Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   2   3   4   5   6   7   8   9   10   ...   23

19

 

 



edilməsi  və  bankdakı  hesablarla  bağlıdır.  Beləliklə  investisiya  fondu  çoxsaylı  xırda 

investorların  vəsaitlərini  cəlb  etməklə  onları  vahid  kütlə  şəklində  birləşdirir  və  iri 

səhm dəstlərinə investisiya edir. Dünya təcrübəsində bu fondların 2 tipi mövcuddur: 

açıq  və  qapalı. Açıq  tipli  investisiya  fondunun  resursları  fondun  yalnız  onun  özünə 

satıla bilən adi səhmlərinin buraxılması hesabına formalaşır. Fond səhm sahiblərinin, 

yəni  onun  səhmdarlarının  birinci  tələbi  ilə  səhmlərini  cari  bazar  məzənnəsi  ilə  geri 

almağa  borcludur.  Fondun  həcmi  dəyişilməz  deyil,  o,  yeni  səhm  buraxılışları 

hesabına  artırıla  bilər.  Qapalı  tipli  investisiya  fondunun  resursları  həm  adi,  həm  də 

imtiyazlı  səhmlərin,  bəzən  isə  istiqrazların  buraxılması  hesabına  formalaşır. 

Səhmlərin  buraxılışı  birdəfəlik  qaydada,  qəti  müəyyən  edilmiş  həcmdə  edilir. 

İnvestisiya fondları və şirkətləri oxşar olsalar da onların bir neçə fərqli cəhətləri də 

var: 


Cədvəl 1.1. İnvestisiya fondu və investisiya şirkətinin xüsusiyyətləri. 

Müqayisə 

meyarları 

 İnvestisiya şirkəti 

 İnvestisiya fondu 

Qiymətli  kağızlar   

bazarındakı   rolu 

Əsasən  emitentlərlə  son 

investorlar 

arasında 

qiymətli  kağızların  ilkin 

yerləşdirilməsində 

maliyyə vasitəçiliyi 

Xırda 


yığımların 

səfərbər 

edilib 

iri 


qiymətli 

kağız 


portfellərinəinvestisiya 

edilməsi. 

Son 

investor 



investisiya fondunun özüdür 

Müştərilər 

Yalnız hüquqi şəxslər 

Hüquqi və fiziki şəxslər 

Qiymətli  kağızlar   

bazarında  müxtəlif  

peşəkar 

fəaliyyət 

növlərinin 

birləşdirilməsi 

İnvestisiya məsləhətçisi və 

maliyyə  brokeri  kimi  (bu 

qismdə 


yalnız 

fond 


birjasında) 

fəaliyyət 

göstərə bilər 

Digər  fəaliyyət  növləri  ilə 

birləşdirilməsinə icazə verilmir 



20

 

 



Dünya  təcrübəsində  qiymətli  kağızlarla  iş    üzrə  uçotun  aparılması  və  onların 

saxlanması şəbəkəsinin müxtəlif təşkilati formaları mövcuddur. Lakin istənilən halda 

onların hamısı üçün bunu demək olar ki, bu şəbəkələr aşağıdakıları təmin etməlidir: 

 



fond əməliyyatları üzrə hesablaşmaların üzləşdirilməsi, klirinq; 

 



qiymətli  kağızların  nağd  və  nağdsız  şəkildə,  həmçinin  hesaba  alınmamış 

pul vəsaitlərinin nəqli; 

 

qiymətli kağızların saxlanılması. 



Mülki  məcəllənin  992-1.16.  maddəsinə    görə  qiymətli    kağızlar  bazarının 

peşəkar  iştirakçılarının  özünü  tənzimləyən  təşkilatı  qiymətli  kağızlar  bazarının 

peşəkar  iştirakçılarının  könüllülük,  qeyri-kommersiya  prinsipləri    əsasında  fəaliyyət  

göstərən  qeyri-hökumət  təşkilatı  olan  ictimai  birliyidir.  Dünya  təcrübəsi  göstərir  ki, 

birləşmə  zamanı  məhdudiyyətlərin  tətbiqi  çox  vaxt  zəruri  olur.  Birincisi,  bu 

investorları  çox  böyük  risklərdən,  məsələn,  investisiya  fondları  qiymətli  kağızların 

ilkin  yerləşdirilməsi  üzrə  broker,  yaxud  diler  kimi  çıxış  etməyə  başladıqda  hifz 

edilməsi, müdafiəsi ilə bağlıdır. İkincisi, məsələn, eyni hüquqi şəxs həm diler kimi, 

həm  də  broker  kimi  çıxış  etdikdə  müxtəlif  investisiya  təsisatlarının  maraqlarının 

toqquşması və qeyri-etik durumun yaranması ehtimakının minimuma endirilməsi çox 

vacibdir.  Üçüncüsü,  hazırda  qiymətli  kağızlar  bazarının  təşəkkül  tapmağa  başladığı 

mərhələdə məhdudiyyətlər investisiya təsisatlarının bazardakı ixtisaslaşmasına şərait 

yaratmaqdan ötrü vacibdir. Respublikamızda bu məsələyə QKDK-nın 2 fevral 2000-

ci il tarixli “Qiymətli lağızlar bazarında peşəkar fəaliyyəti həyata keçirən hüquqi və 

fiziki  şəxslərin  peşəkar  fəaliyyətinin  növləri  ilə  eyni  zamanda  məşğul  olması  üzrə 

tələbləri”ndə baxılır.  

Qiymətli  kağızlar  bazarını  tənzimləyən  dövlət  orqanlarına  əsasən  Maliyyə 

Nazirliyi, Milli Bank və QKDK aiddir (bu haqqda II fəsildə daha ətraflı). 

 

 

 

 

 



21

 

 



1.3.

 

Fond birjası, onun təşkili xüsusiyyətləri və idarə olunması. 

 

Qeyd  etdiyimiz  kimi  fond  birjası  qiymətli  kağızların  təkrar  bazarının  birinci 



səviyyəsinə aiddir və mütəşəkkil formada təşkil olunmuş bazardır. Fond birjası XVI-

XVII əsrlərdə mövcud olmuş əmtəə birjalarının bir qolu olmuş, sonra inkişaf edərək 

müstəqil  fəaliyyət  göstərməyə  başlamışdır.  İlk  müstəqil  fond  birjası  1611-ci  ildə 

Amsterdam şəhərində yaradılmış birja hesab olunur.  

Fond  birjası  qiymətli  kağızlarla  əqdlərin  bağlanması  üçün  zəruri  şəraitin 

yaradılması,  onların  bazar  qiymətlərinin  müəyyən  edilməsi,  onlar  haqqında  lazımi 

məlumatın  yayılması  üzrə  peşəkar  fəaliyyətdir  (Mülki  məcəllə,  maddə  992-1.14)  . 

Fond  birjası  ən  yüksək  keyfiyyətli  fond  qiymətli  kağızlarının  tədavül  etdiyi  və 

əməliyyatların  qiymətli  kağızlar  bazarının  peşəkar  iştirakçıları  tərəfindən  aparıldığı 

təsisat  şəklində  qurulmuş  xüsusi  bazardır.  Onun  əsas  vəzifəsi  maliyyə  resurslarının 

səfərbər  edilməsi,  maliyyə  qoyuluşlarının  likvidliyinin  təmin  olunması  və  fond 

bazarının tənzimlənməsidir. O, iqtisadiyyatdakı hər cür dəyişiklikləri təsbit edən bir 

sistemdir.  O,  tələb  və  təklif  arasındakı  tarazlıqdan  hər  cür  kənarlaşmalara  reaksiya 

verir.  Fond  birjası  bazarın  daimiliyini,  likvidliyini  və  tənzimlənməsini,  qiymətlərin 

müəyyən edilməsini, bazar konyukturasının nəzərə alınmasını təmin edir. Bu bazarda 

qimətli  kağızlarla  əməliyyatlar  zamanı  onların  məzənnələri  formalaşır.  Burada 

formalaşan  məzənnələr  kapital  qoyuluşlarının  mənfəətliyinin  və  kapitalın  dəyərinin 

qiymətləndirilməsi  mexanizmində  etalon  rolunu oynayır  ki,  bu  da  fond birjasındakı 

mövcud  vəziyyətə  görə  ümumilikdə  ölkənin  təsərrüfat  subyektlərinin  maliyyə  və 

tasərrüfat vəziyyətini qiymətləndirməyə imkan verir. 

Fond  birjalarının  milli  iqtisadiyyat  və  onun  ayrı-ayrı  sahələrdəki  vəziyyət  və 

dinamikası  haqqında  statistik  məlumat  vermək  üçün  istifadə  etdiyi  vasitələrdən  ən 

əsası  fond  indeksidir.  İndekslər  səhmin  məzənnəsi  əsasında  hesablanır  və  qarşılıqlı 

əlaqəli olan bir qrup göstəricilərdəki dəyişikliyin bir rəqəm vasitəsilə təyin edilməsi 

üçün istifadə edilir. Dünya üzrə bu indekslərdən ən çox hesaba alınanı – Standart & 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə