Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


    Fəsil II.  Qiymətli  kağızlar  bazarında  əməliyyatlar  və  bazarın



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

28

 

 



Fəsil II.  Qiymətli  kağızlar  bazarında  əməliyyatlar  və  bazarın       

tənzimlənməsi. 

 

2.1. Qiymətli kağızlar bazarında aparılan əməliyyatların 

xüsusiyyətləri  və  növləri. 

 

Qeyd  etdiyimiz  kimi  qiymətli  kağızlar  bazarı  qiymətli  kağızların  emissiyası, 

buraxılması,  tədavülü,ödənilməsi,  sahibliyi,  saxlanılması,  onlarla  əqdlərin 

bağlanması, digər əməliyyatların aparılması üzrə subyektlər arasında olan hüquqi və 

iqtisadi  münasibətlərin  məcmusudur.  Bu  əməliyyatların  növündən  asılı  olmayaraq 

onların  hamısı  son  nəticədə  qiymətli  kağızların  alınıb-satılması  ilə  nəticələnir  və 

yaxud  da  bu  prosesə  xidmət  edir.  Respublikamızın  Mülki  Məcəlləsi  və  “Qiymətli 

kağızlar  haqqında”  Qanununa  görə  qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyətin 

aşağıdakı növləri həyata keçirilə bilər: 

 



broker fəaliyyəti

 



diler fəaliyyəti; 

 



qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyət

 



qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyət

 



depozitari fəaliyyəti; 

 



qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət; 

 



qiymətli kağızlar bazarında ticarətin təşklil üzrə fəaliyyət. 

Qiymətli  kağızlar  bazarında  göstərilən  fəaliyyət  növləri  ilə  əlaqədar  olaraq 

müxtəlif  əməliyyatlar  yerinə  yetirilir.Qiymətli  kağızların  ilkin  bazarında  onun 

funksiyalarına  uyğun  olaraq  qiymətli  kağızların  buraxılışının  təşkili  (emissiyası), 

onların yerləşdirilməsi və uçotu əməliyyatlərı həyata keçirilir.  

Qiymətli  kağızların  emissiyası  səhmdar  cəmiyyəti  təsis  olunduqda,  onların 

ilkin  nizamnamə  kapitalının  həcmi  səhm  buraxılmaqla  artırıldıqda,  hüquqi  şəxslər, 

dövlət  orqanları  və  yerli  hakimiyyət  orqanları  tərəfindən  istiqraz    və  digər  borc 

öhdəlikləri  buraxmaqla  borc  kapitalı  cəlb  olunduqda  keçirilir.  Emissiya  buraxılış 

həcminin  müəyyən  edilməsi,  emissiya  prospektini  hazırlanması  və  dərc  olunması, 




29

 

 



buraxılışın qeydiyyatdan keçirilməsi, qiymətli kağızlar nağd şəkildə buraxıldığı halda 

onların  blanklarının nəşri  və  buraxılış  haqqında  elanın dərc  olunmasından ibarətdir. 

Bu proses: 

 



qiymətli kağızların buraxılışı haqqında emitentin qərar qəbul etməsi

 



buraxılışın qeydə alınması; 

 



emissiya prospektinin qeydə alınması; 

 



qiymətli kağızların yerləşdirilməsi mərhələlərindən ibarətdir. 

Emitent  qiymətli  kağızların  buraxılması  hüququnu  onların  dövlət 

qeydiyyatından  keçdiyi  andan  etibarən  əldə  edir.Qeydiyyat  üçün  təqdim  edilən 

sənədlərə:  qeydə  alınmaq  üçün  ərizə;  emissiya  qiymətli  kağızların  buraxılması 

haqqında qərarın surəti; emissiya prospekti; təsis sənədlərinin surəti aiddir.Emissiya 

prospekti 3 bölmədən ibarətdir: 1) emitent haqqında məlumat; 2) emitentin maliyyə 

durumu  haqqında  məlumat;  3)  yerləşdirilən  qiymətli  kağzlar  haqqında 

məlumat.Emitent  haqqında  mümkün  qədər  geniş  məlumatın  açıqlanması  investorlar 

üçün  böyük  əhəmiyyət  kəsb  etdiyindən  prospektin  mühüm  tərkib  hissəsini  bu 

məlumat təşkil edir.Burada emitent barədə ümumi məlumatlar – onun adı, adında və 

təşkilati-hüquqi  formasında  aparılmış  dəyişikliklər,  dövlət  qeydiyyatından  keçməsi 

haqqında şəhadətnamənin nəmrəsi və tarixi, yerləşdiyi yer, hesablaşma hesabı, onun 

təsisçiləri  və  s.  dərc  edilir.Əgər  emitent  yeni  təsis  edilmişdirsə  bu  zaman  onun 

maliyyə  durumu  haqqında  məlumat  dərc  olunmur.  Qalan  hallarda  emissiya 

prospektində bu barədə aşağıdakılar göstərilir: 

 



emitentin  illik  mühasibat  balansları  və  qiymətli  kağızların  buraxılması 

haqqında  qərar  qəbul  ediləndən  əvvəlki  rüb  ərzində  onun  fəaliyyətinin  maliyyə 

nəticələri haqqında, mənfəətdən istifadə haqqında hesabat; 

 



kredit  təşkilatları  üçün  –  qiymətli  kağızların  buraxılması  haqqında  qərar 

qəbul  edilən  zaman  emitent  bankın  kreditorlara  və  büdcə  tədiyyələri  üzrə  vaxtı 

keçmiş borclarının məbləği; bankın fəaliyyətini səciyyələndirən iqtisqdi göstəricilərin 

hesabatı; 




30

 

 



 

emitentin  nizamnamə  kapitalı  haqqında  məlumatlar,  banklar  üçün 



nizamnamə kapitalı haqqında müvafiq forma üzrə tərtib olunmuş hesabat

 



qiymətli kağızların əvvəlki buraxılışları haqqında hesabat. 

Yerləşdirilən qiymətli kağızlar haqqında məlumata isə səhmlər üçün – səhmin 

növü, buraxılışın həcmi,  yerləşdirilən səhmləin  miqdarı, bir səhmin nominal dəyəri, 

onların verdiyi hüquqlar kimi məlumatlar aiddir. 

Qiymətli  kağızların  yerləşdirilməsinə  gəldikdə  isə  bunun  bir  neçə  yolu 

mümkündür:  1)  qiymətli  kağızlara  abunə;  2)  hərrac;  3)  kommersiya  müsabiqəsi;  4) 

investisiya hərracı; 5) sahiblərinin adlı siyahısının tərtib edilməsi vasitəsilə imiyazlı 

səhmlər  zərfinin  əmək  kollektivi  üzvlərinə  əvəzsiz  veriməsi;  6)  səhmlərin  alqısı 

haqqında  özəlləşdirilən  müəssisələrin  vəzifəli  şəxsləri  ilə,  yaxud  müəssisənin 

müflisləşməsinin  yolverilməzliyi  barədə  müqavilə  imzalamış  işçilər  qrupu  ilə 

kontraktların bağlanması. 

Qiymətli kağızlara abunə aşıq və qapalı ola bilər. Açıq abunə zamanı qiymətli 

kağızların  kütləvi  yerləşdirilməsi  baş  verir  və  bu  zaman  investorların  sayına 

məhdudiyyət  qoyulmur.  Qapalı  abunə  vasitəsilə  adi  səhmlər  özəlləşdirilən 

müəssisələrin  işçilərinə  satılır.  Qapalı  abunə  vasitəsilə  adi  səhmlər  özəlləşdirilən 

müəssisələrin  işçilərinə  satılır.  Abunə  elan  olunmuş  qiymətlə  keçirilir  və  abunə 

siyahısı ilə rəsmiləşdirilir. Bu siyahıda investorun adı, soy adı və atasının adı, onun 

abunə olduğu qiymətli kağızların miqdarı və onların qiyməti göstərilir. 

Qiymətli  kağızlarla  ticarətin  əməliyyatlarının  ən  geniş  yayılmışı  orada  təşkil 

olunan  hərraclardır.  Bazarda  tələb  və  təklif  arasında  böyük  fərq  yaranarsa  və 

qiymətlər bir çox amillərdən asılı olarsa, bu zaman ticarət hərrac formasında həyata 

keçirilir.  Qiymətli  kağızların  hərracı  (auksionu)  onların  fiziki  və  ya  hüquqi  şəxslər 

tərəfindən  açıq satışlardan  alınmasından ibarətdir və  belədə  açıq satışlardan  heç  bir 

şərtlərin  yerinə  yetirilməsi  tələb  olunmur.  Açıq  satış  dedikdə  qiymətli  kağızların 

emissiya prospekti dərc olunmaqla aparılan satışı başa düşülür. Lakin hərrac tender 

şəklində də keçirilə bilər. Tenderə, bir qayda olaraq səhm zərflərinin satışından ötrü 

müraciət  olunur.  Tender  təsisatı  hərracda  iştirak  ərizələrini  qəbul  edir  və  onları 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə