Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   2   3   4   5   6   7   8   9   ...   23

4

 

 



yardımı gecikdirilir və ya ümumiyyətlə yardım edilmir. Bütün bunlar isə ümumilikdə 

iqtisadi həyata öz təsirini göstərir və dövlət istər iqtisadi, istər siyasi, istərsə də digər 

sahələr üzrə gücünü itirir. Müasir dövrdə bu problemlərin həll edilməsinin mümkün 

yolları barədə dövlət dairələrində və müəssisə miqyasında müvafiq tədbirlər görülür. 

Dövlət  bu  problemlərin  həlli  üçün  qiymətli  kağızlar  bazarının  inkişafını  daha 

məqsədəuyğun hesab edir. 

Ona  görə  də  bu  bazarın  formalaşdırılması  nəinki  ölkədə  mövcud  olan  və 

iqtisadiyyatın  inkişafına  əhəmiyyətli  dərəcədə  təsir  göstərən  həmin  problemlərin 

həllinə təsir göstərər, həm də iqtisadi subyektlərin iqtisadi fəaliyyətə daha çox maraq 

göstərmələrinə və səmərəli işgüzar fəallığa cəlb olunmalarına imkan verər. 

Müasir  dövrdə  qiymətli  kağızlar  bazarının  iqtisadiyyat  üçün  bu  qədər 

əhmiyyətli  olmasına  və  dövlətin  bu  barədə  irimiqyaslı  islahatlar  aparmasına 

baxmayaraq,  ölkəmizdə  bu  barədə  hələ  də  informasiya  qıtlığı  mövcuddur.  Bunları 

nəzərə alaraq buraxılış işinin yazılmasında əsas məqsəd bu sahənin mahiyyəti və əsas 

cəhətlərinin  öyrənilməsi  və  təhlil  olunması,  onun  inkişaf  istiqamətlərinin  müəyyən 

edilməsi  və  respublikamızda  qiymətli  kağızlar  bazarının  formalaşması 

xüsusiyyətlərinin tədqiqi, inkişafı problemləri, iqtisadiyyatda rolunun açıqlamasından 

ibarətdir.  



Tədqiqаtın məqsədi. Mаgistr dissеrtаsiyаsının  tədqiqаt  məqsədi  Аzərbаycаnın 

fond  bаzаrının  fəаliyyət  göstərməsinin  prоblеmlərini  аrаşdırmаq  və  fond  bаzаrının 

inкişаf pеrspекtivlərini dövrün tələblərinə uyğun оlаrаq təhlil еtməкdir. 

 

Tədqiqаtın  prеdmеti.  Mаgistr  dissеrtаsiyаsındа  tədqiqаt  prеdmеti  qiymətli 

каğızlаrın  əməliyyаt  хüsusiyyətləri,  bu  sаhədə  müəssisələrin  fəаliyyəti  və  оnun 

qiymətli каğızlаr bаzаrının fоrmаlаşmаsındа rоlundаn ibаrətdir. 

 

Tədqiqаtın  оbyекti.  Mаgistr  dissеrtаsiyаsının  tədqiqаt  оbyекti  Аzərbаycаn 

Rеspubliкаsı Prеzidеnti yаnındа Qiymətli Каğızlаr Коmitəsi və Bакı Fоnd Birjаsıdır. 

 

Tədqiqat  işinin  elmi  yеniliкləri.  Mаgistr  dissеrtаsiyаsındа  еlmi  yеniliк  оndаn 

ibаrətdir  кi,  ilк  dəfə  оlаrаq  qiymətli  каğızlаr  bаzаrının  inкişаf  mərhələlərin 

хüsusiyyətləri  аrаşdırılır,  коrpоrаtiv  səhmlər  bаzаrının  nəzаrət  pакеtinin  təsnifаtı 



5

 

 



vеrilir,  invеstisiyа  və  əməliyyаt  risкlərinin  minimumа  еndirilməsi  məsələləri  izah 

оlunur, еyni zаmаndа həm еmitеntlərin mаliyyə hеsаbаtlаrındа, həm də invеstоrlаrın 

və  qiymətli  каğızlаr  bаzаrının  pеşəкаr  iştirакçılаrın  fəаliyyətində  şəffаflığın  təmin 

оlunmаsı məsələləri gеniş təhlil еdilmiş və təкliflər irəli sürülmüşdür. 



Tədqiqаtın təcrübi əhəmiyyəti. Mаgistr dissеrtаsiyаsındа irəli sürülən nəticə və 

təкliflər fond bаzаrının inкişаf еtdirilməsində həm fоnd birjаsının üzvlərinə, həm də 

fond  bаzаrının  pеşəкаr  iştirакçılаrının  gündəliк  iş  fəаliyyətində,  еyni  zаmаndа  Bакı 

Fоnd  Birjаsındа  müəssisə  və  təşкilаtlаrа  хidmət  zаmаnı  istifаdə  оlunmаsı 

məqsədəuyğun hеsаb еdilir. 

Dissertasiya  işinin  strukturu.  Dissertasiya  işi  giriş,  üç  fəsil  və  bu  mövzuya 

dair  nəticə  və  təkliflər,  istifadə  olunmuş  ədəbiyyat  siyahısı  da  daxil  olmaqla  77 

komputer A4 ölçülü səhifəsindən ibarətdir. Tədqiqat işində 3 sxem, 5 qrafik, 4 cədvəl 

və 3 diaqramdan istifadə olunmuşdur. 

Birinci  fəsildə  umumiyyətlə  qiymətli  kağızlar  bazarının  mahiyyəti,  zəruriliyi, 

rolu,  funksiyaları,  quruluşu,  iştirakçıları,  fond  birjalarının  xüsusiyyətləri  barədə 

məlumat verilir.  

İkinci fəsil özundə qiymətli kağızlar bazrında aparılan əməliyyatlar məzmunu, 

onların növləri, bazarın tənzimlənməsinin zəruriliyi, tənzimlənmənin formaları və s. 

bu kimi məlumatları cəmləşdirir.  

Üçüncü  fəsildə  isə  müasir  şəraitdə  ölkəmizdə  qiymətli  kağızlar  bazarının 

vəziyyəti,  onun  inkişaf  istiqamətləri,  respublikamızda  bazarınn  formalaşması  və 

inkişafı, ölkəmizdə qiymətli kağızlar bazarının formalaşma xüsusiyyətləri və inkişafı 

problemləri barədə məlumat verilmişdir.        

  

 

 

 

 



6

 

 



Fəsil I.  Qiymətli kağızlar bazarının mahiyyəti və rolu. 

1.1.

 

Qiymətli kağızlar bazarının mahiyyəti, funksiyaları və quruluşu. 

Qiymətli kağılar bazarının mahiyyət və məzmununu anlamaq üçün ilk növbədə 

qiymətli kağızın mahiyyətini dərk etmək lazımdır. Çünki, bu bazarın başlıca alətləri 

qiymətli  kağızlardır.  Bu  baxımdan  respublikamızda  qiymətli  kağızlar  sahəsində 

qanunvericiliklə bir çox normativ-hüquqi aktlar müəyyən olunmuşdur. Beləki, 14 iyul 

1998-ci ildə qəbu olunmuş Azərbaycan Respublikasının “ Qimətli kağızlar haqqında” 

Qanununda  (fəsil  1,  maddə  1)  qiymətli  kağıza  aşağıdakı  kimi  tərif  verilmişdir:” 

Qiymətli  kağız  öz  sahibinin  əmlak  və  qeyri-əmlak  hüquqlarını  və  bu  hüquqların 

verilməsi imkanını müəyyən edilmiş formaya və məcburi rekvizitlərə riayət etməklə 

təsdiqləyən sənəddir”. 

Resbublikamızın  Mülk  Məcəlləsində  (1iyun  2000-ci  il,  LIV  fəsil,  maddə987)  

isə deyilir: “Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı 

hüququ  təsdiqləyən  elə  bir  sənəddir  ki,  həmin  hüquq  bu  sənəd  olmadan  nə  həyata 

keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qitmətli kağız başqasına verildikdə onun 

təsdiqlədiyi bütün hüquqlar da keçir”. 

Qimətli kağızların müxtəlif növləri mövcuddur. Onlara istiqraz, səhm, veksel, 

çek,  depozit  sertifikatları,  opsion,  fyuçers  və  s.  qiymətli  kağızları  misal  göstərmək 

olar.  Qanunvericiliyimiz  qiymətli  kağızları  emissiya  və  qeyri-emissiya  qiymətli 

kağızları  olmaqla  iki  hissəyə  bölür  (“Qiymətli  kağızlar  haqqında”  Qanun,  I  fəsil). 

Emissiya qiymətli kağızları  – buraxılışlarla yerləşdirilən və qiymətli kağızların əldə 

edilməsi  vaxtından  asılı  olmayaraq  bir  buraxılış  daxilində  hüquqların  həyata 

keçirilməsinin  həcmi  və  müddəti  eyni  olan  qiymətli  kağızlardır.  Bunlara  səhm  və 

istiqrazlar  aiddir.  Qeyri-emissiya  qiymətli  kağızlar–buraxılışlarl  yerləşdirilməyən  və 

qiymətli  kağızlar  üzrə  hüquqların  keşməsinin  həcmi  və  müddəti  müxtəlif  olan 

qiymətli  kağızlardır.  Bunlara  isə  veksel,  çek,  opsion,  varrant  və  s.  aiddir.  Bundan 

əlavə  qiymətli  kağızlar  əmtəə  dövriyyəsi  prosesinə  və  müəyyən  əmlak  əqdlərinə 

xidmət edən kommersiya ( konosament, veksel, anbar şəhadətnaməsi, girov kağızı və 

s.)  və  fond  bazarında  hərəkət  edən  fond  qiymətli  kağızları  şəklində  olur.  Bu 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə