Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

40

 

 



fəaliyyətə nəzarət edir, həmçinin dövlət qiymətli kağızlarının yerləşdirilməsi üzrə baş 

agent  kimi  çıxış  edir.  Lakin  onların  buraxılışına  və  vaxtında  geri  alınmasına  görə 

məsuliyyət Maliyyə Nazirliyinin üzərinə düşür. 

Dövlət  tənzimlənməsini  həyata  keçirən  əsas  orqan  QKDK-dır.  Bu  orqan 

respublika  prezidentinin  26  iyul  1999  il  tarixli  fərmanı  əsasında  yaradılmışdır. 

Fərmanda deyildiyi kimi, QKDK qiymətli kağızlarla fəaliyyət sahəsində, o cümlədən 

fond  bazarında,  digər  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanları  ilə  münasibətdə 

üstün səlahiyyətlərə malikdir və bu sahədə onların fəaliyyəti üzərində nəzarəti həyata 

keçirir. QKDK haqqında əsasnamədə deyilir ki, komitə Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Milli Bankı və digər 

kredit  təşkilatları,  yerli  özünüidarəetmə  orqanları,  qiymətli  kağızlar  bazarında 

fəaliyyət  göstərən  hüquqi  və  fiziki  şəxslərlə  qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərir. 

Komitə  hüquqi  şəxsdir,  müstəqil  balansa,  xərclər  smetasına,  operativ  idarəçilik 

hüququ  ilə  dövlət  mülkiyyətinə,  bank  idarələrində  hesablaşma  hesablarına, 

Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, 

müvafiq  ştamplara  və  blanklara  malikdir.  Komitə  Azərbaycan  Respublikasının 

Prezidentinə  tabedir.  Komitənin  əsas  vəzifələri:  qiymətli  kağızlarla  fəaliyyət 

sahəsində,  o  cümlədən  qiymətli  kağızlar  bazarında  dövlət  siyasətinin  işlənib 

hazırlanmasının  və  onun  həyata  keçirilməsinin,  dövlət  idarəetməsinin  və 

tənzimlənməsinin,  nəzarətin  təmin  edilməsi;    bazarın  təşkili  və  inkişaf  etdirilməsi, 

əlverişli  investisiya  mühitinin  yaradılması;  bazarda  emitentlərin,  peşəkar 

iştirakçıların, fond birjalarının fəaliyyəti üzərində nəzarətin təmin edilməsi; bazarda 

sağlam  rəqabət  mühitinin  yaradılması;  bazar  iştirakçılarının,  o  cümlədən 

investorların,  səhmdarların  və  digər  qiymətli  kağızlar  sahiblərinin  hüquqlarının 

müdafiəsinin təmin edilməsi.  

Bu  komitə  18  sentyabr  2003-cü  ildə  Yaltada  yaradılmış  MDB-nin  Qiymətli 

Kağızlar Bazarının Dövlət Tənzimləyiciləri Şurasının üzvüdür.  

Qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılar  tərəfindən  tənzimlənməsi 

bazarın  özünütənzimləmə  sistemini  təşkil  edir.  Respublikamızın  Mülki  Məcəlləsinə 



41

 

 



əsasən  (maddə  992-1.16)  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  özünü 

tənzimləyən  təşkilatı  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  könüllülük, 

qeyri-kommersiya prinsipləri əsasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatı olan 

ictimai  birliyidir.Bu  tənzimlənməni  müxtəlif  təşkilatlar  həyata  keçirir.  Dünya 

təcrübəsində bu təşkilatlar assosiasiyalar, ittifaqlar və bazarın peşəkar iştirakçılarının 

müqavilə  münasibətləri  ilə  bağlı  olan  birliklər  şəklində  yaradılır  (məs.,  ABŞ-da 

İnvestisiya  Dilerləri  Assosiasiyası).  Bazarın  özünü  tənzimləməklə  fəaliyyət 

göstərməsi  onun  iştirakçıları  üçün  peşə  və  etik  normalarının,  ticarət  əməliyyatı 

qaydalarının təyin edilməsini və onlara riayət olunmasına nəzarət edilməsini nəzərdə 

tutur. Birliklər həm fond bazarı iştirakçılarının maraqlarını müdafiə edir, həm də sərt 

bazar davranış qaydalarını müəyyən edir, onlara riayət olunmasına səmərəli nəzarəti 

təmin  edir.  Belə  özünütənzimləmənin  müsbət  cəhətlərindən  biri  bazarın 

tənzimlənməsi  ilə  bağlı  dövlət  xərclərinə  qənaət  edilməsi,  bazarın  idarəedilməsi 

aparatının  məhdudlaşdırılmasıdır.  Digər  tərəfdən  bazarın  iştirakçıları  hökumət 

məmurları  ilə  müqayisədə  bazarın  normal  tənzimlənməsində  daha  maraqlı  olurlar. 

Belə nəzarət çox vaxt məmur nəzarətindən daha ciddi və tələbkar olur. 

Özünütənzimləmə orqanlarının əsas funksiyaları aşağıdakılardır: 

 



bazarda iştirakçıların fəaliyyətinin özünütənzimləməsi; 

 



yüksək peşəkar standartların təmin olunması və işçi heyətinin hazırlanması; 

 



bazarın infrastrukturunun inkişaf etdirilməsi

 



birgə elmi araşdırmaların aparılması, özünün maraqlarının kollektiv təmsil 

olunması və investorların maraqlarının müdafiəsi. 

QKDK  tərəfindən  24  mart  2000-ci  il  tarixli  “Qiymətli  kağızlar  bazarının 

peşəkar iştirakçılarının öz-özünü tənzimləyən təşkilatlarının fəaliyyəti Qaydaları”nın 

qəbul olunmasına baxmayaraq bu təşkilat 2007-ci ildə təsis edildi. May ayının 22-də  

"Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyinın  (AFBİA) 

təsis  yığıncağı  keçirildi.  Assosasiyanın  təsisçiləri-  Milli  Depozit  Mərkəzi  (MDM), 

Bakı Fond Birjası (BFB), Səhm Ticarət Mərkəzi "Azərintertreyd", "Standard Kapital", 

"Unlbank", "ADB Broker", 'Texnika Kapital Menecment" və "Azəriqazbank"dır.    



42

 

 



Birliyin 

əsas 


məqsədi 

investorların 

maarifləndirmək 

ictimaiyyəti 

məlumatlandırmaq,  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçılarının  səmərəli 

fəaliyyəti  üçün  şəraitin  yaradılmasını  təmin  etmək,  qiymətli  kağızlar  bazarında 

investorların  və  digər  iştirakçıların  maraqlarını  qorumaqdır.  Bu  qurum  qiymətli 

kağızlar  bazarının  peşəkar  iştirakçılarının  fəaliyyətinin  etik  normalar  əsasında 

müəyyən  edilməsini  və  bu  normalara  riayət  olunmasını  təmin  edir.  Birlik  ictimai 

əsaslarla işləyir və qurumun üzvləri tərəfindən maliyyələşdirilir. Qurum üzvləri ildə 

500  manat  ödəməklə  birliyin  fəaliyyətini  genişləndirəcəklər.  Əldə  olunan  vəsait  isə 

maarifləndirmə işlərinə yönəldiləcək. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə