinləşərsə o zaman alıcılıq qabiliyyəti də aşağı düşəcək. Bu isə birbaşa olaraq gələcəkdə reklam xərclərinin də azalmasına gətirib çıxaracaq.

Misal üçün deyə bilərik ki, böhranın dərinləşdiyi qonşu ölkələrdən biri olan Ukraynada artıq televiziya reklamı üzrə qiymətlər yeni güzəşt sisteminin tətbiqi nəticəsində 40% aşağı düşüb. Rusiyada isə artıq Moskva rəhbərliyi küçə reklamı satışı ilə məşğul olan şirkətlərin (satış evlərinin) rentabelliyini saxlamaq üçün iyun ayının ortasında bilbordların icarə haqqlarının 30% endirilməsi imkanlarına baxacaq. Buna səbəb isə reklam-verənlər tərəfindən tələbin azalması nəticəsində yanvar ayında aparıcı satış evlərinin gəlirlərinin keçən ilin eyni ayı ilə müqayisədə 40% azalması olub.

Böhranın ölkəmizin iqtisadiyyatına və dolayısı yolla reklam bazarına nə qədər təsir etdiyini isə yalnız zaman göstərəcək.

Qeyd edildiyi kimi Azərbaycan reklam bazarının inkişafına mane olan bir sıra çətinliklər vardır. Ölkəmizdə reklam bazarının sürətlə inkişaf etməsi və reklam fəaliyyətinin səviyyəsinin dünya standartlarına çatdırılması üçün bu problemləri aradan qaldırmaq olduqca əhəmiyyətlidir. Bununla yanaşı Azərbaycanda reklam fəliyyətinin gələcək inkişafı üçün pozitiv məqamlar da az deyil.

Son zamanlar Azərbaycanda qeyri-neft sektorunun inkişafı, reklam bazarına da təsirsiz ötüşməyib.Dünyanın bir çox aparıcı şirkətlərinin regionda fəaliyyətlərini genişləndirməsi göz qabağındadır. Hal-hazırda Azərbaycanın sürətlə inkişaf edən bazarı tez bir zamanda sayı artan, ölkə üzrə marka haqqında məlumatlılığa və bazardakı payının artmasına böyük həcmdə sərmayələr qoyan beynəlxalq markalar tərəfindən çox ciddi qəbul edilir. Bu, reklam bazarına da, təsirsiz ötüşmür. Bu gün ölkəmizin reklam bazarında McCann – Ericcson, Video İnternational, Ogilvy, Starcom, OMD, Publicis Hepta kimi dünyada məşhur reklam şirkətlərinin nümayəndəlikləri fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, son illər Azərbaycan reklam bazarının həcmi ildən-ilə çox yüksək templi sürətlə artır.



Şəkil 3.2.Azərbaycanda reklam bazarının inkişaf tempi (milyon manatla)

Statistikaya müraciət etsək, təkcə bu faktı demək kifayətdir ki, Azərbaycan-da 2014-cü ildə reklama qoyulan sərmayə 2010-cu illə müqayisədə 25 faiz artmışdır. İndi Azərbaycan hər il reklama qoyulan investisiyanın artımına görə dünyada 3-cü, MDB məkanında Rusiyadan sonra isə 2-ci yerdədir. 2016-ci ildə bu rəqəmin daha 30% artması gözlənilir.Proqnozlara görə, keçən ildəki 247 mln. ABŞ dolları ilə müqayisədə, 2016-cı ildə Azərbaycandakı media büdcələr 27%, yəni 313 mln. ABŞ dolları miqdarınadək artacaq.

Növbəti illərdə media xərclərin artım tempinin mövcud olan səviyyədə saxlanılması gözlənilir ki, bu da ÜDM-nin artım tempi (2014-cü ildə 26%-dən artıq) ilə uyğunlaşacaq.

Nəticə və təkliflər

Bazar iqtisadiyyatı şəraitində reklam istehsalçı ilə istehlakçı arasında körpü və əlaqə vasitəsi olmaqla yana­şı, istehsalçını tanıdır, informasiya vasitəsi kimi malı təb­liğ edib, istehlakçını məlumatlandırır, ona seç­mək imka­nı verir. Bununla da o ən demokratik fə­aliy­yət sahəsi ki­mi tanınır. Buna görə də hazırda rek­lamın təşkili və onun effektivliyinin tədqiqi zəruri sayılır. Bu baxımdan da möv­zunun suallarını araşdırarkən aşağı­dakı nəticəyə gə­lib bir sıra müvafiq tövsiyyələrimizi irəli sürmüşük:

Dünya biznes sistemində reklamın mal tədavülü pro­sesində gücü və rolu böyükdür. Reklam hər cür eti­ras­­­lardan uzaq olmaqla məlumatların yazılmasında, onun qısa müd­dətdə canlı və aydın verilməsində, bədii cəhətdən tərtib edil­məsində, istehlakçılara mal və xid­mət­lər haqqında ən ye­ni və vacib məlumatların çat­dı­rıl­ma­sın­da mühüm əhə­miyyət kəsb edir. Bunları aşağıdakı kimi izah etmək olar:

1. Reklam hansı firmada tətbiq edilməsindən asılı ol­mayaraq xidmət etdiyi müəssisəyə mənfəət gətir­məli­dir. Bu məqsədlə reklam sifarişçiləri hər hansı mövzunu reklam etdirərkən əvvəlcədən optimal planlar işləyib hazırlamalı və sosioloqların qeyd etdiyi kimi bu planlar marketinqin tətbiqi istiqamətlərilə əlaqələndirilməlidir;

2. Reklam fəaliyyəti bazara mal və xidmətin təqdim olunması səviyyəsi, mal istehsalının gələcək inkişafı ilə sıxı əlaqə saxlamalıdır. Beləki, bazarda baş verən hər bir də­yi­şiklik reklamın fəaliyyətində və məzmununda özünü əks et­dirməlidir. Bu baxımdan reklamın məqsədyönlü təsiri həm məhsulun planlaşdırılması və istehsalında və həm də tica­rətdə özünü göstərməlidir.

3.Reklamın köməkliyi ilə müxtəlif tələb, pul, vəsai­ti­nə, alıcılıq qabiliyyətinə və ənənələrə məxsus olan alı­cılar üçün bazar daha rahat və anlaşıqlı olur. Özünün iqtisa­diy­yatını inkişaf etdirməyə istiqamətlənən respubli­ka­mız­da gələcəkdə bazarın həcminin genişlənməsilə əla­qə­dar olaraq zəmanət müddəti artan mallar istehsal olun­­­masını nəzərə alaraq reklamın funksiyalarının in­ki­şaf et­diril­məsinə diqqət artırılmalıdır.

4.Reklam istehlakçılara təsir göstərərək bazarda tələ­bi formalaşdırmaqla yanaşı eyni zamanda onu idarə edir. Bu baxımdan reklamı istehsalçılarla istehlakçılar ara­sın­da danışıqların təşkiledicisi adlandırmaq olar.Da­ha doğrusu alimlərin göstərdiyi kimi istehsalın geniş­lən­dirilməsi müva­fiq müəssisənin reklam büdcəsi ilə əlaqə­ləndirilməlidir.

5. Reklam insanların həyatını zənginləşdirir, on­ların təcrübəsini artırır. Müasir şəraitdə reklamın aktiv­ləşdi­ril­məsi məqsədilə şəhər əhalisinə xidmət gös­təril­mə­sində bir sıra tədbirlərin həyata keçirilməsi məq­sə­də­uyğun he­sab edil­məlidir. Buna tələb olunan malları aşkar etmək, reklam qə­rar­larının qəbul edilməsi, mal mar­ka­sının düz­gün seçilməsi, ilkin reklam material­la­rının bura­xıl­ma­sı­nın təşkil edilməsi, məhsul buraxılışının plan­laşdı­rıl­ma­sın­da intensiv reklam­dan istifadə edilməsi, istehsal olunan məhsulların fərq­lən­dirilməsi, ixtisaslı kadr­ların potensial gücündən tam istifadə edilməsi və sairəni misal gös­tər­mək olar.



Ədəbiyyat siyahısı

1. Reklam haqqında Azərbaycan Respublikasının Qanunu:\ Bakı şəhəri, 3 oktyabr 1997-ci il № 376-IQ

2. Plunkett's Advertising & Branding Industry Almanac 2008 Copyright © 2008, Plunkett Research, Ltd.

3. Zenith Optimedia Advertising expenditure by regions 2008/

4. The Advertising Association’s Advertising Statistics Yearbook 2008 The World Advertising Research Center (WARC): Farm Road / Henley-on-Thames; Oxon

5. Меркатор.Теория и практика маркетинга / Пер.с франц.: В2т.-Т.1.- М.:МЦФЭР, 2006.- 664 с.

6. Амблер Т.А Практический маркетинг /Пер. с англ. под общей ред. Ю. Н. Каптуревского. - СПб: Издательство «Питер», 1999.- 400 с.- (Серия «Теория и практика менеджмента»).

7. Е.Песоцкий.Современная реклама: теория и практика.- М.: Издательство: Феникс, 2003 г.

8. Семенов Б. Д. Рекламный менеджмент: учебное пособие.-2-е изд. - М.: Информационно – внедренческий центр «Маркетинг», 2001.- 272 с.

9. Вальтер Шенерт Грядущая реклама.– М.: Издательство: Интер-эксперт, 2001 г. 302 стр.

10. Джефкинс Ф. Реклама. - М.: ЮНИТИ-ДАНА, 2002.

11. Бове Кортлэнд, Аренс Уилльям. Год издания: 1995. Количество страниц: 704. Издательство: "Довгань".

12. Делл Денисон, Линда Тоби. Учебник по рекламе.- М.; 1996 год.

13. Реклама и рекламная деятельность: Конспект лексий.-М: Приор-издат, 2005,- 96 с.

14. Д.Огилви. "Тайны рекламного двора". - М; 9.

РЕЗЮМЕ

Наиболее распространенный и наиболее эффективный средство воздействия на сбыт это продвижение рекламной деятельности. Наличие этого или любого другого продукта, а также для информирования потребителей о характеристиках и функциях продукции играет роль рекламы. Характерной чертой современной рекламы, ее производства и сферы услуг фирм, работающих в производственной и маркетинговой системе в результате процесса управления эффективностью продаж, связанных с новой ролью. Уровень развития рекламной системы компании, а также информация о качестве и эффективности его соответствия требованиям мирового рынка, как измерено.



SUMMURY

Promotion of the most common and most effective means of influencing the marketing of advertising activity. Advertising is on the availability of this or any other product, as well as to inform consumers about its characteristics, and performs the function of informing. It is usually of secondary importance for companies advertising information function. The benefits of the product through advertising and its usefulness to convince buyers and thus əhəmiyyat product to the market is more important for companies to pursue. A characteristic feature of modern advertising, its manufacturing and service companies operating in the sphere of production and sales as a result of the activities of the management process maraketinq system due to the new role. In this new role, its active and integral part of a comprehensive marketing system, he added.



REFERAT

Mövzunun aktuallığı. Müasir dövrdə bir çox bazarlarda, rəqabətin güclən-məsi, o cümlədən müxtəlif istehsal sahələrində fəaliyyət göstərən istehsalçı - müəssisələrin bir-birləri ilə rəqabət aparmaları, firmaların bütün mümkün vasitə-lərdən istifadə etməklə, öz məhsullarının satışını aktvləşdirməyə çalışmalarına, başqa sözlə desək, məhsulların bazara yeridilməsinə cəhd göstərmələrinə səbəb olur.Bu zaman müəssisələr satışın stimullaşdırılmasının bir çox müxtəlif vasitələrindən istifadə edirlər.

Satışın stimullaşdırılmasının ən geniş yayılmış və ən effektiv təsir göstərən marketinq vasitələrindən biri reklam fəaliyyətidir. Reklam fəaliyyəti bu və ya digər məhsulun mövcudluğu haqda, habelə onun xarakteristikası haqda alıcılara informasiya vermək, onları məlumatlandırmaq funksiyasını yerinə yetirir.Lakin, qeyd etmək lazımdır ki, adətən firmalar üçün reklamın informasiya funksiyası ikinci dərəcəli əhəmiyyət daşıyır. Reklam vasitəsilə məhsulun üstünlüklərini və onun fayda-lılığını alıcılara inandırmaq və bununla da, məhsulu bazara yeritmək firmalar üçün daha vacib əhəmiyyat daşıyır.

Reklam satışın və ticarətin stimullaşdırılmasının digər vasitələri və təbliğat elementləri ilə yanaşı qeyri-qiymət rəqabətinin güclü marketinq vasitəsi hesab edilir.Əgər, müəssisənin kommersiya cəhdləri məhsulun təkmilləşdirilməsinə və onun bazar tələbatına uyğunlaşdırılmasına yönəlibsə, reklam isə əks vəzifəni yerinə yetirir – istehlak tələbini, artıq istehsal olunmuş məhsula adaptasiya edir.

Müasir reklamın xarakterik cəhəti, onun istehsal və xidmət sferasında fəaliyyət göstərən firmaların istehsal-satış fəaliyətinin idarə edilməsi prosesinə cəlb edilməsi nəticəsində maraketinq sistemində yeni rol oynaması ilə əlaqədardır. Bu yeni rolun mahiyyəti, onun kompleks marketinq sisteminin aktiv və ayrılmaz hissəsi olmasın-dadır. Bu sistemin inkişaf səviyyəsi müəssisənin reklam – informasiya fəaliyyətinin keyfiyyət və effektvliyi eləcə də, onun dünya bazarı tələblərinə uyğunluğu ilə ölçülür.

Marketinq məhsulların satışının təşkili prosesini, yeni məhsulların isteh-lakçılara istiqamətləndirilməsini tədqiq edir, bu məhsulların reklam strategiyasını hazırlayır.Satışın stimullaşdırılmasının marketinq metodları əsasında müəssisənin öz məhsullarının üstün cəhətləri haqda məlumat yaymaq və məqsəd auditoriyasını məhsulu almağa inandırmaq dayanır. Bu marketinq vəzifələrinin reallaşdırılması üçün istifadə olunan başlıca vasitə reklamdır. Reklam müxtəlif bazar seqmentlərinin tələbatının formalaşdırılması və stimullaşdırılması forması qismində çıxış edərək marketinqlə sıx bağlı olur.

Reklam marketinqdə rabitə vasitəsi olaraq, kompaniya və məqsəd auditoriyası arasında bərabər qiymətli mübadiləni həyata keçirən çoxsaylı satış alətlərindən birini təşkil edir.Reklamın əhəmiyyəti biznesin xarakterindən və onda istifadə olunan digər bazar fəaliyyətinin növlərindən asılı olaraq dəyişir. Reklam bir çox faktorlardan – bazar konyukturasından, məhsulun xüsusiyyətlərindən, onun istehsal edilmə və reallaşma xarakteristikasından, alıcı faktorundan və s. – asılı olaraq daha çox və ya daha az effektiv ola bilən bazar kommunikasiyası alətidir.

Reklam fəaliyyətinin qanunauyğunluqlarının öyrənilməsi ölkə iqtisadiy-yatının bütünlükdə investisiya mühitini dəqiq və tez tənzimləyən indikator kimi qiymətləndirilməsi ilə şərtləşir. Təbii ki, belə bir şəraitdə müəssisələrdə satış üzrə reklam fəaliyyətinin idarəedilməsi strategiyasının seçilməsi olduqca aktuallıq kəsb edir.

Tədqiqatın məqsədi və vəzifələri.Tədqiqatın məqsədi əmtəə bazarında rəqabət mübarizəsinin daha da kəskinləşməsi və marketinq aktivliyinin artması müstəvisində müəssisələrin satış üzrə reklam fəaliyyətinin idarəedilməsi strategiyasının seçilməsi məsələlərinin nəzəri baxımdan araşdırılması və ölkəmizdə reklam fəalifyyətinin daha da yaxşılaşdırılması ilə bağlı praktiki tövsiyyələr verməkdən ibarətdir. Bununla əlaqədar olaraq tədqiqat işində aşağıdakı vəzifələr qar­şıya qoyulmuşdür:

- marketinqin kommunikasiya elementi kimi reklamın sosial-iqtisadi mahiyyətini aşkar etmək;

- qloballaşan biznes mühitində reklam fəaliyyətinin yeri və rolunu müəy-yənləşdirmək;

-müasir şəraitdə reklam fəaliyyətinin marketinq idarəedlilməsinin spesifik cəhətləri dəqiqləşdirmək;

- satış üzrə reklam fəaliyyətinin təşkili formaları və reallaşması strategiyalarını müəyyənləşdirmək;

- müasir şəraitdə reklam bazarının tənzimlənməsi sisteminin formalaşdırmaq;

-ölkəmizdə reklam bazarının inkişaf istiqamətlərini aşkar etmək.

Tədqiqatın predmeti. Tədqiqatın predmetini ölkə muüəsmisələrinin satış üzrə reklam fəaliyyətinin idarəedilməsi strategiyasının seçilməsi məsələləri təşkil edir.

Tədqiqat işinin obyektini Azərbaycan Respublikasının reklam bazarında fəaliyyət göstərən təsərrüfat subyektləri təşkil edir.

Tədqiqatın informasiya bazası. Dissertasiya işinin yazılmasında Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi materiallarından, respublika iqtisadçılarının çap etdirdikləri müxtəlif jurnal məqalələrindən, internet saytlarə və portallarinin məlumatlarından istifadə edilmişdir.

Tədqiqat işinin nəzəri və metodoloji əsasını Azərbaycan Respublikası alim-lərinin son illərdə logisika sahəsində apardıqları fundamental və tətbiqi xarakterli tədqiqatların əsas müddəaları və nəticələri qəbul edlilmişdir.

Problemin nəzəri hissəsinin işlənib hazırlanması zamanı tarixi və məntiqi-nəzəri təhlil üsulları tətbiq edilmiş, ekspert qiymətləndirmə, eləcə də ümumi anlayış və kateqoriyalardan konkret iqtisadi proseslərə istiqaməti müəyyənləş­dirən deduktiv metodlardan istifadə olunmuşdur.Son dövrlərdə Azərbaycan Respublikasında kommersiya fəaliyyətinin mövcud vəziyyəti və logistik təşkilini əks etdirən geniş statistik materialların təhlilinə xüsusi diqqət yönəldilmişdir.

Tədqiqat işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir:

- informasiya iqtisadiyyatı şəraitində reklam bazarıının formalaşmasının nəzəri əsasları müəyyənləşdirilmiş;

- ölkəmizdə reklam bazarının formalaşması ənənələri aşkar edilmiş və mövcud vəziyyətinin təhlili aparılmış;

- Azərbaycan Respublikasında reklam bazarının inkişaf etdirilməsinin prioritet istiqamətləri əsaslandırılmışdır.



Tədqiqatın praktik əhəmiyyəti. Bir çox inkişaf etmiş ölkələrin təcrübəsindən göründüyü kimi bazar iqtisadiyyatı inkişaf etmiş reklam institutu olmadan effektiv fəaliyyət göstərə bilməz.Başqa sözlə desək reklam-bazarın daxili elementi, onun inkişafının vacib aləti hesab edilir. Odur ki, yerinə yetirilən tədqiqat işinin praktik əhəmiyəti reklam müəssisələrin uğurlu fəaliyyət göstərməsi üçün lazım olan müəyyən təklif və tövsi­yələrin verilməsindən ibarətdir.

Tədqiqat işinin strukturu: Giriş, 2 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Dissertasiya işinin “İnformasiya iqtisadiyyatı şəraitində reklam bazarıının formalaşmasının nəzəri əsasları” adlanan birinci fəslində marketinqin kommunikasiya elementi kimi reklamın sosial-iqtisadi mahiyyəti, qloballaşan biznes mühitində reklam fəaliyyətinin yeri və rolu müəyyənləşdirilmişdir. Həmçinin müasir şəraitdə reklam fəaliyyətinin idarəedilməsinin spesifik cəhətləri sadalanmışdır.

Tədqiqat işinin ikinci fəsli “Azərbaycan Respublikasında reklam bazarının formalaş-ması ənənələri və mövcud vəziyyətinin təhlili” adlanır. Reklam fəaliyyətinin təşkili formaları və reallaşması strategiyası müəyyənləşdirilmiş, ölkədə reklam fəaliyyətinin idarəedilməsinin analitik qiymətləndirilməsi aparılmış, reklam bazarının inkişaf etdirilməsinin prioritet istiqamətləri göstərilmişdir.



Tədqiqat işinin sonunda nəticələr,ədəbiyyat siyahısı verilmişdir.



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə