Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

37

 

 



öz fəaliyyətində şəxsi normativ sənədlərinə, nizamnamələrinə, bütövlükdə sahənin və 

onun  ayrı-ayrı  bölmələrinin,  işçi  heyətinin  fəaliyyətini  təyin  edən  digər  daxili 

normativ  sənədlərinə  tabeçiliyini  təcəssüm  etdirir.  Xarici  tənzimlənmə  bazarın  öz 

fəaliyyətində  dövlətin,  beynəlxalq  razılaşmaların  normativ  sənədlərinə  tabeçiliyini 

əks etdirir. 

Dünya  praktikasında  bu  bazarın  tənzim  olunmasında  iki  modeldən  istifadə 

edilir: 

1.

 



Qiymətli kağızlar bazarının dövlət tərəfindən tənzimlənməsi. 

2.

 



Bazarın peşəkar iştirakçılar tərəfindən tənzimlənməsi. 

Dövlət  tənzimlənməsi  ilk  növbədə  normativ-hüquqi  aktlara  əsaslanır.  Hüquqi 

təminat  qanunvericilik  aktları  fərmanlar,  qərarlar,  sərəncamlar  və  idarəetmə 

orqanlarının  digər  hüquqi  sənədlərini  əhatə  edir.  Normativ  təminata  təlimatlar, 

normativlər, normalar, metodik göstərişlər və izahatlar və s. aiddir. Respublikamızda 

qiyməli  kağızlar  bazarının  dövlət  tənzimlənməsi  üzrə  başlıca  sənədlərə  Azərbaycan 

Respublikası  Mülki  Məcəlləsini,  “Qiymətli  kağızlar  haqqında”,  “Səhmdar 

cəmiyyətləri haqqında”, “İnvestisiya fondları haqqında” Qanunları, Qiymətli Kağızlar 

Üzrə Dövlət Komitəsinin (QKDK) normativ sənədlərini aid etmək olar. Bu normativ 

sənədlərə:  Kredit  təşkilatları  tərəfindən  qiymətli  kağızlar  bazarında  qiymətli 

kağızlarla  əməliyyatların  həyata  keçirilməsi  Qaydaları  (03.11.1999),  Qiymətli 

kağızlarla  alqı-satqı  əqdlərinin  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları 

vasitəsi  ilə  bağlanma  və  qeydiyyatı    qaydaları  haqqında    Əsasnamə  (08.11.1999), 

Xarici  hüquqi  və  fiziki  şəxslərin  qiymətli  kağızlar  bazarında  iştirakı  Qatdaları 

(09.02.2000), Azərbaycan Respublikasının Dövlət və bələdiyyə qiymətli kağızlarının 

buraxılması,  yerləşdirilməsi  və  tədavülü  haqqında  Qaydalar  (09.02.2000), 

Azərbaycan Respublikasının qiymətli kağızlar bazarında reklam haqqında Qaydaları 

(10.05. 2000), Xarici emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikasında 

tədavülə  buraxılması  Qaydaları  (06.09.2000),  Azərbaycan  Respublikasının  qiymətli 

kağızlar  bazarında  qanun  pozuntularının  aradan  qaldırılması  və  investorların 

hüquqlarının  müdafiəsi  üzrə  nəzarətin  həyata  keçirilməsi  Qaydaları  (22.11.2000), 



38

 

 



Azərbaycan Respublikasında fyuçerslərin tədavülü Qaydaları (08.01.  2000),Qiymətli 

kağızlarla  alqı-satqı  əqdlərinin  bağlanma  qaydaları  haqqınd  Əsasnamə  

(26.07.2002),Qiymətli  kağızlar  bazarında  diler  fəaliyyətinin  həyata  keçirilməsi 

Qaydaları (12.08.2003),Qiymətli kağızlar bazarında broker və diler tərəfindən daxili 

uçotun  aparılması  Qaydaları  (25.05.2004),Qiymətli  kağızlar  bazarında  xidməti 

məlumatın saxlanması,istifadəsi və təqdim edilməsi Qaydaları (05.10.2004),Qiymətli 

kağızlar  bazarında  qiymətlərlə  manipulyasiyaların  qarşısının  alınması  Qaydaları 

(08.12.2004),Qiymətli  kağızlar  bazarında  qiymətli  kağızların  idarə  olunması  üzrə 

peşəkar fəaliyyətinin həyata keçirilməsi Qaydaları(25.03.2005) misal göstərmək olar. 

Mülki  Məcəlləyə  görə  qiymətli  kağızlar  bazarının  dövlət  tənzimlənməsi 

aşağıdakılardan (Maddə 1078-40) ibarətdir:     

 



qiymətli  kağızlar  bazarının  tənzimlənməsi  üzrə  normativ  hüquqi  aktların 

qəbul  edilməsi  və  onlara  riayət  olunmasına  nəzarətin  həyata  keçirilməsi,  bazarının 

iştirakçılarına  tələblərin  və  onların  fəaliyyəti  qaydalarının  müəyyən  edilməsi, 

qiymətli  kağızlar  buraxılışlarının  dövlət  qeydiyyatının  aparılması,  qiymətli  kağızlar 

bazarında peşəkar fəaliyyətin həyata keçirilməsi üçün xüsusi razılığın (lisenziyanın) 

verilməsindən; 

 

qiymətli  kağızlar  bazarında  investorların  və  qiymətli  kağızlar  sahiblərinin 



hüquqlarının  müdafiəsi,  qiymətli  kağızlar  bazarı  iştirakçılarının  fəaliyyətinə  dövlət 

nəzarətinin  həyata  keçirilməsi,  bazarda  qanunvericiliyi  pozan  şəxslərin  məsuliyyətə 

cəlb edilməsi üzrə müvafiq tədbirlərin görülməsindən; 

 



qiymətli  kağızlar  bazarının  iştirakçılarının  peşə  səviyyəsinin  artırılması 

üzrə  müvafiq  tədbirlərin  görülməsi,  bazarın  inkişafı  istiqamətlərinin  müəyyən 

edilməsi, qiymətli kağızlar bazarında sağlam rəqabət mühitinin yaradılmasından; 

 



qiymətli  kağızlarla  əqdlərin  bağlanmasına  dair  tələblərin  müəyyən 

edilməsi,    hüquqi  və  fiziki  şəxslərin  borc  öhdəliklərinin  qiymətli  kağızlarla 

rəsmiləşdirilməsi  və  ödənilməsi  qaydalarının  müəyyənləşdirilməsi,  qiymətli 

kağızlarla  rəsmiləşdirilmiş  borc  öhdəlikləri  bazarının  tənzimlənməsinin  həyata 

keçirilməsindən; 



39

 

 



 

Azərbaycan  Respublikasının  qiymətli  kağızlar  bazarının  dünya  maliyyə 



bazarına  inteqrasiyası  üzrə  tədbirlərin  hazırlanmasında  və  müvafiq  icra  hakimiyyəti 

orqanına  təsdiq  edilmək  üçün  təqdim  edilməsi,  müvafiq  tədbirlərin  həyata 

keçirilməsi,  aktivlərin  öhdəliklərlə  yüklənməsi  və  onlarla  rəsmiləşdirilən  daşınmaz 

əmlakın ipotekasının qeydiyyatının və uçotunun aparılmasından; 

 

qiymətli kağızlarla bağlı müvafiq dövlət reyestrlərinin (qiymətli kağızların 



buraxılışının  dövlət  reyestri,  veksel  və  çeklərin  dövlət  reyestri,  qiymətli  kağızlarla 

girovun rəsmi reyestri, qiymətli kağızlarla rəsmiləşdirilən əmlakın ipotekasının dövlət 

reyestri  və  s.)    aparılması,    bazarda  sığortalanmalı  olan  risklərin  sığorta 

standartlarının  müəyyən  edilməsi,  qiymətli  kağızlar  bazarında  məlumatların 

açıqlanması üzrə qaydaların müəyyən edilməsi və sisteminin təşkilindən; 

 



qiymətli  kağızların  (sertifikatların)  blanklarının  çap  edilməsi  və  onların 

ölkəyə  gətirilməsi  və  aparılması  üzrə  fəaliyyətin  tənzimlənməsi,  bazarın 

iştirakçılarına  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  icrası  məcburi  olan 

göstərişlərin  verilməsi,  bazarın    inkişafı  məqsədi  ilə  istifadə  edilən  fondların 

qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılması və tənzimlənməsindən; 

 



 bazarda  qiymətlərlə  manipulyalara  yol  verilməməsi  üzrə  tədbirlərin 

görülməsindən. 

    Dünya  təcrübəsində  qiymətli  kağızlar  bazarının  dövlət  tənzimlənməsi 

müxtəlif  modellərdən  asılı  olaraq  müxtəlif  orqanlar  tərəfindən  həyata  keçirilir. 

Məsələn,  İngilis  modelində  bazarın  dövlət  tənzimlənməsi  Mərkəzi  Bank  vasitəsilə 

yalnız dövlət qiymətli kağızlar bazarının tənzimindən ibarətdir. Alman modelində isə 

fond  bazarının  dövlət  tənzimlənməsində  mühüm  rol  Mərkəzi  Banka  (Bundsebank), 

Qiymətli  Kağızlar  üzrə  Federal  Komissiyaya  və  ayrı-ayrıtorpaqların  xüsusi 

orqanlarına  məxsusdur.  ABŞ-da  dövlət  tənzimlənməsi  Qiymətli  Kağızlar  üzrə 

Komissiya tərəfindən həyata keçirilir.     

Respublikamızda  qiymətli  kağızlar  bazarının  dövlət  təmzimlənməsi  üzrə  əsas 

orqanlar  QKDK,  Milli  Bank  və  Maliyyə  Nazrliyi  hesab  olunurlar.  Milli  Bank 

kommersiya  banklarına  qiymətli  kağızlar  bazarında  fəaliyyət  hüququ  verir  və  bu 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə