Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


    Diaqram 3.3. Dövlət müəssisələri bazarında yaradılmış səhmdar



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   ...   15   16   17   18   19   20   21   22   23

59

 

 



Diaqram 3.3. Dövlət müəssisələri bazarında yaradılmış səhmdar 

cəmiyyətlərinin sahələr üzrə bölgüsü 

 

 



 

   


 

          

 

     


Dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitlərin illər üzrə bölgüsü 

aşağıdakı kimidir: 



Qrafik 3.4. Dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitlərin 

illər üzrə bölgüsü 

 

Bildiyimiz kimi respublika prezidentinin 11 fevral 2004-cü il Fərmanına əsasən 



Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı  

(2004-2008-ci  illər)  qəbul  olundu.  Bu  proqramda  respublikamızın  regionlarında 

müxtəlif  iqtisadi  və  sosial  təsərrüfat  sahələrinin  inkişaf  etdirilməsi  və  mərkəz  ilə 



60

 

 



regionlar  arasında  bu  sahələrdə  tarazlığın  bərpası  nəzərdə  tutulmuşdur.  Proqramda 

yuxarıda  göstərilənlərlə  əlaqədar  olaraq  müxtəlif  tədbirlər,  onların  məqsədi  və 

icraçıları  müəyyən  olunmuşdur.  Proqramda  müəssisələrin  fəaliyyətinin  bərpa 

edilməsi,  yeni  iş  yerlərinin  açılması  məqsədilə  özəlləşdirmə  prosesinin 

sürətləndirilməsi,  orta  və  iri  müəssisələrin  səhmdar  cəmiyyətlərinə  çevrilməsi  və 

onların səhmlərinin satışı bəndi nəzərdə tutulmuşdur ki, bu da özəlləşdirmə ilə bağlı 

olaraq  bu  illər  çərçivəsində,  bu  cür  irimiqyaslı  dövlət  proqramının  həyata 

keçirilməsində  qiymətli  kağızlar  bazarının  nə  dərəcədə  böyük  rol  oynamasından 

xəbər verir. 

Qiymətli  kağızlar  bazarı  yarandıqdan  sonra  onun  ölkəmizin  iqtisadiyyatında 

rolunun    artması  ilə  əlaqədar  olaraq  dövlət  tərəfindən  tənzimlənməsi  vacibliyi 

meydana  çıxdı.  Bununla  əlaqədar  26  iyul  1999-cu  il  Fərmanına  uyğun  olaraq 

tənzimləyici orqan olan QKDK təsis edildi.    

2000-ci  ildə  isə  Bakı  Fond  Birjası  (BFB)  yaradılması  ilə  ölkəmizdə  fond 

bazarının rolu daha da artdı. Çünki, bu qiymətli kağızlar bazarının mütəşəkkil forması 

olmaqla  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Qeyd  etmək  yerinə  düşərdi  ki, 

respublikamızın  fond  məkanında  ilk  birja  1991-ci  ildə  yaradılan“Bakı  Qiymətli 

Kağızlar  Birjası”  idi.  Ozaman  fond  birjasının  fəaliyyəti  Maliyyə  Nazirliyinin 

“Qiymətli  kağızlar  bazarında  birja  fəaliyyətinin  lisenziyalaşdırılması  haqqında” 

Qanunu ilə tənzimlənirdi. Lakin həmin ərəfədə büdcə kəsiri və ardı kəsilməyən pul-

kredit  emissiyası  nəticəsində  infilyasiya  dərəcəsi  50%-i  keçmişdi.  Bundan  sonra 

ölkədə baş verən siyasi və iqtisadi böhran nəticəsində bu bazarın inkişafına əlverişli 

şərait yaranmadı və onun fəaliyyəti dayandırıldı. 

8  noyabr  1999-cu  ildə  “Qiymətli  kağızlarla  fəaliyyət  sahəsində  bəzi  fəaliyyət 

növlərinin lisenziyalaşdırılması Qaydaları” təsdiq edildi ki, bu da çox mühüm sənəd 

olmaqla ölkədə sivil kapital bazarı infrastrukturunun yaranması, 12 fəailyyət növünün 

tənzimlənməsi,  korporativ  kağızlar  bazarını  genişləndirmək  və  investisiya  axınını 

gücləndirmək  məqsədilə  onların  dövlət  tərəfindən  nizamlanması  yolunda  yeni 

prioritet  addımlardan  biri oldu.  Məhz bu fərmandan sonra  QKDK-nın  təşəbbüsü  və 



61

 

 



yardımı nəticəsində ölkəmizdə “Bakı Fond Birjası” adı altında fond birjası yaradıldı. 

2000-ci  ilin  fevral  ayında  BFB-nin  nizamnamə  kapitalı  5,4  mlrd.  man. təşkil  edirdi. 

Onun  təsisçilərinin  tərkibinə  maliyyə  və  investisiya  institutları,  bir  neçə  iri  xarici 

bank və investisiya şirkəti olmaqla aşağıdakılar daxil idi: 

 “TCFS  Services”  Ltd.;  “Atabank”;  “Uni  Bank”;  İlk  Bank”;  “Koçbank” 

Azərbaycan;  “Cİ  Bank”;  “Mostbank”  Azərbacan;  “United  Kredit  Bank”;  “Mars 

İnvestment”;  “Azəriqazbank”;  “Azərdəmiryolbank”;  Qlobal  Menkul  Değerler”; 

“BUS  bank”;  “Azərbaycan  Beynəlxalq  Bankı”;  “İstanbul  Fond  Birjası”; 

“Rabitəbank”;  “Azəritürkbank”;  “Kapital  Menecment”.  Onların  hər  birinin  payı 

300mln.  man.  təşkil  edirdi.  Hazırda  birjanın  üzvlərinin  sayı18-dir.  Onların  sırasına 

“Standard  Kapital”,  “BOB  broker”,  “Yapı  Kredi  Bank  Azərbaycan”  kimi  üzvlər 

qatılmışlar.  Birjanın  ali  idarəetmə  orqanı  Səhmdarların  Ümumi  Yığıncağı  hesab 

olunur. O, Birja Şurası üzvlərini seçir. Birja Şurası aşağıdakı orqanlardan ibarətdir: 

 



Müşahidə Şurası; 

 



Maliyyə Təftiş Komissiyası; 

 



Münsiflər Komissiyası; 

 



İdarə Heyəti. 

Birjanın  ticarət  zalı  30  komputerləşdirilmiş  yerlə  təmin  edilmişdir.  Onlardan 

18-i  birja  təsisçilərinə,  12-si  isə  təsisçilərin  tərkibinə  daxil  olmayan  birja  üzvlərinə 

təqdim olunur. Birja üzvləri-fond bazarında professional fəaliyyətlə məşğul olan, bu 

fəaliyyəti həyata keçirmək üçün QKDK tərəfindən lisenziyaya malik olan hüquqi və 

fiziki  şəxslər  (bank,  investisiya  fondları,  broker  şirkətləri)  ola  bilərlər.  Qiymətli 

kağızların birjada siyahıya alınması üçün aşağıdakı tələblər yerinə yetirilməlidir: 

 



emitentin şəxsi kapitalının həcmi 1mln. ABŞ dollarından az olmamalıdır; 

 



emitentin müəyyən sahədə göstərdiyi fəaliyyət 5 ildən az olmamalıdır; 

 



son hesabat dövrü və listinq olunma tarixindən sonrakı dövrlərə dair balans 

mənfəətinin həcmi 100000 dollardan az olmamalıdır; 

 

borc  kapitalının  şəxsi  kapitala  nisbəti  əmsalı  orta  sahə  gösrəricisinə 



bərabər, ya da ondan çox olmalıdır; 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə