Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   2   3   4   5   6   7   8   9   ...   23

7

 

 



müxtəlifliyə  baxmayaraq  bütün  qiymətli  kağızlar  üçün  onların  fundamental 

keyfiyyətləri eynidir: Tədavül etmək;  2. Likividlik; 3. Risklilik. 

Qiymətli kağızın tədavül etməsi onun bazarda alınıb-satılmaq, həmçinin digər 

əmtəələrin  tədavülünü  asanlaşdıran  müstəqil  tədiyyə  aləti  kimi  çıxış  etmək 

qabiliyyətidir.  Likividlik  qiymətli  kağızın  sahibi  üçün  böyük  itkilərsiz,  bazar 

qiymətinin cüzi dəyişməsi və az satış xərcləri ilə alınıb-satılmaq qabiliyyətidir. Risk 

isə qiymətli kağızlara qoyulan investisiyalarla bağlı olan və onlara zəruri olaraq xas 

olan, bazar konyukturasının dəyışməsi nəticəsində itki vermək ehtimalıdır. Qeyd edək 

ki, qiymətli kağızların gəlirliyi artdıqca onların risk səviyyələri də artır. Bu asılılığı 

qrafikdə aşağıdakı kimi əks etdirmək olar: 



Qrafik 1.1. Gəlir və risk asılılığı 

          risk 

 

                                                 4              3                   2                               1 



                                                                                                      

 

                                                                                                                            



Gəlir 

1-dövlət qiymətli kağızları; 2-şirkətlərin istiqrazları;  

3-səhmlər; 4-törəmə qiymətli kağızlar. 

Qiymətli kağızların tədavül etməsi və likividliyi aydın şəkildə onu göstərir ki, 

qiymətli kağızlar xüsusi əmtəədir və buna görə də öz bazarına malikdir. Bu bazarın 

özünəməxsus  təşkili,  iştirakçılar  heyəti,  iş  qaydaları,  fəaliyyət  qaydaları  və  s. 

mövcuddur.  Qiymətli  lağızlar  bazarı  maliyyə  bazarının  səmərəli  fəaliyyət  göstərən 

başlıca  elementlərindən  biri  olmaqla  iqtisadiyyatın  ayrı-ayrı  sahələrinə  maliyyə 

vəsaitlərinin  operativ  şəkildə  axınını  təmin  edən  və  investisiyaları  aktivləşdirən  bir 

sahədir.  

Qiymətli  kağızlar  müddətindən  asılı  olaraq  maliyyə  bazarı  qısamüddətli 

qiymətli  kağızların  iştirak  etdiyi  pul  və  uzunmüddətli  qiymətli  kağızların  iştirak 




8

 

 



etdiyi  kapital  bazarına  bölünür.  Yəni,  dolayısı  ilə  qimətli  kağızlar  bazarı  həm  pul, 

həm  də  kapital  bazarı  kimi  fəaliyyət  göstərir.  Sxem  №1.1.-də  qiymətli  kağızlar 

bazarının maliyyə bazarında yeri göstərilib:    

        Sxem №1.1. Qiymətli kağızlar bazarının maliyyə bazarında yeri.                                        



         Pul bazarı                                                     Kapital bazarı 

          Qimətli kağızlar bazarı 

 

 



      

Azərbaycan Reapublikasının Mülki Məcəlləsində bu bazar qiymətli kağızların 

emissiyası,  buraxılması,  tədavülü,  ödənilməsi,  sahibliyi,  saxlanılması,  onlarla 

əqdlərin  bağlanması,  digər  əməliyyatların  aparılması  üzrə  subyektlər  arasında  olan 

hüquqi  və  iqtisadi  münasibətlərin  məcmusu  (  maddə  992-1.)  kimi  tərifləndirilir. 

Bazarın  məqsədi  sərbəst  maliyyə  resurslarını  səfərbər  etmək  və  onların  bazarın 

iştirakçılarının  qimətli  kağızlarla  keçirdiyi  müxtəlif  əməliyyatlar  vasitəsilə  yenidən 

bölgüsünü  təmin  etməkdən  ibarətdir.  Bu  bazarın  mövcudluğu  bütün  bazar 

iqtisadiyyatlı  ölkələr  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Qiymətli  kağızlar  bazarı 

əmtəə və pul tədavülünə fəal surətdə xidmət edir. Digər tərəfdən qiymətli kağızların 

buraxılması və bazarda yerləşdirilməsi sərbəst pul vəsaitlərinin səfərbər edilməsi və 

sosial-iqtisadi  inkişafa  istiqamətləndirilməsinin  səmərəli  yoludur.  Bunun  nəticəsində 

müvəqqəti sərbəst pul vəsaitlərinin dövriyyə sürəti güclənir, ölkədə  investisya üçün 

əlverişli şərait yaranır ki, bu da iqtisadi artıma səbəb olur. Bu bazarın formalaşması 

üçün  ilkin  şərt  qimətli  kağızlar  buraxan  kifayət  qədər  emitentlərin,  investorların, 

qimətli  kağızların  hərəkət  və  infrastrukturunu  reqlamentləşdirən  inkişaf  etmiş 

normativ-qanunverici  bazanın,  qitmətli  kağızlarla  aparılan  əməliyyatlara  nəzarətin 

təşkilinin olmasıdır. 

Müvəqqəti sərbəst pul vəsaitlərinin cəlb edilməsi zamanı bazardakı vasitəçilər 

bu prosesi sürətləndirirlər. Lakin bəzən vasitəçilərə müraciət kapitalın cəlb olunması 

ilə bağlı xərcləri artırır. Əgər borc alanın borc verənə bibaşa müraciəti imkanı varsa 



9

 

 



bu,  cəlb  olunan  resursların  dəyərini  aşağı  salır.  Buna  maliyyə  bazarının 

sekyuritizasiyası  şərait  yaradır.  Bu  zaman  azlikvidli  aktivlər  qiymətli  kağızlara 

transformasiya  olunur.  Qiymətli  kağızlar  maliyyə  vəsaitlərinin  ucuz  və  tez  cəlb 

olunmasını  təmin  edir.  Məsələn,  müəssisənin  maliyyə  vəsaitlərinə  ehtiyacı  var.  Bu 

nzaman  o,  banka  kredit  almaq  məqsədilə  müraciət  edə  bilər,  ya  da  istiqraz  buraxa 

bilər. Birinci halda bank vasitəçi kimi çıxış edir və öz xidmətinə görə haqq alır. İkinci 

halda isə müəssisə istiqrazları birbaşa investora satır və bu da cəlb olunma xərclərini 

azaldır. 

Qiymətli  kağızlar  bazarının  iqtisadiyyatdakı  rolu  bir  sıra  faktorlarla  bağlıdır. 

Birincisi, dediyimiz kimi bu bazar cəlb olunan resursların ucuz başa gəlməsinə şərait 

yaradır.  İkincisi,  qiymətli  kağızlar  dövr  etməyən  aktivlərin  dövr  edən  maliyyə 

aktivlərinə  transformasiyası  imkanını  təmin  edir.  Buna  misal  olaraq  ipoteka 

girovnamələri  və  təminatlandırılmış  istiqraz  buraxılışını  göstərmək  olar  (sxem 

№1.2.): 


Sxem 1.2. Dövr etməyən aktivlərin dövr edən qiymətli kağızlara 

transformasiyası

 

 



Hüquqi şəxslər: 

        Şəxslər: 

istiqrazların borc alanlar

 

       



alıcıları

 

 



  

      əmlak  təminatı  müqaviləsi  əsasında  bankın  hüquqi  şəxslərə  ipoteka 

ssudalarını verməsi 

 

borcalanın banka girovnamə verməsi 



 

girovnamə təminatı ilə bank tərəfindən istiqrazların buraxılması və satışı 

    Bu  sxemdə  bank  hüquqi  şəxslərə  mənzil  tikintisi  üçün  əmlak  girovuna 

əsaslanan  müqavilə üzrə  kredit  verir.  Beləliklə bank  maliyyə  aktivlərinə sahib  olur, 

ancaq bu müqavilələr əgər bankda yatırsa, onda aktivlər işlənir. Son illər banklar bu 

 

   



Bank 

 ipoteka 

istiqrazlarının     

emissiyası 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə