Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   ...   15   16   17   18   19   20   21   22   23

68

 

 



Ölkədə gedən iqtisadi  islahatlar,  strateji  özəlləşdirmənin   aparılması qiymətli 

kağızlar  bazarının  inkişafına  təkan  vermişdir.  Hazırda  dövriyyədə  dövlət 

qısamüddətli  istiqrazları,  özəlləşdirmə  payları  və  opsionları,  səhmdar  cəmiyyətlərin 

səhmləri, kredit təşkilatlarının depozit sertifikatları, veksellər və fyüçerslər vardır. 

 

Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  bazarını  dörd  sahəyə  bölmək 



olar: 

5.

 



dövlət qiymətli kağızlar bazarı-dövlət qısamüddətli istiqrazları: 

6.

 



borc öhdəlikləri və veksellər bazarı; 

7.

 



dövlət özəlləşdirmə payları(çekləri) və opsionları; 

8.

 



korporativ qiymətli kağızlar bazarı: 

Gələcəkdə ehtimal olunur ki, Azərbaycanda fond birjasında maliyyə fyüçersləri 

ilə  də  maliyyə  əməliyyatları  həyata  keçiriləcək,  qiymətli  kağızlar  bazarında  yeni 

maliyyə  alətləri  yer  tapacaqdır.  Birincisi,  dövlət  borc  qiymətli  kağızlarının  növləri 

genişlənəcəkdir. Yaxın gələcəkdə aşağıdakılar baş verə bilər: 

 



əhali  üçün  müxtəlif  ödəmə  müddətləri  ilə  dövlət  borc  qiymətli 

kağızlarının buraxılışı: 

 

müəyyən olunmuş proqram və layihələrin maliyyələşdirilməsi məqsədilə 



qiymətli  kağızların  buraxılışı.  Belə  qiymətli  kağızlara  gəlir  olaraq,  proqram  və 

layihələrin nəticələrinin reallaşdırılmasında iştirak ola bilər: 

 

torpaq və daşınmaz əmlaka təmin edilən qiymətli kağızların buraxılışı: 



 

xarici  bazarlarda  dövriyyədə  iştirak  edəcək  borc  qiymətli  kağızlar 



buraxılışının genişləndirilməsi. 

İkincisi, bazara  yeni  iri qrup  emitentlərin-bələdiyyələrin  qoşulması  mümkün-

dür.  Onlar  da  geniş  əhali  kütləsi  üçün  borc  qiymətli  kağızları  buraxa,  cəlb  edilmiş 

bələdiyyə proqramlarının reallaşmasında istifadə edə bilərlər. 

Üçüncüsü,  bazarın  daha  bir  iri  sektoru-korporativ  istiqraz  bazarı  formalaşa-

caqdır.  Özəlləşdiriləcək  iri  istehsal  müəssisələrinin  bir  çoxu  maliyyə  resursları  cəlb 

etmək məqsədilə, istiqraz buraxacaqlar. 



69

 

 



Dördüncüsü,  mövcud  olan  normativ  aktlarda  boşluqları  aradan  qaldırmaq 

məqsədilə daima yeni təmzimləmə alətləri əmələ gələcəkdir. 

Azərbaycanda  fond  bazarının  inkişafının  əsas  problemləri  kimi  aşağıdakılar 

qeyd edilə bilər: 

 

Marifləndirmə işlərinin zəif aparılması; 



 

Neqativ  təsir  göstərən  xarici  amillərin  aradan  qaldırılması  (istehsal 



sahələrinin dirçəldilməsi, sosial sabitliyin bərqərar olunması, əhalinin real gəlirlərinin 

artırılması və b.); 

 

Qiymətli kağızlar bazarının məqsədli yenidən istiqamətləndirilməsi-ilk növ-



bədə dövlətin maliyyə ehtiyyatlarının QKB vasitəsilə ödənilməsinin azaldılması və iri 

səhm  paketlərinin  Azərbaycanda  istehsalın  dirçəldilməsi  və  inkişafı  məqsədlərinə 

sərbəst pul resurslannın yönləndirilməsi üçün yenidən bölüşdürülməsi; 

 



Qanunvericiliyin yaxşılaşdırılması və ona riayət olunmasına nəzarət; 

 



Fond bazarında dövlətin rolunun artırılması, bunun üçün: qiymətli kağızlar 

bazarının inkişafı və onun cari tənzimlənməsi, fond bazarı modelinin seçilməsi, eyni 

zamanda  qiymətli  kağızlar  buraxılışı  hesabına  təsərrüfatın  və  büdcənin  maliyyələş-

dirilməsi  mənbələrinin  payını  müəyyənləşdirmək  məqsədilə  uzunmüddətli  fəaliyyət 

konsepsiyası  və  siyasəti  işlənib  hazırlanmalı,  qiymətli  kağızlar  bazarını  formalaş-

dırmaq  məqsədilə  dövlət  və  özəl  sektorun  resurslarını  birləşdirə  biləcək  qiymətli 

kağızlar və fond bazarı üzrə güclü Komissiya yaradılmalıdır və b.; 

 



Investorların  qorunması  problemi.  Bunu  üçün  dövlət  və  ya  qismən  dövlət 

qoruma  sistemi  formalaşdırmalıdır.  Emitentlərin  maraqlarını  qorumaq  məqsədilə  və 

qiymətli  kağızların  hərəkətinin  qeydiyyatı  üçün  depozitar  və  klirinq,  eyni  zamanda 

vasitəçi şəbəkələrinin yaradılması. 

 

Məlumatların  açıqlığı  prinsipinin  reallaşması:  bu  qiymətli  kağız  emitent-



lərinin fəaliyyəti haqqında nəşrlərin genişləndirilməsi, emitent-kompaniyaların qəbul 

olunmuş  reytinq  qiymətləndirməsinin  tətbiq  olunması,  ixtisaslaşmış  nəşrlərin 

(investisiya  obyekti  kimi  ayrı-ayrı  sahələri  xarakterizə  edən)  şəbəkəsinin  inkişaf 

etdirilməsi, qiymətli kağılzlar bazarını qiymətləndirmək üçün ümumi qəbul olunmuş 




70

 

 



göstəricilər sisteminin yaradılması və s. 

 



QKB-ın inkişaf etdirmək məqsədilə xarici köməyin cəlb edilməsi: bu sahədə 

təhsil sisteminin inkişaf etdirilməsi. 

Müasır QKB-ın əsas inkişaf prespektivləri aşağıdakılar olacaqdır: 

 



Kapitalın təmərküzləşməsi və mərkəzləşməsi; 

 



Bazarın beynəlmiləlləşməsi və qloballaşması; 

 



Təşkilatçılıq səviyyəsinin artırılması və dövlət nəzarətinin genişləndirilməsi; 

 



QKB-ın kompyuterləşdirilməsi; 

 



Bazarda yeniliklərin bərqərar olunması; 

 



Sekyuritizasıya; 

 



Digər kapital bazarları ilə qarşılıqlı əlaqə. 

Ölkəmizin fond bazarının əsas səciyyəvi xüsusiyyətləri aşağıdakılardır: 

 

Kiçik həcmli və qeyri-likvid olması; 



 

Makroiqtisadi  səviyyədə  "düzgün  tərtib"  olunmaması  (fond  bazarında 



iştirakçılar arasında düzgün proporsiyaların müəyyənləşməməsi və s.) 

•        Maddi  bazarın,  Ticarət  texnologiyalarının,  requlyativ  və  məlumatlanma 

infrastrukturlarının inkişaf etməməsi

 



Dövlət  tənzimlənmə  sisteminin  parçalanması,  bir  çox  tənzimləmə 

funksiyalarının  ayrı-ayrı  idarəetmə  orqanlarında  təkrarlanması,  vahid  tənzimləmə 

konsepsiyasının hazırlanması; 

 



Qiymətli kağızlarla bağlı olan bütün risklərin yüksək səviyyədə olması; 

 



Fond  bazarının  vəziyyəti  haqqında  zəif  məlumatlanma  sisteminin 

mövcudluğu; 

 

İnvestisiya böhranının bərqərarlaşması; 



 

Spekulyativ dövriyyəninn aradan qaldırılması; 



 

Qisamüddətli  dövlət  istiqrazlarının  bazar  strukturunda  üstün  mövqeyə 



malik olması və b. 

Lakin,  bütün  bu  problemlərin  mövcudluğuna  baxmayaraq  ölkəmiz  üçün  yeni 

olan  bu  bazar  strukturu  gələcəkdə  yüksək  templərlə  inkişaf  edəcəkdir.  Belə  ki, 



71

 

 



özəlləşdirmə  prosesinin  dəvam  etməsi,  iri  korporasiyaların,  holdinq  strukturlarının 

yaranması, bununlada iri səhmdar cəmiyyətlərinin formalaşması Azərbaycanda QKB-

ın  lazımi  səviyyədə  bərqərar  olunmasına  və  milli  şirkətlərimizin  səhmlərinin  dünya 

fond birjalarında iştirakına şərait yaradacaqdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


72

 

 



                                  

NƏTİCƏ VƏ TƏKLİFLƏR 

 

Qiymətli kağızlar bazarı ilə əlaqədar aparılan təhlilləri  ümumiləşdirərək belə 

nəticəyə  gəlmək  olar  ki,  müasir  şəraitdə  maliyyə  bazarının  tərkib  hissəsi  kimi 

qiymətli kağızlar bazarı maliyyə resurslarının hərəkətini təşkil etmək, onların düzgün 

istiqamətləndirilməsini təmin etmək, dövlətin maliyyə və pul-kredit siyasətinin əsas 

aləti kimi çıxış etmək və s. baxımından iqtisadiyyatın inkişafinda mühüm rol oynayır. 

Xüsusilə  də  bazar  iqtisadiyyatı  sistemli  ölkələr  üçün  bu  bazarın  inkişafı  müstəsna 

əhəmiyyət kəsb edir.  

Hazırda  dünya  iqtisadiyyatında    məhsul  və  xidmətlərin  yarısından  çoxu  iri 

korporasiyalar    (səhmdar  cəmiyyətləri)  tərəfindən  istehsal  olunur  .  Bu 

korporasiyaların  əksəriyyəti  istər  açıq,  istərsə  də  qapalı  formada  olmaqla  səhmdar 

cəmiyyətləri  formasında  təsis  olunur.  Səhmdar  cəmiyyətləri  isə  öz  fəaliyyətlərini 

səhmlərin satışından formalaşan nizamnazmə kapitalına əsasən həyata keçirirlər. Bu 

isə o deməkdir ki, səhmlərin reallaşması üçün səhm bazarı – qiymətli kağızlar bazarı 

mövcud  olmalıdır.  Məhs  bu  bazarda  səhmlərin  satışından  əldə  olunan  vəsaitlə 

təsisçilər nizamnamə kapitallarını formalaşdırır və fəaliyyətə başlayırlar. Nəticədə bu 

müəssisələr  məhsul  istehsal  etmək  və  ya  xidmət  göstərməklə  ictimai  tələbatın 

ödənilməsində iştirak edir və bundan həm təsisçilər, həm ictimaiyyət, həm də vergi 

daxilolmalarının artması nəticəsində dövlət fayda götürürlər.  

Qiymətli kağızlar bazarının genişlənməsi və inkişaf etməsi isə ölkədə əlverişli 

investisiya  mühitinin  yaranmasına  və  tuxarıda  göstərilənlərin  daha  da  tez 

gerçəkıəşməsinə səbəb olur. 

Digər  tərəfdən  qiymətli  kağızar  bazarı  borcların  və  ödəmələr  problemlərinini 

həll  edərək  istehsal  və  digər  iqtisadi  münasibətlərin  fasiləsizliyinin  təmin 

olunmasında mühüm rol oynayır. Bu sahədə isə əsas alətlər, artıq qeyd etdiyimiz kimi 

qiymətli  kağızlar  bazarının  tərkib  hissəsi  olan  veksel  və  istiqrazla  keçirilən 

əməliyyatlardır.  Beləki,  hər  hansı  bir  təsərrüfat  subyektinin  müəyyən  tələbatlarını 

ödəmək üçün müvəqqəti olaraq maliyyə vəsaitlərinə ehtiyacı varsa, qiymətli kağızlar 




73

 

 



bazarı  ona  veksel  və  ya  istiqrazlar  buraxmaq  yolu  ilə  bu  ehtiyacı  ödəmək  və  cari 

öhdəlikləri  yerinə  yetirməklə  həmin  subyektin  fəaliyyətinin  fasiləsizliyini  təmin 

etmək kimi geniş imkanlar verir.  

Bu bazarın mövcudluğu dövlət üçün də xüsusi əhəmiyyət kəsb edir. Bu, əsasən 

dövlət borcu ilə əlaqədar yaranan münasibətləri əhatə edir. Dövlətin öz funksiyalarını 

yerinə yetirməsi zamanı büdcə vəsaitləri və digər vasitələr kifayət etmədikdə dövlət 

dövriyyəyə müxtəlif qiymətli kağızlar ( xəzinə vekselləri, qısamüddətli istiqrazlar və 

s.) buraxmaqla bu resurslara olan tələbatını ödəyir. 

Bunlardan  əlavə  qeyd  etməklazımdır  ki,  qiymətli  kağızlar  bazarındakı 

vəziyyəti  öyrənməklə  hər  hansı  bir  ölkədə  istehsal-iqtisadi  şəritin  nə  vəziyyətdə 

olduğunu müəyyən etmək olar. Məsələn, fond bazarında dövriyyədə olan səhmlərin 

və  onlarla  aparılan  əməliyyatların  həcmini,  bazarda  onlara  formalaşan  qiyməti  və 

onlara  olan  tələbatı  öyrənməklə  ölkədə  fəaliyyət  göstərən  səhmdar  cəmiyyətlərinin 

mənfəətliliyinə  və  beləliklə  də  ölkədə  mövcud  olan  iqtisadi  şəraitə  qiymət  vermək 

olar. 

Deyilənlərin nəticəsi olaraq onu da gördük ki, bazar iqtisadiyyarı ölkəsi olaraq 



Azərbaycanda da bu bazarın formalaşması labüd hadisələrdən idi. Çünki ölkədə geniş 

surətdə  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  prosesinin  həyata  keçirilməsi, 

sahibkarlığın inkişafı , səhmdar cəmiyyətlərinin təsis edilməsi, borc münasibətlərinin 

inkişafı  və  digər  iqtisadi  proseslər    qiymətli  kağızlar  bazarının  mövcudluğunu 

əhəmiyyətli  dərəcədə  zəruri  edirdi.  Xüsusən  özəlləşdirmə  çekləri  və  opsionlarının 

buraxılışı 

bazar 

iqtisadiyyatına 



keçidlə 

əlaqədar 

dövlət 

mülkiyyətinin 



özəlləşdirilməsində mühüm rol oynamışdır. Dövlətimiz tərəfindən müstəqilliyimizin 

müxtəlif  dövrlərində  həyata  keçirilən  tədbirlərin  nəticəsində  republikamızda  artıq 

qiymətli kağızlar bazarı formalaşmışdır. Bununla əlaqədar müxtəlif qanunlar və digər 

hüquqi-normativ  aktlar  qəbul  olunmuş,QKDK,  Milli  Depozit  Mərkəzi,  Bakı  Fond 

Birjası,  QKDK-nın  Naxçıvan  Muxtar  respublikası  üzrə  ərazi  İdarəsi  Azərbaycan 

Fond  Bazarı  İştirakçılarının  Assosiasiyası    İctimai  Birliyi  kimi  qurumlar  təsis 

olunmuş,  xarici  təşkilatların  dəstəyi  ilə  bir  çox  layihələr  həyata  keçirilmişdir.  Buna 



74

 

 



baxmayaraq respublikamızın fond bazarında hələ də bəzi çatışmamazlıqlar qalmaqda 

davam edir. 

Fikrimizcə  ölkəmizdə  qiymətli  kağızlar  bazarının    inkişafı  və  mövcud 

çatışmamazlıqların aradan qaldırılmasına aşağıdakı tədbirlər kömək edə bilər: 

1.

 

Qiymətli  kağızlar  bazarının  inkişafı  ölkədə  iqtisadiyyatın  müxtəlif 



sahələrinin  və  beynəlxalq  aləmdə  fond  bazarının  inkişaf  sürəti  ilə  sıx  bağlıdır.  Bu 

baxmıdan  həyata  keçirilən  tədbirlər  respublikamızın  fond  bazarının  beynəlxalq 

maliyyə bazarları sisteminə inteqrasiya olunmasına yönəldilməlidir. 

2.

 



Fond  bazarının  dövlətlə  yanaşı,  həm  də  daha  çox  bazarın  peşəkar 

iştirakçıları tərəfindən tənzimlənməsi daha məqsədəuyğun olardı. 

3.

 

İnformasiya  təminatı  yüksək  səviyyəyə  çatdırılmalı  -  qiymətli  kağızlar 



bazarı investorlara qoyulan investisiyaların riski və gətirə biləcəyi mənfəət haqqında 

tam informasiyanı təmin etməlidir. 

4.

 

Müvafiq  qurumlarla  birlikdə  qiymətli  kağızlar  bazarında  vergitutma 



məsələlərinin  təkmilləşdirilməsi,  dünya  təcrübəsində  istifadə  olunan  və 

investisiyaların artımı üçün əlverişli mühitin yaradılması baxımından tətbiq edilməsi 

zəruri hesab olunan vergi güzəştlərinin hazırlanmasının həyata keçirilməsi. 

5.

 



QKDK,  Milli  Depozit  Mərləzi  kimi  qurumların  regionlarda  müxtəlif 

bölmələrinin  açılmsı,  respublikanın  iri  investisiya  qoyuluşuna  və  bank  sisteminə 

malik  mərkəzlərində  fond  birjalarının  təşkil  edilməsi.  İnvestisiya  fondlarının 

yaradılmasının stimullaşdırılması. 

6.

 

Maliiyə Bazarlarına Nəzarət Palatasının yaradılması son dövrlərdə mühüm 



hadisələrdən biri kimi qiymətləndirilir. 

7.

 



Mərkəlarzi Bankın pul-kredit siyasətnin həyata keçirilməsi və kommersiya 

banklarının  maliyyələşdirilməsində  mühüm  rol  oynayan  veksellərin  tədiyyə  vasitəsi 

və  nağdsız  hesablaşma  aləti  kimi  fəaliyyətinin  genişləndirilməsi.  Bunu  üçün  ilk 

növbədə təbliğat işləri gücləndirilməlidir. 

8.

 

Respublikamıza  xarici  kapitlaın  cəlb  olunması,  neft  və  qeyri-neft 



sektorunun  inkişafı,  dövlət  əhəmiyyətli  iri  layihələrin  maliyyələşdirilməsi  üçün 


75

 

 



avroistiqrazların  buraxılması,  eləcə  də  respublikamızda  dövlət  və  qeyri-dövlət  

qiymətli  kağızlarının  dünyanın  ən  inkişaf  etmiş  fond  bazarlarına  çıxışının  təmin 

olunması. 

9.

 



Korporativ  idarəetmə  sahəsində  xarici  təcrübədən  daha  geniş  istifadə 

edilməsi. 

10.

 

Ayrı-ayrı  şərtlərlə  və  müxtəlif  investorlar  təbəqələri  üçün  dövlət  qiymətli 



kağızlarının buraxılması, Mərkəzi  Bankın açıq bazarda dövlət qiymətli kağızları ilə 

əməliyyatlarının genişləndirilməsi 

11.

 

 Pensiya  sistemində  islahatların  aparılması,  institusional  investorların 



diqqətinin daha çox cəlb edilməsi üçün tədbirlərin görülməsi və s.  

    Qeyd  edilən  tədbirlərin  həyata  keçirilməsi  ölkəmizdə  daha  da  inkişaf  etmiş 

və  təkmilləşmiş  qiymətli  kağızlar  bazarının  yaranmasına  və  iqtisadiyyatın  artım 

tempinin  sürətlənməsinə  şərait  yaradar.  Bununla  da  ölkəmizdə  formalaşan  fond 

bazarı regionun ən böyük və inkişaf etmiş fond bazarına çevrilə bilər. Çünki bunun 

üçün  respublikamızda  geniş  iqtisadi  potensial  və  qeyri-neft  təbii  sərvətlərin  hasilatı 

və emalı, turizm, kənd təsərrüfatı və aqrar sənaye sahələri və s. kimi perspektivli və 

yüksək gəlirli investisiya qoyuluşlarına şərait yaradan müxtəlif sahələr mövcuddur.    

 

 

 



 

 

 



 

 

 



 

 

 




76

 

 



 

                                   

ƏDƏBİYYAT SİYAHISI 

 

1.

 



Azərbaycan Respublikasının (AR) Mülki Məcəlləsi. Bakı  2000. 

2.

 



Qiymətli kağızlar bazarı. Normativ sənədlər toplusu. Bakı 2000. 

3.

 



Musayev A., Vəliyev N.  Qiymətli kağızlar bazarı. Dərslik. Bakı 1999. 

4.

 



Cəbiyev R.M.  Azərbaycanda bazar infrastrukturunun formalaşması və inkişafı. 

Bakı 2000. 

5.

 

A.Kərimov, A.Babayev. Qiymətli kağızlar bazarı. Dərslik. Bakı 2003. 



6.

 

R.Hacıyev. Xalq kapitalizminin formalaşmasında ve inkişaf etməsində qiymətli 



kağızlar bazarının rolu. Bakı 2004. 

7.

 



A.Abbasov. Qiymətli kağızlar bazarının formalaşması və inkişaf perspektivləri. 

Bakı 2005. 

8.

 

Azərbaycan  Respublikası  Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət 



Komitəsinin  fəaliyyətinin  təmin  edilməsi  haqqında  Azərbaycan  Respublikası 

Prezidentinin fərmanı (26 iyul 1999-cu il №161) . 

9.

 

Azərbaycan  Respublikası  Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət 



Komitəsi  haqqında  əsasnamə  (Azərbaycan  Respublikası  Prezidentinin  26  iyul 

1999-cu il 161 nömrəli fərmanı ilə təsdiq edilmişdir). 

10.

 

Bakı Fond Birjasının normativ sənədləri. 



11.

 

Köçürmə və sadə veksel haqqında nümunəvi qanun haqqında Cenevrə Veksel    



        Konvensiyasına Azərbaycan Respublikasının qoşulması haqqında Azərbaycan  

        Respiblikasının qanunu. Bakı 2000-ci il. 

12.

 

Qiymətli kağızlarla fəaliyyət sahəsində bəzi fəaliyyət növlərinin  



        lisenziyalaşdırılması qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan  

        Respublikası Prezidentinin fərmanı (8 noyabr 1999-cu il № 202). 

13.

 

Abbasov A.H., «Vergilər» qəzeti. Sivil borc bazarı yaranmalıdır, 26.02. 2002 



14.

 

Abbasov A.H., Qiymətli kağızlar bazarı, «Mühasibat uçotu» red. Bakı, 2000. 



15.   Abbasov A.H., «Maliyyə bazarının formalaşması». Audit jurnalı №2, 2001 


77

 

 



16.  Abbasov A.H., «Qiymətli kağızlar bazarı və onun iqtisadiyyatda rolu». Audit»  

      jurnalı №3, 2001-ci il. 

17.  Abbasov A.H., «Bazar münasibətləri şəraitində müəssisə və firmaların  

      maliyyə fəaliyyətinin təhlili və qiymətləndirilməsi» Bakı, Qanun nəşriyyatı,  

      2002-ci il. 

18. N.Novruzov, X.Hüseynov. Maliyyə. Dərslik. Bakı 2007. 

19.

 

R.Əsgərova. Pul, kredit və banklar. Dərslik. Bakı 2007. 



20.

 

Берзон Н.И. Фондовый рынок. Москва 2002. 



21.

 

Qısa izahlı iqtisadi terminlər lüğəti. Bakı 2005. 



22.

 

“Qanun” jurnalı. №7-8. 



23.

 

“Azərbaycan” qəzeti. 27 iyul 2002-ci il. 



24.

 

www.scs.gov.az



 – Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin saytı. 

25.


 

www.economy.gov.az

 – İqtisadi İnkişaf Nazirliyinin saytı. 

26.


 

www.maliyye.gov.az

 – Maliyyə Nazirliyinin saytı. 

27.


 

www.stateproperty.gov.az

  –  Dövlət  Əmlakının  İdarə  Edilməsi  üzrə  Dövlət 

Komitəsinin saytı. 

28.

 

www.bse.az



 – Bakı Fond Birjasının saytı. 

29.


 

www.nyse.com

 – Nyu-York Fond Birjasının saytı. 

 

 



 

 

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə