Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   ...   15   16   17   18   19   20   21   22   23

65

 

 



məhdudlaşdırılmışdır.  Sovet  Azərbaycanında  bütün  MDB  məkanında  olduğu  kimi 

dövriyyəda olan əsas qiymətli kağız uduşlu dövlət istiqrazları olmuşdur. 

Müstəqilliyimizin  ilk  dövrlərində,  1991-ci  ildə  təşkil  olunan  Bakı  Qiymətli 

Kağızlar  Birjası  Azərbaycan  Respublikasının  yeni  yaranan  qiymətli  kağızlar 

bazarında ilk birja oldu. 

Qapalı tipli səhmdar cəmiyyəti olan Bakı Banklararası Valyuta Birjası 21 iyun 

1993-cü  ildə  Azərbaycan  Respublikasının  5  (beş)  ən  iri  bankı  tərəfindən  təsis 

edilmişdir. Bu banklar Azərbaycan Respublikası Mərkəzi Bankı, Sənaye investisiya 

Səhmdar  Kommersiya  Bankı,  Aqrar-Sənaye  Səhmdar-Kommersiya  Bankı, 

Azərbaycan  Respublikası  Beynəlxalq  Bankı  və  Səhmdar-Kommersiya  Əmanət 

Banklarıdır.  "Dövlət  qısamüddətli  istiqrazların  buraxılması  haqqında"  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  qərarı  tətbiq  edildikdən  sonra  dövlət  qiymətli 

kağızlar  bazarı  fəaliyyətə  başlamışdır.  Bildirmək  lazımdır  ki,  ölkəmizdə  qiymətli 

kağızlar  bazarının  mühüm  hissəsini  təşkil  edən  Qısamüddətli  Dövlət  İstiqraz 

Vərəqləri  (QDİV)  bazarı  1996-cı  ilin  sentyabırından  fəaliyyətə  başlayıb  1997-98-ci 

illərdə  QDİV-in  yerləşdirilməsi  üzrə  13  hərrac  keçirilib.  Rəsmi  məlumatlara  görə, 

1997-ci  ildə  dövlət  qiymətli  kağızlar  bazarının  liberallaşması  tamamilə  başa  çatmış, 

hökümət  QDİV-in  dövriyyəsi  haqqında  əsasnaməyə  dəyişiklik  etmişdir.  Həmin 

dəyişikliyə görə QDİV bazarında qeyri-rezident təşkilatların iştirakına icazə verilib. 

Eyni  zamanda  qiymətli  kağızlar  bazarının  qanunvericilik  bazası  kimi  çıxış  edə 

biləcək "Qiymətli kağızlar haqqında" və "Səhmdar cəmiyyətləri haqqında" qanunlar 

qəbul olumuşdur. 

Müstəqil  Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  bazarının  yaranması 

yeni  iqtisadi  tariximizdə  ən  önəmli  hadisələr  sırasındadır,  çünki  bu  bazarın 

mövcudluğu  hər  ölkənin  iqtisadi  tərəqqi  amillərindən,  Azərbaycanı  dünya  iqtisadi 

sisteminə  yaxınlaşdıran  vacib  maliyyə  infrastrukturlarından  biridir.  Dünya 

təcrübəsindən  bəllidir  ki,  qiymətli  kağızlar  bazarı  bazar  iqtisadiyyatının  əsas 

təməlidir, məhz buna görə də ümummilli liderimiz möhtərəm Heydər Əliyevin 1998-

ci  il  dekabrın  30-da  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qiymətli 



66

 

 



Kağızlar  üzrə  Dövlət  Komitəsinin  yaranması  haqqında  verdiyi  58  saylı  Fərmanı 

dünya  maliyyə  təşkilatları,  xarici  sərmayədarlar  və  şirkətlər  tərəfindən  yüksək 

dəyərləndirilmişdir.  26  iyul  1999-cu  il  tarixində  «Azərbaycan  Respublikasının 

Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) fəaliyyətinin 

təmin  edilməsi  haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanının 

imzalanması ilə ölkədə mütəşəkkil qiymətli kağızlar bazarının formalaşmasında çox 

mühüm rol oynamışdır. 

Komitənin  təşkilati  dəstəyi  ilə  2000-ci  ilin  fevral  ayının  15-də 

Bakı  Fond 

Birjası


  (BFB)  yaradılmışdır.  Birjanın  təsisçiləri  bir  neçə  iri  bank  və  maliyyə 

strukturlarıdır.  Bunların  sırasında  İstanbul  Fond  Birjası  da  var.  BFB-nin  əsas 

funksiyaları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş bütün 

növ qiymətli kağızlar üzrə alqı-satqının təşkil olunmasından ibarətdir. Bundan əlavə, 

BFB  öz  üzvlərinə  depozitar  xidmətləri,  həmçinin  dövlət  qiymətli  kağızları  daxil 

olmaqla qiymətli kağızların bütün saxlayıcıları üçün reyestrin aparılması xidmətlərini 

göstərmək  imkanındadır.  Alqı-satqı  iştirakçılarının  qiymətli  kağızlarının  və  pul 

vəsaitlərinin hərəkəti «ödənişə qarşı təchizat» (ÖQT) prinsipi üzrə həyata keçirilir. 

Komitədə  Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  bazarının  inkişafı 

üzrə  qısamüddətli  proqram  hazırlanmışdır.  Bu  proqramda  Azərbaycan  Respubli-

kasında  qiymətli  kağızlar  bazarının  vəziyyəti  sivil  bazarın  infrastrukturunun 

yaranmasına  və  inkişafına  yönəlmiş  dövlət  siyasəti,  qoyulmuş  vəzifələrin  həyata 

keçirilməsi  metodları,  institutsional  investorlar  sisteminin  yaradılması  və  investor-

larının  hüquqlarının  qorunması,  qiymətli  kağızlar  bazarı  üzrə  mütəxəssislərin 

hazırlanması,  beynəlxalq  əlaqələrin  inkişafı,  bu  sahədə  açıq  informasıya  sisteminin 

yaradılması məsələləri əhatə olunmuşdur. 

Proqrama  görə  iqtisadiyyatın  mövcud  vəziyyətini  nəzərə  alaraq  dövlətin 

qiymətli kağızlar bazarında siyasəti aşağıdakı əsas məqsədləri nəzərdə tutur: 

 

Azərbaycan  Respublikasında  mütəşəkkil  qiymətli  kağızlar  bazarının 



formalaşdırılması; 

 



Ölkənin  daxili  maliyyə  ehtiyyatlarının  iqtisadiyyatının  real  sektoruna 


67

 

 



investisıya olunması üçün şəraitin yaradılması; 

 



Xarici  investisiyaların  cəlb  edilməsi  məqsədi  ilə  əlverişli  investisiya 

mühitinin yaradılması; 

 

Qiymətli kağızlar bazarında maliyyə sabitliyinin və təhlükəsizliyinin təmin 



edilməsi: 

 



Azərbaycanın  qiymətli  kağızlar  bazarının  dünya  kapital  bazarlarına 

inteqrasıyası üçün şəraitin yaradılması. 

Yuxarıda ğöstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı funksiyaların həyata 

keçirilməsi zəruridir: 

 

Qanunverici  funksiya  (qiymətli  kağzlar  bazarının  inkişaf  proqramının 



həyata  keçirilməsi,  qiymətli  kağızlar  bazarının  inkişafını  təmin  edən  qanunvericilik 

və normativ- hüquqi aktların hazırlanması); 

 

İnzibati  funksiya  (qiymətli  kağızlar  bazarının  tənzimlənməsi  və  bazar 



iştirakçıları  tərəfindən  müvafiq  qanunvericiliyə  şərait  olmasına  nəzarətin  həyata 

keçirilməsi); 

• Qiymətli kağızlar bazarında informasiya siteminin yaradılması və investorlar 

üçün şəffaflığın təmin edilməsi; 

 

Qiymətli  kağız  emitentlərinin,qiymətli  kağızlar  bazarının  peşəkar 



iştirakçıların,  investorların  hüquq  və 

maraqlarının  müdafiə  sisteminin 

formalaşdırılması; 

 



Qiymətli  kağızlarla  əməliyyatların  aparılması  zamanı  ortaya  çıxa  bilən 

risklərin minimal səviyyəyə endirilməsi; 

 

Beynəlxalq və xarici dövlətlərin maliyyə institutları ilə əməkdaşlığın inkişaf 



etdirilməsi; 

 



Qiymətli  kağızlar  üzrə  beynəlxalq  hesablaşmalar  və  klirinq  sistemlərinə 

qoşulması; 

 

Qiymətli kağızlar bazarında qeyri-qanuni fəaliyyətin qarşısının alınması; 



 

Bazar iştirakçıları üçün sağlam rəqabət mühitinin yaradılması; 




Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə