Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   2   3   4   5   6   7   8   9   ...   23

16

 

 



bərabərdir.  Kooperativ  qiymətli  kağızların  emitentləri  arasında  isə  liderlik  banklara 

məxsusdur.  Bu,  onunla  izah  olunurki,  bank  biznesi  hətta  böhran  dövrlərində  belə 

gəlirli  olur.  Ümumiyyətlə  hazırda  dünya  üzrə  fond  bazarının  əsas  iştirakçıları 

kommersiya  banklarıdır.  Bir  çox  ölkələrdə  bankların  qiymətli  kağızlarla  apardığı 

əməliyyatlardan  və  investisiya  fəaliyyətindən  aldıqları  gəlir  onların  mənfəətlərinin 

formalaşmasında  böyük  rol  oynayır.  Kommersiya  bankları  bazarda  emitent,  vasitəçi 

və  investor  kimi  çıxış  edə  bilər.  Emitent  rolunda  çıxış  edın  zaman  onlar 

qanunvericiliyə uyğun olaraq qiymətli kağızların emissiyasını (II fəsil, I sual) həyata 

keçirirlər.  Onlar  heç  bir  xüsusi  lisenziyasız  vasitəçi  rolunda  çıxış  edə  bilərlər  (əgər 

onların nizamnaməsində broker fəaliyyəti nəzərə alınmışdırsa) . Diler fəaliyyəti üçün 

kommersiya banklarına dövlətin mərkəzi bankının razılığı olmalıdır.   

İnvestor qiymətli kağızları  mülkiyyətinə əldə  etmiş  şəxsdir ( Mülki  Məcəllə, 

maddə  992-1.15).Fond  bazarının  səmərəli  fəaliyyət  göstərməsi  bilavasitə  qiymətli 

kağız alıcılarından–investorlardan asılıdır. Fond bazarının əsasını yalnız investorların 

maraqları  təşkil  etdiyi  halda  o,  inkişafda  olur.  Praktiki  cəhətlərə  görə  investorları  3 

yerə  bölmək  olar:  riskli,  mülayim  və  mühafizəkar  investorlar.  Riskli  investor 

investisiya  portfelindən  mümkün  olan  risklərə  qısa  müddət  ərzində  maksimum 

qazanc əldə edir. Mühafizəkar investor isə qiymətli kağızlar portfelini uzunmüddətli 

perspektiv  əsaslarla  tutur.  Mülayim  investor  əldə  olunan  gəlir  səviyyəsi  ilə  risk 

dərəcəsi üst–üstə düşən qiymətli kağızlar portfelini yaratmağa çalışır. 

İnvestorların  əsas  məqsədlərindən  biri  təkcə  sahib  olduqları  səhmlərdən 

dividend  əldə  etmək  deyil,  səhmdar  cəmiyyətinin  fəaliyyətində  təsir  gücünə  malik 

olmaqdır.  Bu  cür  ya  direktorlar  şurasına  rəhbərlik  etmək,  ya  da  səhmlərin  nəzarət 

paketini  ələ  keçirməklə  mümkündür.  İnvestorlar  səhmdar  cəmiyyətinin  səhmlərinin 

ən azı 25 faizinə sahib olmağa can atırlar. 

İnstitusional investorlara sığorta  şirkətləri,  pensiya  fondları, xetriyyə  və  digər 

məqsədli  fondlar  aid  edilir.  Bu  təşkilatların  fəaliyyət  xüsusiyyələriondadir  ki,  onlar 

böyük və uzunmüddətli sərbəst pul resurslarına malikdir.     



17

 

 



Brokerlər müştərini adından və onun hesabına fəaliyyət göstərən fond bazarı 

iştirakçılarıdır. Brokerlər həmçinin məsləhət xarakterli fəaliyyətlə də məşğul olurlar. 

Onlar  ikinci  bazarda  qiymətli  kağızların  yerləşdirilməsi  üzrə  məsləhət  xarakterli 

xidmətlər  də  göstərirlər.  Brokerlər  peşəkar  iştirakçı  kimi  öz  fəaliyyətlərini  xüsusi 

lisenziyalar üzrə həyata keçirirlər. 

Dilerlər isə qiymətli kağızları öz adından və öz hesablarına alıb, onları yenidən 

investorlara satmaqla məşğuldurlar. Mülki Məcəlləyə uyğun olaraq broker və dilerlər 

yalnız hüquqi şəxs qismində çıxış edə bilərlər ( maddə 1078-29.1, 1078-30.1).  

Dövlət,  səhmdar  cəmiyyətləri,  qiymətli  kağızlar  bazarının  peşəkarları  olan 

mütəxəssislər, müxtəlif investisiya təşkilatları, kommersiya bankları, fond mərkəzləri 

və  mağazaları,  digər  təsərrüfat  subyektləri,  eləcə  də  vətəndaşlar  qiymətli  kağızların 

ikinci bazarının iştirakçıları ola bilərlər. Bunlar arasında ən çox diqqəti cəlb edənlər 

investisiya  təsisatlarıdır.  Bu  təsisatlara:  1)  Maliyyə  brokerləri.  2)  İnvestisiya 

məsləhətçiləri. 3)İnvestisiya şirkətləri. 4)İnvestisiya fondları aiddir. 

Maliyyə  brokerləri  bazarda  vasitəçilik  edən  hüquqi  şəxslərdir.  Onlar 

müştəriyə komisyon müqaviləsi əsasında, yaxud müştərinin tapşırığı ilə və müştərinin 

vəsaiti hesabına qiymətli kağızların alqı-satqısını həyata keçirir və bu zaman vasitəşi 

(agent)  funksiyalarını  icra  edir.  Komisyon  müqaviləsi  brokerin  adından,  tapşırıqlı 

müqavilə isə müştərinin adından bağlanılır. İstənilən halda broker öz hesabına deyil, 

müştərinin hesabına və onun mənafelərinə uyğun hərəkət edir.    



İnvestisiya  məsləhətçisi  qitmətli  kağızların  buraxılışı  və  tədavülünə  dair 

məsləhət  xidmətləri  göstərən  hüquqi  yaxud  fiziki  şəxs  ola  bilər.  Onun  fəaliyyətinin 

əsasında  podrat  müqaviləsi,  yaxud  elmi-texniki  məhsulun  hazırlanması  müqaviləsi 

durur. İnvestisiya məsləhətçisi bir sıra fəaliyyət növlərini yerinə yetirə bilər ki, onlara 

da  misal  olaraq:  bazarın  təhlili;  hüquqi  məsləhətləndirmə;  qiymətli  kağızların 

emissiyasının  hazırlanması  və  təşkilati-metodiki  təminatı;  qiməli  kağızların  birjaya 

çıxarılmasının  təşkili  və  müşayiət  olunması;  qimətli  kağızlarla  əməliyyatlar  üzrə 

metodik,    normativ  sənədlərin,  müvafiq  fəaliyyət  qaydalarının  işlənib  hazırlanması; 




18

 

 



peşəkar  hazırlığın  həyata  keçirilməsi;  qiymətli  kağızların  qimətləndirilməsi  və  s. 

göstərmək olar. 



İnvestisiya  şirkəti  maliyyə  brokeri  kimi  hüquqi  şəxsdir,  lakin  ondan  fərqli 

olaraq investisiya şirkəti sırf dilerdir. İnvestisiya şirkəti bazarda müştərinin hesabına 

deyil,  öz  hesabına  fəaliyyət  göstərir.  Bu  şirkət  aşağıdakılar  üzrə  ixtisaslaşan  bir 

müəssisədir: 

 

qiymətli kağız buraxılışının təşkili və zəmanətləndirilməsi; 



 

sərbəst pul vəsaitlərinin qiymətli kağızlara qoyuluşu



 

diler qismində qiymətli kağızların alqı-satqısı. 



İnvestisiya  şirkətləri  tərəfindən  resursların  cəlb  olunması  istiqamətləri 

göstərilənləri  əhatə  edir:  1)  özünün  səhm  və  istiqrazlarının  buraxılışı;  2)  borc 

kapitalının formalaşması üçün bank kreditləri və qiymətli kağızlar üzrə avanslar. Cəlb 

olunmuş vəsaitlərin yerləşdirilməsinin əsas istiqamətləri isə qiymətli kağızların ilkin 

buraxılışı ilə əlaqədar vəsaitlərin onlara qoyuluşu, ikinci bazarın təmin olunması üçün 

qiymətli kağızlara qoyuluşların həyata keçirilməsi və bankdakı hesablar təşkil edir. 

İnvestorlar  yeni  buraxılmış  qiymətli  kağızların  fəal  olan  ikinci  bazarında  da 

maraqlıdır.  Buna  görə  də  invesyisiya  şirkəti  buraxılışın  bir  hissəsini  ikinci  bazarda 

fəal  ticarət  etmək  məqsədilə  özündə  saxlayır  və  bununla  da  o,  bazarın 

yaradıcılarından biri – marketmeyker kimi çıxış edir. 



İnvestisiya  fondları  da  dilerlərdir.  Onların  əsas  fəaliyyəti  öz  səhimini 

buraxmaqdan  və  bu  yolla  səfərbər  olunmuş  resursları  faiz  və  məzənnənin  qalxması 

şəklində  gəlir  gətirən  qiymətli  kağıza  qoymaqdan  ibarətdir.  Respublikamızın 

“İnvestisiya  fondları  haqqında”  Qanununda  (30.11.1999)  deyilir  ki,  “investisiya 

fondu-səhmlərinin  buraxılması  və  açıq  yerləşdirilməsi  vasitəsilə  cəlb  edilən  pul 

vəsaitini  qiymətli  kağızlara  investisiya  edən,  habelə  qiymətli  kağızların  alqı-satqısı 

üzrə  fəaliyyəti  həyata  keçirən  və  diversifikasiya  edilmiş  investisiya  portfelinə sahib 

olan  açıq  tipli  səhmdar  cəmiyyətidir”.  İnvestisiya  fondunun  resurslarının  xüsusi 

dövriyyəsi  var.  Fondun  resursları  qiymətli  kağızların  satışından  əldə  olunursa, 

resursların  yerləşdirilməsi  isə  başqa  emitentlərin  qiymətli  kağızlarına  qoyuluşların 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə