Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


    3.2. Azərbaycan iqtisadiyyatının inkişafında qiymətli kağızlar



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   ...   15   16   17   18   19   20   21   22   23

53

 

 



3.2. Azərbaycan iqtisadiyyatının inkişafında qiymətli kağızlar 

bazarının rolu. 

 

İqtisadiyyatın inkişafı üçün qiymətli kağızlar bazarının hər iki qolu, yəni həm 



borc,  həm  də  pay  qiymətli  kağızlar  bazarı  mühüm  rol  oynayır.  Pay    qiymətli  

kağızlar  bazarı  səhm  bazarıdır.  Müasir  şəraitdə  ölkə  daxilində  səhm  bazarının  

yaradılması  və  onun  hüquqi  qanunvericiliyinin  möhkəmləndirilməsi  şirkətlərə  və  

müəssisələrə    nəinki    milli    səviyyədə,    həmçinin    beynəlxalq    iqtisadiyyatda    öz  

payları    ilə    çıxış    etməyə    və    qloballaşmağa    imkan    verir.    Şirkət    və    fimaların  

kapital  bazarlarında  maliyyə  vəsaiti  cəlb  etməsinin  mühüm  və  nisbətən  yeni  bir  

yolu   da   onların   buraxdıqları   pay    sənədlərini,    yəni   səhmləri   həmin   bazarlara  

satışa    çıxarmalarıdır.    Bu    yolla   vəsait   cəlb   olunması    müəssisə    və    firmalara  , 

ümumiyyətlə    səhmdarlara    bəzi    üstünlüklər    verir    ki,    bunlara  göstərilənləri  aid 

etmək olar: pay  sənədləri  fondu  sahəsində  riskin  bölüşdürülməsi - səhm  sahibləri  

malik  olduqları  səhm  qiymətli  kağızlarının  növündən  və  onlar  üzrə  səhmdarlara  

verilən  hüquqlardan  asılı  olaraq  səhmdar  cəmiyyətinin  fəaliyyətində  məsuliyyət  

daşıyırlar.  Səhmdarlar  mənfəət  və  əmlak  bölgüsündə  iştrak  etmək  hüququ  ilə  

yanaşı    müəssisənin    fəaliyyət    risklərinin    bir    hissəsini    də    öz    üzərinə    götürür; 

səhm    bazarlarında    pay    sənədlərinin      satışı    yeni    səhmdarlar    cəlb    edərək  

cəmiyyətin  səhmlərinə  olan  tələbatın  və  müvafiq  olaraq  onların  qiymətlərinin  

artmasına   səbəb   olur.    Səhmdarlar   sahib   olduqları    səhm    qiymətli  kağızlarının  

açıq  və  ya  qapalı  bazarda  satışı  vasitəsilə  səhmdar  cəmiyyətinə  yeni  ortaqlar  

cəlb  edə,  eləcə  də  səhm  paketini  artırmaqla  səhmdar  cəmiyyətinin  nizamnamə  

kapitalında    dəyşiklik    edə    blərlər;  pay    sənədlərinin    istər    milli,    istərsə    də  

beynəlxalq  səhm  bazarlarında  satılması  müəssisənin  həm  ölkə  daxilində,  həm də  

beynəlxalq  miqyasda  tanınmasına  şərait  yaradır. 

Səhm  bazarının  inkişafı  bazar  iqtisadiyyatı  sisteminə  qədəm  qoymuş 

respublikamızın  iqtisadiyyatı  üçün  də  mühün  əhəmiyyət  kəsb  edir.  Bu  hər  şeydən 

əvvəl  özünü  özəlləşdirmə  prosesinin  daha  məqsədəuyğun  və  qısa  vaxt  ərzində 

keçirilməsinə şərait yaratmasında göstərir.      




54

 

 



Bazar    iqtisadiyyatı    və    ona    keçid    şəraitində    olan    ölkələrdə    iqtisadiyyat  

qarşısında    duran    əsas    vəzifələrdən    biri    də    qarşılıqlı    borc    problemlərinin,  

həmçinin  müssisələr  arasında  ödəməmələr  məsələsinin  həll olunmasıdır. Çünki,  

qarşılıqlı  borc  probleminin  mövcudluğu  özuylə  bərabər  yeni-yeni  problemlər  də  

doğurur.    Müəssisə    vergiləri    ödəyə    bilmir,    çünki    mal    alıcıları    aldıqları    mala  

görə    borclarını    ödəmirlər.    Dövlət    isə    öz    növbəsində    vergi    daxilolmalarının  

azlığından  büdcə  planını  yerinə  yrtirə  bilmir və  iqtisadiyyatın  bəzi   sahələrinə  

dövlət  yardımı  gecikdirilir  və  ya  ümumiyyətlə  yardım  edilmir.  Bütün  bunlar  isə  

ümumilikdə  iqtisadi  həyata  öz  təsirini  göstərir  və  dövlət  istər  iqtisadi,  istər  

siyasi,  istərsə  də  digər  sahələr  üzrə  gücünü  itirir. 

Müasir  dövrdə  bu  problemlərin  həlli  üçün dövlət  borc  bazarının  inkişafını  

daha    məqsədəuyğun    hesab    edir.    Bu    bazar    müəssisənin    əsas    və    dövriyyə  

vəsaitlərinə    olan    ehtiyacının    təmin    olunmasında    böyük    rol    oynayır.    Bazarda  

dövr  edən  borc  qiymətli  kağızları  ehtiyacı  olan  sahələri  təmin  edən  qiymətli  

kağızlar    qismində    çıxış    edir.  Borc    bazarının    əsas    elementi    olan    veksel    və  

istiqrazların  hərəkəti  zamanı   maliyyə   resurslarının  az  effektli  sahələrdən  çox  

effektli  sahələrə  axını  baş  verir.  Bu  baxımdan  ölkədə  borc  bazarının  inkişafı  

bütövlükdə  müəssisə  daxilində  olan  bir  çox  problemlərin  həllinə  kömək  edir,  

resursların    səmərəli    paylanması    təmin    olunur.  Bu    bazarda    dövr    edən    əsas  

qiymətli    kağızlar    müxtəlif    növ    veksellər,    korporasiya    və    dövlət    istiqrazları,  

dövlətin  xəzinə  öhdəlikləri,  əmanət  sertifikatları  və   s. qiymətli  kağızlardır. 

Veksel    qarşılqlı    borcların    ödənilməsində    mühüm    əhəmiyyət    kəsb    edir.  

Müxtəlif  hüquqi  və  fiziki  şəxslər  veksel  buraxmaqla  özünə  lazım  olan  vəsaiti  

cəlb  edə  bilər,  aldığı   malın  və  ya  göstərilən  xidmətin  müqabilində  veksellə  

hesablaşa    bilər,    borclarını    veksellə    rəsmiləşdirə    bilər    və    qarşılıqlı    borcları  

velsellə    ödəyə    bilər.  Bazar    münasibətləri    şəraitində    veksel    həm    də    təminatlı  

borcların  verilməsində  girov  elementi  kimi  çıxış  edir. Hazırda  banklar  vekselin  

girov  aləti  olmasını  qəbul  edərək  ondan  geniş  istifadə  edirlər.  Müəyyən  iqtisaqi 

fəaliyyətə  başlamaq  istəyən,  lakin  girov  üçün  daşınmaz  əmlaka  və  ya  digər  



55

 

 



aktivlərə  malik  olmayan  fiziki  və  hüquqi  şəxslər  bankdan  kredit  götürərkən  öz  

öhdəliklərinə  veksel  vasitsilə  təminat  vermələri  həm  bank  üçün,  həm  də  borc  

alanlar    üçün    əlverişlidir.  Bir    çox    qabaqcıl    ölkələrdə    banklar    veksel  

dövriyyəsində    daha    fəal    iştirak    edirlər.  Banklar    vekselləri    uçota    götürmək,  

veksellərin  girov  qoyulması  müqabilində  kredit  vermək,  vekselə  zamin  durmaq  

və    s.    kimi    əməliyyatları    aparmaqla    bir    tərəfdən    onların    dövriyyəsini  

genişləndirir,    digər    tərəfdən    vəsaitlərini    daha    az    riskli    əməliyyatlara    cəlb  

etməklə  gəlir  əldə  edirlər. 

Respublikamızda da veksel bazarının inkişaf  etdirilməsinə  mühüm  əhəmiyyət 

verilir.  Xüsusilə  də  ölkənin  əsas  sahəsi  olan  neft  sektorunda  emal  və  istehsalın 

çoxpilləliyi, bu sahədə maşınqayırma, hasilat, emal və s. üzrə ayrı-ayrı müəssisələrin 

fəaliyyəti  onlar  arasında  qarşılıqlı  hesablaşmaların  da  çoxalmasına  gətirib  çıxarır. 

Belə  mühüm  bir  sahədə  qarşılıqlı  hesablaşmalar  üzrə  öhdəliklərin  vaxtlı-vaxtında 

yerinə  yetirilməsi  əsas  məsələlərdən  biridir  ki,  bunun  da  aradan  qaldırılmasının  ən 

yaxşı yollarından biri veksel bazarının inkişaf etdirilməsidir. Bununla bağlı QKDK 2 

fevral  2000-ci  ildə  “Azəbaycan  respublikasında  veksellərin  dövriyyəsi  haqqında” 

Əsasnaməni  təsdiq  etmişdir.  Bunun  qəbul  edilməsini  zəruri  edən  mühüm  şərtlərdən 

biri  ölkədə  olan  ödəməmələr  probleminin  uzun  müddət  inzibati  yolla  həll  edilə 

bilməməsidir.      

Borc  bazarında  dövr  edən  digər  qiymətli  kağız  istiqrazlardır.  Bu  qiymətli  

kağızlar    vəsait    cəlb    olunmasında    hökumət,    müxtəlif    dövlət    qurumları    və  

bələdiyyələrin    əsas    alətidir.  İstiqrazlar    korporasiyalar    və    dövlət    tərəfindən  

buraxılır.    Dövlət  istiqrazının    sahibi    kreditor,    dövlət    isə    borc    alan    kimi    çıxış  

edir. Borc  bazarında  hərəkət  edən  qiymətli  kağızlar  içərisində  dövlət  istiqrazları  

ən  az  riskli  qiymətli  kağızlara  aiddir.  Bu  onunla  bağlıdır  ki,  dövlət  iqtsadi  

subyektlər  arasında  ən  etibarlısı  sayılır.  

Qeyd  etdiyimiz  kimi  respublikamızda  qiymətli  kağızlar  bazarının  rolu  ilk 

növbədə onun bazar iqtisadiyyatı inkişaf yolunu seçməsi ilə müəyyən olunur. Bazar 

iqtisadiyyatı isə azad sahibkarlığa əsaslanır. Buna nail olmağın əsas üsulu isə dünya 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə