Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

46

 

 



Əsasnamənin  təsdiqi  barədə”  Fərman  imzalandı.  Bununla  da  respublikada  fond 

bazarının  geniş  surətdə  dövlət  tənzimlənməsi  və  nəzarətinin    həyata  keçirilməsinin 

əsası  qoyuldu.  2012-cı  ildən  QKDK-nın  Naxçıvan  MR  üzrə  idarəsi  də  fəaliyyət 

göstərir. 2000-ci ildə isə Bakı Fond Birjası (BFB) yaradıldı. 

Bunlardan  əlavə  ölkəmizdə  fond  bazarının  inkişaf  etdirilməsi  ilə  əlaqədar 

olaraq  dövlət  tərəfindən  xarici  təşkilatların  köməkliyi  ilə  bir  çox  layihələr  həyata 

keçirilmişdir.  2002-ci  ildə  Beynəlxalq  Maliyyə  Korporasiyası  tərəfindən 

maliyyələşdirilən  «Bakı  Fond  Birjası  və  QKDK-nın  inkişafının  texniki  yardımı» 

layihəsinin  həyata  keçirilməsi  başlanmışdı.  Bu  layihənin  ümumi  məbləği  320  min 

Avro  təşkil  edirdi.  Layihə  Hollandiyanın  Atos  KPMG  Consultinq  şirkəti  tərəfindən 

həyata keçirilirdi. Bu layihənin əsas istiqamətləri aəşaöıdakılardan ibarət idi: qiymətli 

kağızların  buraxılışı  haqqında  normativ-hüquqi  aktların  təhlili  və  tövsiyyələrin 

verilməsi,  qiymətli  kağızların  ilkin  yerləşdirilməsinin  həvəsləndirilməsi,  tədris 

kurslarının  təşkil  olunması  və  Amsterdam  şəhərində  ixtisasartırma  kurslarının 

keçirilməsi.  

Azərbaycan korporativ idarəetmə layihəsinin (AKİL) açılışı  2003-cü ilin may 

ayında   Bakıda  təşkil  edilmiş   konfransda  rəsmi  elan  edildi.  Azərbaycan  korporativ 

idarəetmə  layihəsi  (AKİL)  Beynəlxalq  Maliyyə  Korporasiyası  (BMK)  tərəfindən 

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (seco) nəcib dəstəyi ilə həyata 

keçirilirdi.  Layihənin  əsas  məqsədi  Azərbaycanın  səhmdar  cəmiyyətlərində,  o 

cümlədən, 

kommersiya 

banklarında 

korporativ 

idarəetmə 

təcrübəsini 

təkmilləşdirməkdən ibarət idi. Bu məqsədlərin həyata keçirilməsi üçün layihə aşağıda 

qeyd  olunan  əsas  dörd  sahədə  fəaliyyət  göstərməyi  planlaşdırılmışdı:    səhmdar 

cəmiyyətlərlə  iş;  azərbaycan  hökumət  strukturları  ilə  iş;  azərbaycan  təhsil 

müəssisələri ilə əməkdaşlıq; və ictimaiyyətin məlumatlandırılması kampaniyası.  

2004-cü  ildə  FIRST  multi  donor  proqramına  srart  verildi..  Həmin  proqramın 

əsas  vəzifəsi  inkişaf  edən  ölkələrdə  maliyyə  sektorunu  tənzimləyən  dövlət 

qurumlarına texniki yardım göstərilməsidir. FIRST layihələri Dünya Bankı, Kanada 

Beynəlxalq  İnkişaf  Agentliyi,  Böyük  Britaniyanın  Beynəlxalq  İnkişaf 




47

 

 



Departamentinin,  Beynəlxalq  Valyuta  Fondu  və  başqa  donor  təşkilatları  tərəfindən 

maliyyələşdirilmişdir. FİRST proqramı tərəfindən “Qeyri-bank korporativ istiqrazlar 

bazarının yaradılmasına dəstək” texniki yardım  layihə həyata  keçirilməsi haqqında 

qərar  qəbul  olunmuş  və  14  iyul  2005-ci  ildə  QKDK-nın  və  Böyük  Britaniyanın 

Emercinq Market Ekonomiks Limited Şirkəti arasında Texniki Yardım Qrant Sazişi  

bağlanmışdır. 

2005-ci  ildə  Bakı  şəhərində  QKDK,  BFB  və  Beynəlxalq  Maliyyə 

Korporasiyası  tərəfindən  regionlarda  yerləşən  35  səhmdar  cəmiyyətlərinin 

rəhbərliyinin  iştirakı  ilə  müxtəlif  bölgələrdə  “Korporativ  idarəetmənin  inkişafı” 

mövzusunda seminarların keçirilməsi üzrə irimiqyaslı layhəyə start verildi. 

2007-2008-ci  ildə  bu  normativ-hüquqi  aktlar  qəbul  edilmişdir:  QKDK-nın 

“Şəffaflığın  artırılması  və  korrupsiyaya  qarşı  mübarizə  üzrə  Milli  Strategiya”nın 

həyata  keçirilməsi  ilə  bağlı  2008-ci  il  üzrə  Tədbirlər  Planı;  Azərbaycan 

Respublikasında buraxılan qiymətli kağızlara beynəlxalq identifikasiya nömrələrinin 

verilməsi  haqqında  Qaydalar;  Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları 

tərəfindən hesabatların təqdim edilməsi Qaydaları; Kredit təşkilatlarında veksellərin 

uçotunun  aparılması  Qaydaları;  Azərbaycan  Respublikasında  dövlət  qeydiyyatına 

alınmış  emitentlərin  investisiya  qiymətli  kağızlarının  Azərbaycan  Respublikasının 

ərazisindən  kənarda  yerləşdirilməsinə  və  ya    tədavülə  buraxılmasına  icazənin 

verilməsi haqqında Qaydalar. 

2007-ci  ilin  may  ayının  15-də  Bakı  Fond  Birjası  (BFB)  ilə  Varşava  Fond 

Birjası  (VFB)  arasında  uzunmüddətli  əməkdaşlığa  dair  memorandum  imzalandı. 

İmzalanmış memoranduma görə, tərəflər hər iki ölkənin fond bazarlarının inkişafı və 

inteqrasiyası  məqsədilə  informasiya  və  təcrübə  mübadiləsi  sahəsində  əməkdaşlıq 

etmək niyyətindədirlər. Qeyd edək ki, Varşava Fond Birjası Mərkəzi və Şərqi Avropa 

regionunun  ən  nəhəng  fond  bircalarından  biridir.  2007-ci  il  5  iyun  tarixinə  olan 

məlumata görə, VFB-da 298 şirkət (bunlardan 14-ü xarici şirkət olmaqla) listinqdən 

keçmişdir.  İlin  əvvəlindən  isə  bircanın  ümumi  dövriyyəsi  300  mlrd.  ABŞ  dollarını 

ötmüşdür.  



48

 

 



2007-ci ildə fond bazarının inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlərdən ən 

yadda  qalanı  bazarın  özünütənzimləmə  təşkilatı  olan  "Azərbaycan  Fond  Bazarı 

İştirakçılarının Assosiasiyası" (AFBİA)  İctimai Birliyinin  təsis edilməsi oldu ki, bu 

barədə  II fəsildə daha geniş məlumat verilmişdir. 

Qiymətli  kağızlar  bazarının  müasir  durumunun  rəqəmlərdə  ifadəsində  də 

müəyyən irəliləyişlər olmuşdur. QKDK tərəfindən 2007-ci il ərzində 795 mln. manat 

məbləğində 137 səhm buraxılışı dövlət qeydiyyatına alınmışdır ki, bu da 2012-cı ilin 

müvafiq göstəricisindən 2,3 dəfə çox olmuşdur. Səhm buraxılışı üzrə 2012-cı ildə 100 

emitent  qeydiyyata  alındığı  halda    2013-cü  il  ərzində  113  emitent  qeydiyyata 

alınmışdır. 2013-cü il ərzində səhm buraxılışının strukturu aşağıdakı kimi olmuşdur: 



 

Diaqram 3.1. 2013-cü il üzrə səhm buraxılışı strukturu (mənbə stat.gov.az) 

 

Səhmlər üzrə təkrar bazarda 147 mln. manat məbləğində əqd bağlanmışdır ki, 



bunun  da  83  mln.  manatlıq  hissəsi  Bakı  Fond  Birjasının,  64  mln.  manatlıq  hissəsi 

birjadan kənar bazarın payına düşmüşdür. 

QKDK tərəfindən 2013-cü il ərzində 72 mln. manat məbləğində 20 korporativ 

istiqraz buraxılışı qeydiyyata alınmışdır ki, bu da 2012-cı ilin müvafiq göstəriciləri ilə 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə