Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   ...   15   16   17   18   19   20   21   22   23

56

 

 



təcrübəsindən  məlum  olan  özəlləşdirmə,  yəni  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi 

prosesinə  keçilməsidir.  Məhz  belə  bir  şəraitdə,  dövlətimizin  xarici  təcrübəyə 

əsaslanaraq  seçdiyi  özəlləşdirmənin  həyata  keçirilməsi  prosesində  qiymətli  kağızlar 

bazarının mövcudluğu zəruriyyəti meydana çıxdı. Beləki, əvvəllərdə qeyd etdiyimiz 

kimi  özəlləşdirmənin  normativ-hüquqi  bazasını  təmin  etmək  məqsədilə  7  yanvar 

1993-cü  ildə  “Dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  haqqında”  Azərbaycan 

Respublikasının  Qanunu  qəbul  edildi.  Bu  prosesin  həyata  keçirilməsi  üçün 

prezidentin  23  iyun  1992-ci  il  Fərmanına  uyğun  olaraq  Dövlət  Əmlak  Komitəsi 

(hazırda  Dövlət  Əmlakının  İdarə  Edilməsi  Üzrə  Dövlət  Komitəsi)  yaradıldı.  Bu 

komitəyə  dövlət  əmlakının  özəlləşdirilməsi haqqında  proqram  hazırlamaq  tapşırıldı. 

Birinci proqramın həyata keçirilməsi istənilən nəticə vermədi və 29 sentyabr 1995-ci 

ildə  1995-98  illərdə  Azərbaycanda  dövlət  mülkiyyətinin  özəlləşdirilməsinin  yeni 

Respublika  Proqramı  qəbul  edildi.  Məhz  bu  proqramın  qəbulu  ilə  özlləşdirmə  kimi 

mühüm  problemin  həllində  fond  bazarının  iştirak  etməsi  zəruriliyi  meydana  çıxdı. 

Həmin proqramda özəlləşdirmənin müddəti və mərhələləri, məqsədləri, üzəlləşdirilən 

müəssisələrin  təsnifatı,  onların  səhmdar  cəmiyyətə  çevrilməsi,  səhmləşdirmənin 

konkret  variantları,  özəlləşdirmə  çeklərinin  verilmə  şərtləri,  miqdarı  və  onlardan 

istifadə qaydaları öz əksini tapırdı.   Müəssisələrin özəlləşdirilməsi bazarın və bazar 

münasibətlərinin  formalaşdırılması;  istehsal  prosesinə  rəqabət  qabiliyyətli 

müəssisələrin  cəlb  edilməsi;  istehsalın  idarə  olunmasında  çevikliyin  yüksəldilməsi; 

xarici investisiyaların cəlb olunması; fond birjası və fond bazarının formalaşdırılması; 

büdcə  kəsirinin  azaldılması  və  ləğv  edilməsi  və  s.  kimi  problemlərin  həlli  ilə 

əlaqələndirilirdi.  

Resbublikamızda  fond  bazarının  rolu  digər  tərəfdən  də  özəlləşdirilən 

kommersiya müəssisələrinin səhmdar cəmiyyətləri formasında təşkil olunması ilə sıx 

əlaqəli  idi.  Çünki,  bu  prosesin  həyata  keçirilməsi  ölkədə  ən  azı  səhm  bazarının 

mövcudluğunu  şərtləndirirdi.  12  iyun  1994-ci  ildə  “Səhmdar  Cəmiyyəti  haqqında” 

Qanun qəbul edildi. 29 noyabr 1996-cı ildə “Dövlət müəssisələrinin səhmdar cəmiy-

yətlərinə çevrilməsi qaydaları haqqında Əsasnamə” təsdiq edildi. Sonra 14 may 1997-



57

 

 



ci  ildə  bir-birinin  ardınca  “Dövlət  özəlləşdirmə  opsionları”,  “İxtisaslaşdırılmış  çek 

investisiya  fondları  (ÇİF)  haqqında”,  “Milli  Depozit  Sistemi”,  “Dövlət 

müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış SC-nin və ixtisaslaşdırılmış ÇİF-

un  səhmdarlarının  reyestrlərinin  aparılması  qaydaları  haqqında  Əsasnamə”lər  qəbul 

olundu.  Bu  normativ-hüquqi  aktların  qəbul  olunması  və  onların  həyata  keçirilməsi 

ölkədə  hərtərəfli  şəkildə  formalaşmış  qiymətli  kağızlar  bazarının  yaradılması 

zərurətini doğururdu. Özəlləşdirmə ilə əlaqədar yeni proqrama uyğun olaraq  səhmdar 

cəmiyyətlərinin  yaradılması  çek və opsion  bazarının  mövcudluğunu şərtləndirdi.  18 

may  1997-ci  il  respublikada  çek  auksionunun  (hərracının)  başlanğıcı  hesab  olunur. 

Həmin ildə 14 çek auksionu keçirilmiş və satışa 724 səhmdar cəmiyyətinin səhmləri 

çıxarılmışdır. 

1996-cı  ildə  Nazirlər  Kabineti  tərəfindən  “DQİ-nin  buraxılışı,  yerləşdirilməsi 

və dövriyyəsi Qaydaları barədə Əsasnamə”  qəbul edildi və həmin il ilk dəfə olaraq 

Maliyyə  Nazirliyi  tərəfindən  dövlət  istiqrazları  buraxıldı  ki,  bu  da  ölkədə  istiqraz 

bazarının  yaranması  üçün  ilkin  şəraiti  təmin  etmiş  oldu.  140iyul  1998-ci  ildə 

“Qiymətli kağızlar haqqında” Qanun qəbul olundu.  

Respublikamızda  fond  bazarının  yaranması  korporativ  idarə  etmənin  əsasını 

qoydu. Ölkəmizdə bu idarəetmə səhmdar cəmiyyətləri formasında həyata keçirilir.  

Onu da qeyd edək ki, özəlləşdirmə prosesinin 16 ilə yaxın bir müddətdə həyata 

keçirilməsinə  baxmayaraq  hələ  də  bir  çox  müəssisələr  özəlləşdirilməmişdir.  Bunun 

bir səbəbi özəlləşdirmə prosesinə xarici investorların cəlb edilə bilməməsidir. Bunun 

üçün  qiymətli  kağızlar  bazarı  və  ölkədə  mövcud  olan  investisiya  şəraiti  barədə  

informasiyanın daha çox verilməsi vacibdir. Digər tərəfdən heç də bütün müəssisələr 

özəlləşdirilməyə  cəlb  olunmur.  Bu,  həmin  müəssisələrin  dövlət  üçün  xüsusi  strateji 

əhəmiyyət daşıması ilə əlaqədardır. Məsələn, ilk dövrlərdə Azərbaycan Dövlət Neft 

Şirkəti  özəlləşdirilməyə  çıxarılsa  da,  sonradan  onun  dövlət  üçün  əhəmiyyəti  nəzərə 

alınaraq bu prosesdən çıxarıldı. Bundan əlavə “AzərSu”, “Azər Enerji” kimi səhmdar 

cəmiyyətləri dövlət mülkiyyətindədirlər. 




58

 

 



Aşağıdakı  qrafikdə  2003-2014-ci  illər  ərzində  özəlləşdirilmiş  kiçik  dövlət 

müəssisə və obyektlərinin illər üzrə bölgüsünə nəzər salaq: 



 

Qrafik 3.3. Özəlləşdirilmiş kiçik dövlət müəssisə və obyektlərinin illər üzrə 

bölgüsü

 

Sahələr  üzrə  götürsək  2012-ci  ildə  “icarəyə  verilmiş  və  istifadəsiz  qeyri-

yaşayış  sahələri”  özəlləşdirilən obyektlərin  siyahısında  1-ci  yerdədir  (1195 obyekt). 

İlk  dəfə  olaraq  2012-ci  ildə  13  səhiyyə  müəssisəsi,  41  kinoteatr,  65  uşaq  bağçası 

özəlləşdirilib. 

2012-ci ildə dövlət müəssisələri bazasında yaradılmış səhmdar cəmiyyətlərinin 

sayı 43 olmuşdur. Siyahıda 1-ci yeri “tikinti” sahəsi tutur. 2012-ci ildə bu rəqəm 12 

ədəd  təşkil  edirdi.  Qeyd  edək  ki,  dövlət müəssisələri bazasında  yaradılmış  səhmdar 

cəmiyyətlərinin  ən  yüksək  göstəricisi  1998-ci  (507)  ildə  qeydə  alınmışdır.  

Ümumilikdə  dövlət  müəssisələri  bazasında  yaradılmış  səhmdar  cəmiyyətlərinin 

sahələr üzrə strukturu aşağıdakı kimidir: 

 

 



 

 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə